-
Aşağıdakı ölçü vahidlərini iki qrupa
-
bölüşdürmək tələb edilir:
ABŞ ənənəvi sistemi
-
və metrik sistem.
-
Bunlar iki müxtəlif sistemdir.
-
Onlar haqqında ətraflı öyrənəcəksiniz.
-
Daha sonra onların hansının uzunluq,
çəki,
-
kütlə və həcm vahidi olduğunu
tapacaqsınız.
-
Əvvəlcə vahidləri ABŞ ənənəvi sistem və
-
metrik sistemdə qruplaşdıraq.
-
Litr metrik vahiddir.
-
O, metrik sistemdə istifadə edilir.
-
Qalon ABŞ ənənəvi sistem vahiddir.
-
Bu haqqda danışmışıq.
-
Avropada maşın üçün benzin alsanız,
-
litrlə alacaqsınız.
-
ABŞ-da isə
-
qalonla alacaqsınız.
-
İndi isə onların həcm vahidi olub-olmadığı
-
haqqında danışaq.
-
Desiqram metrik sistem vahididir.
-
Ümumiyyətlə, desi, senti, kilo kimi birləşmələr
-
metrik sistemdə istifadə edilir.
-
"Kilofunt" deyə bir ifadə mövcud deyil.
-
Ona heç yerdə rast gələ bilmərsiniz.
-
Millimetr də həmçinin
-
metrik sistem vahididir.
-
Qram da metrik sistemdədir.
-
Metr metrik sistemdədir.
-
Fit ABŞ ənənəvi sistemindədir.
-
Onun məsafə yoxsa başqa bir vahid ölçüsü
olduğu haqqında
-
danışacağıq.
-
Kiloqram metrik sistemdədir.
-
Metrik sistem vahidlərini mavi rənglə
-
ABŞ ənənəvi sistem vahidlərini isə bənövşəyi
rənglə işarələdim.
-
Sentilitr metrikdir.
-
Santimetr, metr metrik sistemdədir.
-
Sözlərin önündəki birləşmələr eynidir.
-
Santi 1/1000 deməkdir.
-
Stəkan ABŞ ölçü vahididir.
-
Onu bənövşəyi rənglə işarələyək.
-
Stəkan ABŞ ölçü vahidi.
-
Metr metrik sistem vahididir.
-
Funt ABŞ ənənəvi sistem vahididir.
-
Bu, bir qədər sıxıcıdır.
-
İnç ABŞ sistem vahididir. Unsiya və yard da
-
həmçinin ABŞ ənənəvi sistem
-
vahididir.
-
Onları qruplara ayırdıq.
-
Bənövşəyi rənglə işarələnənlər
ABŞ ənənəvi sistem vahidi,
-
mavi rənglə işarələnənlər isə
qalan bütün ölkələrdə, həmçinin
-
ABŞ-ın bəzi bölgələrində istifadə edilir.
-
ABŞ-da istifadə edilən ölçü vahidləri
-
metrik sistem vahidlərini istifadə edənlər üçün
-
qarışıq hesab edilə bilər.
-
Onların qarşılıqlı ölçülərini
-
gələcək dərslərdə öyrənəcəyik.
-
İndi isə bu vahidlərin uzunluq, çəki/kütlə vahidi
-
oluduğunu müəyyənləşdirməyə
-
çalışaq.
-
Kütlə əldə olan maddənin nə qədər
olduğunu müəyyən edir.
-
Çəki isə cazibə qüvvəsinin həmin maddədən
-
nə qədər güc çəkdiyini
müəyyənləşdirir.
-
Bu hansı planetdə olduğumuzdan
asılı olaraq dəyişə bilər.
-
Yer kürəsində onlar bir-birini
-
əvəz edə bilən vahidlər hesab edilir.
-
Həcm vahidi isə maddənin nə qədər yer
-
tutduğunu müəyyən edir.
-
Bu məsafədir.
-
Bir ölçülü fəzada davam edir.
-
Bu, əşyanın kütləsidir.
-
Çəki isə yerin cazibə qüvvəsinin
-
həmin əşyanı nə qədər çəkdiyidir.
-
Həcm əşyanın nə qədər yer tutduğunu ölçür.
-
Bu haqqda bir qədər düşünək.
-
Litr həcmdir.
-
Bu həcmdir.
-
Fəzada nə qədər yer tutduğunu ölçür.
-
Qallon da həmçinin həcmdir.
-
Bu, ABŞ-da istifadə olunan sistemdir.
-
Avropada onun qarşılığı litrdir.
-
Bu qramdır.
-
Gram kütlə vahididir.
-
Desiqram qramın 1/10 hissəsinə bərabərdir.
-
Millimetr.
-
Metr bir vahiddir.
-
Metr məsafə və ya uzunluq vahididir.
-
Millimetr metrin 1/1000 hissəsinə
bərabərdir.
-
Fit də həmçinin uzunluq vahididir.
-
Kiloqram 1000 qram deməkdir.
-
Kilo 1000 deməkdir.
-
Qram kütlə vahididir.
-
Sentilitr litrin 1/100 hissəsinə bərabərdir.
-
Litr həcm vahididir.
-
Santimetrin nə olduğunu bilirik.
-
Metr uzunluq vahididir.
-
Santimetr metrin 1/100 hissəsinə bərabərdir.
-
Bu, uzunluq vahididir.
-
"Stəkan" haqqında dəfələrlə danışmışıq.
-
O da həmçinin həcm vahidi
-
hesab edilir.
-
Metr uzunluqdur.
-
Bunu artıq bilirik.
-
Funt çəki vahididir.
-
İnç uzunluq vahididir.
-
Bunları artıq bilirik.
-
Bu isə unsiyadır.
-
Unsiya 1/16 funta bərabərdir.
-
O, çəki vahididir.
-
Əgər unsiya ilə ölçülən maddə
maye halındadırsa,
-
bu zaman o, həcm vahidi hesab edilir.
-
Ancaq ümumi olaraq unsiya çəki vahididir,
-
1/16 funta bərabərdir.
-
Yard uzunluq vahididir.
-
Vəssalam.