< Return to Video

Reflecting points across horizontal and vertical lines

  • 0:00 - 0:03
    A nöqtəsinə l xəttinə nəzərən
  • 0:03 - 0:06
    əksetmə tətbiq etməliyik.
  • 0:07 - 0:09
    Burada l xətti verilmişdir.
  • 0:09 - 0:12
    Bu xəttə nəzərən
  • 0:12 - 0:14
    buradakı A nöqtəsinə
  • 0:14 - 0:17
    əksetmə tətbiq etməliyik.
  • 0:17 - 0:19
    Çalışmanı həll etməyə çalışaq.
  • 0:19 - 0:23
    A nöqtəsi l xəttinin 1, 2, 3, 4 vahid sağında yerləşir.
  • 0:25 - 0:27
    Deməli, onun əksetməsi l xəttinin
  • 0:27 - 0:29
    4 vahid solunda olmalıdır.
  • 0:29 - 0:32
    1, 2, 3, 4.
  • 0:33 - 0:36
    A nöqtəsinin əksetməsi burada olacaq.
  • 0:36 - 0:38
    Bunu A` adlandıra bilərik.
  • 0:38 - 0:40
    "Khan Academy"-də bu çalışmanı
    həll edərkən,
  • 0:40 - 0:42
    buradakı nöqtəni seçsəniz, həmin nöqtə
  • 0:42 - 0:43
    dəqiq qeyd ediləcək.
  • 0:43 - 0:45
    Bu, A nöqtəsinin l xəttinə
  • 0:45 - 0:47
    nəzərən əksetməsidir.
  • 0:48 - 0:51
    Başqa bir nümunəyə baxaq.
  • 0:51 - 0:54
    B nöqtəsinə x oxuna nəzərən
  • 0:54 - 0:58
    əksetmə tətbiq edin.
  • 0:58 - 0:59
    Bu, B nöqtəsidir.
  • 0:59 - 1:00
    Ona x oxuna nəzərən
  • 1:00 - 1:03
    əksetmə tətbiq etməliyik.
  • 1:05 - 1:07
    Gördüyünüz kimi B nöqtəsi
  • 1:07 - 1:10
    x oxundan 5 vahid aşağıdadır.
  • 1:10 - 1:12
    1, 2, 3, 4, 5.
  • 1:13 - 1:16
    Əgər x oxuna nəzərən
  • 1:16 - 1:18
    əksetmə tətbiq ediriksə, bu zaman
    yeni nöqtə
  • 1:18 - 1:20
    x oxundan 5 vahid yuxarıda olmalıdır.
  • 1:20 - 1:23
    1, 2, 3, 4, 5.
  • 1:24 - 1:26
    Nöqtə burada olacaq.
  • 1:26 - 1:29
    Bunu B` adlandıra bilərik.
  • 1:29 - 1:32
    x oxuna nəzərən əksetmə
    tətbiq etdik.
  • 1:33 - 1:35
    Başqa bir nümunəyə baxaq.
  • 1:35 - 1:39
    C` nöqtəsi koordinatları
  • 1:41 - 1:42
    (mənfi 4, mənfi 2) olan C nöqtəsinin
  • 1:42 - 1:47
    y oxuna nəzərən əksetmə tətbiq edilmiş
    formasıdır.
  • 1:47 - 1:50
    C`-nin koordinatlarını müəyyən edin.
  • 1:50 - 1:51
    Videonu dayandırın və
  • 1:51 - 1:55
    cavabı tapmağa çalışın.
  • 1:55 - 1:57
    Bunu həll etməyin bir neçə üsulu var.
  • 1:57 - 1:59
    Bunu əyani təsvir etməyə çalışaq.
  • 1:59 - 2:02
    Bu, x oxu,
  • 2:02 - 2:04
    bu isə y oxudur.
  • 2:06 - 2:08
    (mənfi 4, mənfi 2) nöqtəsini
  • 2:08 - 2:09
    burada qeyd edək.
  • 2:09 - 2:12
    (mənfi 4, mənfi 2).
  • 2:12 - 2:16
    Bu, C nöqtəsidir.
  • 2:16 - 2:19
    Ona y oxuna nəzərən əksetmə tətbiq edilir.
  • 2:19 - 2:21
    y oxuna nəzərən əksetmə tətbiq etməliyik.
  • 2:21 - 2:24
    Bunu qırmızı rənglə ifadə edə bilərik.
  • 2:24 - 2:26
    Baxaq.
  • 2:26 - 2:29
    C nöqtəsi y oxunun 4 vahid solundadır.
  • 2:30 - 2:32
    Onun əksetməsi y oxunun
  • 2:32 - 2:34
    4 vahid sağında olmalıdır.
  • 2:34 - 2:36
    Gəlin bunu qeyd edək.
  • 2:36 - 2:39
    Bu, 4 vahid solda olduğundan
  • 2:39 - 2:43
    4 vahid sağa getməliyik.
  • 2:43 - 2:47
    C` nöqtəsini harada qeyd etməliyik?
  • 2:47 - 2:49
    C` nöqtəsi burada olacaq.
  • 2:49 - 2:51
    Onun koordinatları nədir?
  • 2:51 - 2:53
    y koordinatları eynidir.
  • 2:53 - 2:57
    C`-nin y koordinatı mənfi 2-dir.
  • 2:57 - 2:59
    x koordinatı nəyə bərabərdir?
  • 2:59 - 3:00
    Burada mənfi 4 əvəzinə,
  • 3:00 - 3:03
    y oxuna nəzərən əksetmə
    tətbiq edildiyindən
  • 3:03 - 3:07
    x koordinatı müsbət 4 olacaq.
  • 3:07 - 3:10
    Koordinatlar (müsbət 4, mənfi 2)-dir.
  • 3:10 - 3:12
    Müsbət 4 və mənfi 2.
  • 3:12 - 3:14
    Bunu şifahi olaraq da həll edə bilərdik.
  • 3:14 - 3:16
    Bunu şifahi həll etsək də,
  • 3:16 - 3:19
    fikrimizdə əyani təsviri canlandırmalıyıq.
  • 3:19 - 3:21
    Mənfi 4, mənfi 2.
  • 3:21 - 3:23
    Bu, 3-cü rübdə yerləşir.
  • 3:23 - 3:26
    y oxuna nəzərən əksetmə
    tətbiq edilirsə,
  • 3:26 - 3:28
    y koordinatı dəyişmir,
  • 3:28 - 3:31
    x koordinatı isə əvvəlkinin əksi olur.
  • 3:31 - 3:32
    Deməli, nöqtə 4-cü rübdə olacaq.
  • 3:32 - 3:34
    Burada da eyni cavab alındı.
  • 3:34 - 3:37
    y koordinatı dəyişmədi,
    y oxuna nəzərən əksetmə tətbiq edildiyindən
  • 3:37 - 3:39
    əvvəlki x koordinatının
  • 3:39 - 3:41
    əksini qeyd edirik.
  • 3:41 - 3:45
    Mənfi 4-ün əksi müsbət 4-dür.
Title:
Reflecting points across horizontal and vertical lines
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
03:45

Azerbaijani subtitles

Revisions Compare revisions