İnkişaf edə bilməcəyinə inamın gücü
-
0:00 - 0:04"Hələ" sözünün gücü haqqında danışım.
-
0:04 - 0:06Eşitdiyimə görə Çikaqo koleclərinin birini
-
0:06 - 0:11bitirmək üçün tələbələr müəyyən sayda
fənlərdən imtahan verirlər -
0:11 - 0:16və imtahanı keçə bilməyəndə,
"Hələ yox" qiyməti alırlar. -
0:16 - 0:18Bunun əla fikir olduğunu düşündüm.
-
0:18 - 0:22Çünki imtahandan kəsiləndə
yararsız və heç nə olduğumuzu düşünürük. -
0:22 - 0:25"Hələ yox" qiyməti alanda isə
-
0:25 - 0:29öyrənmək yolunda olduğumuzu
başa düşürük. -
0:29 - 0:32Bu da bizə gələcəyə
doğru bir yol açır. -
0:32 - 0:40"Hələ yox" kəlməsi karyeramın əvvəlində,
vacib bir dövrdə mənə təkan verdi -
0:40 - 0:42və mənim üçün dönüş nöqtəsi oldu.
-
0:42 - 0:44Uşaqların problem və çətinliklərin
-
0:44 - 0:49öhdəsindən necə gələcəklərini
görmək istəyirdim, -
0:49 - 0:52buna görə də 10 yaşlı uşaqlara
-
0:52 - 0:57onların həlli üçün bir az
çətin bir tapşırıq verdim. -
0:57 - 1:02Bəziləri inanılmaz müsbət
reaksiya göstərdi. -
1:02 - 1:06"Çətinlikləri xoşlayıram"
-
1:06 - 1:11və "Bunun öyrədici olacağına
ümid edirəm" dedilər. -
1:11 - 1:17Onlar bacarıqlarının inkişaf edəcəyini
dərk edirdilər. -
1:17 - 1:21Çünki onlar "inkişaf zehni"
adlandırdığım yanaşmaya malik idilər. -
1:21 - 1:27Digər şagirdlər isə bunu bir faciə
və fəlakət kimi qəbul etdilər. -
1:27 - 1:31Daha sabit baxışa malik olduqlara görə
-
1:31 - 1:38zehnləri tapşırığa tabe olmuş
və onlar uğur qazana bilməmişdilər. -
1:38 - 1:43"Hələ" sözünün gücündən həzz almaq əvəzinə
-
1:43 - 1:47"indi"nin zülmündən əziyyət çəkirdilər.
-
1:47 - 1:50Bəs onlar sonra neylədilər?
-
1:50 - 1:52Nə etdiklərini sizə danışım.
-
1:52 - 1:58Bir tapşırıqda, kəsiləcəkləri halda
daha çox oxumaq əvəzinə -
1:58 - 2:02gələn dəfə yəqin ki,
köçürəcəklərini demişdilər. -
2:02 - 2:05Digər bir tapşırıqda isə kəsiləndən sonra
-
2:05 - 2:08onlara nisbətən daha pis nəticə göstərmiş
-
2:08 - 2:13birinə baxıb özlərini daha yaxşı
hiss etmişdilər -
2:13 - 2:19və bütün tapşırıqlar boyu
çətinliklərdən qaçmışdılar. -
2:19 - 2:25Alimlər tələbələrin səhvlərlə
qarşılaşdığı zaman -
2:25 - 2:28beyinlərində yaranan elektik fəaliyyətini
ölçüblər. -
2:28 - 2:32Solda "sabit" zehnə malik
tələbələri görürsüz. -
2:32 - 2:34Beyinləri çox passivdir.
-
2:34 - 2:37Onlar səhvlərdən qaçırlar.
-
2:37 - 2:40Səhvlərə baş qoşmaq istəmirlər.
-
2:40 - 2:43Sağdakı isə "infişaf edən" zehnə
malik olub, -
2:43 - 2:47bacarıqlarının inkişafına
inanan tələbələrdir. -
2:47 - 2:49Onlar daha dərindən məşğul olurlar.
-
2:49 - 2:52Beyinlər "hələ" sözü ilə yaşayır,
-
2:52 - 2:54işə ürəklərini verirlər.
-
2:54 - 2:57Səhvlərin üzərində işləyirlər,
-
2:57 - 3:01səhvlərdən dərs alıb onları düzəldirlər.
-
3:02 - 3:05Uşaqlarımızı necə böyüdürük?
-
3:05 - 3:09Onları "hələ" yerinə "indi" üçünmü
böyüdürük? -
3:09 - 3:14Əla qiymətlərə can atmaları üçünmü
böyüdürük? -
3:14 - 3:20Böyük xəyallar qurmağı bacarmayan
uşaqlarmı yetişdiririk? -
3:20 - 3:27Ən böyük hədəfləri bir sonrakı A qiyməti
və ya sınaq nəticəsidirmi? -
3:27 - 3:33Və onlar bu daimi
qiymətləndirilmə ehtiyaclarını -
3:33 - 3:36gələcəkdə də davam etdirəcəklərmi?
-
3:36 - 3:40Bəlkə də hə. Çünki iş sahibləri
və şirkət işçiləri -
3:40 - 3:43artıq mükafatlandırılmadan
-
3:43 - 3:47bir gün də belə işləmək istəməyən
-
3:47 - 3:50gənc nəslin yetişdiyini deyir.
-
3:50 - 3:53Yaxşı, bəs nə edə bilərik?
-
3:53 - 3:57"Hələ" sözünə necə özümüzə yaxınlaşdıra
bilərik? -
3:57 - 3:59Bir neçəyolunu deyim.
-
3:59 - 4:06İlk növbədə, bilik və istedaddan başqa da
qiymətləndirmə keyfiyyətləri tapmalıyıq. -
4:06 - 4:08Köhnə üsul özünü doğrultmur.
-
4:08 - 4:10Artıq belə etməyin.
-
4:10 - 4:15Uşaqların gördüyü
işi qiymətləndirin; -
4:15 - 4:19onların səylərini, strategiyalarını,
diqqətlərini, -
4:19 - 4:21əzm və irəliləyişlərini.
-
4:21 - 4:22Təriflənən proses
-
4:22 - 4:27davamlı və möhkəm uşaqlar yetişdirir.
-
4:27 - 4:30"Hələ" sözünü işlətməyin
digər yollar da var. -
4:30 - 4:34Bu yaxınlarda Vaşinqton Universitetindən
-
4:34 - 4:37onlayn oyun developerləri ilə birləşərək
-
4:37 - 4:42"hələ" sözünü mükafatlandıran yeni
riyazi oyun yaratdıq. -
4:42 - 4:48Bu oyunda şagirdlər səy, strategiya
və proqreslərinə görə mükafatlanırlar. -
4:48 - 4:51Adi riyazi oyunlar düzgün cavabı
-
4:51 - 4:55verən kimi mükafatlandırırlar,
-
4:55 - 4:58bu oyun isə prosesi mükafatlandırır.
-
4:58 - 5:01Və onlar daha çox səy,
-
5:01 - 5:03daha güclü strategiya
-
5:03 - 5:07uzun müddət ərzində daha çox məşğuliyyət
-
5:07 - 5:13və çox çətin problemləri həll edərkən
daha çox əzm göstərdilər. -
5:13 - 5:16İşlətdiyimiz sadəcə "hələ" yaxud
"hələ yox" sözləri -
5:16 - 5:20uşaqlara daha çox əminlik,
-
5:20 - 5:27daha artıq əzmkarlıq yaradan
gələcəyə yol açır. -
5:27 - 5:32Və bununla şagirdlərin
zehnini dəyişə bilərik. -
5:32 - 5:35Araşdırmaların birində biz uşaqlara
-
5:35 - 5:39hər dəfə öz komfort zonalarından çıxanda
-
5:39 - 5:43yeni və çətin nəsə öyrənmələri,
-
5:43 - 5:49neyronların beyinlərində yeni,
daha möhkəm bağlar yaratdıqlarını -
5:49 - 5:52və onların daha ağıllı
olmalarını öyrətdik. -
5:52 - 5:55Görün bu tapşırıqlarda nə baş verdi:
-
5:55 - 5:59"inkişaf" zehni barədə
bilməyən şagirdlər -
5:59 - 6:04məktəbin bu çətin keçid dövründə
aşağı nəticələr göstərməyə davam etdilər, -
6:04 - 6:11amma bu barədə bilən uşaqlar
qiymətlərində kəskin artım göstərdilər. -
6:11 - 6:17Bu müsbət inkişafı biz
minlərlə uşaqlarda -
6:17 - 6:24xüsusən də əziyyət çəkən
şagirdlərdə müşahidə etmişik. -
6:24 - 6:28İndi isə bir az bərabərlik barədə
də danışaq. -
6:28 - 6:33Ölkəmizdə, bir qrup şagirdlər
-
6:33 - 6:35xroniki olaraq zəif nəticələr göstərirlər,
-
6:35 - 6:38bu misalçun, kasıb küçələrdə
-
6:38 - 6:42və ya hindu tayfalarında yaşayan
uşaqlardır. -
6:42 - 6:49Uzun müddətdir zəif nəticə göstərdiklərindən,
bir çoxları bunun qarşısıalınmaz sayır. -
6:49 - 6:57Amma müəllimlər sinifdə "hələ"yə arxalanan
"artma" zehni yaradanda -
6:57 - 7:01bərabərlik yaranır.
-
7:01 - 7:05Bir neçə misal gətirim.
-
7:05 - 7:11Nyu Yorkun, Harlem ərazisində
bir bağça bir ildə -
7:11 - 7:19Milli Nailiyyət testi zamanı 95-cu
yeri tutdular. -
7:19 - 7:26Uşaqların bir çoxu məktəbə gələrkən
heç qələmi əllərində tuta bilmirdilər. -
7:26 - 7:28Bir ildə,
-
7:28 - 7:33Cənubi Bronksun 4-cü sinif şagirdləri
-
7:33 - 7:39ştatın riyaziyyat testi üzrə
-
7:39 - 7:43Nyu Yorkun dördüncü sinifləri arasında
birinci yer tutdular. -
7:43 - 7:47Bir ildən il yarıma qədər
-
7:47 - 7:53hindu şagirləri bölgələrinin məktəblərində
-
7:53 - 7:59ərazinin ən aşağısından
yuxarıya yüksəlmişdilər -
7:59 - 8:05və o əraziyə Sietllin varlı bölgələri
da daxil idi. -
8:05 - 8:12Beləliklə, hindu uşaqları Microsoft
uşaqlarını ötmüşdülər. -
8:12 - 8:16Bu, səy və çətinliyin mənasının
-
8:16 - 8:20dəyişilməsi nəticəsində baş vermişdi.
-
8:20 - 8:25Bundan öncə, səy və çətinlik
-
8:25 - 8:30onların savadsız və təslim olmuş
kimi hiss etmələrinə səbəb olurdu. -
8:30 - 8:33İndisə, səy və çətinlik
-
8:33 - 8:37neyronlarının yeni və daha möhkəm bağlar
-
8:37 - 8:39yaratmalarına gətirib çıxarırdı.
-
8:39 - 8:43Məhz bu zaman onlar daha ağıllı olurlar.
-
8:43 - 8:48Bu yaxınlarda 13 yaşında oğlan uşağından
bir məktub aldım. -
8:48 - 8:52O yazırdı: "Əziz prof. Dvek,
-
8:52 - 8:58yazılarınızın əsaslı elmi tədqiqatlara
arxalandığını dəyərləndirərək, -
8:58 - 9:04onları tətbiq etməyə qərar verdim.
-
9:04 - 9:08Dərslərimdə,
-
9:08 - 9:11ailəm və məktəbdəki uşaqlarla
-
9:11 - 9:15münasibətlərimdə daha çox
səy göstərməyə başladım -
9:15 - 9:22və bütün bu sahələrdə çox böyük
irəliləyiş qazandım. -
9:22 - 9:27Mən indi başa düşürəm ki, ömrümün
çox hissəsini boşuna sərf etmişəm". -
9:29 - 9:35Gəlin daha çox həyat boşuna sərf etməyək.
-
9:35 - 9:39Bacarıqların bu tərzdə artmasına
-
9:39 - 9:44qadir olduğunu artıq öyrəndiyimiz üçün,
-
9:44 - 9:50uşaqların, bütün uşaqların o artımı
-
9:50 - 9:57yaradacaq yerlərdə, "hələ" kəlməsilə
dolu yerlərdə -
9:57 - 10:03yaşamalarını əsas insan
hüququna çevirək. -
10:03 - 10:05Təşəkkür edirəm.
-
10:05 - 10:07(Alqış)
- Title:
- İnkişaf edə bilməcəyinə inamın gücü
- Speaker:
- Kerol Dvek
- Description:
-
Kerol Dvek beynimizin öyrənmə və problemləri həll etmə bacarığının inkişafını mümkün hesab eildiyi "inkişaf yanaşması" barədə tədqiqat aparıb. Çıxışında, həlli bir qədər çətin olan problemlərə dair düşünmənin iki tərzi haqqında danışır. Həll etməyə ağlınız yetmir, yaxud hələ ki həll edə bilməyibsiniz. Bunu həll etmək üçün kifayət qədər ağıllı deyilsiniz...yoxsa bunu hələlik həll etməmisiniz fikirləşirsiniz?yanaşmalar haqqında əla ir nitqdir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 10:20
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Jala Ajennadjat accepted Azerbaijani subtitles for The power of believing that you can improve | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The power of believing that you can improve |