-
Ana və döl arasında
mövcud olan oksigen
-
axını barədə düşünək.
-
Anadan dölə gedən
oksigenin
-
miqdarını hesablayaq.
-
Bunu bilmək üçün oksigenin
haradan axdığı və
-
hara doğru getdiyini
ilkin olaraq
-
bilməliyik.
-
Dölün iki göbək arteriyasına
sahib olduğunu billirik.
-
Göbək arteriyaları çanaq
daxili arteriyalardan
-
şaxələnir.
-
Onlar göbək
bağının
-
içindən keçir.
-
Bu bizim göbək
bağımızdır. Göbək bağından
-
arteriyalar şaxələndikcə
ondan kiçik arteriyalar da
-
şaxələnməyə başlayırlar.
-
Buraya bir neçə damar çəkim.
Bir qədər damarı da aşağıda
-
çəkirəm.
-
Damarlar bu böyük lövhəyə
şaxələnirlər.
-
Onları xorion lövhəsi
adlandırırıq.
-
Bu xorion lövhəsidir.
-
Buranı bir qədər
açıq saxlayıram.
-
Xorion lövhəsinin
digər səthi çoxlu miqdarda
-
qanla zəngindir.
-
Bu anada formalaşan
qan yığınıdır.
-
Anada olan kiçik arteriyalar
qan yığınına
-
doğru istiqamətlənirlər.
-
Rəsmini çəkdiyim arteriyalar
-
qan yığınına açılaraq daxilindəki
qanı buraya
-
boşaldırlar.
-
Digər tərəfdə
vena damarları da var.
-
Digər tərəf dedikdə, qanı
çıxaran vena
-
damarlarının mövcudluğunu
nəzərdə tuturam.
-
Qapalı qan dövranında düşündüyümüzdən
fərqli olaraq, burada vena və
-
arteriya damarları
-
bir yerə toplanırlar.
-
Digər tərəfdə isə
uşaqlıq divarı mövcuddur.
-
Gördüyümüz damarlar
uşaqlıq divarı boyunca
-
bu qaydada
düzülür.
-
Uşaqlıq divarı həm də
əzələlidir.
-
Əzələli divar doğuş zamanı
ananın
-
körpəni uşaqlıqdan
-
xaricə çıxara bilməsinə
kömək edir.
-
Buna görə də güclü
əzələyə sahibdir.
-
Burada əzələ lifləri də
mövcuddur.
-
Plasentanın quruluşu
bu formadadır.
-
Qan "hovuz"una qan
daxil və xaric olunur.
-
İçərisi qanla zəngin
xorion lövhəsinin
-
digər tərəfindən
-
kiçik çıxıntılar
-
uzanır.
-
Bu çıxıntı da
qanla zəngindir.
-
Çıxıntıların arxasında və ya içində
damarlar var.
-
Kiçik kapilyarlar
buraya daxil olur.
-
Dölün kiçik kapilyarları
oksigeni götürərək
-
bir araya gəlirlər. Yenidən
toplanaraq
-
göbək kötüyünə və ya
göbək ciyəsinə qayıdırlar.
-
Bütün oksigenli qan
bir böyük damara daxil olur.
-
Bu, qan axınıdır.
-
Aşağıda göbək venası
yerləşir.
-
Deməli, bu qanın
keçdiyi yoldur.
-
Ana tərəfdə uşaqlıq
arteriya və
-
vena damarları
mövcuddur.
-
Damarların
-
hər birində
olan oksigenin
-
miqdarını
-
tapmaq istəyirəm.
-
Oksigen həll olmuş formada gəlir,
hansı ki, biz bunu oksigen
-
təzyiqi adlandırırıq. Yaxud oksigen
-
hemoqlobinə bağlanmış
halda olur.
-
Burada iki seçim var.
-
Hər iki seçim döl üçün
tətbiq olunur.
-
Buraya onları qeyd edim.
-
Deməli oksigen ya hemoqlobinin
tərkibində olur, ya da
-
həll olur. Hemoqlobinin tərkibində olduqda
biz onu HbO2 adlandırırıq.
-
Həll olmuş oksigen isə
-
millimetr civə ilə
qeyd olunur.
-
Millimetr civə sütunu.
-
Uşaqlıq arteriyasında
olan həll olunmuş
-
oksigen təxmini
nə qədərdir?
-
Adətən arteriyalarda
100 mm
-
civə sütununda oksigen
olduğunu düşünürük.
-
Bu təxmini hesablamadır.
-
Hemoqlobinin tərkibində
98% oksigen vardır ki,
-
bu qanda həll olmuş
oksigenin
-
miqdarından çoxdur.
-
40a yaxın
vena damarlarında
-
hemoqlobinin miqdarı
75%dir.
-
Bunlar ana tərəfində
hesablanılan
-
təxmini rəqəmlərdir.
-
Körpə tərəfində isə
çox aşağı rəqəmlərə sahibik.
-
Göbək arteriyalarında
həll olmuş oksigenin
-
təxminən 18 olduğu deyilir.
-
F hemoqlobinlərinin
təxminən 45%-i
-
oksigenlə zəngindir.
-
Göbək damarı tərəfdə
bu rəqəm bir qədər yüksək olub
-
28-ə bərabərdir. Hemoqlobində isə
70% oksigen var.
-
Bu rəqəmlər təxmin
etdiyimiz rəqəmlərdir.
-
Belə bir sual
meydana gəlir. Ananın
-
itirdiyi oksigenin
ümumi miqdarı
-
körpənin qazandığı
ümumi oksigen miqdarı ilə
-
eynidirmi?
-
Anadan körpəyə keçən
miqdar bərabərdirmi?
-
Yaxud proses zamanı nələrisə
itiririk?
-
Bu ikisinin eyni olmasını gözləyirik.
Doğrudur?
-
Ananın itirdiyi miqdar
ilə dölün
-
qazandığı miqdar
eyni olmalıdır.
-
Bunun doğruluğunu yoxlayaq.
-
Əvvəldən çəkdiyim
kiçik qrafiki
-
sizə göstərim.
-
Kiçik qrafik sizə
təqdim etdiyim eyni rəqəmlərə
-
əsaslanır.
-
Əslində rəqəmlərin
eskizini çəkəcəyəm.
-
X oxu oksigenin
miqdarını millimetrlə
-
və ya oksigen təzyiqini millimetr
civə sütunu ilə ölçür.
-
Aşağıdakı rəqəm 18,
burada isə 28 edir.
-
Bu isə
-
40, digəri isə
100dür.
-
Bu rəqəmlər
X oxuna aiddir.
-
Həll olmuş oksigenin
miqdarını bildirir.
-
Y oxu da oksigenlə
bağlıdır.
-
Lakin Y oxu oksigenin
saturasiyasını ifadə etmir.
-
Həll olmuş oksigen də daxil olmaqla
oksigenin ümumi miqdarını bildirir.
-
Həmçinin hemoqlobində olan
-
oksigen miqdarını da
ifadə edir.
-
İlk çəhrayı xətt
göbək damarıdır.
-
Aşağıda olan çəhrayı xətt.
-
Burada çəkilmiş
göy xətt
-
isə göbək
arteriyasıdır.
-
Bütün bunların
hamısı dölündür.
-
Qırmızı xətt eyni
nöqtədə yerləşdiyi üçün
-
onu görmək bir qədər
çətindir. Ana tərəfdə olan
-
qırmızı xətt isə
uşaqlıq arteriyasıdır.
-
Eyni tərəfdə olan
tünd göy
-
rəngli xətt isə
uşaqlıq venasıdır.
-
Beləliklə, həm anada,
həm də döldə 2 xətt mövcuddur.
-
Qeyd etmək
istərdim ki,
-
burada iki xəttin olma
səbəbi göbək
-
arteriyasında yüksək
miqdarda karbon qazı və
-
daha az pHın olmasıdır.
-
Phın az olması dedikdə,
protonların
-
say çoxluğunu
nəzərdə tuturam.
-
Yadınızda saxlayın.
-
Göbək venasında da
proses eynidir..
-
Onun da karbon qazının
miqdarı yüksək,
-
pHı isə azdır.
-
Buna görə də
protonların miqdarı çoxdur.
-
Konsentrasiyanı göstərmək
üçün mötərizələr qoyacağam.
-
Bu hər iki xətt arrasındakı
fərqdir.
-
Biz bunu
Bor effekti adlandırırıq.
-
Bor effekti karbon qazı
və protonların oksigeni
-
hemoqlobindən aşağı
salması və ya oksigenin
-
hemoqlobinə birləşə bilməməsidir.
-
Bir sıra məqamlar var.
-
Döl əyrisinin sola
doğru itələndiyini
-
görürsünüz.
-
Çünki döl F hemoqlobininə
sahibdir. F döl üçündür.
-
F hemoqlobini
ananın hemoqlobinindən
-
fərqlənir. O da A hemoqlobin
olaraq qeyd olunur.
-
F oksigenə
daha çox bağlanır.
-
Ona görə də əyri
sol tərəfə doğru daha çox çəkilir.
-
Növbəti böyük fərq isə dölün
əyrisinin ananın əyrisindən
-
çox yüksək
olmasıdır.
-
Yəni ümumi olaraq
daha çox oksigeni var.
-
Bu səbəbdən körpələrdə
hematokrit daha yüksəkdir.
-
Körpələrdə 55%
hematokrit var.
-
Eyni göstərici
analarda isə 35%dir.
-
Hematokritin yüksək olması
körpələrdə
-
hemoqlobinin miqdarının
yüksək olması deməkdir. Daha çox
-
hemoqlobin isə daha çox
qırmızı qan hüceyrələri deməkdir.
-
Hemoqlobinin miqdarının
yüksək olması oksigenin miqdarını
-
hesablamaq üçün istifadə
etdiyimiz tənlikdə əsas
-
götürülən faktorlardandır.
-
Əyrinin daha yüksək
olmasının səbəbi budur.
-
Sizə göstərmək istədiyim
əsas şey ana tərəfindən
-
itirilən oksigenlə, uşaqlıq
arteriya və vena
-
damarlarından axan
oksigenin
-
ümumi eyni miqdara
bərabər olmasıdır.
-
Daşınan qan
-
körpənin qazandığı ilə
eynidir.
-
Körpənin burada
əldə etdiyi şey
-
göbək arteriyasında
olacaq.
-
Bu başlanğıc nöqtəsidir.
-
Yekun nöqtə
uşaqlıq venasındadır.
-
Bu körpənin oksigen artımıdır,
-
yəni qazanılan oksigendir.
-
İtirilən oksigenlə
qazanılan oksigenin
-
bərabər olduğunu görə bilərsiniz.
-
Düzgün çəkə bildimsə
əgər, bu cür
-
olmalıdır.
-
İtirilmə və qazanc
bərabərdir.
-
Biz Bor effektindən
danışdıq.
-
Unutmayın ki, oksigen
göbək arteriyasının üzərində
-
olduqda, o karbon qazını itirməyə
başladığı ana qədər
-
bu əyri üzərində qalacaq.
-
Karbon dioksidi
itirməyə başlasanız,
-
bu əyridən digər əyriyə doğru
əyiləcək.
-
Bu şaquli məsafə
-
Bor effektini
uzaqlaşdırır.
-
Bor effekti xorionun
daxilində baş verir.
-
Effekt döl tərəfdə
baş verir.
-
Ana tərəfdə qan "hovuz"unun
içində eyni effekt
-
baş verir. Karbon dioksidin
-
səviyyəsi yavaş-yavaş
yüksəlir.
-
Oksigenli əyri
digər əyriyə doğru
-
yerini dəyişir.
-
Karbon dioksid
səviyyəsinin yüksəlməsi
-
ana orqanizmində
Bor effekti hesab olunur.
-
Həm ana, həm də
döl tərəfdə
-
Bor effekti
baş verir.
-
Çünki bunların
hamısı plasentada
-
baş verir. Biz bunu ikiqat
Bor effekti adlandırırıq.
-
Bu onun bir hissəsidir,
bu isə digəri.
-
İkiqat Bor effekti
dedikdə bu
-
nəzərdə tutulur.
-
Burada çəkdiyim dörd
xəttlər
-
eyni zamanda
plasentada
-
baş verir.
-
Əslində bir-birindən
olduqca fərqli olan
-
iki Bor effekti vardır.
-