-
Bu videoda etmək istədiyim nükleofillik
-
və əsaslığın fərqlərini və nükleofilliyin
-
nə qədər güclü olduğunu izah etməkdir.
-
Fərq az bir səviyyədədir amma əslində
-
bu çox böyük bir fərqdir.
-
Və sizə göstərəcəm ki, niyə bunu ilk dəfə öyrənəndə
-
başqarışdırıcı olur.
-
Sn2 reaksiyalarını öyrənəndə, tam burda
-
əlavə elektronu olan nükleofiliniz var.
-
O mənfi yüklüdür.
-
Və metil karbonunuz var.
-
İcazə verin çəkim.
-
Çıxan bir hidrogeniniz var.
-
Arxasında bir hidrogen var.
-
Yuxarıda da bir hidrogeniniz var.
-
Birda isə tərk edən bor qrup var.
-
Sn2 reaksiyasında, nükleofil bu elektronu
-
karbona verəcək.
-
Karbonun qismən müsbət yükü var.
-
İcazə verin çəkim.
-
Tərk edən qrupun qismən mənfi yükü var
-
çünki o daha çox elektroneqativ olmağa meyillidir.
-
Bu elektron karbona veriləndə
-
eyni zamanda karbon elektronu əldə edəndə
-
bu elektroneqativ tərk edən qrup karbondan
-
bu elektronu ala bilir.
-
Bitəndən sonra belə görünür.
-
Metil karbonumuz var, arxasında hidrogen,
-
önündə və üstündə hidrogen var.
-
Tərk edən qrup ayrıldı.
-
Burda elektronu var, amma indi magenta
-
elektronu götürdü, indi mənfi yükü var və
-
nükleofil tam burda elektronunu verdi və
-
indi karbona bağlanıb.
-
Bunu etməyimin səbəbi odur ki, çünki bu nükleofil kimi
-
davranır.
-
Nüvələri sevir.
-
Əlavə elektronunu verir, amma həm də
-
Lewis əsası kimi davranır.
-
Bu keçmiş bilgiləri yada salmaq üçün idi.
-
Lewis əsası ümumidir, düşünürəm ki, lewis əsası
-
əsas olmağın nə demək olduğunu bir çox izahlarla əhatə edir.
-
Lewis əsası o deməkdir ki, sən bir elektron donorsan.
-
Burda baş verən dəqiqliklə budur.
-
Bu nükleofil elektronunu karbona verir.
-
O özünü bir Lewis əsası kimi aparır.
-
Bunu ilk dəfə görəndə düşünə bilərsiniz ki, yaxşı bəs niyə kimyaçılar
-
nükleofil kimi bir şeyi tərif edərkən bu qədər
-
çətinlikdən keçirlər?
-
Niyə onu sadəcə əsas adlandırmırlar?
-
Niyə nükleofillik və əsaslıq kimi 2 fərqli
-
konsept var?
-
Fərq odur ki, nüklefillik kinetik konseptdir,
-
hansı ki reakaiyaya girməkdə yaxşıdır.
-
Reaksiya verməkdə nə qədər sürətlidir.
-
Reaksiyaya girməsi üçün nə qədər əlavə enerjiyə ehtiyacı var?
-
Yaxşı nükleofilliyi olanda.
-
Reaksiya verməsi yaxşıdır.
-
Bu sənə reaktantların əvvəl və ya sonra nə qədər dayanıqlı
-
və ya dayanıqsız olduğunu demir, bu sadəcə deyir ki,
-
onlar bir-biri ilə reaksiyaya girməkdə yaxşıdırlar.
-
Əsaslıq termodinamik konseptdir.
-
Bu sənə deyir ki, reaktantlar və reaksiya məhsulları
-
nə qədər dayanıqlıdır.
-
Bir şeyin necə reaksiya vermək istədiyini izah edir.
-
Məsələn flüor situasiyasına baxaq.
-
Gəlin bu barədə düşünək.
-
Situasiyanı görürük, deyərdim ki flüorid,
-
flüorid belə görünür.
-
Flüorun 7 valent elektronu var və 1 əlavə
-
elektron əldə edir.
-
Flüorid əldə edirsiniz.
-
Flüorid məntiqli olaraq əsasdır.
-
Əsaslığı yoddan daha çoxdur.
-
Amma bir protik məhlulda, icazə verin burda yazım.
-
Amma protik məhlulda az nükleofillik.
-
Və yenidən protik məhlulun
-
ətrafında hidrogen protonları var.
-
Bunun səbəbi odur ki, flüorid,
-
karbon ilə birləşmək istəyir, bəlkə də hətta
-
hidrogen protonu.
-
O yod anionundan daha kəskin reaksiyaya girir.
-
Əgər birləşsə, bu yod anionundan
-
daha güclü rabitə olacaq, flüorid anionu əalində
-
yodiddən daha az dayanıqlıdır.
-
Əgər o proton əldə edə bilsəydi ya da elektronunu
-
verə bilsəydi daha yaxşı olardı, amma o az nükleofildir.
-
O protik məhlulda reaksiyaya girməkdə o qədər də yaxşı deyil.
-
Az nükleofil olmasının səbəbi odur ki, burda digər şeylər var
-
hansı ki onun reaksiyaya girməsinə mane olur.
-
Videoda gördük ki, yaxşı bir nüklefil edən nədir,
-
flüoridə baxsaq, bunun aəbəbi odur ki,
-
o çox kiçik bir atomdur.
-
O həqiqətən də çox kiçik iondur, buna gprə də daha yaxından tutulur.
-
Elektron buludu daha sıxdır, sudan hidrogenlərə
-
şərait yaradır ki, ətrafında çox sıx
-
qabıq əmələ gətirsin.
-
Onların hamısının qismən müsbət yükləri var, ona görə də
-
mənfi anionlar tərəfindən cəlb olunur.
-
Flüorid anionunu qorumaq üçün çox sıx qabıq fornalaşdırırlat,
-
hansı ki, onun protik məhlulda həll olmasını çətinləşdirir.
-
ona görə də reaksiyaya girmir.
-
Əgər reaksiyaya girməyi bacarsaydı, yod anionundan daha güclü
-
rabitə formalaşdırardı.
-
Və bu böyük bir fərqdir, trendlərdəki
-
fərqi görürük.
-
Təməldə, faktiki həlledicinin o qədər də
-
əhəmiyyəti yoxdur.
-
Bu molekulun ya da anion atomunun
-
termodinamik xüsusiyyətidir.
-
Əgər saf əsaslığa baxsanız, gördüyünüz ən güclü əsas--
-
Sadəcə bura hidroksid yazacam.
-
Bu normalda natrium hidroksid və ya kalium hidroksid kimidir,
-
amma bunu natrium və hidroksid olaraq
-
ayrı-ayrılıqda suda həll etsəniz
-
həqiqətən də əsas kimi davranan hidroksiddir,
-
elektronlarını vermək istəyir.
-
Hidroksid flüoriddən daha güclü əsasdır,
-
flüorid xloriddən daha güclü əsasdır, xlorid bromiddən,
-
bromid isə yodiddən daha hüclü əsasdır.
-
İndi siz fərqi görmək üçün nükleofilliyə baxsanız,
-
biz gördük ki, həlledici həqiqətən vacibdir,
-
çünki həlledici nəyinsə reaksiya göstərməsinin nə qədər yaxşı olduğuna
-
təair edir.
-
Nükleofillikdə, protik və aprotik həlledici
-
arasında fərqlər var.
-
Protik həlledicidə, ən yaxşı nükleofilliyə
-
sahib olan yodiddir, çünki bu
-
hidrogen bağları tərəfindən əngəllənmir.
-
Onun sıx qabığı yoxdur.
-
Onun böyük molekulyar buludu var və bəzi insanlar düşünür ki,
-
onun bir növ yumşaqlığı var.
-
Bu buludun karbona çəkilə biləcəyi və
-
lazım olanı edə biləcəyi bu polarizasiyaya sahibdir.
-
Bu halda, yodid hidroksiddən daha yaxşı nükleofildir,
-
o da flüorindən daha yaxşı
-
nüklefildir.
-
İndi birdən-birə həlledici ilə qarşılıqlı təsirlərin
-
o qədər də əhəmiyyətli olmayacağı aprotik
-
bir həlldə işlər dəyişir
-
Bu vəziyyətdə təməllik vacibdir.
-
Yəni aprotik bir həlldə əsaslıq və nükleofilikilik
-
bir-biri ilə əlaqələndirilir.
-
Buraya bir ulduz qoyacağam, çünki nükleofilliyin
-
başqa bir cəhəti də var, hələ danışmadım,
-
amma indi danışacağam.
-
Belə bir situasiyada, hidroksid flüoriddən
-
daha yaxşı reaksiyaya girir, hansı ki yodiddən
-
daha yaxşıdır.
-
Hər iki situasiyada bunun aəbəbi odur ki--
-
Yəni həlledici ilə əlaqə qura bilsə belə,
-
hələ də yaxşı nükleofildir, çünki əgər
-
hidroksid haqda düşünsəniz,
-
onun ekstra elektronu var.
-
Bunun haqqında düşünsəniz, xəyal edə bilərsiniz ki bu sudur
-
icazə verin bu şəkildə çəkim.
-
Bir protonun qaldığı və ya bir protondan
-
bir elektron götürüldüyü su olduğunu təsəvvür edə bilərsiniz,
-
buna görə normal olaraq iki cüt olardı və indi burada üçüncü bir cüt var.
-
Oksigenin 1,2,3,4,5,6,7 valent elektronu
-
var, neytral oksigendən 1 dənə çox, onun
-
mənfi yükü var.
-
Artıq əlavə bir elektron var bu mənfi yük verir,
-
lakin oksigen həm də hidrogendən daha çox elektronegativdir,
-
buna görə də bu onu hər halda bir az cəlb
-
edə bilər.
-
O çox əsas molekuldur.
-
buna görə su kimi protik mühit
-
bir az müdaxilə edə bilsə də,
-
florid kimi bir şeydən daha yaxşı bir nükleofildir.
-
Əgər həlledicini şəkildən çıxararsanız, bu çox güclü
-
bir əsasdır.
-
O çox çox yaxşı bir nükleofil olacaq.
-
İndi nüklefilliyin son aspekti, xatırlayın,
-
nükleofilik - bir şeyin nə qədər yaxşı reaksiya göstərməsidir.
-
İndi təsəvvür edin, burda nəsə var
-
Bizim 2 hidroksid molekulumuz var, düzdür?
-
Deyək ki, bu sadəcə düz hidroksiddir.
-
Və deyək ki, buradakı hər şey
-
xaricindədir.
-
Bu böyük şeylər zəncirinə sahib olduğunu deyək.
-
Hansı olduğunu bilmirəm.
-
Əgər bu 2 molekula baxdınızsa,
-
hansının daha yaxşı bir nükleofil olduğunu təxmin etdinizsə,
-
sadəcə xatırlayın, nükleofillik
-
bir şeyin nə qədər yaxşı
-
reaksiya verməsidir.
-
Bu şeyin ətrafında bu böyük molekul var.
-
Əslində bu işi çox çətinləşdirə bilər
-
buradakı bu vəziyyətə qayıtsan, oraya girməyi çox
-
çətinləşdirə bilər.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-