< Return to Video

Weak base–strong acid titrations | Acids and bases | AP Chemistry | Khan Academy

  • 0:00 - 0:03
    Ammonyak zəif əsas,
  • 0:03 - 0:07
    xlorid turşusu isə güclü turşudur
  • 0:07 - 0:11
    Əgər zəif əsas-güclü turşu
    titrləməsi ediriksə,
  • 0:11 - 0:13
    bu deməkdir ki, ammonyak
    titrlənən maddə, yəni
  • 0:13 - 0:15
    bizim analiz etdiyimiz maddədir,
  • 0:15 - 0:18
    ammonyakı xlorid turşusu ilə titrləyirik,
  • 0:18 - 0:21
    yəni xlorid turşusu da titrantdır.
  • 0:21 - 0:25
    Ammonyak xlorid turşusu
    ilə reaksiyaya girdiktə,
  • 0:25 - 0:29
    məhsul ammonium xlorid məhlulu olur.
  • 0:29 - 0:32
    Tam və ya qısa ion tənliyi üçün
  • 0:32 - 0:34
    ammonyak zəif əsas olduğundan
  • 0:34 - 0:38
    onu tam ion tənliyində
    NH3 kimi göstəririk.
  • 0:38 - 0:41
    Lakin, xlorid turşusu
    güclü turşu olduğu üçün
  • 0:41 - 0:43
    100% ionlaşır və onu ionlarına
  • 0:43 - 0:45
    ayrılmış şəkildə,
    yəni H müsbət və Cl mənfi
  • 0:45 - 0:46
    kimi göstəririk.
  • 0:47 - 0:50
    Ammonium xlorid suda həll olan duzdur,
  • 0:50 - 0:53
    buna görə də ammonium xloridi məhlulda
  • 0:53 - 0:55
    ammonium kationu və
  • 0:55 - 0:57
    xlorid anionu kimi göstəririk.
  • 0:57 - 0:59
    Qısa ion tənliyi yazmaq üçün,
  • 0:59 - 1:00
    hər iki tərəfdə olan
    ionları ixtisar edirik.
  • 1:00 - 1:03
    Həm sol, həm də sağ tərəfdə
  • 1:03 - 1:04
    xlorid anionu olduğu üçün
  • 1:04 - 1:06
    o hər iki tərəfdə olan ion sayılır.
  • 1:06 - 1:09
    Onları ixtisar edəndə
    qısa ion tənliyi, yəni
  • 1:09 - 1:14
    ammonyak NH3 üstəgəl H müsbət
    bərabərdir NH4 müsbət alınır.
  • 1:14 - 1:17
    Bu zəif əsas-güclü turşu üçün qısa ion
  • 1:17 - 1:20
    tənliyi yazmağın bir yoludur.
  • 1:20 - 1:22
    Sonra, gəlin zəif əsas-güclü turşu
  • 1:22 - 1:25
    titrasiyası üçün titrasiya əyrisinə baxaq.
  • 1:25 - 1:29
    pH y oxunda,turşunun həcmi isə x oxundadır
  • 1:29 - 1:34
    çünki zəif əsas məhlulunun üzərinə
  • 1:34 - 1:35
    güclü turşu əlavə edirik.
  • 1:35 - 1:38
    Titrasiya əyrisinin ilk nöqtəsinə baxsaq
  • 1:38 - 1:40
    pH hardasa əsasdır.
  • 1:40 - 1:43
    Bu güclü turşu əlavə olunmadan əvvəldir.
  • 1:43 - 1:46
    pH-ın əsas olmasının səbəbi zəif əsasın
  • 1:46 - 1:48
    sulu məhlulunun, ammonium kationlarını
  • 1:48 - 1:51
    və hidroksid anionlarını istehsal etmək
    üçün su ilə reaksiyaya
  • 1:51 - 1:53
    girən ammonyakın olmasıdır.
  • 1:53 - 1:56
    Və pH-ın nisbətən yüksək olmasına səbəb
  • 1:56 - 1:57
    bu hidroksid anionlarıdır.
  • 1:57 - 2:00
    Amma,tarazlıq bu reaksiya üçün reagentlərə
  • 2:00 - 2:01
    üstünlük verir.
  • 2:01 - 2:05
    Titrasiya əyrisinin bu nöqtəsində əsasən
  • 2:05 - 2:07
    ammonyak və çox az ammonium var.
  • 2:07 - 2:10
    İndi ammonyak məhlulumuza biraz
  • 2:10 - 2:13
    turşu əlavə edək.
  • 2:13 - 2:15
    Qısa ion tənliyində ammonyak H müsbət
  • 2:15 - 2:17
    ilə reaksiyaya girdiktə
  • 2:17 - 2:20
    ammonium kationu,NH4 müsbət əmələ gətirir.
  • 2:20 - 2:22
    Titrasiya əyrisinə baxsaq,
  • 2:22 - 2:24
    daha çox turşu əlavə etdikcə
  • 2:24 - 2:26
    pH azalmağa başlayır.
  • 2:26 - 2:30
    Lakin, burada, pH-də yavaş azalma var.
  • 2:30 - 2:32
    Daha çox turşu əlavə edildiktə
  • 2:32 - 2:35
    daha çox ammonyak
    ammonium kationuna çevrilir.
  • 2:35 - 2:37
    Nəhayət, biz turşunun
  • 2:37 - 2:40
    əlavə edilməsi ilə bütün ilkin ammonyakın
  • 2:40 - 2:41
    neytrallaşdığı bir nöqtəyə çatırıq.
  • 2:41 - 2:45
    Bu nöqtə tarazlıq nöqtəsi adlanır.
  • 2:45 - 2:46
    Titrasiya əyrisində tarazlıq
  • 2:46 - 2:48
    nöqtəsini tapmağın yolu
  • 2:48 - 2:52
    pH-in kəskin azaldığı yerə baxmaqdır.
  • 2:52 - 2:54
    Sonra burada düz xətt çəkə bilərik.
  • 2:54 - 2:57
    Düz xəttin təxminən yarısı
    bu titrasiyadakı
  • 2:57 - 3:00
    tarazlıq nöqtəsinin hesablanması üçün
  • 3:00 - 3:02
    yaxşıdır.
  • 3:02 - 3:04
    Tarazlıq nöqtəsində
    məhlulun pH-ını tapmaq üçün
  • 3:04 - 3:07
    sadəcə olaraq tarazlıq
    nöqtəsinin y oxunda
  • 3:07 - 3:09
    olduğu yerə keçirik.
  • 3:09 - 3:11
    Beləliklə, bu pH üçün
  • 3:11 - 3:13
    tarazlıq nöqtəsində pH-ın 7-dən
  • 3:13 - 3:14
    az olduğunu görə bilərik.
  • 3:14 - 3:16
    Bunu burdan yazım.
  • 3:16 - 3:18
    Zəif əsas-güclü turşu titrasiyası üçün
  • 3:18 - 3:21
    pH 7-dən azdır.
  • 3:21 - 3:23
    Tarazlıq nöqtəsində pH-ın 7-dən az
  • 3:23 - 3:24
    olmasının səbəbi,
  • 3:24 - 3:27
    başladığımız bütün ammonyakın
  • 3:27 - 3:29
    tamamilə neytrallaşması və
  • 3:29 - 3:32
    ammonium katyonuna,
    NH4 müsbət çevrilməsidir.
  • 3:32 - 3:34
    Ammonium kationu zəif turşudur,
  • 3:34 - 3:39
    su ilə reaksiyaya girərək
    hidroksonium ionu, H3O müsbət və
  • 3:39 - 3:41
    ammonyak, suda məhlul əmələ gətirir.
  • 3:41 - 3:45
    25 dərəcə selsidə, suyun pH-ı 7-dir.
  • 3:45 - 3:49
    Bununla belə, ammonium kationu
    zəif turşu olduğundan
  • 3:49 - 3:53
    və biz məhlulda hidronium
    ionlarının konsentrasiyasını
  • 3:53 - 3:56
    artırdığımızdan, bu pH-ı azaldır,
  • 3:56 - 3:59
    buna görə də tarazlıq nöqtəsində
  • 3:59 - 4:00
    pH yeddidən azdır.
  • 4:00 - 4:02
    Ammonium ionlarından əlavə,
  • 4:02 - 4:05
    məhlulda xlorid anionları da var.
  • 4:05 - 4:08
    Lakin, xlorid anionları
    su ilə reaksiyaya girmir və
  • 4:08 - 4:11
    buna görə də pH-a təsir etmir.
  • 4:11 - 4:14
    Titrasiya əyrimizdəki tarazlıq
    nöqtəsinə qayıdaraq,
  • 4:14 - 4:16
    burada x oxuna düşsək, tarazlıq nöqtəsinin
  • 4:16 - 4:20
    50 mililitr turşu əlavə edildikdən sonra
  • 4:20 - 4:22
    yarandığını görə bilərik.
  • 4:22 - 4:23
    Əvvəlcə mövcud bütün
  • 4:25 - 4:28
    ammonyakı neytrallaşdırmaq üçün
    50 millilitr turşu lazım idisə,
  • 4:28 - 4:32
    ammonyakın yarısını neytrallaşdırmaq
    üçün bu həcmin yarısı,
  • 4:32 - 4:35
    yəni 25 millilitr turşu lazımdır.
  • 4:35 - 4:38
    Beləliklə, əgər biz buradan yuxarı
    qalxsaq və titrasiya əyrimizə
  • 4:38 - 4:40
    qırıq xətt çəksək,
  • 4:40 - 4:42
    titrasiya əyrimizdəki bu nöqtə
  • 4:42 - 4:45
    yarım tarazlıq nöqtəsini təmsil edir.
  • 4:45 - 4:48
    Bu nöqtə titrasiya əyrisində yarım
  • 4:48 - 4:49
    tarazlıq nöqtəsini göstərir.
  • 4:49 - 4:52
    Və biz əvvəlcə mövcud
    olan ammonyakın yarısını
  • 4:52 - 4:54
    neyrallaşdırdığımıza görə,
  • 4:54 - 4:57
    bu o deməkdir ki, bu nöqtədə ammonyak
    və ammonium kationunun
  • 4:57 - 4:58
    bərabər konsentrasiyası var.
  • 5:00 - 5:02
    Gəlin başladığımız bütün ammonyakın
  • 5:02 - 5:04
    neytrallaşdırıldığı tarazlıq
  • 5:04 - 5:06
    nöqtələrimizə qayıdaq.
  • 5:06 - 5:10
    Məhlula bir az daha turşu əlavə etsək,
    onun reaksiyaya girməsi üçün
  • 5:10 - 5:12
    daha ammonyak qalmayacaq.
  • 5:12 - 5:16
    Buna görə də biz pH-ın düşüşünü görürük.
  • 5:16 - 5:18
    Beləliklə, titrasiya əyrisinin bu
  • 5:18 - 5:21
    hissəsi artıq turşunundur.
  • 5:21 - 5:24
    Gəlin titrasiya əyrisindəki yarım tarazlıq
  • 5:24 - 5:26
    nöqtəsinə qayıdaq.
  • 5:26 - 5:27
    Bu nöqtədə
  • 5:27 - 5:29
    ammonium kationunun konsentrasiyası
  • 5:29 - 5:32
    ammonyakın konsentrasiyasına bərabərdir.
  • 5:32 - 5:34
    Ammonium kationu və ammonyak
  • 5:34 - 5:36
    birləşmiş turşu-əsas cütüdür.
  • 5:36 - 5:38
    Və böyük miqdarda zəif birləşmiş
  • 5:38 - 5:41
    turşu-əsas cütü olduqda,
  • 5:41 - 5:43
    bufer məhlulu alınır.
  • 5:43 - 5:46
    Buna görə də, yarım tarazlıq nöqtəsində
  • 5:46 - 5:47
    bufer məhlulu var
  • 5:47 - 5:50
    və Henderson-Hasselbalk
    tənliyindən istifadə edərək
  • 5:50 - 5:53
    o nöqtədə pH-ı hesablaya bilərik.
  • 5:53 - 5:56
    Beləliklə, pH zəif turşunun pKa-sı üstəgəl
  • 5:56 - 6:00
    birləşmiş əsasın
    konsentrasiyasının loqarifmi,
  • 6:00 - 6:03
    bölünsün zəif turşunun
    konsentrasiyasına bərabərdir.
  • 6:03 - 6:06
    Bu misaldır, əsas ammonyak,yəni NH3-dür,
  • 6:06 - 6:10
    birləşmiş turşu isə ammonium
    kationu, yəni NH4 müsbətdir.
  • 6:10 - 6:12
    Buna görə də, Henderson-Hasselbalk
  • 6:12 - 6:13
    tənliyindəki bu pKa dəyəri
  • 6:13 - 6:17
    ammoniumun pKa dəyərinə istinad edir.
  • 6:17 - 6:20
    Yarım tarazlıq nöqtəsində
    ammonium və ammonyakın
  • 6:20 - 6:22
    konsentrasiyaları bərabər olduğu üçün
  • 6:22 - 6:25
    onların konsentrasiyalarının
    nisbəti birə,
  • 6:25 - 6:29
    birin loqarifmi isə sıfıra bərabərdir.
  • 6:29 - 6:31
    Buna görə də, yarım tarazlıq nöqtəsində
  • 6:31 - 6:36
    pH zəif turşunun pKa dəyərinə bərabərdir.
  • 6:36 - 6:38
    Beləliklə, əgər biz ammonium kation üçün
  • 6:38 - 6:39
    pKa dəyərini
  • 6:39 - 6:41
    tapmaq istəsək, yarım tarazlıq nöqtəsini
  • 6:41 - 6:43
    tapardıq və qırıq xəttimizi y oxunun
  • 6:43 - 6:46
    kəsildiyi yerə çəkərdik və pH
  • 6:46 - 6:48
    nə olursa olsun, bu,
  • 6:48 - 6:50
    ammoniumun pKa dəyəridir.
  • 6:50 - 6:53
    Beləliklə, bu halda, ammonium kationunun
  • 6:53 - 6:55
    pKa dəyəri təxmini olaraq doqquzdan
  • 6:55 - 6:57
    bir qədər çox görünür.
  • 6:57 - 7:00
    Gəlin titrasiya əyrisinin zəif
    birləşmiş turşu-əsas cütünün
  • 7:00 - 7:02
    nisbi konsentrasiyaları haqqında bizə
  • 7:02 - 7:05
    necə məlumat verə biləcəyi barədə düşünək.
  • 7:05 - 7:07
    Biz bilirik ki, pH-ın pKa dəyərinə
  • 7:07 - 7:09
    bərabər olduğu yarım tarazlıq nöqtələrində
  • 7:09 - 7:12
    ammonium kationlarının konsentrasiyası
  • 7:12 - 7:14
    ammonyakın konsentrasiyasına bərabərdir.
  • 7:14 - 7:17
    Gəlin P nöqtəsi adlandıracağım
  • 7:17 - 7:19
    yarım tarazlıq nöqtəmizin
  • 7:19 - 7:21
    solundakı nöqtə haqqında düşünək.
  • 7:21 - 7:24
    P nöqtəsində pH-ın dəyəri
  • 7:24 - 7:26
    pKa-nın dəyərindən yüksəkdir.
  • 7:26 - 7:29
    Və bilirik ki, titrasiya əyrisinin
    başlanğıc nöqtəsinin
  • 7:29 - 7:32
    hamısı demək olar ki, zəif əsas, NH3-dür.
  • 7:32 - 7:35
    P nöqtəsi demək olar ki,
    bütün NH3-ün olduğu
  • 7:35 - 7:38
    başlanğıc nöqtə ilə bərabər miqdarda
  • 7:38 - 7:41
    NH3 və NH4 müsbət olan
    yarım tarazlıq nöqtəsi
  • 7:41 - 7:43
    arasında olduğundan
  • 7:43 - 7:46
    P nöqtəsində NH4 müsbətdən
  • 7:46 - 7:48
    daha çox NH3 olmalıdır.
  • 7:48 - 7:51
    Məhlulun pH-ı pKa
    dəyərindən böyük olduqda,
  • 7:51 - 7:52
    ammonyakın konsentrasiyasının
  • 7:52 - 7:55
    ammonium kationunun konsentrasiyasından
  • 7:55 - 7:58
    daha çox olduğunu bilirik.
  • 7:58 - 8:00
    Və ya ammoniumun
    konsentrasiyasının ammonyakın
  • 8:00 - 8:02
    konsentrasiyasından
    az olduğunu deyə bilərik.
  • 8:02 - 8:04
    Bunu həm də Henderson-Hasselbalk
  • 8:04 - 8:06
    tənliyi vasitəsilə tapa bilərdik.
  • 8:06 - 8:08
    Bununla belə, titrasiya əyrisinin forması
  • 8:08 - 8:10
    və sözügedən nöqtənin vacib nöqtələrlə
  • 8:10 - 8:12
    bağlı olduğu yer haqqında
  • 8:12 - 8:14
    düşünmək çox vaxt daha asandır.
  • 8:14 - 8:15
    Məsələn, bu halda
  • 8:15 - 8:18
    başlanğıc nöqtə və
    yarım ekvivalentlik nöqtəsi.
  • 8:18 - 8:21
    Gəlin indi, yarım tarazlıq
    nöqtəsinin sağ
  • 8:21 - 8:22
    tərəfindəki nöqtəni düşünək.
  • 8:22 - 8:25
    Bu nöqtəyə Q deyək.
  • 8:25 - 8:30
    Q nöqtəsində məhlulun
    pH-i pKa-dən böyükdür.
  • 8:31 - 8:35
    Q nöqtəsi yarım tarazlıq nöqtəsi ilə
    tarazlıq nöqtəsi arasındadır ki,
  • 8:35 - 8:37
    bu da titrasiya əyrisində
  • 8:37 - 8:40
    təxminən buradadır.
  • 8:40 - 8:42
    Xatırlayın ki, tarazlıq nöqtəsində
  • 8:42 - 8:43
    başladığımız bütün ammonyak
  • 8:43 - 8:47
    ammoniuma, yəni NH4 müsbətə çevrildi.
  • 8:47 - 8:51
    Q nöqtəsi NH3 miqdarının NH4 müsbətin
    miqdarına bərabər olduğu
  • 8:51 - 8:55
    yarım tarazlıq nöqtəsi ilə
  • 8:55 - 8:58
    bütün NH3-ün NH4 müsbətə
  • 8:58 - 9:00
    çevrildiyi tarazlıq nöqtəsi
  • 9:00 - 9:02
    arasındadır.
  • 9:02 - 9:07
    Bu o deməkdir ki, Q-də NH3-dən
    daha çox NH4 müsbət olmalıdır.
  • 9:08 - 9:12
    pH pKa dəyərindən az olduqda, ammoniumun,
  • 9:12 - 9:15
    yəni NH4 müsbətin
    konsentrasiyası ammonyakın, yəni
  • 9:15 - 9:19
    NH3-ün konsentrasiyasından
    çox olduğunu söyləyə bilərik.
  • 9:19 - 9:23
    Yarım tarazlıq nöqtəsi,
    P nöqtəsi və Q nöqtəsi
  • 9:23 - 9:28
    titrasiya əyrisində bufer
    bölgəsinin hissələridir.
  • 9:29 - 9:32
    Buferlər pH-da böyük
    dəyişikliklərə müqavimət göstərir
  • 9:32 - 9:36
    və buna görə də titrasiya
    əyrisinin bu hissəsində
  • 9:36 - 9:40
    turşu əlavə olunduqca
    pH-da yavaş azalma görürük.
  • 9:40 - 9:41
    Titrləşdirmənin
  • 9:41 - 9:45
    ən əvvəlində bizdə demək olar ki,
    bütün ammonyak var idi və buna görə də
  • 9:45 - 9:46
    bufer məhlulumuz yox idi.
  • 9:46 - 9:50
    Turşu əlavə olunduqca və
    ammonyak ammonium kationına,
  • 9:50 - 9:53
    yəni NH4 müsbətə çevrildikcə,
  • 9:53 - 9:56
    hər ikisindən böyük miqdarda olduqca,
  • 9:56 - 9:58
    bufer məhlulumuz olur.
  • 9:58 - 10:01
    Və titrasiya əyrisindəki bufer bölgəsini
  • 10:01 - 10:03
    təmsil edir, yəni burada.
  • 10:03 - 10:06
    Daha çox turşu əlavə olunduqca,
  • 10:06 - 10:09
    pH-da kəskin dəyişikliyin elə burada
  • 10:09 - 10:10
    baş verdiyini
  • 10:10 - 10:13
    görə bilərik, ona görə də
    tarazlıq nöqtəsinə
  • 10:13 - 10:15
    yaxınlaşdıqca artıq
    bufer bölgəsində olmur.
  • 10:15 - 10:17
    Beləliklə, zəif əsas-güclü turşu
  • 10:17 - 10:20
    titrləməsinin titrləmə əyrisi və pH-ın
  • 10:20 - 10:22
    zəif turşunun pKa dəyərinə bərabər olduğu
  • 10:22 - 10:27
    yarım tarazlıq nöqtəsi
    haqqında düşünərkən,
  • 10:27 - 10:29
    bufer bölgəsi və ya yarım tarazlıq nöqtəsi
  • 10:29 - 10:33
    ətrafında bufer hissəsi
    olduğunu xatırlamaq vacibdir.
Title:
Weak base–strong acid titrations | Acids and bases | AP Chemistry | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
10:34

Azerbaijani subtitles

Revisions Compare revisions