< Return to Video

Double Bohr effect | Circulatory system physiology | NCLEX-RN | Khan Academy

  • 0:03 - 0:06
    Ana və döl arasında
    mövcud olan oksigen
  • 0:06 - 0:08
    axını barədə düşünək
  • 0:08 - 0:11
    və anadan dölə gedən
    oksigenin
  • 0:11 - 0:14
    miqdarını hesablayaq.
  • 0:14 - 0:17
    Bunu bilmək üçün oksigenin
    haradan gəldiyini və
  • 0:17 - 0:19
    hara doğru getdiyini
    ilkin olaraq
  • 0:19 - 0:20
    bir daha xatırlayaq.
  • 0:20 - 0:25
    Dölün iki göbək arteriyasına
    sahib olduğunu və
  • 0:25 - 0:28
    bu göbək arteriyalarının çanaq
    daxili arteriyalardan
  • 0:28 - 0:32
    şaxələndiyini bilirik.
  • 0:32 - 0:33
    Bu arteriyalar göbək bağının
  • 0:33 - 0:36
    içindən keçir.
  • 0:36 - 0:38
    Bu bizim göbək
    bağımızdır. Göbək bağından
  • 0:38 - 0:41
    arteriyalar şaxələndikcə
    ondan kiçik arteriyalar da
  • 0:41 - 0:42
    eyni qaydada şaxələnməyə başlayırlar.
  • 0:42 - 0:45
    Yuxarıya və aşağıya doğru gedən
  • 0:45 - 0:46
    bir neçə damar çəkirəm.
  • 0:46 - 0:50
    Damarlar bu böyük lövhənin içinə
    şaxələnirlər.
  • 0:50 - 0:53
    Həmin lövhəni xorion lövhəsi
    adlandırırıq.
  • 0:53 - 0:55
    Bu xorion lövhəsidir.
  • 0:55 - 0:56
    Buranı bir qədər
    açıq saxlayıram.
  • 0:56 - 0:58
    Xorion lövhəsinin
    digər səthi çoxlu miqdarda
  • 0:58 - 1:01
    qanla zəngindir.
  • 1:01 - 1:04
    Bu anada formalaşan
    qan yığınıdır.
  • 1:04 - 1:06
    Anada olan kiçik arteriyalar
    bu qan yığınına
  • 1:06 - 1:07
    doğru istiqamətlənirlər.
  • 1:07 - 1:09
    Rəsmini çəkdiyim bu arteriyalar
  • 1:09 - 1:12
    qan yığınına açılaraq daxilindəki
    qanı buraya
  • 1:12 - 1:14
    boşaldırlar.
  • 1:14 - 1:16
    Eyni zamanda burada
    vena damarları da mövcuddur.
  • 1:16 - 1:18
    Digər tərəf dedikdə, qanı
    çıxaran vena
  • 1:18 - 1:21
    damarlarının mövcudluğunu
    nəzərdə tuturam.
  • 1:21 - 1:26
    Qapalı qan dövranında düşündüyümüzdən
    fərqli olaraq, burada vena və
  • 1:26 - 1:29
    arteriya damarları
  • 1:29 - 1:31
    bir yerə toplanırlar.
  • 1:31 - 1:35
    Digər tərəfdə isə
    uşaqlıq divarı mövcuddur.
  • 1:35 - 1:37
    Gördüyümüz damarlar
    uşaqlıq divarı boyunca
  • 1:37 - 1:39
    bu qaydada
    düzülür.
  • 1:39 - 1:41
    Uşaqlıq divarı həm də
    əzələlidir.
  • 1:41 - 1:42
    Əzələli divar doğuş zamanı
    ananın
  • 1:42 - 1:44
    körpəni uşaqlıqdan
  • 1:44 - 1:48
    xaricə çıxara bilməsinə
    kömək edir.
  • 1:48 - 1:52
    Buna görə də güclü
    əzələyə sahibdir.
  • 1:52 - 1:56
    Burada əzələ lifləri də
    mövcuddur.
  • 1:56 - 2:00
    Plasentanın quruluşu
    bu formadadır.
  • 2:00 - 2:04
    Qan "hovuz"una qan
    daxil və xaric olunur.
  • 2:04 - 2:06
    İçərisi qanla zəngin
    xorion lövhəsinin
  • 2:06 - 2:08
    digər tərəfindən
  • 2:08 - 2:12
    kiçik çıxıntılar
  • 2:12 - 2:13
    uzanır.
  • 2:13 - 2:17
    Bu çıxıntı da
    qanla zəngindir.
  • 2:17 - 2:21
    Çıxıntıların arxasında və ya içində
    damarlar var.
  • 2:21 - 2:23
    Kiçik kapilyarlar
    buraya daxil olur.
  • 2:23 - 2:27
    Dölün kiçik kapilyarları
    oksigeni götürərək
  • 2:27 - 2:31
    bir araya gəlirlər. Yenidən
    toplanaraq
  • 2:31 - 2:35
    göbək kötüyünə və ya
    göbək ciyəsinə qayıdırlar.
  • 2:35 - 2:39
    Bütün oksigenli qan
    bir böyük damara daxil olur.
  • 2:39 - 2:41
    Bu, qan axınıdır.
  • 2:41 - 2:42
    Aşağıda göbək venası
    yerləşir.
  • 2:45 - 2:48
    Deməli, bu qanın
    keçdiyi yoldur.
  • 2:48 - 2:50
    Ana tərəfdə uşaqlıq
    arteriyası və
  • 2:50 - 2:52
    uşaqlıq venası
    mövcuddur.
  • 2:52 - 2:58
    Beləliklə. bu ananın
    plasentasının yarısıdır.
  • 2:58 - 3:00
    İndi isə mən damarların hər birində
    olan oksigenin
  • 3:00 - 3:03
    miqdarını
  • 3:03 - 3:05
    tapmaq istəyirəm.
  • 3:05 - 3:10
    Oksigen həll olmuş formada gəlir,
    hansı ki, biz bunu oksigenin qismi
  • 3:10 - 3:11
    təzyiqi adlandırırıq. Yaxud oksigen
  • 3:11 - 3:13
    hemoqlobinə bağlanmış
    halda olur.
  • 3:13 - 3:15
    Burada iki seçim var.
  • 3:15 - 3:17
    Hər iki seçim döl üçün
    tətbiq olunur.
  • 3:17 - 3:19
    Buraya onları qeyd edim.
  • 3:19 - 3:22
    Deməli oksigen ya hemoqlobinin
    tərkibində olur, ya da
  • 3:22 - 3:24
    həll olur. Hemoqlobinin tərkibində olduqda
    biz onu HbO2 adlandırırıq.
  • 3:24 - 3:26
    Həll olmuş oksigen isə
  • 3:26 - 3:30
    millimetr civə ilə
    qeyd olunur.
  • 3:30 - 3:32
    Millimetr civə sütunu.
  • 3:32 - 3:36
    Uşaqlıq arteriyasında
    olan həll olunmuş
  • 3:36 - 3:40
    oksigen təxmini
    nə qədərdir?
  • 3:40 - 3:42
    Adətən arteriyalarda
    100 mm
  • 3:42 - 3:45
    civə sütununda oksigen
    olduğunu düşünürük.
  • 3:45 - 3:46
    Bu təxmini hesablamadır.
  • 3:46 - 3:48
    Hemoqlobinin tərkibində
    98% oksigen vardır ki,
  • 3:48 - 3:51
    bu qanda həll olmuş
    oksigenin
  • 3:51 - 3:54
    miqdarından çoxdur.
  • 3:54 - 3:56
    Vena damarlarında bu rəqəm 40%,
  • 3:56 - 3:58
    hemoqlobinə bağlanmış oksigen
    miqdarı isə 75%dir.
  • 3:58 - 4:03
    Bunlar ana tərəfindən
    hesablanılan zaman
  • 4:03 - 4:05
    ortaya çıxan təxmini rəqəmlərdir.
  • 4:05 - 4:09
    Körpə tərəfində isə
    çox aşağı rəqəmlərə sahibik.
  • 4:09 - 4:12
    Göbək arteriyalarında
    həll olmuş oksigenin
  • 4:12 - 4:15
    təxminən 18 olduğu deyilir və
  • 4:15 - 4:17
    hemoqlobinlərinin sadəcə
    təxminən 45%-i
  • 4:17 - 4:22
    oksigenlə zəngindir. Unutmayın ki, burada
    F hemoqlobindən bəhs edirik.
  • 4:22 - 4:26
    Göbək damarı tərəfdə
    bu rəqəm bir qədər yüksək olub
  • 4:26 - 4:28
    28-ə bərabərdir. Hemoqlobinə bağlı
    oksigen isə isə 70%dir.
  • 4:28 - 4:33
    Bu rəqəmlər təxmin
    etdiyimiz rəqəmlərdir.
  • 4:33 - 4:35
    Belə bir sual
    meydana gəlir. Ananın
  • 4:35 - 4:37
    itirdiyi oksigenin
    ümumi miqdarı
  • 4:37 - 4:41
    körpənin qazandığı
    ümumi oksigen miqdarı ilə
  • 4:41 - 4:44
    eynidirmi?
  • 4:44 - 4:47
    Anadan körpəyə keçən
    miqdar bərabərdirmi?
  • 4:47 - 4:51
    Yaxud proses zamanı nələrisə
    itiririk?
  • 4:51 - 4:54
    Bu ikisinin eyni olmasını gözləyirik.
    Doğrudur?
  • 4:54 - 4:58
    Ananın itirdiyi miqdar
    ilə dölün
  • 4:58 - 4:59
    qazandığı miqdar
    eyni olmalıdır.
  • 4:59 - 5:01
    Gəlin, bunun doğruluğunu yoxlayaq.
  • 5:01 - 5:03
    Əvvəldən çəkdiyim
    kiçik qrafiki
  • 5:03 - 5:04
    sizə göstərim.
  • 5:04 - 5:07
    Kiçik qrafik sizə
    təqdim etdiyim eyni rəqəmlərə
  • 5:07 - 5:10
    əsaslanır.
  • 5:10 - 5:11
    Əslində rəqəmlərin
    eskizini çəkəcəyəm.
  • 5:11 - 5:13
    X oxu oksigenin
    miqdarını millimetrlə
  • 5:13 - 5:18
    və ya oksigen təzyiqini millimetr
    civə sütunu ilə ölçür.
  • 5:18 - 5:21
    Aşağıdakı rəqəm 18,
    burada isə 28 edir.
  • 5:21 - 5:26
    Bu isə
  • 5:26 - 5:27
    40, digəri isə
    100dür.
  • 5:27 - 5:33
    Bu rəqəmlər
    X oxuna aiddir və
  • 5:33 - 5:36
    həll olmuş oksigenin
    miqdarını bildirir.
  • 5:36 - 5:39
    Y oxu da oksigenlə
    bağlıdır.
  • 5:39 - 5:43
    Lakin Y oxu oksigenin
    doymuşluğunu yox,
  • 5:43 - 5:45
    ümumi oksigen miqdarını göstərir.
  • 5:45 - 5:47
    Buraya həll olan, eyni zamanda
  • 5:47 - 5:49
    hemoqlobinlə bağlananlar da daxildir.
  • 5:49 - 5:51
    İlk çəhrayı xətt
  • 5:51 - 5:59
    toplayıcı göbək damarıdır.
  • 5:59 - 6:02
    Burada çəkilmiş
    göy xətt
  • 6:02 - 6:05
    isə göbək
    arteriyasıdır.
  • 6:05 - 6:08
    Bu iki damar dölə aiddir.
  • 6:11 - 6:17
    Anada isə, damarlar sonda eyni
    nöqtədə birləşdikləri üçün
  • 6:17 - 6:20
    onları görmək bir qədər
    çətindir. Anada olan
  • 6:20 - 6:23
    qırmızı xətt
    uşaqlıq arteriyası,
  • 6:23 - 6:28
    tünd göy rəngli xətt isə
  • 6:28 - 6:31
    uşaqlıq venasıdır.
  • 6:31 - 6:35
    Beləliklə, həm anada,
    həm də döldə 2 xətt mövcuddur.
  • 6:35 - 6:39
    Qeyd etmək
    istərdim ki,
  • 6:39 - 6:41
    burada iki xəttin olma
    səbəbi göbək
  • 6:41 - 6:44
    arteriyasında yüksək
    miqdarda karbon qazı və
  • 6:44 - 6:49
    daha az miqdarda pH dəyərinin olmasıdır.
  • 6:49 - 6:54
    PHın az olması dedikdə,
    protonların
  • 6:54 - 6:56
    say çoxluğunu
    nəzərdə tutulur və
  • 6:56 - 6:59
    bu dediklərimiz
  • 6:59 - 7:00
    göbək venası üçün də eynidir.
  • 7:00 - 7:02
    Onun da karbon qazının
    miqdarı yüksək,
  • 7:02 - 7:05
    pHı isə azdır.
  • 7:05 - 7:08
    Buna görə də
    protonların miqdarı çoxdur.
  • 7:08 - 7:12
    Konsentrasiyanı göstərmək
    üçün mötərizələr qoyacağam.
  • 7:12 - 7:15
    Beləliklə, bu hər iki xətt arrasındakı
    fərqdir.
  • 7:15 - 7:17
    Biz bunu
    Bor effekti adlandırırıq.
  • 7:17 - 7:20
    Bor effekti - karbon qazı
    və protonların oksigeni
  • 7:20 - 7:23
    hemoqlobindən qoparması və ya oksigenin
  • 7:23 - 7:27
    hemoqlobinə birləşməsini çətinləşdirməsidir.
  • 7:27 - 7:29
    Burada bəhs edilməli bir sıra məqamlar var.
  • 7:29 - 7:30
    Döl əyrisinin sola
    doğru itələndiyini
  • 7:30 - 7:33
    görürsünüz.
    Buna səbəb dölün F hemoqlobinə sahib olmasıdır.
  • 7:33 - 7:33
    F dölə görə verilmiş addır və
  • 7:33 - 7:38
    bu hemoqlobin
    ananın hemoqlobinindən çox
  • 7:38 - 7:41
    fərqlənir. Ananın hemoqlobini HbA
    olaraq qeyd olunur.
  • 7:41 - 7:45
    F oksigenə
    daha çox bağlanır.
  • 7:45 - 7:48
    Ona görə də əyri
    sol tərəfə doğru daha çox çəkilir.
  • 7:48 - 7:51
    Növbəti böyük fərq isə dölün
    əyrisinin ananın əyrisindən
  • 7:51 - 7:54
    çox hündür olmasıdır.
  • 7:54 - 7:57
    Yəni ümumi olaraq
    daha çox oksigeni var.
  • 7:57 - 8:01
    Bu səbəbdən körpələrdə
    hematokritin daha yüksək olmasıdır.
  • 8:01 - 8:04
    Körpələrdə 55%,
  • 8:04 - 8:09
    analarda isə 35% hematokrit var.
  • 8:09 - 8:13
    Hematokritin yüksək olması
    körpələrdə
  • 8:13 - 8:15
    hemoqlobinin miqdarının
    yüksək olması deməkdir. Daha çox
  • 8:15 - 8:19
    hemoqlobin isə daha çox
    qırmızı qan hüceyrələri deməkdir.
  • 8:19 - 8:21
    Hemoqlobinin miqdarının
    yüksək olması oksigenin miqdarını
  • 8:21 - 8:23
    hesablamaq üçün istifadə
    etdiyimiz tənlikdə əsas
  • 8:23 - 8:26
    götürülən faktorlardandır.
  • 8:26 - 8:29
    Əyrinin daha yüksək
    olmasının səbəbi budur.
  • 8:29 - 8:31
    Sizə göstərmək istədiyim
    əsas məqam ana tərəfindən
  • 8:31 - 8:34
    itirilən oksigenlə, uşaqlıq
    arteriya və vena
  • 8:34 - 8:38
    damarlarından axan
    oksigenin
  • 8:38 - 8:40
    ümumi eyni miqdara
    bərabər olmasıdır.
  • 8:40 - 8:45
    Buradan buraya qədər...
  • 8:45 - 8:47
    körpənin qazandığı miqdar ilə
    eynidir.
  • 8:47 - 8:50
    Körpənin burada
    əldə etdiyi şey
  • 8:50 - 8:52
    göbək arteriyasında
    olacaq.
  • 8:52 - 8:56
    Bu başlanğıc nöqtəsidir.
  • 8:56 - 8:57
    Yekun nöqtə
    uşaqlıq venasındadır.
  • 8:57 - 8:59
    Bu aradakı fərq körpənin oksigen artımı,
  • 8:59 - 9:03
    yəni qazanılan oksigendir.
  • 9:03 - 9:05
    İtirilən oksigenlə
    qazanılan oksigenin
  • 9:05 - 9:07
    bərabər olduğunu görə bilərsiniz.
  • 9:07 - 9:10
    Düzgün çəkə bildimsə
    əgər, bu cür
  • 9:10 - 9:12
    olmalıdır.
  • 9:12 - 9:13
    İtirilmə və qazanc
    bərabərdir.
  • 9:13 - 9:16
    Biz Bor effektindən
    danışdıq.
  • 9:16 - 9:19
    Unutmayın ki, oksigen
    göbək arteriyasında
  • 9:19 - 9:23
    olduqda, o karbon qazını itirməyə
    başladığı ana qədər
  • 9:23 - 9:27
    bu əyri üzərində qalacaq.
  • 9:27 - 9:29
    Karbon dioksid
    itirilməyə başlandıqda,
  • 9:29 - 9:31
    bu əyridən digər əyriyə doğru
    əyiləcək.
  • 9:31 - 9:34
    Bu şaquli məsafəni
  • 9:34 - 9:36
    Bor effekti
    adlandırırıq.
  • 9:36 - 9:39
    Bor effekti xorionun
    daxilində baş verir.
  • 9:39 - 9:44
    Effekt döl tərəfdə
    baş verir.
  • 9:44 - 9:47
    Ana tərəfdə qan "hovuz"unun
    içində eyni effekt
  • 9:47 - 9:51
    baş verir. Karbon dioksidin
  • 9:51 - 9:52
    səviyyəsi yavaş-yavaş
    yüksəlir.
  • 9:52 - 9:55
    Oksigenli əyri
    digər əyriyə doğru
  • 9:55 - 10:00
    yerini dəyişir.
  • 10:00 - 10:01
    Karbon dioksid
    səviyyəsinin yüksəlməsi
  • 10:01 - 10:03
    ana orqanizmində
    Bor effekti hesab olunur.
  • 10:03 - 10:06
    Həm ana, həm də
    döl tərəfdə
  • 10:06 - 10:09
    Bor effekti
    baş verir.
  • 10:09 - 10:10
    Çünki bunların
    hamısı plasentada
  • 10:10 - 10:13
    baş verir. Biz bunu ikiqat
    Bor effekti adlandırırıq.
  • 10:13 - 10:16
    Bu onun bir hissəsidir,
    bu isə digəri.
  • 10:16 - 10:19
    İkiqat Bor effekti
    dedikdə bu
  • 10:19 - 10:22
    nəzərdə tutulur.
  • 10:22 - 10:23
    Burada çəkdiyim dörd
    xəttlər
  • 10:23 - 10:26
    plasentada
    eyni zamanda
  • 10:26 - 10:29
    baş verir.
  • 10:29 - 10:30
    Əslində bir-birindən
    olduqca fərqli olan
  • 10:30 - 10:32
    iki Bor effekti
  • 10:32 - 10:35
    vardır.
Title:
Double Bohr effect | Circulatory system physiology | NCLEX-RN | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:34

Azerbaijani subtitles

Incomplete

Revisions Compare revisions