Qorxuları yenib, imkansızları edə bilmək| Dan Meyer | TEDxMaastricht
-
0:08 - 0:10Təşəkkürlər!
-
0:15 - 0:21Bir gün Hindistanın Maharaca adlı
kralı ad günündə yeni qanun qəbul edir. -
0:21 - 0:24Qanuna görə bütün rütbəli
şəxslər ona hədiyyə gətirməli idi. -
0:24 - 0:28Bəziləri yaxşı ipək,
bəziləri qeyri-adi qılınc -
0:28 - 0:30bəziləri isə qızıl
hədiyyə etdi. -
0:30 - 0:33Ən sonda isə üzü-gözü qırışmış
yaşlı bir kişi gəldi. -
0:33 - 0:37O, yaşadığı kənddən buraya günlərdir dəniz
sahili boyunca piyada yol qət etmişdi. -
0:37 - 0:42İçəri girən kimi kralın oğlu ondan
atası üçün nə hədiyyə gətirdiyini soruşdu. -
0:42 - 0:45Qoca göstərmək üçün
yavaş-yavaş əlini açdı. -
0:45 - 0:50Əlində al qırmızı, sarı, qırmızı və mavi
çalarlı çox gözəl bir balıqqulağı var idi. -
0:50 - 0:51Kralın oğlu həmin an dedi:
-
0:51 - 0:54"Bu krala layiq hədiyyə deyil.
Belə də hədiyyə olar?" -
0:55 - 0:57Qoca başını yavaş yavaş qaldırıb
oğlana baxdı və -
0:57 - 1:01"Uzun yol qət etməyim də hədiyyənin
digər qismidir" cavabını verdi. -
1:01 - 1:03(Gülüş)
-
1:03 - 1:06Bir neçə dəqiqədən sonra da mən
sizə bir hədiyyə verəcəm. -
1:06 - 1:08Zənnimcə, bu hədiyyə paylaşılmağa
dəyər bir hədiyyədir. -
1:08 - 1:10Ancaq ondan öncə izin
verin, qət etdiyim -
1:10 - 1:12uzun yola sizi də aparım.
-
1:12 - 1:14Çoxlarınız kimi mən də
-
1:14 - 1:15həyata balaca uşaq olaraq başladım.
-
1:15 - 1:18İçinizdə neçə nəfər həyata
uşaq olaraq başlayıb? -
1:18 - 1:19Bəlkə, gənc olaraq doğulmusuz?
-
1:19 - 1:20Təxminən yarınız..
-
1:21 - 1:22(Gülüş)
-
1:22 - 1:25Bəs geridə qalanlarınız necə? Tam
yetkin olaraqmı dünyaya gəlmisiz? -
1:25 - 1:28Ananı tanımağı çox istərdim, qardaşım!
-
1:28 - 1:30Gəlin indi də imkansızlar
haqqında danışaq. -
1:31 - 1:35Uşaqlıqdan bəri hər zaman
imkansızı etməyi arzulamışam. -
1:36 - 1:39İllərdir etmək istədiyimi də
elə bu gün həyata keçirəcəm. -
1:39 - 1:41Çünki bu gün sizlərin gözü önündə
-
1:41 - 1:44imkansızı etməyə cəhd edəcəm.
-
1:44 - 1:45Elə burda, TEDxMaastricht səhnəsində.
-
1:46 - 1:48Ancaq başlamamışdan qabaq
-
1:49 - 1:51sonda nə olacağı haqda bir az
açıqlama verəcəm. -
1:51 - 1:53İndi isə sizə
-
1:53 - 1:55imkansızın əslində imkansız
olmadığını göstərəcəm. -
1:55 - 1:58Sonda isə sizə paylaşılmağa dəyər
bir hədiyyə verəcəyəm. -
1:58 - 2:01Həyatda bütün imkansızları
bacara biləcəyinizi göstərəcəm. -
2:03 - 2:05İmkansızları etməklə bağlı araşdırmamda
-
2:05 - 2:08iki şeyin dünyadakı insanlar arasında
bəşəri dəyəri olduğunu gördüm. -
2:08 - 2:10Hər kəsin qorxuları da var,
-
2:10 - 2:12arzuları da.
-
2:13 - 2:18Eyni zamanda, bu araşdırmamda
-
2:18 - 2:20illərdir etdiyim üç şeyin
-
2:20 - 2:23imkansızı etməyə səbəb olduğunu gördüm.
-
2:24 - 2:27Birincisi "Ortadaqaldı" və ya
sizin deyiminizlə "Trefbol" oyunu -
2:27 - 2:28İkincisi "Supermen"
-
2:28 - 2:29Üçüncüsü isə həşərat.
-
2:29 - 2:31Bu üçü mənə görə
açar sözlərdir. -
2:31 - 2:34Həyatda hər zaman imkansızları
etməyimin səbəbini bilirsinizmi? -
2:34 - 2:36Gəlin sizi uzun yol qət etdiyim
səyahətimə aparım. -
2:36 - 2:39Burda qorxulardan arzulara
-
2:39 - 2:41Sözlərdən qılınclara
-
2:41 - 2:43ortadaqaldı oyunundan
-
2:43 - 2:44Supermenə,
-
2:44 - 2:46həşərata gedən yol var.
-
2:46 - 2:47Ümid edirəm, həm də sizə
-
2:47 - 2:50imkansızları necə bacara biləcəyinizi
də göstərə bilərəm. -
2:52 - 2:554 Oktyabr 2007-ci il.
-
2:55 - 2:58Ürəyim yerindən çıxacaq kimi idi.
Ayaqlarım isə tir-tir əsirdi. -
2:58 - 3:00Və mən Harvard Universitetindəki
-
3:00 - 3:01Sanderts Teatrının
-
3:01 - 3:03səhnəsinə doğru addımlayıram.
-
3:03 - 3:06Həmin il "Qılınc udma və
onun əks təsirləri" adlı -
3:06 - 3:09elmi məqaləmə görə
-
3:09 - 3:102007-ci ilin Tibb Sahəsi üzrə
-
3:10 - 3:12Nobel mükafatına layiq
görülmüşdüm. -
3:12 - 3:13(Gülüş)
-
3:14 - 3:17Bu məqalə heç vaxt oxumadığım
-
3:17 - 3:20"The British Medical Journal"
adlı kiçik bir jurnalda dərc edilmişdi. -
3:21 - 3:25Mənə görə bu həyata keçməsi
mümkün olmayan bir arzu idi. -
3:25 - 3:28Bu mənim kimi insana
gözlənilməz bir sürpriz idi. -
3:28 - 3:31Bu unutmadığım bir şərəf idi.
-
3:31 - 3:35Ancaq, həyatımdakı ən
yaddaqalan hadisə də deyildi. -
3:36 - 3:384 Oktyabr 1967-ci il.
-
3:38 - 3:40Qorxaq, utancaq, cılız və zəif bir uşaq
-
3:41 - 3:43hədsiz qorxularından əziyyət çəkirdi.
-
3:43 - 3:46Səhnəyə doğru addımlamağa
hazır olduğunda -
3:46 - 3:47ürəyi yerindən çıxacaq
kimi döyünürdü, -
3:48 - 3:49dizləri isə tir-tir əsirdi.
-
3:50 - 3:52Danışmaq üçün ağzını açır,
-
3:56 - 3:58ancaq sözlər heç cür dilinə gəlmirdi.
-
3:58 - 4:00Qorxusundan tir-tir əsirdi.
-
4:00 - 4:02Həyəcandan, sanki, bir tərəfi işləmirdi.
-
4:02 - 4:04Qorxudan yerindəcə donub qalmışdı.
-
4:04 - 4:06Bu qorxaq, utancaq, cılız və arıq uşaq
-
4:06 - 4:08hədsiz qorxularından əziyyət çəkirdi.
-
4:09 - 4:10Onun qaranlıq qorxusu var idi.
-
4:10 - 4:12Onun yüksəklik qorxusu var idi.
-
4:12 - 4:13İlanlardan və hörümçəklərdən
qorxardı. -
4:13 - 4:16İçinizdə hansınız ilan və
hörümçəklərdən qorxur? -
4:16 - 4:17Bəziləriniz, hə?
-
4:17 - 4:19Sudan və köpək balıqlarından qorxurdu.
-
4:19 - 4:22Həkimlərdən, tibb bacılarından,
diş həkimlərindən qorxurdu. -
4:22 - 4:25İynələrdən, drellərdən və
iti alətlərdən qorxurdu. -
4:25 - 4:27Ən çox da
-
4:27 - 4:28insanlardan qorxurdu.
-
4:29 - 4:32Bu qorxaq, utancaq, cılız və arıq uşaq
-
4:32 - 4:33mən idim.
-
4:33 - 4:36Uğursuzluqlardan və imtina
edilməkdən qorxurdum. -
4:36 - 4:40Özünə dəyər hislərindən yoxsun idim
və hər zaman özümü aşağılarda görürdüm. -
4:40 - 4:42Hətta, həmin vaxtlar adını belə bilmədiyim
-
4:42 - 4:45sosial narahatlıq pozğunluğuna
düçar olmuş bir uşaq idim. -
4:45 - 4:49Çünki, məndən güclü olan uşaqların
sataşıb məni döyməklərindən qorxurdum. -
4:49 - 4:52Onlar hər zaman mənə
ləqəb qoyub gülərdilər. -
4:52 - 4:54Məni heç vaxt öz oyunlarına
qəbul etməzdilər. -
4:55 - 4:58Ancaq, onlar bir gün oyunlarına
məni də aldılar. -
4:58 - 4:59Ortadaqaldı oyununa.
-
5:00 - 5:01Topu geri qaytara bilmirdim.
-
5:02 - 5:04Onlar mənim adımı çağıranda
-
5:04 - 5:06yuxarı baxıb həmin qırmızı topların
səs sürətindən də yuxarı -
5:06 - 5:08bir sürətlə üstümə gəldiyini gördüm.
-
5:08 - 5:10bam, bam, bam!
-
5:11 - 5:13Məktəbdən evə qayıtdığım
günləri xatırlayıram. -
5:13 - 5:18Üzüm, qulaqlarım, gözlərim qızarar,
ağrıdan yanardım. Qulaqlarım uğuldayardı. -
5:18 - 5:21Gözlərim yaşla dolu idi.
-
5:21 - 5:24Onların sözləri qulağımı deşirdi.
-
5:24 - 5:25Kimsə sizə
-
5:25 - 5:29"Çubuq və daşla sümüklərimi sındırsalar
da deyilən sözlər məni incitməz" desə -
5:29 - 5:30İnanmayın. Yalandır.
-
5:30 - 5:32Söz insanı bıçaq kimi kəsər.
-
5:32 - 5:34Söz içini qılınc kimi dələr.
-
5:34 - 5:36Söz yarası dərin olar.
-
5:36 - 5:38Elə dərin ki, izi belə görünməz!
-
5:38 - 5:41Bəli, qorxularım var idi. Sözlər ən
qatı düşmənlərim idi. -
5:41 - 5:42Hələ də elədir.
-
5:43 - 5:45Ancaq, arzularım da var idi.
-
5:45 - 5:48Evə gedib Supermen şəkli olan
hekayələrinin içinə qərq olacaqdım. -
5:48 - 5:51Supermen haqqında olan
şəkilli hekayələri oxuyacaqdım. -
5:51 - 5:54Hər zaman Supermen kimi bir super
qəhrəman olmağı arzulayardım. -
5:54 - 5:56Həqiqət və ədalət uğrunda mübarizə
aparmaq istəmişəm. -
5:56 - 5:59Xainlərə və kriptonitlərə qarşı
mübarizə aparmaq istəmişəm. -
5:59 - 6:03Superqəhrəman olub dünyanın hər yerinə
uçaraq, həyat qurtarmağı arzulamışam. -
6:03 - 6:06Real şeylərə qarşı da
böyük həvəsim olub. -
6:06 - 6:10"Ginesin Rekordlar kitabı" ilə Ripleyin
"Ya inan, ya yox" kitablarını oxuyardım. -
6:10 - 6:13Heç siz bunları oxumusunuzmu?
-
6:13 - 6:14Bu kitabları çox sevirəm!
-
6:14 - 6:16Real qəhrəmanlıqlar edənləri
də görüb, -
6:16 - 6:18"Mən də bunları edim" demişəm.
-
6:18 - 6:19O uşaqlar oynadıqları oyuna
-
6:19 - 6:21məni də qatmadıqda
-
6:21 - 6:23real sehrlər, real qəhrəmanlıqlar
etməyi arzulamışam. -
6:23 - 6:26Onların bacarmadığı, qeyri-adi
bir şeyi etmək istəmişəm. -
6:26 - 6:29Məqsədlərimə çatmaq, axtardıqlarımı
tapmağı istəmişəm. -
6:29 - 6:31Həyatımın bir mənası
olduğunu bilmək istəmişəm. -
6:31 - 6:34Dünyanı dəyişmək naminə
qeyri-adi şeylər etmək istəmişəm. -
6:34 - 6:37İmkansızın mümkün olduğunu
sübut etmək istəmişəm. -
6:38 - 6:4010 il elə tez gəlib keçdi ki...
-
6:40 - 6:4321 yaşıma girməyə bir həftə qalmışdı.
-
6:43 - 6:47Həmin vaxt bir gündə həyatımı kökündən
dəyişdirəcək iki hadisə baş verdi. -
6:47 - 6:50Hindistanın cənubunda yerləşən
Tamil Nadu adlı rayonda yaşayırdım. -
6:50 - 6:51Orada missionerlik edirdim.
-
6:51 - 6:54Buradakı müəllimim həm də
dostum idi. O, bir gün məndən: -
6:54 - 6:56"Tromların varmı, Daniel?" deyə soruşdu.
-
6:56 - 6:57Mən Tromun nə olduğunu soruşdum.
-
6:57 - 7:01O isə cavabında tromların həyatdakı
-
7:01 - 7:05əsas qayələr olduğunu, yəni, arzu
və qayələrin birləşməsi olduğunu dedi. -
7:05 - 7:07Yəni, edə bildiyini, etmək istədiyini
et. İstədiyin yerə get. -
7:07 - 7:09Olmaq istədiyin kimi ol.
-
7:09 - 7:10Hara getmək və ya nə etmək istərdin?
-
7:10 - 7:11Kim olmaq istərdin?
-
7:11 - 7:14Mən isə " Yox, bacarmaram. Qorxuram.
Çox qorxuram" dedim. -
7:14 - 7:18Elə həmin gecə düyü saplağından
hazırlanmış həsirimlə bunqalonun -
7:18 - 7:20damına çıxıb ulduzların altında uzandım.
-
7:20 - 7:23Yarasa və həşəratların
bombalamaq üçün şığımalarını izlədim. -
7:23 - 7:26Tək düşündüyüm şeylər tromlar,
arzular və məqsədlər -
7:26 - 7:28və ortadaqaldı oyunundakı uşaqlar idi.
-
7:29 - 7:31Bir neçə saatdan sonra mən oyandım.
-
7:31 - 7:34Ürəyim dəhşət döyünürdü.
-
7:34 - 7:36Bu dəfə qorxudan yox.
-
7:36 - 7:38Bütün bədənim qıc olmuşdu.
-
7:38 - 7:40Düz beş gün
-
7:40 - 7:44huşum itib düzəlir və ölümlə
mübarizə apardım. -
7:44 - 7:48Beynimin içi 105 dərəcəli malyariya
qızdırmasından yanırdı. -
7:48 - 7:52Huşum yerinə qayıdanda isə
yenə tək düşündüyüm şey tromlar oldu. -
7:52 - 7:54Öz-özümə həyatda başqa
nə etmək istədiyimi düşündüm. -
7:54 - 7:56Və nəhayət, 21 yaşıma bir gecə qalmış
-
7:56 - 7:58hər şeyin açığa çıxdığı an
-
7:58 - 8:00Mən bir şeyi dərk etdim.
-
8:00 - 8:025 mikroqramdan da az
-
8:03 - 8:05çəkisi olan və
-
8:05 - 8:07duz dənəciyindən də
-
8:07 - 8:08kiçik olan Anofeles Stefensi adlı
-
8:08 - 8:10bu balaca həşəratın
-
8:10 - 8:1380 kiloluq bir adamı məhv etdiyinə görə
-
8:13 - 8:15bunun mənə görə bir
kriptonit olduğunu anladım. -
8:15 - 8:18Daha sonra isə başqa şeyi anladım.
Ancaq, bu həşəratla bağlı deyildi. -
8:18 - 8:21Bu həmin həşəratın içindəki balaca
parazitlə bağlı idi. -
8:21 - 8:24Plazmodium Falsiparium adlı bu
parazit ildə bir milyondan çox insanı öldürür. -
8:24 - 8:27Sonra başqa bir şeyi... Bu
ondan da kiçik olsa da -
8:27 - 8:29ancaq, gözümdə ən böyüyü idi.
-
8:29 - 8:30Mən qorxunun,
-
8:30 - 8:31kriptonitimin nə olduğunu anladım.
-
8:31 - 8:32Məni şikəst edən
-
8:32 - 8:35və bütün həyatımı paralic edənin
bir parazit olduğunu anladım. -
8:35 - 8:38Bilirsiniz, təhlükə ilə
qorxu arasında bir fərq var. -
8:38 - 8:40Təhlükə real,
-
8:40 - 8:42qorxu isə seçimdir.
-
8:42 - 8:45Mən qarşımda bir seçimimin
olduğunu anladım. -
8:45 - 8:48Ya qorxu içində yaşamalı,
-
8:49 - 8:52ya da qorxularımı ölümə tərk edib
-
8:52 - 8:56arzularıma çataraq bu
həyatı yaşamağı seçəcəkdim. -
8:57 - 9:00Bunu da bilirsiz ki, ölüm döşəyində olmaq
-
9:00 - 9:04və ölümlə burun-buruna gəlmək
səni sadəcə yaşamağa sövq edir. -
9:04 - 9:07Başa düşdüm ki, bir gün hamı öləcək.
Çoxları əsl həyatı yaşamır. -
9:08 - 9:10Ölümlü dünyada yaşayırıq.
-
9:10 - 9:12İnsan öləcəyini öyrəndikdə
-
9:12 - 9:13əslində yaşamağı da öyrənir.
-
9:13 - 9:15Beləliklə də, mən dəyişmək
qərarına gəldim. -
9:15 - 9:17Elə hekayəm də həmin gecədən başladı.
-
9:17 - 9:18Artıq ölmək istəmirdim.
-
9:18 - 9:20Başladım bu kiçik duamı etməyə:
-
9:20 - 9:22" Allahım, əgər 21 yaşıma çata bilsəm,
-
9:22 - 9:24artıq qorxularımdan asılı
yaşamayacam. -
9:24 - 9:25Onları ölümə tərk edəcəm.
-
9:25 - 9:30Arzularıma çatmaq üçün
əlimdən gələni edəcəm. -
9:30 - 9:31Davranışlarımı dəyişdirmək,
-
9:31 - 9:33həyatımda qeyri-adi bir
şey etmək, -
9:33 - 9:36axtardıqlarımı tapmaq və
məqsədlərimə çatmaq, -
9:36 - 9:38imkansızın əslində mümkün
olduğunu bilmək istəyirəm. -
9:39 - 9:42O gecə sağ qalıb-qalmadığımı demiyəcəm.
Bunu da siz bilin! -
9:42 - 9:44(Gülüş)
-
9:44 - 9:47Ancaq, o gecə mən ilk 10 tromumun
siyahısını tutdum. -
9:47 - 9:50Böyük qitələrə getmək,
-
9:50 - 9:52dünyanın 7 möcüzəsini görmək,
-
9:52 - 9:53bir neçə dil öyrənmək,
-
9:53 - 9:55kimsəsiz adada yaşamaq,
-
9:55 - 9:56okeanın içində gəmidə yaşamaq,
-
9:56 - 9:58Amazondakı qızıldərililərlə birgə yaşamaq
-
9:58 - 10:01İsveçdəki ən yüksək dağın
zirvəsinə dırmanmaq qərarına gəldim. -
10:01 - 10:03Gün doğarkən Everest
dağına baxmaq istədim. -
10:03 - 10:05Naşvildə musiqi biznesi ilə
məşğul olmaq, -
10:05 - 10:07sirkdə işləmək istədim.
-
10:07 - 10:09Və mən təyyarədən aşağı tullanmaq istədim.
-
10:09 - 10:12Bu tromların çoxunu növbəti
20 il ərzində həyata keçirdim. -
10:12 - 10:15Hər dəfə yerinə yetirdikcə də o
tromları siyahıdan çıxardım. -
10:15 - 10:19Sonra isə siyahıma 5-10 trom da əlavə
etdim. Beləliklə, siyahım daha da böyüdü. -
10:19 - 10:23Son 7 ildə Bahamada
kiçik bir adada yaşadım, -
10:23 - 10:25Bu 7 il ərzində
-
10:25 - 10:28samandan dam örtüyü olan
kiçik bir daxmada yaşadım. -
10:29 - 10:34Orada tək yeyiləcək şey oxatan
köpəkbalığı və dəniz pişiyi idi. -
10:34 - 10:36Əynimdə isə yalnızca qurşaqdan
aşağı örtük var idi. -
10:37 - 10:39Mən onda köpəkbalıqları
ilə bir yerdə üzməyi öyrəndim. -
10:39 - 10:41Daha sonra oradan Meksikaya,
-
10:41 - 10:45Meksikadan Ekvadordakı
Amazon çay hövzəsinə gəlib -
10:45 - 10:48oradakı Pujo Ponqo adlı qəbilə
ilə yaşadım. -
10:48 - 10:52Bu tromlarım sayəsində isə məndə
özümə inam hissi formalaşmağa başladı. -
10:52 - 10:55Əvvəlcə Naşvildə, daha sonra
isə İsveçrənin -
10:55 - 10:58Stokholm şəhərinə köçüb, orada
musiqi biznesi ilə məşğul oldum. -
10:58 - 11:02Orada yaşadığım zaman şimal qütbündəki
Kebnekeys dağının təpəsinə dırmandım. -
11:03 - 11:05Klounluğu,
-
11:05 - 11:06janqlyorluğu,
-
11:06 - 11:07sütunlarla yeriməyi
-
11:07 - 11:10tək təkərli velosiped sürməyi, od udmağı,
şüşə yeməyi öyrəndim. -
11:10 - 11:141997-ci ildə 10-dan az qılınc udanın
qaldığı məlumatını əldə etdim. -
11:14 - 11:15Öz-özümə "bunu da etməliyəm" dedim.
-
11:15 - 11:19Bir qılınc udanla görüşüb ondan qılınc
udmanın bəzi metodlarını öyrəndim. -
11:19 - 11:20O mənə 2 metod öyrədəcəyini dedi.
-
11:20 - 11:22Birincisi, bu çox təhlükəlidir.
-
11:22 - 11:24Cəhd edənlərin çoxu həyatını itirib.
-
11:24 - 11:24İkincisi isə
-
11:24 - 11:26buna girişməməyimi tövsiyə etdi.
-
11:26 - 11:28(Gülüş)
-
11:28 - 11:30Ancaq, mən bunu da tromlarımın
siyahısına saldım. -
11:30 - 11:33Gündə 10-12 dəfə öz üzərimdə işləməyə
başladım. -
11:34 - 11:35Düz dörd il!
-
11:35 - 11:37İndi hesablayaq
-
11:37 - 11:404 x 365 [x 12]
-
11:40 - 11:43Deməli 130000 dəfə uğursuz
nəticə əldə etmişəm. -
11:43 - 11:46və nəhayət, 2001-ci ildə ilk dəfə qılınc
boğazımdan aşağı düşdü. -
11:46 - 11:48Həmin müddət ərzində yeni bir
trom kəşf etdim. -
11:48 - 11:51Qılınc udmada dünyanın öndə gələn
ekspertlərindən olmalı idim. -
11:51 - 11:55Beləliklə, bütün qəzet, jurnal, kitab və
məqalələrdə bu haqda məlumat axtardım. -
11:55 - 11:57Bunun üçün psixologiya və
anatomiyanı oxudum. -
11:57 - 12:00Bu haqda həkim və tibb bacıları ilə
danışıqlar apardım. -
12:00 - 12:02Beynəlxalq Qılınc Udanlar Assossiasiyasının
-
12:02 - 12:04bütün qılınc udanları ilə əlaqə saxladım.
-
12:04 - 12:07Düz iki il "Qılınc udma və onun
əks təsirləri" adlı -
12:07 - 12:08tibbi məqalə yazdım.
-
12:08 - 12:11Bu məqaləm "The British Medical
Journal" adlı jurnalda dərc olundu. -
12:11 - 12:12(Gülüş)
-
12:12 - 12:13Təşəkkürlər.
-
12:13 - 12:18(Alqış)
-
12:18 - 12:22Beləliklə də, qılınc udma ilə bağlı
bir çox maraqlı məlumatlar əldə etdim. -
12:22 - 12:25İçlərində əvvəl ağla belə gəlməyəcək,
amma, bundan sonra gələcək kəslər vardı. -
12:25 - 12:29Burdan evinizə gedəndə ətinizi ya öz
bıçağınızla, ya qılıncla ya da digər -
12:29 - 12:32kəsici alətlə kəsəcəksiniz.
Və bu haqda da düşünəcəksiniz. -
12:32 - 12:37Qılıncudmanın ilk dəfə Hindistanda
başladığını öyrəndim. -
12:37 - 12:39Və bunu elə ilk dəfə, 20
yaşımda orada gördüm. -
12:39 - 12:43Bu ilk dəfə təxminən 4000 il bundan öncə,
yəni b.e.ə 2000-ci ildə tətbiq olunub. -
12:43 - 12:46Qılıncudma ötən 150 il ərzində
elmi və tibbi sahələrdə -
12:46 - 12:47geniş şəkildə tətbiq olunub.
-
12:47 - 12:51Onun müasir formasi isə 1968-ci ildə
Almaniyanın Frayburq əyalətindən olan -
12:51 - 12:54Dr. Adolf Kussamaul tərəfindən
kəşf olunmuş sərt endoskopiyadır. -
12:54 - 12:571906-cı ildə isə Uelsdə udma
refleksinin pozulmasını -
12:57 - 13:00və həzm sistemini öyrənmək
məqsədiylə elektrodiaqram, -
13:00 - 13:02və buna bənzər bronxoskop kəşf olundu.
-
13:02 - 13:04Ancaq, bu 150 ildə
-
13:04 - 13:08yüzlərlə yaralanma və onlarla
ölüm hadisələri baş verdi. -
13:08 - 13:15Bu da Dr. Adolf Kassamaulun kəşf
etdiyi sərt endoskopiya. -
13:15 - 13:19Ancaq, biz bu 150 il ərzində 29 ölüm
hadisəsinin olduğunu öyrəndik. -
13:19 - 13:23Həmçinin, buna Londonda qılınc udmağa
çalışarkən ürəyini deşən şəxs də daxildir. -
13:23 - 13:25Hər il 3-dən 8-ə qədər adamın
-
13:25 - 13:27qılınc udarkən ciddi
yaralandığını da öyrəndik. -
13:27 - 13:31Bununla bağlı çox telefon zəngləri
aldığımdan, geniş məlumata sahibəm. -
13:31 - 13:32Ötən bir neçə həftə ərzində
-
13:32 - 13:35İsveçdən və Orlandodan olan iki
nəfərin dünyasını dəyişdiyini bilirəm. -
13:35 - 13:38Ağır yaralanıb xəstəxanaya
qaldırılanlar da olub. -
13:38 - 13:39Bəli, bu
olduqca təhlükəlidir. -
13:39 - 13:42Digər tərəfdən də, çoxunun qılıncudmanı
2 ildən -
13:42 - 13:4410 ilə qədər vaxt
-
13:44 - 13:46sərf etdiyini öyrəndim.
-
13:46 - 13:48Ancaq, kəşf etdiklərimin ən inanılmazı
-
13:48 - 13:51qılıncudanların imkansızı necə
bacardığı oldu. -
13:51 - 13:53İndi isə sizə kiçik bir sirr verəcəm.
-
13:53 - 13:58Mümkün olmayan 99,9%-ə yox,
-
13:58 - 14:02mümkün olacaq o bir faizə fikrinizi
yönəldin və bunu həyata keçirməyə çalışın. -
14:03 - 14:06İndi də gəlin sizi qılıncudanın
düşüncələrinə aparım. -
14:06 - 14:08QIlıncudan həmin maddəyə
fikrini yönəltməli, -
14:08 - 14:12dəqiq və diqqətli olmalı, gücləndirilmiş
beyin sinapsisi və bir hərəkəti -
14:12 - 14:16təkrarlayan əzələlər vasitəsiylə daxili
orqanların yerlərini müəyyənləşdirmək, -
14:16 - 14:20avtomatik bədən reflekslərinin qarşısını
almaq üçün ən kiçik detalları bilməli, -
14:20 - 14:24şüurlu şəkildə bunu bəlkə də
10000 dəfədən çox məşq etməlidir. -
14:24 - 14:28İndi isə gəlin sizi qılıncudanın bədəninə
kiçik bir səyahətə aparım. -
14:28 - 14:30Qılınc udmaq üçün
-
14:30 - 14:32xəncəri dilimin üzərindən sürüşdrməli,
-
14:32 - 14:35qida borusunun boyun hissəsindəki
qusma refleksini yatırmalı -
14:35 - 14:38qırtlaqüstündən 90 dərəcə aşağı cevirərək
-
14:38 - 14:40üzükvari qığırdağın üst kardial
sfinkterinden keçib -
14:40 - 14:43peristaltik refleksin baş
verməsinin qarşısını alıb, -
14:43 - 14:44xəncəri döş boşluğunun içərisinə,
-
14:44 - 14:47oradan da ağ ciyərlərin
arasına doğru sürüşdürürəm. -
14:47 - 14:48Bura çatdıqda isə,
-
14:48 - 14:50ürəyimi yavaşca bir az
kənara doğru çəkməliyəm. -
14:50 - 14:52Diqqətlə baxsaz
-
14:52 - 14:54udduğum qılınc ürəyə doğru
söykəndiyindən -
14:54 - 14:56qida borusu toxumasından təxminən
2,5 sm aralıda yerləşən -
14:56 - 14:59ürəyimin qılıncla bir yerdə
vuracağını görəcəksiz. -
14:59 - 15:01Bunları etməyi sizə məsləhət görmürəm.
-
15:01 - 15:03Daha sonra bunu döş sümüyündən keçirib,
-
15:03 - 15:05qida borusunun aşağı sfinkterindən
mədəyə doğru endirməli -
15:05 - 15:09mədədə ögümə refleksini dayandırıb,
onikibarmaq bağırsağa doğru aparmalıyam. -
15:09 - 15:10Elə bil bir tikə keksdir.
-
15:10 - 15:11(Gülüş)
-
15:11 - 15:13Daha da irəliyə getsəm
-
15:13 - 15:18Almancada da "Fallopian tubes"
adı verilən uşaqlıq borusuna kimi salsam, -
15:18 - 15:21daha sonra xanımlarınızdan bu
barədə məlumat ala bilərsiz... -
15:22 - 15:24İnsanlar mənə
-
15:24 - 15:27"Həyatını niyə riskə atırsan? Bu iş
böyük cəsarət tələb edir. -
15:27 - 15:29Düz ürəyinin yanından qılınc
keçirirsən" deyirlər. -
15:29 - 15:30Xeyr. Elə əsl cəsarət də
-
15:30 - 15:33bu qorxaq, utancaq, cılız və arıq uşağın
-
15:33 - 15:36uğursuz nəticə əldə etmə və
imtina edlmə kimi təhlükələri gözə alıb -
15:36 - 15:37ürəyini açmağıdır.
-
15:37 - 15:39Bütün qürurunu bir kənara qoyub,
-
15:39 - 15:41burada tanımadığı insanların
qarşısında dayanıb -
15:41 - 15:44sizə öz qorxuları və arzularını danışmaq,
-
15:44 - 15:48bağırsaqlarının istər həqiqi, istərsə
də məcazi mənada dağıtmağı gözə almaqdır. -
15:48 - 15:49Bəli...Təşəkkürlər.
-
15:49 - 15:53(Alqış)
-
15:53 - 15:56Bəli, ən inanılmazı isə
-
15:56 - 15:59həyatda hər zaman qeyri-adi
şeylər etmək arzusumda olmağıdır. -
15:59 - 16:00Elə də oldu.
-
16:00 - 16:03Ancaq, əsl yadda qalan hadisə bir dəfəyə
-
16:03 - 16:0521 qılınc udmağım,
-
16:07 - 16:10Ripleyin "İstər inan, istər inanma" adlı
kitabında yer almaq üçün 88 köpəkbalığı -
16:10 - 16:14və dəniz pişiyinin olduğu anbarın
təxminən 6 metr dərinliyində qalmağım, -
16:14 - 16:18və ya Sten Linin "Superqəhrəmanlar" adlı
çoxseriyalı sənədli filmində yer -
16:18 - 16:20almaq üçün "Dəmir adam"
adını qazanmış biri kimi -
16:20 - 16:221500 dərəcəyədək istiliyi olan
qılıncı udmağım yox, -
16:22 - 16:25Ripleyin və Ginesin
kitablarına düşmək üçün -
16:25 - 16:27qılıncla maşını dartmağım və bunu
-
16:27 - 16:30"Amerikada istedad yetişir" yarışmasının
final mərhələsində təkrarlamağım, -
16:30 - 16:332007-ci ildə tibb üzrə
Nobel Mükafatı almağım deyildi. -
16:33 - 16:35Bunların heç biri mənə
qeyri-adi gəlmirdi. -
16:35 - 16:36İnsanlara belə görünə bilər.
-
16:36 - 16:38Əslində, mənə
-
16:38 - 16:41qeyri-adi gələnlər Allahın hündürlükdən,
-
16:41 - 16:42sudan və köpək balıqlarından,
-
16:42 - 16:45həkimdən, tibb bacısından,
iynədən, kəsici alətlərdən, -
16:45 - 16:46insanlarla danışmaqdan çəkinən
-
16:46 - 16:48qorxaq, utancaq, cılız və zəif uşağın
-
16:48 - 16:499 km yüksəklikdə uçaraq
-
16:49 - 16:52dünyanı gəzməyi nəsib etməsi,
köpəkbalıqları ilə dolu -
16:52 - 16:56su anbarında itiuclu alətləri udmağı
nəsib etməsi, həkim və tibb bacılarıyla, -
16:56 - 16:59dünya səhnələrində insanlarla
danışma cəsarətini nəsib etməsidir. -
16:59 - 17:01Bax bunları heç vaxt ağlıma gətirməzdim.
-
17:01 - 17:03Hər zaman imkansızları etməyi istəmişəm.
-
17:03 - 17:04Təşəkkürlər!
-
17:04 - 17:05(Alqış)
-
17:05 - 17:06Təşəkkürlər!
-
17:06 - 17:09(Alqış)
-
17:09 - 17:12Hər zaman arzusunda olduğum şeyi
isə baxın indi edirəm. -
17:12 - 17:15Hər zaman həyatımı və dünyanı dəyişəcək
yadda qalan əməllər etməyi arzulamışam -
17:15 - 17:17Və mən öz arzuma çata bildim.
-
17:17 - 17:20Hər zaman superqəhrəmanlar kimi
dünyanı uçaraq gəzmək, -
17:20 - 17:22həyat qurtarmaq istəmişəm.
Və mən bu arzularıma çatmışam. -
17:22 - 17:23Ancaq bir şey də deyim.
-
17:23 - 17:26Bu balaca uşağın qəlbinin
dərinliklərində hələ də -
17:26 - 17:30həyata keçməyən kiçik bir arzusu qalıb.
-
17:30 - 17:37(Gülüş) (Alqış)
-
17:37 - 17:40Hər zaman istədiyim və axtardığım
şeyi tapmaq arzusunda olmuşam. -
17:40 - 17:42Buna da nail ola bilmişəm.
-
17:42 - 17:43Sizcə bu nə ola bilər?
-
17:43 - 17:47Bu nə qılınc, nə sizin düşündüyünüz,
nə də güclərimlə bağlı olan bir şeydir. -
17:47 - 17:49Əslində bu zəifliklərim və
sözlərimlə bağlı olan bir şeydir. -
17:49 - 17:51Mənim tək istəyim, tək amalım
-
17:51 - 17:53qorxunu yenərək dünyanı dəyişdirməkdir.
-
17:53 - 17:55Bir dəfəyə bir qılıncla,
bir dəfəyə bir sözlə, -
17:55 - 17:58bir dəfəyə bir bıçaqla,
bir dəfəlik bir ömürlə. -
17:58 - 18:00İnsanları superqəhrəman olmağa
həvəsləndirmək -
18:00 - 18:02və həyatlarında ağıllarına
gətirmədiklərini etmək. -
18:02 - 18:05Tək amalım insanların
özlərini kəşf etməsinə yardım etməkdir. -
18:05 - 18:06Bəs sizin necə?
-
18:06 - 18:07Məqsədiniz nədir?
-
18:07 - 18:09Burada olmaq səbəbiniz nədir?
-
18:09 - 18:12Əminəm, hamımızın içində
bir superqəhrəman yatır. -
18:12 - 18:15Bəs sizin supergücləriniz nədir?
-
18:15 - 18:18Yeddi milyarddan çox əhalisi olan dünyada
-
18:18 - 18:20bu gün sadəcə bir neçə,
-
18:20 - 18:22təxminən 12-yə yaxın qılıncudan qalıb.
-
18:22 - 18:23Səndən bir dənədir
-
18:23 - 18:24Tayın-bərabərin yoxdur.
-
18:24 - 18:26Bəs sənin hekayən nədir?
-
18:26 - 18:28Səni fərqli edən nədir?
-
18:28 - 18:29İndi də sən hekayəni danış.
-
18:29 - 18:32Səsin yüksək çıxmasa da,
utansan belə danış! -
18:32 - 18:33Sənin tromların nədir?
-
18:33 - 18:36Edə biləcəyin varsa öncə özünü tanıt,
sonra istədiyin yerə get. -
18:36 - 18:38Nə edə bilərsən?
Hara gedə bilərsən? -
18:38 - 18:39Nəyi etmək istərdin?
-
18:39 - 18:41Həyatında etmək istədiklərin nədir?
-
18:41 - 18:42Ən böyük arzuların məsələn....
-
18:42 - 18:45Uşaqkən nəyi ən çox xəyal edərdin?
Bir az keçmişə qayıt. -
18:45 - 18:47Ümid edirəm, düşündüyümü
siz də düşünmürsüz. -
18:47 - 18:48Ən çılğın arzularınız nə olub?
-
18:48 - 18:50Sizə qəribə gələn, bəlkə də heç
kimə demədiyiniz. -
18:50 - 18:54Əminəm, bundan sonra
xəyallarınız sizə qəribə gəlməyəcək. -
18:55 - 18:57Sizin qılıncınız hansıdır?
-
18:57 - 18:59Hər birinizin qılıncı var.
-
18:59 - 19:01Bir tərəfində qorxu, digər tərəfində
isə arzular olan qılınc. -
19:01 - 19:04Siz də öz qılıncınızı heç
düşünmədən udun. -
19:04 - 19:06Xanımlar və bəylər, arzularınızın
arxasınca gedin. -
19:06 - 19:09İstəklərinizi həyata keçirmək
hələ də gec deyil. -
19:10 - 19:12O, ortadaqaldı oyunundakı uşaqlar
-
19:12 - 19:15heç vaxt imkansızı bacara
bilməyəcəyimi düşünürdülər. -
19:15 - 19:18Onlara sadəcə bir sözüm var.
-
19:18 - 19:19Təşəkkürlər.
-
19:19 - 19:23Bəlkə də, xainlər olmasa idi,
biz heç vaxt superqəhrəman olmazdıq. -
19:23 - 19:28Məhz buraya da imkansızın
mümkün olduğunu sübut etməyə gəlmişəm. -
19:28 - 19:32Bu olduqca təhlükəlidir,
bəlkə də ölə bilərəm. -
19:32 - 19:34Ümid edirəm, xoşunuza gələr.
-
19:34 - 19:36(Gülüş)
-
19:36 - 19:47Deyəsən, burada sizin köməyinizə
ehtiyacım olacaq. Bir... -
19:47 - 19:48Tamaşaçılar: iki, üç.
-
19:48 - 19:52Dan Meyer: Xeyr, sadəcə saymaqda
kömək edin, oldu? -
19:52 - 19:53(Gülüş)
-
19:53 - 19:56Sözləri bilirsinizsə mənimlə
birgə sayın. Hazırsınızmi? -
19:56 - 19:57Bir,..
-
19:57 - 19:58İki,..
-
19:58 - 19:59Üç.
-
19:59 - 20:01Yox iki, ancaq bu da ola bilər.
-
20:07 - 20:08Tamaşaçılar: Bir
-
20:08 - 20:09İki
-
20:09 - 20:10Üç
-
20:11 - 20:14(Heyrət səsləri)
-
20:14 - 20:16(Alqışar)
-
20:16 - 20:17Dan Meyer: Belə!
-
20:17 - 20:20(Alqışlar) (Təbrik səsləri)
-
20:23 - 20:25Çox sağ olun.
-
20:25 - 20:29Təşəkkürlər, çox sağ olun, təşəkkürlər!
Bütün qəlbimlə sizə təşəkkür edirəm. -
20:29 - 20:32Əslində, bütün mədəmlə təşəkkür edirəm.
-
20:32 - 20:35Sizə demişdim. Bura imkansızı
etməyə gəlmişdim və bunu da etdim. -
20:35 - 20:38Ancaq, bu heç də imkansız deyil,
çünki bunu mən hər gün edirəm. -
20:38 - 20:42İmkansız olan bu qorxaq, çılız və zəif
uşağın qorxuları ilə üz-üzə gəlməsi idi. -
20:42 - 20:44İmkansız olan onun buraya,
[TEDx] səhnəsinə çıxması idi. -
20:44 - 20:46Bir dəfəyə bir sözlə, bir qılıncla,
-
20:46 - 20:49həyatı dəyişdirməklə
dünyanı dəyişdirməsi idi. -
20:49 - 20:51Həyatınızda yeni cığırlar açmağı,
sizi inandırmağı, -
20:51 - 20:54imkansızın mümkün olduğuna inandırmağı,
-
20:54 - 20:57həyatda bütün imkansızları edə
biləcəyinizə inandırmağı bacardımsa, -
20:57 - 21:00deməli, vəzifəmi yerinə yetirə bilmişəm.
Bu sizin üçün bir başlanğıcdır. -
21:00 - 21:03Arzulamaqdan əl çəkməyin.
İnancınızı heç vaxt itirməyin. -
21:03 - 21:06Mənə inandığınız üçün sizə
minnətdarlığımı bildirirəm. -
21:06 - 21:09Arzularımın bir hissəsi olduğunuz
üçün minnətdarlığımı bildirirəm. -
21:09 - 21:10Bu da sizə hədiyyəm.
-
21:10 - 21:11imkanzıslar heç vaxt...
-
21:11 - 21:13Tamaşaçılar: İmkansız deyil.
-
21:13 - 21:15Qət etdiyim uzun yol isə
hədiyyəmin bir hissəsi olsun. -
21:15 - 21:20(Alqışlar)
-
21:20 - 21:21Çox sağ olun.
-
21:21 - 21:26(Alqış)
-
21:26 - 21:28(Təbrik sədaları)
-
21:28 - 21:32Aparıcı: Çox sağ olun Dan Meyer, əla!
- Title:
- Qorxuları yenib, imkansızları edə bilmək| Dan Meyer | TEDxMaastricht
- Description:
-
http://CuttingEdgeInnertainment.com Heç həyatda imkansızları etmək və ya superqəhrəman olmağı arzulamısınızmı? Dan Meyer qorxularımızın nə dərəcədə böyük olmasına və arzulaımızın nə dərəcədə çılğın olmasına baxmayaraq, hər birimizin içində bir superqəhrəmanın yatdığını, imkansızları edib dünyanı dəyişdirə biləcəyimizi sübut edir. Humanitar Yardım Agentliyinin Qazaxıstandakı yetimlərə yardım şöbəsinin rəhbəri Dan Meyer uşaqlığında yaşadığı qorxulardan, sosial anksiete pozğunluğu və zorakılıq kimi problemlərin öhdəsindən gələrək, superqəhrəmanlıq göstərib "Amerika istedad yetirir" müsabiqsinin qalibi olmağı, Harvardda 2007-ci ilin Nobel Mükafatına layiq görülməsi, 39 dəfə dünya rekordu qırıb, dünyanın ən qədim və təhlükəli sənətlərindən biri olan Qılıncudma sənətinin aparıcı eksperti olmasından bəhs edərək insanları həyatlarındakı bütün imkansızları bacara biləcəyini təlqin edir.
Çıxışının ilk hissəsində Dan tamaşaçıları hədsiz qorxularından göstərdiyi hədsiz qəhrəmanlıqlarla dolu, çəkingənliklərindən qurtulub dünya rekorduna sahib olduğu, məğlubiyyətdən sonra Nobel Mükafatı lauriyyatı olduğu və "Amerika istedad yetirir" müsabiqəsini qalibiyyətlə tərk etdiyi səyahətinə aparır. Dan qədim qılıncudma sənətinin arxasında yatan elmi həqiqətlərindən, superqəhrəmanlıq şücaətləri ilə bağlı araşdırmalarından, bəhs edir, nəaliyyətə çatmağın yollarından və insan bədəninin imkansızları etmə və dünyanı dəyişdirməsi ilə bağlı insan orqanizimin sərhədlərindən bəhs edir. O, həmçinin həyatımızdakı imkansızlıqları etmək naminə qorxularımızı necə yenə biləcəyimizi də izah edir.
Bu çıxış yerli TEDx tədbirlərində, müstəqil şəkildə TED konfransları tərəfindənn təqdim olunur. - Video Language:
- English
- Duration:
- 21:39