-
Napoleonun Üçüncü Koalisiya müharibəsinə
-
qədər nələr etdiyini gözdən keçirək,
-
bu etdikləri Napoleonun Avropada hakim
-
şəxs kimi tanınmasını təmin edir.
-
Beləliklə, 1799-cu ildə hakimiyyətə gəlir.
-
Birinci digər iki konsul ilə birlikdə
-
olsa da, sonra özünü Birinci Konsul elan edir.
-
Hakimiyyəti ələ alır.
-
O Birinci-- bunu böyük hərflə yazım--
-
Birinci Konsul olur.
-
Sonra isə 1802-ci ildə, ora getməzdən əvvəl
-
1800-cü ildə nələr etdiyini deyim.
-
1800-cü ildə, xatırlayın, o hakimiyyəti ələ alanda
-
biz hələ də İkinci Koalisiya müharibəsində idik.
-
Bunun haqqında bir qədər danışmışdıq. Napoleon
-
yaxud Fransa ərazilər itirdi, onlar İtaliyada
-
Birinci Koalisiya zamanı qazandıqlarının çoxunu itirdilər.
-
Avstriyalılar əraziləri geri aldı.
-
Napoleon hərəkətə keçərək Alp dağlarını keçməyə qərar verir.
-
Bu onun şəklidir.
-
Bu, Alp dağlarını keçən Napoleondur.
-
Napoleon Alp dağlarını keçərkən,
-
orduya rəhbərlik edir və Avstriyadan qaytarılmalı
-
olduğunu düşündüyü əraziləri geri almağa başlayır.
-
Keçən videoda da öyrəndiyimiz kimi,
-
bu Birinci Koalisiyanın bitməsinə səbəb olmuşdu.
-
1800-cü ildə İtaliyanı qaytarır yaxud da bunun üçün yola düşür.
-
İtaliyanı qaytarmaq üçün yola düzəlir.
-
Biz İtaliya deyəndə, əslində
-
İtaliya Krallığını nəzərdə tuturuq,
-
bu şimali İtaliyanı əhatə edirdi.
-
Neapol Krallığını nəzərdə tutmuruq,
-
o İtaliyanın cənubunda idi. Yaxud Papa dövlətini də.
-
Bunu sizə göstərim.
-
Aşağı bu hissəyə gedək.
-
Görəcəksiniz ki, bu dövrdə İtaliya Krallığı
-
haqqında danışanda İtaliyanın şimalı
-
olan bu ərazini nəzərdə tuturlar
-
Papa dövləti isə düz buradadır.
-
Biraz aşağıda isə Neapol Krallığıdır.
-
Müasir Avropa ilə müqayisədə, bugünkü Avropa
-
ilə əlaqələndirdiyimiz iki ölkə
-
əslində 1800-cü illərin əvvəlində birləşmiş şəkildə mövcud
-
olmayan İtaliya və Almaniyadır.
-
Onlar sadəcə bir neçə
-
krallığa bölünmüşdü.
-
Daha öncə də qeyd etdiyim kimi, bu dövrdə Almaniya,
-
krallıqların bu konfederasiyası
-
Müqəddəs Roma İmperatorluğu adlanırdı,
-
Avstriya kralının isə Müqəddəs Roma
-
İmperatoru titulu var idi.
-
Amma o, Müqəd...
-
o, Müqəddəs Roma İmperatorluğunu
-
mərkəzləşdirilmiş formada idarə etmirdi.
-
O bir neçə kral tərəfindən idarə olunurdu.
-
Hər nəysə, Napoleona qayıdaq.
-
Beləliklə, bu, onun Alp dağlarını keçərkən şəkilidir.
-
Bunu itirdiklərini geri alaraq bitirir.
-
Avstriyanı məğlub edir.
-
Bu əslində İkinci Koalisiyanın sonu olur.
-
Bunu keçən videoda öyrənmişdik.
-
1801-ci ildə Luvenille müqaviləsi bağlanmışdı.
-
İkinci Koalisiyanın sonu.
-
Növbəti ilə qədər Böyük Britaniya
-
ilə müqavilə bağlanmır.
-
Lakin bunun önəmi yoxdur, bu qısamüddətli müqavilə idi.
-
Sonra isə 1802-ci ildə
-
Üçüncü Koalisiya haqqında danışmazdan əvvəl
-
Napoleon 10-cu il konstitusiyasını qəbul edir.
-
Sizcə, niyə 10? Xatırlayın,
-
onların bir inqilabi təqvimi var idi.
-
Beləliklə, bu inqilabi təqvimdə
-
İnqilabın 10-cu ili idi.
-
Napoleon tərəfdən əsas məsələ isə birinci
-
məqalə idi. O deyirdi ki,
-
senat Napoleonu ömürlük Birinci Konsul
-
elan edir, xalq isə onu belə
-
adlandırmalı idi.
-
Beləliklə, tam anlamaq istəsəz, bu
-
Napoleona qanuni olaraq krala yaxın bir status verir,
-
şərtlərində deyir ki...
-
Napoleon qalan ömrü boyu Fransanın
-
idarəsini öz üzərinə götürür.
-
1803-cü ilə gəlirik.
-
1803-cü ilə keçməzdən qabaq,
-
eyni vaxtda burda nə baş verdiyini xatırlayın.
-
Haitidə inqilab idi,
-
hansı ki,
-
videolardan yadınıza salsaz,
-
Haiti dünyada
-
ən gəlirli qul müstəmləkəsi idi.
-
Qullar qiyam qaldırıb, azadlıq
-
əldə etdikdən sonra isə Fransa üçün
-
əvvəlki kimi gəlirli olmadı.
-
Yadınıza salın, Fransız inqilabının başlama səbəbi
-
Fransanın tamamilə müflis vəziyyətdə olması idi.
-
Beləliklə, Napoleon quldarlığı bərpa etməyə çalışır.
-
Bu isə vəziyyətə əks-təsir edir.
-
Dessalines ondan və digər inqilabçılardan
-
xəbər tutur, onlar
-
Leclerclə düşmənçiliyi daha da artırırlar.
-
Leclerc və fransız işğalçılarını sarı
-
qızdırma xəstəliyi ilə məhv edirlər.
-
Dessalines isə çox aqressiv bir general idi.
-
Beləliklə, o yavaş-yavaş Haitini itirirdi.
-
Rochambeau var idi,
-
əvvəlki videolardan xatırlasaz, o Leclercdən sonra
-
daha da güclənən amansız bir şəxs idi.
-
Haitidə bu inqilab baş verir.
-
Deyə bilərdiniz ki, onlar
-
yavaş-yavaş Haitini
-
itirirdilər.
-
Bununla yanaşı, bu 1802-ci ildədir,
-
indi isə 1803-cü ilə gəlirik,
-
Napoleon anlamağa başlayırdı ki,
-
Böyük Britaniya dənizləri idarə edir.
-
Böyük Britaniya - üstün dəniz donanması.
-
Onlar üçün əsas gəlir mənbəyi
-
olan Haitini itirdikləri və
-
Böyük Britaniyanın dənizlərdə üstünlüyünə görə
-
Napoleon Şimali Amerikadan əl çəkir.
-
Beləliklə, Napoleon Şimali Amerikadan ümidini üzür.
-
Fransa imperiyasının əsas gəlir
-
mərkəzi olan Haitidən başqa,
-
Luiziana ərazisi də var idi,
-
o indiki ABŞ ərazisinin
-
1/3-i qədərdir.
-
Beləliklə, Napoleon dərk edir ki,
-
Britaniya güclü dəniz donanmasına sahibdir.
-
Haitidən əl çəkim.
-
Bunu çox güman ki, Dessalinesə itirəcəm.
-
Bütün qitədən əl çəkim.
-
Luiziananı satmasam, ya Böyük Britaniya
-
ya da Birləşmiş Ştatların onu məndən
-
almağa imkanı olacaq.
-
Beləliklə o, Luiziananı satmaq qərarına gəlir.
-
Hər hansı biri kimi, ya da amerikalı kimi,
-
xüsusilə Luizianada böyüyən bir amerikalı kimi
-
hadisələr zəncirinin bura gəlməsi
-
heyrətamizdir.
-
Çünki bunu Amerika tarixi
-
tərəfindən öyrənəndə
-
sadəcə bilirsən ki, Tomas Cefferson
-
Luiziananı 15 milyon dollara ala bilmişdi.
-
Niyə kimsə birdən-birə belə
-
böyük bir ərazini satmaq qərarı versin?
-
Səbəbi isə bu idi ki, Napoleon
-
onu nə vaxtsa itirəcəyini bilirdi.
-
Böyük Britaniyanın belə güclü donanması var idi.
-
Bununla yanaşı,
-
o ərazidə qorumalı olduğu başqa heç nə yox idi.
-
Digər dəyərli ərazi isə Haiti idi.
-
Beləliklə, həm Britaniyanın güclü donanmaya malik
-
olması, həm də Haitidəki qulların üsyanı
-
Birləşmiş Ştatlara hazırda qitənin
-
1/3-ni tutan bu əraziləri qazandırdı.
-
Təəccüblənə bilərsiz ki, görəsən bunlar olmasaydı,
-
onlar heç bu böyük qərb sahillərini
-
əldə edə bilərdilər?
-
Beləliklə, tarixdəki kiçik detallar.
-
Mən onları kiçik detal adlandırmazdım,
-
çünki, müasir dünyamızda
-
belə böyük dəyişikliklərə səbəb olublar.
-
Bunun haqqında danışdığımız bəsdi.
-
Deməli, o Luiziananı satır.
-
Böyük Britaniyanın güclü dəniz donanması var idi.
-
Birinci,
-
Napoleon qoşunları bura yığmağı və
-
Böyük Britaniyanı işğal etməyi düşünürdü.
-
Lakin yavaş-yavaş dərk edirdi ki,
-
Böyük Britaniyanın güclü donanması var.
-
Böyük Britaniya, fikrimcə,
-
biraz arxayın hiss edirdi.
-
Onlar Napoleonun son iki ildə
-
əldə etdiyi qənimətlər ilə razılaşa bilmirdilər.
-
Beləliklə, Böyük Britaniya 1803-cü ilin mayında
-
müharibə elan edir -
-
Böyük Britaniya ya da Böyük Britaniya
-
və İrlandiyanın Birləşmiş Krallığı deyə bilərəm,
-
onlar eyni mənaya gəlir.
-
Birləşmiş Krallıq müharibə elan edir.
-
Bunu Üçüncü Koalisiyanın
-
başlanğıcı kimi qəbul edə bilərsiniz.
-
Lakin bu hələ ki koalisiya deyildi.
-
Bu yalnız Birləşmiş Krallıq idi, yaxud sadəcə Böyük Britaniya idi.
-
Vəziyyət 1805-ci ildə daha da gərginləşir.
-
1805-ci ildə hər kəs məsələyə daxil olur.
-
İndi isə əsl koalisiya haqqında danışırıq.
-
İndi Böyük Britaniya Avstriya və Rusiya ilə birləşir.
-
Bildiyiniz kmi, Avstriya həmişə
-
bu koalisiyalara daxil idi,
-
onlar Fransaya, xüsusilə Napoleona ərazilər itirirlər.
-
Bunun intiqamını almaq istəyirlər.
-
Birləşmiş Krallıq hiss edirdi ki,
-
sular üzərində üstünlük ondadır və intiqam almaq istəyirdi.
-
Rusiya Napoleonun bu hökmranlığını bəyənmirdi.
-
Beləliklə, onlar hamısı məsələyə daxil oldu.
-
Müharibənin və Üçüncü Koalisiyanın iki
-
maraqlı tərəfi var.
-
Bunu burada yazım.
-
Bu üçüncü Koalisiyadır.
-
Başqa daxil olanlar da var idi,
-
ancaq əsas olanlar bunlardır.
-
Beləliklə, burdakı Üçüncü Koalisiyadır.
-
İlk baş verən şey, daha doğrusu
-
ikisi eyni vaxtda baş verirdi.
-
1805-ci ilin oktyabrında fransız donanması Trafalqar
-
döyüşündə britaniyalılar tərəfindən darmadağın edilir.
-
Bu Trafalqar döyüşündəndir, elə burada yazılıb.
-
Trafalqar
-
Onlar Napoleonun keçmiş dostu komandir Horatio Nelson
-
tərəfindən darmadağın edilirlər.
-
Bu adam Napoleonun yolunda böyük əngəl idi.
-
Horatio Nelson
-
O Nil döyüşündə Napoleonun gəmilərini
-
məhv etmişdi və qoşunları Misirdə qalmışdı.
-
İndi isə bir daha fransız donanmasını
-
Trafalqar döyüşündə darmadağın edir.
-
Bu isə onun təsviridir.
-
Təxminimcə, Napoleon üçün bu döyüşdən
-
geriyə qalan fakt o idi ki,
-
döyüşün sonuna yaxın
-
Horatio Nelson güllə ilə ağır yaralanır
-
və Trafalqarda həyatını itirir.
-
Bu kraliyyət donanmasının əsasını qoyur,
-
Britaniya donanması fransız donanmasını dağıdaraq
-
artıq üstünlüyü ələ almışdı,
-
bu yeganə donanma idi ki,
-
onunla müəyyən dərəcədə yarışa bilsin.
-
Trafalqarda onları məğlub etmək
-
Britaniyanın dənizlərdə ağalığının əsasını qoydu.
-
Bu Trafalqar döyüşünün təsviridir.
-
Burda döyüş tam təsvir olunub.
-
Gəmilər bir-birilərinə atəş açırlar,
-
nə baş verdiyini tam başa düşə bilmirsiz.
-
Bunu müasir Böyük Britaniya, yaxud
-
müasir London ilə əlaqələndirsək,
-
bu Trafalqar meydanının şəkilidir.
-
O, Britaniyanı dənizlərdə üstün edən
-
Trafalqar döyüşünün şərəfinə belə adlanır.
-
Bu, Londondo yerləşən Trafalqar meydanıdır.
-
Trafalqar meydanı
-
Ora getsəz, Nelsonun sütünunu da görəcəksiniz.
-
Bu, Horatio Nelsonun şərəfinə adlandırılmış
-
Nelsonun sütünudur. Nelsonun sütünu.
-
Ən yuxarısında isə Nelsonun kiçik heykəli
-
var, bu əslində böyükdür,
-
ancaq sütunun özünə nəzərən
-
kiçik görünür.
-
Biraz haşiyədən kənara çıxdıq,
-
amma bunlar Üçüncü Koalisiya müharibəsi zamanı baş vermişdi.
-
Beləliklə, Napoleonun donanması dağıdılır.
-
Ancaq o vaz keçmir.
-
O düşünürdü ki,
-
sizə bir şey edə bilməsəm də,
-
Avropaya hələ də çox zərər vura bilərəm.
-
Beləliklə, onun elədiyi şey, qoşunlarını götürür...
-
O əslində Britaniyaya dənizdən hücum etməyi dayandırmışdı.
-
O anlamışdı ki, bunu etməyi imkansızdır.
-
Sizə o dövrdə qoşunların
-
hərəkətini göstərim.
-
O qoşunlarını bura yığır ki,
-
Böyük Britaniyaya hücum etməyi dayandırmışdı.
-
Bunun əvəzinə isə avstriyalılarla qarşı-qarşıya gəlir.
-
Avstriyalılar isə qoşunlarını bura yığır.
-
Onlar düşünürdü ki, əsas yürüşün
-
İtaliyaya olması ehtimalı var.
-
Beləliklə, qoşunlarının əsas hissəsini ora toplayırlar,
-
lakin bu böyük bir səhv olacaqdı.
-
Bizim hazırda cənubi...
-
Qara Meşə kimi tanınan cənubi Almaniya
-
ərazisinə qoşunlarını toplayırlar.
-
Onlar İtaliyaya yaxın ərazilərə qoşunlarını yığırlar.
-
Ruslar da köməyə gəlirdi.
-
Onlar qarşılaşmaq gücündə deyildi.
-
Bunlar payızda baş verirdi,
-
1805-ci ilin sentyabr, oktyabr ayları.
-
Ruslar burada gözləyirdilər ki,
-
avstriyalılara Napoleon ilə qarşılaşmaq
-
üçün kömək etsinlər.
-
Napoleonun etdiyi şey isə,
-
əslində bunların hamısı döyüş texnikası
-
yoxsa şansa görə baş verir, demək çətindir.
-
Çünki o dövrdə qoşunların yerini
-
ayırd edəcək texnikaları yox idi.
-
Bu gün ordularda edildiyi kimi, o dövrdə
-
dəqiqəbədəqiqə nə olduğunu bilmək mümkün deyildi.
-
Lakin baş verənlər, təxminimcə, çox böyük hadisələr idi,
-
Bu Avropa tarixində əsas döyüşlərdən biridir,
-
hansında ki Napoleon Ulmda avstriyalılar ilə qarşılaşır.
-
Bunu xəritədə çəkim. Ulmda.
-
Bu xəritədə çox ümumi göstəriblər--
-
Bu Ulmda avstriyalılar ilə qarşı-qarşıya
-
gələn Napoleondur.
-
Əslində bu, Ulm yürüşü sayıla bilərdi,
-
bir neçə döyüş baş vermişdi.
-
Lakin Ulmdakı qələbə həlledici idi.
-
Bu qələbənin mahiyyəti onda idi ki,
-
Napoleon avstriyalıları aldada bilmişdi.
-
Bu nə baş verdiyinin daha
-
yaxından olan versiyasıdır.
-
Bura Fransadır.
-
Bura isə Qara meşədir. Bura Avstriyadır.
-
Göy olanlar Napoleonun, qırmızılar isə avstriyalıların qoşunlarıdır.
-
Gördüyünüz kimi, Avstriya qoşunlarının çoxunu
-
İtaliya cəhbəsinə toplamışdı.
-
Beləliklə, Avstriya qoşunları Qara Meşədə toplanır.
-
Napoleon general Murada tapşırır ki,
-
fransız qüvvələrini elə yerləşdirsin ki,
-
qərb tərəfdən gəlirmiş görüntüsü bağışlasın.
-
Süvari dəstələrinin bu istiqamətdən
-
gəldiyini göstərərək buna
-
nail olurlar. Beləliklə, onlar gəldi...
-
Avstriyalılar düşünür ki, düşmənlərimizlə
-
bu istiqamətdən üzləşəcəyik.
-
Lakin eyni zamanda, Napoleonun ordusunun əsas hissəsi--
-
yadınıza salın, burda nə qədər adam
-
olduğu bilinmirdi,
-
sadəcə elə görünürdü ki, ordunun əsas hissəi budur.
-
Lakin ordunun çox hissəsi
-
"Dövrə çəkmə manevri"-ni həyata keçirirdi,
-
Avstriya ordusunu mühasirəyə alırdılar.
-
Onlar bunu gözləniləndən daha
-
sürətli və çevik
-
formada etdilər,
-
çünki yanlarında
-
o qədər də təchizat daşımalı deyildilər.
-
Onlar bunu məhsul yığımı zamanı həyata keçirirdilər.
-
Bu əvvəldən belə planlanmışdı.
-
Əraziləri məhsul yığımı dövründə
-
ələ keçirmək düşünülmüş bir şey idi,
-
adətən bunlar hərbi döyüşləri
-
öyrəndiyiniz zaman çox üstündə durulmayan mövzulardır.
-
Lakin sizin qoşunlarınız varsa, onları yedirtməlisiz.
-
Əgər qidanı torpaqlardan əldə edə
-
bilmirsizsə, yanınızda daşımalısınız.
-
Bu isə təchizatı ağırlaşdırır və ordunu yavaşıdır.
-
Ancaq hücumu məhsul yığımı zamanı etsəz,
-
qidanı yanınızda daşımalı olmursunuz.
-
Elə də çox qida daşımalı deyilsiniz.
-
Bunu yolunuzun üstündə olan fermerlərdən əldə edə bilərsiz.
-
Siz keçdiyiniz zaman onlar məhsulları toplayırlar,
-
siz sadəcə onları götürürsüz və bu, işi daha da sürətləndirir.
-
Beləliklə, o, ordunu mühasirəyə aldı və
-
avstriyalılara bu istiqamətdən hücum edə bildi.
-
Sonra isə onları darmadağın etdi.
-
Son videoda da işarə etdiyim kimi, Napoleonun
-
özünü məğlubedilməz hesab etməsi üçün səbəb bu idi.
-
Ancaq bu, ruslar avstriyalılara köməyə
-
gəlməzdən əvvəl idi.
-
Beləliklə, onlar köməyə gəldilər-- cəld şəkildə bunu etmək
-
bacarığı sayəsində, avstriyalılarla mübarizə apara bildilər.
-
Bu, Ulmda həlledici bir qələbə idi.
-
Buradakı şəkilə gedim.
-
Bu onların Ulmda təslim olmasını göstərən təsvirdir.
-
Ulmda təslim olma
-
Sonra isə Avstriya və Rusiya qüvvələri birləşir,
-
onların yenidən birləşməsini görə bilərsiz,
-
və Napoleonun qüvvələri ilə Ulmdan sonra yenidən üzləşirlər.
-
Bir neçə həftə sonra, Austerlitzdə.
-
Napoleon bir daha onları məğlub edir.
-
Bu isə həmişə mühabisə mövzusudur.
-
Bu, biraz döyüş texnikasından,
-
biraz da şansdan asılı ola bilər.
-
Onları Austerlitzdə məğlub etdikdən sonra--
-
bura Austerlitzdir --
-
və özü az zərərlə çıxıb,
-
düşməndən xeyli qənimət və
-
əsir aldıqdan sonra
-
bu, Napoleon üçün döyüşdə yüksək bir
-
göstərici idi. Bu, həqiqətən yüksək bir nöqtə idi.
-
Austerlitz döyüşü Napoleonu həqiqətən də hərbi
-
cəhətdən bir dahi olduğuna inandırmışdı.
-
Bu o demək deyil ki, o dahi deyil.
-
Bu elə bir məğlubiyyət idi ki, onu
-
yenilməz olduğuna inandırmışdı.
-
Beləliklə, bu nəticə Üçüncü
-
Koalisiyaya son qoyur.
-
Üçüncü Koalisiyanı sonlandırır.
-
Sonda isə
-
Avstriya İtaliyada əldə etdiyi
-
əraziləri verməli oldu.
-
Beləliklə, Avstriya İtaliyada və Bavariyada olan
-
ərazilərin bir hissəsini verməli oldu.
-
Ümumi nəzər yetirsək,
-
bu tarixi əhəmiyyət daşıyırdı.
-
Çünki bu dövrə qədər
-
bu ərazi Müqəddəs Roma İmperatorluğu,
-
Avstriya kralı isə Müqəddəs Roma
-
İmperatoru adlanırdı.
-
Baxmayaraq ki, onun bu Alman
-
bölgələrində birbaşa nəzarəti yox idi. Bundan sonra...
-
Geriyə gedim.
-
Bu 1805-ci ildə olmuşdu,
-
ya da deyə bilərik ki, 1806-ci ilə girirdik,
-
1805-ci ilin sonlarında Üçüncü Koalisiyanın bitməsilə
-
Avstriya kralı artıq özünü Müqəddəs
-
Roma İmperatoru adlandırmırdı.
-
O bu tituldan əl çəkir.
-
Bu hissədəki bölgələr də artıq Müqəddəs
-
Roma İmperiyası adlanmırdı.
-
Bura Reyn Konfederasiyası adlanırdı.
-
Reyn Konfederasiyası
-
Bu ərazilər Napoleonun qoruması altında idi.
-
İlk dəfədir ki--
-
elə bir nöqtəyə gəlirik ki,
-
Almaniya növbəti 60-70 il ərzində birləşdirilməyəcəkdi.
-
Lakin bu nöqtədə,
-
Alman milləti Müqəddəs Roma
-
İmperiyasına bağlı olmaq istəmirdi.
-
Bu istiqamətdə gedirdi.
-
Beləliklə, Müqəddəs Roma İmperiyası yox olur.
-
Fransa Avstriyadan böyük
-
bir ərazi alır.
-
Rusiya isə daha təvazökar davranır.
-
Beləliklə, 1805-ci ilin sonunda yaxud 1806-cı ildə
-
Fransa üstünlük qazanır.
-
Bütün bunlar baş verən zaman,
-
əslində 1804-cü ildə
-
Fransa yalnız Böyük Britaniya ilə müharibədə idi.
-
İttifaqın tamamı hələ formalaşmamışdı.
-
1804-cü ilin dekabrında--
-
bu Napoleonun eqosunun ən yüksəkdə olduğu vaxt idi.
-
Bu Austerlitzdən əvvəlki il idi.
-
1804-cü ildə Napoleon özünü
-
imperator elan edir.
-
Napoleon özünü imperator elan edir.
-
Bu isə onun imperator kimi şəkilidir.
-
Bundan sonra Napoleon Bonapart əvəzinə
-
I Napoleon olaraq tanındı.
-
Düşünə bilərsiz ki, özünü imperator
-
adlandırmaq fikri hardan çıxdı?
-
Onsuz da ömürlük Konsul titulun var,
-
bununla yanaşı, bütün güc səndədir.
-
Ancaq bütün bunlardan əlavə, imperator
-
titulu Napoleonun eqosunu məmnun etməklə yanaşı,
-
bir xanədanın əsasını qoyur.
-
Bu o demək idi ki, mən yalnız Birinci Konsul
-
deyiləm, həm də imperatoram.
-
Mən I Napoleonam.
-
Bu da Napoleonun varislərinin Fransız İmperatorluğunu
-
idarə edəcəyi mənasına gəlirdi.
-
Beləliklə, o bir növ respublika
-
anlayışını ortadan qaldırır.
-
Bununla Üçüncü Koalisiyanı bitiririk.
-
O fransızların üstünlüyü ilə bitir.
-
Fransa Avropada üstün bir vəziyyətdə idi.
-
Bu ərazilərin çoxunu isə Avstriyadan almışdı.
-
Müqəddəs Roma İmperiyası artıq mövcud deyildi.
-
Bura artıq Reyn Konfederasiyası idi.
-
Austerlitz döyüşündən sonra Napoleon özünü yenilməz hesab edirdi.
-
İndi o həm də imperator idi. Beləliklə,
-
bütün şöhrət xəyallarını gerçəkləşdirmiş oldu.