< Return to Video

Solving radical equations | Exponent expressions and equations | Algebra I | Khan Academy

  • 0:01 - 0:02
    Burada 3 üstəgəl kökdə 5x + 6 ifadəsi
  • 0:02 - 0:08
    bərabərdir 12 tənliyi verilib.
  • 0:08 - 0:10
    Burada belə tip tənlikləri həll etmənin
  • 0:10 - 0:14
    əsas yolu, kökaltı işarəsindən azad etmək,
  • 0:14 - 0:16
    yəni kvadrata
  • 0:16 - 0:18
    yüksəltməkdir.
  • 0:18 - 0:19
    Amma diqqətli olmaq lazımdır,
  • 0:19 - 0:21
    çünki, burada kökaltı işarəsindən
  • 0:21 - 0:23
    azad etdikdə, kvadrat köklərlə olan
  • 0:23 - 0:24
    bağlılıq itir.
  • 0:24 - 0:27
    Nə mənfi kvadrat kök nə də üstəgəl ya çıx
  • 0:27 - 0:27
    kvadrat kök.
  • 0:27 - 0:29
    Sadəcə müsbət kvadrat kökü götürürük.
  • 0:29 - 0:31
    Son cavabı aldıqda,
  • 0:31 - 0:33
    onu yoxlamalı və
  • 0:33 - 0:36
    uyğun olduğuna baxmalıyıq.
  • 0:36 - 0:36
    Cəhd edək.
  • 0:36 - 0:38
    Nə dediyimi etməyə çalışaq.
  • 0:38 - 0:39
    İlk olaraq, bunu tənliyin bir
  • 0:39 - 0:41
    tərəfinə ayırmaq istəyirəm.
  • 0:41 - 0:44
    Bunu etmək üçün 3-dən azad etməliyik.
  • 0:44 - 0:45
    3-dən azad etməyin ən yaxşı yolu,
  • 0:45 - 0:47
    sol tərəfdən 3 çıxmaqdır.
  • 0:47 - 0:49
    Bunu sol tərəfdə edirəmsə,
  • 0:49 - 0:51
    sağ tərəfdə də etməliyəm.
  • 0:51 - 0:53
    Yoxsa onlar
  • 0:53 - 0:55
    bərabər olmaz.
  • 0:55 - 0:57
    Sol tərəf kökdə 5x üstəgəl 6-ya
  • 0:57 - 1:03
    sadələşir.
  • 1:03 - 1:05
    Bu 12 çıx 3-ə bərabərdir.
  • 1:05 - 1:07
    Yəni 9-a.
  • 1:07 - 1:12
    İndi isə hər iki tərəfi kvadrata yüksəldə bilərik.
  • 1:12 - 1:15
    Yəni, kökdə 5x üstəgəl 6 və 9-u
  • 1:15 - 1:17
    kvadrata yüksəldə bilərik.
  • 1:17 - 1:24
    Bunu etdikdə 5x üstəgəl 6 alırsınız.
  • 1:24 - 1:26
    Əgər kökdə 5x üstəgəl 6-nı kvadrata yüksəltsəniz,
  • 1:26 - 1:28
    nəticədə 5x üstəgəl 6 alarsınız.
  • 1:28 - 1:30
    Əslində burada bir qədər
  • 1:30 - 1:32
    qarışıqlıq yaranır, çünki, mənfi 5x üstəgəl 6-nı da
  • 1:32 - 1:36
    kvadrata yüksəltsəydik, eyni nəticəni alardıq.
  • 1:36 - 1:39
    Ona görə
  • 1:39 - 1:41
    kvadrat köklə işlədikdə
  • 1:41 - 1:44
    bir qədər diqqətli olmalıyıq.
  • 1:44 - 1:46
    Sol tərəfdə 5x üstəgəl 6 alırıq.
  • 1:46 - 1:49
    Sağ tərəfdə isə 81 alırıq.
  • 1:49 - 1:51
    Burada sadəcə xətti tənlik alınır.
  • 1:51 - 1:53
    Burada x-ı ayırmaq istəyirik.
  • 1:53 - 1:55
    Hər iki tərəfdən 6 çıxaq.
  • 1:57 - 2:01
    Sol tərəfdə 5x və sağ tərəfdə
  • 2:01 - 2:03
    75 var.
  • 2:03 - 2:05
    Hər iki tərəfi 5-ə bölə bilərik.
  • 2:08 - 2:14
    Burada x 15 alınır, düzdür?
  • 2:14 - 2:16
    5 vur 10 50 edir.
  • 2:16 - 2:19
    5 vur 5 25 edir və nəticədə 75 alırıq.
  • 2:19 - 2:22
    X bərabərdir 15 alırıq, amma
  • 2:22 - 2:24
    doğru olduğuna
  • 2:24 - 2:25
    əmin olmalıyıq.
  • 2:25 - 2:28
    Əgər mənfi kvadrat kök
  • 2:28 - 2:29
    olsaydı, bəlkə də uyğun olardı.
  • 2:29 - 2:30
    Ona görə müsbət
  • 2:30 - 2:32
    kvadrat kök üçün də uyğun
  • 2:32 - 2:33
    olduğuna baxmalıyıq.
  • 2:33 - 2:35
    Gəlin tənliyimizdə tətbiq edək.
  • 2:35 - 2:41
    Burada 3 üstəgəl 5 vur 15 üstəgəl 6-nın
    kvadrat kökünü alırıq.
  • 2:41 - 2:44
    Yəni, 75 üstəgəl 6.
  • 2:47 - 2:49
    15 vur 5-i buradan götürdüm.
  • 2:49 - 2:50
    Həlli yerinə qoyduq.
  • 2:50 - 2:52
    12-yə bərabər olmalıdır.
  • 2:52 - 2:56
    Ya da 3 üstəgəl kökdə 75 üstəgəl 6
  • 2:56 - 2:58
    12-yə bərabər olmalıdır.
  • 2:58 - 3:02
    Kökdə 81, müsbət 9 edir.
  • 3:02 - 3:06
    3 üstəgəl 9, 12-yə bərabər olmalıdır,
  • 3:06 - 3:07
    deməli, doğrudur.
  • 3:07 - 3:11
    Cavabımız doğrudur.
Title:
Solving radical equations | Exponent expressions and equations | Algebra I | Khan Academy
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
03:11

Azerbaijani subtitles

Revisions Compare revisions