-
Əvvəlki videoda sinki
-
mis sulfat məhluluna əlavə etdikdə
-
sinkin misə elektron verdiyini gördük.
-
Bu zaman məhlulda sink
kationları alınacaq.
-
Mahiyyətcə burada sink sulfat
məhlulu alındı.
-
Burada isə mis iki elektronu aldıqda
-
bərk hala keçəcək və
-
məhluldan çöküntü kimi ayrılacaq.
-
Haqqında danışdığım reaksiyanı
burada görə bilərsiniz.
-
Sink üstəgəl Mis sulfat məhlulu.
-
Bu, sulu məhluldur.
-
Bu zaman mis bərk halda çöküntü
olaraq məhluldan ayrılacaq.
-
İndi isə sinkin oksidləşdiyi
-
sink sulfat məhlulumuz oldu.
-
Sink iki elektron itirdi.
-
O, neytral atomdan mübət iona çevrildi.
-
Mis isə müsbət iondan
neytral atoma çevrildi.
-
Burada mis sinkin iki
elektronunu götürdü.
-
Sink mis tərəfindən oksidləşdirildi.
-
O, misə iki elektron verdi.
-
Mis isə sink tərəfindən reduksiya olundu.
-
Onun yükü sink tərəfindən
reduksiya olundu.
-
Mis sinkdən elektron aldı.
-
Burada baş verən
proses maraqlıdır.
-
Bu, maraqlı bir reduksiya reaksiyasıdır.
-
Bir şey oksidləşib,
digəri reduksa olunub.
-
Bəs bu iki natamam
reaksiyanı iki
-
hissəyə bölüb
-
buradakı elektronları bir naqil üzərindən
hərəkət etdirsək, maraqlı olmaz?
-
Elektronları bir naqil üzərindən hərəkət
etdirmək niyə
-
maraqlı bir şey olsun ki?
-
Elektronlar naqildə hərəkət edirsə,
deməl bu, cərəyandır.
-
Cərəyan isə bir çox şey məsələn,
işıq yandırmaq, mühərriki
-
işə salmaq və s.
tipli şeylər üçün istifadə oluna bilir.
-
Əgər biz bunu ediriksə, deməli
-
batareya düzəltdiyimizi
düşünə bilərik.
-
Əgər burada cərəyanın
-
davamlılığını təmin edə bilsək, deməli
-
burada batareya düzəltmişik.
-
Burada göstərdiyim
-
qalvanik elementdir.
-
Bu, dediyim şeyin eynisini edir.
-
Yəni bu iki natamam reaksiyanı götürür
-
və onları naqillə ayırır.
-
Beləliklə sink misə öz
elektronlarını verir və
-
bunun nəticəsində elektronlar
naqildən keçərək
-
cərəyan əmələ gətirir.
-
Gəlin bunun nə üçün baş verdiyinə baxaq.
-
Burada bərk halda sinkimiz var.
-
Bayaq dedik ki, sink öz
-
elektronlarını misə verir.
-
Mis isə bu elektronları alır.
-
Burada mis daha elektromənfidir.
-
Burada sink öz iki elektronunu verib
-
sink kationuna çevrilir, yəni
müsbət yüklənir və
-
suda həll olur.
-
Bir ion müsbət yükləndikdə
su kimi polyar
-
həll edicidə həll olunması asanlaşır.
-
Burada isə bu iki elektronumuz var.
-
Bəs bu iki elektron hara gedəcək?
-
Bu iki elektronu mis alacaq.
-
Sink və misin hər ikisi əla
-
elektrik keçiricidirlər.
-
Bunlar keçid metallarıdır.
-
Onların çoxlu elektronları var.
-
Buna görə də elektronlar
rahatlıqla hərəkət edə bilir.
-
Deməli burada iki
elektronumuz var.
-
Yaşıl rənglə işarələdiyim
-
hərəkətdə olan iki elektrondur.
-
Bu iki elektron mis çubuğun
mis sulfat
-
məhlulu ilə kontaktda olduğu
nöqtəyə qədər
-
gəlir.
-
Burada kation, yəni mis ionu
-
bu elektronlarla kontaktda olaraq
-
neytrallaşacaq.
-
Bu ion neytrallaşdıqda
-
məhluldan çöküntü olaraq ayrılacaq.
-
O, bu çubuğa çöküntü olaraq yapışacaq.
-
Bu zaman siz deyə bilərsiniz ki,
-
bura daha çox müsbət yüklü sink
axını olursa,
-
burada disbalans yaranmır?
-
Əgər bu məhlul çox müsbət olarsa,
-
o zaman elektronlar buranı
tərk etmək istəməyəcək.
-
Əgər bura çox çox müsbət olarsa,
-
və buradakı mis kationları
-
bütün elektronları götürürsə,
-
məhlul daha da mənfi olacaq.
-
Bu zaman burada daha çox
sulfat, lakin daha az
-
müsbət yüklü mis ionları olacaq.
-
Bunun dərhal baş verməməyi üçün
-
nə edə bilərik?
-
Bunun üçün "duz körpüsü"-dən
istifadə edəcəyik.
-
Buradakı duz körpüsü həmin
-
effekti neytrallaşdıracaq.
-
Buradakı duz körpüsüdür.
-
Bu, maye halda olmayacaq, çünki
-
əks təqdirdə onun içindəkilər tökülər.
-
Bunu duzun axışqan forması
olaraq da düşünə bilərsiniz.
-
Burada biz duz olaraq
natrium sulfatı götürmüşük.
-
Hər sulfat molekulu üçün
sulfat anionumuz olacaq.
-
Burada isə iki natrium kationumuz var.
-
Bu zaman nə baş verəcək?
-
Bu məhlul daha da müsbət yükləndikdə,
-
yəni daha çox müsbət sink ionları
məhlulda olduqda
-
mənfi yüklü sulfat ionları
-
məhluldan "qaçmaq" istəyəcək.
-
Deməli, mənfi yüklü sulfat ionları
-
buradakı digər mənfi yükləri
geridə qoyaraq
-
duz körpüsünə gedəcək və
-
duz körpüsündə əvvəldən olanlar
-
ordan çıxacaq.
-
Buradakı natrium da
-
neytrallaşmağa kömək edəcək.
-
Bu zaman natrium bu istiqamətdə
-
hərəkət edəcək və burada olan
-
mənfi yükləri neytrallaşdırmağa
kömək edəcək.
-
Bu proses hər iki məhlulu
-
nə çox mənfi, nə də ki, çox müsbət
yüklənməyinə imkan vermir.
-
Beləliklə, cərəyanın davamlı olmasına nail
olub faydalı işlər
-
görə bilərik.