-
Gəlin fərz edək ki, bu
dairə 1 tamı
-
ifadə edir.
-
Buna aid bir neçə
nümunə ilə artıq rastlaşmışıq.
-
Biz bu dairəni
iki bərabər
-
hissəyə bölə bilərik.
-
Əgər bunlardan birini
rəngləsək,
-
bu, 1/2-i ifadə edəcək.
-
Əgər digər hissəni də rəngləsək,
ikisi birlikdə 2/2-ni ifadə edəcək.
-
Gəlin bunu bir az da
rəngləyək.
-
Gördüyünüz kimi bu dairəni
iki bərabər hissəyə böldüm.
-
Sonra da onların
ikisini də rənglədim.
-
Elə isə tamın hansı
hissəsini rəngləmiş oldum?
-
Buna dəfələrlə baxmışıq.
-
Bu, 2/2-yə bərabərdir.
-
Yəni biz bütün dairəni
rəngləmişik.
-
Elə isə bu, 1 tama bərabərdir.
-
Əslində bu fiquru
-
üç bərabər hissəyə
də bölə bilərik.
-
Elə gəlin bunu edək.
-
Bu dairəni üç
bərabər hissəyə böləcəyik.
-
Çalışacağam ki, mümkün qədər
bərabər hissələrə bölüm.
-
Bu, təxminən Mersedes
şirkətinin embleminə bənzəyir.
-
Belə alındı,
-
amma daha da yaxşı
ola bilərdi.
-
Gəlin yenidən
çəkməyə çalışaq.
-
Fərz edək ki, üç bərabər
hissəyə bölmüşük.
-
İndi isə bu üç bərabər
hissəni
-
rəngləməyə başlasaq,
bu onlardan biridir,
-
yəni bu, 1/3, 2/3
və 3/3 edir.
-
Eynilə, 3/3 1 tama bərabərdir.
-
İndi gəlin daha sadə bir
-
nümunəyə baxaq.
-
Gəlin bir tamı
-
sadəcə 1 hissəyə bölək.
-
Biz artıq bunu etmişik.
-
Bu, bir bərabər hissədir.
-
Sonra da bu bir hissəni
-
rəngləyək.
-
Deməli, sadəcə bir hissəmiz var
və bunu rəngləyirik.
-
İndi tamın hansı hissəni
rəngləmiş olduq?
-
Belə ki, bizim sadəcə
bir hissəmiz var idi
-
və biz bu hissəni
rənglədik.
-
Deməli, bunun 1/1-ni
rəngləmiş olduq.
-
Bu da həmçinin, 1 tama bərabərdir.
-
Deməli, bu bərabərdir
1 tama.
-
Düşünürəm ki, qanunauyğunluğu
başa düşdünüz.
-
2/2, 3/3 və ya 1/1 --
bunların hamısı bərabərdir.
-
Onlar bir tamı ifadə edirlər.
-
Bunu biz ədəd oxunda da
göstərə bilərik.
-
Bu, 0 nöqtəsi olsun.
-
Bu da 1 nöqtəsi olsun.
-
Biz davam edə bilərdik.
-
Yaxşı, bu, 1/1-dir.
-
Burada, 0 ilə 1 aralığını
-
sadəcə 1 hissəyə bölmüşəm,
-
yəni bura bir tamı
ifadə edir.
-
Buradan buraya kimi
getsək,
-
biz 1 nöqtəsinə gəlmiş
olarıq.
-
Əgər bu aralığı iki
bərabər hissəyə bölsək
-
və iki dəfə
irəliləsək, 1 nöqtəsinə gəlirik.
-
Əgər bu aralığı üç
bərabər hissəyə bölsək --
-
bu olsun bir, iki və üç --
-
daha sonra üç dəfə
irəliləsək, gəlib 1 nöqtəsinə çatırıq.
-
Deməli, 2/2, 3/3, 1/1--
-
bunlar 1 ədədini və ya
1 tamı ifadə etməyin
-
müxtəlif yollarıdır.