-
Rahmən və Rahim olan Allahın adı ilə.
-
Belə bir məsəl var: Özünü layiqincə tanıyan, Rəbbini də tanımış olar.
-
Bu məsəl həqiqətən ən gözəl və möhtəşəm məsəllərdən biridir.
-
Əgər özünü tanısan, və yerini bilsən,
-
Aləmlərin Rəbbi olan, ən Uca olan Allahı da tanımış olarsan.
-
Hansı ki ən gözəl isimlər və sifətlər yalnız Ona məxsusdur.
-
Yaxşı bəs kimik biz?
-
Kimsən sən?
-
Əsl olan, bizim bir araya toplanmış, yaradılmış məxluqlar olduğumuzdur.
-
Allah (svt) bizə şəkil verdi, sonra bizi bir yerə topladı.
-
Uca Allah buyurur:
-
Əslində, hal-hazırda biz hamımız ölüyük.
-
Biz yalnız Allahın bizə lütf etməsi ilə yaşayırıq.
-
Əgər Allah bizi tərk etsə, biz məhv olarıq.
-
Bir heç olarıq.
-
Allah (svt) bizi yaradır, bir araya toplayır, bizə bir həyat verir, bizi bəsləyir, və bizi içirir.
-
Bizlər Uca Allahın sadə, fəqir, aciz qullarıyıq.
-
Təsəvvür edin ey bacı və qardaşlarım.
-
Bizim bir baxışımızın ortaya çıxması üçün nə qədər atom lazımdır?
-
Sadəcə baxdığımız bir şəkil və ya bir mənzərədən söhbət gedir.
-
Baxdığımız bir səhnənin ortaya çıxması üçün milyardlarla atom lazımdır.
-
Bütün bu atomların da nüvələri, orbitləri, var.
-
Bunların hamısına müəyyən bir enerji, güc lazımdır ki, aralarında bir bağ yaransın, bir araya gələ bilsinlər.
-
Sadəcə bir baxışımızda görün necə böyük nemət, qüdrət, ilahi bir lütf və səxavət vardır?
-
Sadəcə sizin bir səhnəni görməyiniz üçün.
-
Sizin bir baxışınız Allahın bir nemətidir.
-
O ki sonsuz səxavət sahibidir.
-
Onun səxavəti heç vaxt kəsilməz.
-
Onun yardımı heç vaxt dayanmaz.
-
Bütün bunlar sadəcə bir baxışa aid olanlar idi.
-
Təsəvvür edin, bundan savayı necə böyük nemətlərə sahibik.
-
Əminən ki, bir çoxunuz bilirsiniz.
-
Amma yenə bir düşünün.
-
Allah dünyadaki oksigeni, cəmi on saniyəlik yox etsəydi, nə baş verərdi?
-
Hər birimiz on saniyəlik nəfəsimizi tuta bilirik.
-
Yəni çox güman ölməzdik.
-
Ancaq atmosferdə daha az hissəciklər olduğu üçün, göy üzü maviliyini itirər, birbaşa ultrabənövşəyi şüalara məruz qalarıq.
-
Çünki ozon təbəqəsi yox olar.
-
Daxildən yanan bütün motorlar işləməyi dayandırar.
-
Məsəlçün, uçuşa başlayan təyyarələr yerə düşər.
-
Metalların ətrafındaki oksid təbəqəsi yox olduğu üçün də metallar qaynamağa başlayar.
-
Betonların tərkibindəki oksigen səbəbilə binalar da toza dönər.
-
Atmosfer təzyiqi azaldığına görə, iç qulağımız partlayar.
-
Bütün sular, dənizlər, göllər yox olaraq kosmosa qarışar.
-
Ən önəmlisi isə, oksigen bədən ağırlığımızın 60%-ni əmələ gətirər.
-
Bütün hüceyrələrimizdə, hətta DNT-də belə oksigen mövcud olduğu üçün, biz də anında külə dönərik.
-
SubhanAllah, Rəbbimiz nə gözəl buyurmuşdur:
-
Əgər Allah oksigeni, küləyi, yağışı, günəşi, suyu yox etsəydi, bunları sizə yenidən kim bəxş edərdi?
-
Hələ də haqqı, hələ də Allahın təkliyinin, vahidliyinin, yaradılış sənətinin, əzəmətinin dəlillərini görmürsünüzmü?
-
Orqanlarımızdaki bu üç su nemətini xatırlayın.
-
İnsanın qulaq suyu.
-
İnsan qulağının suyu çox acıdır.
-
Belə ki hər hansı bir həşərat girmək istərsə, bu su həmin böcəkləri bir müddət sonra məhv edir.
-
Yox əgər bu su şirin olsaydı, gecə biz yuxudaykən qarışqa, və ya digər böcəklər rahatlıqla qulağımıza daxil olar, və ciddi zərərlər yetirə bilərdilər.
-
Göz yaşı suyu.
-
Göz yaşı isə duzludur.
-
Çünki gözümüzün yağ təbəqəsi zərər görməyə meyilli bir şəkildə yaradılıb.
-
Duzluluq isə gözü xarici qüvvələrdən qoruyur.
-
Ağız suyu.
-
Ağız suyu isə nə şirindir nə də duzludur.
-
Əgər şirin və ya duzlu olsaydı,
-
o zaman yediklərimizin dadını bilməzdik.
-
Məgər bu balans bir təyinatçıdan, bir proqramçıdan, bir yaradandan bəhs etmirmi?
-
Belə olduqda...
-
Bizlər Allahın bir mülküyük. Bizim həqiqi sahibimiz Allahdır.
-
Ona görə də biz Allaha olan sevgimizdə sadiq olmalıyıq.
-
Ona olan sədaqətimizdə və verdiyimiz sözlərdə sadiq olmalıyıq.
-
Allah bizə bizim təsəvvür etdiyimizdən də yaxındır.
-
Və O bizim təsəvvür etdiyimizdən daha uca və daha əzəmətlidir.
-
Zaman onun məxluqatından bir məxluqdur.
-
Məkan onun məxluqatından bir məxluqdur.
-
Heçlik də onun məxluqatından bir məxluqdur.
-
Həyatı bəxş edənin Allah olduğunu bilsək, biz o zaman nəyi başa düşmüş olarıq?
-
O zaman dərk edərik ki, biz Allahın lütfü ilə yaşayırıq.
-
And olsun Allaha, əgər O istəsə o bizim ruhumuzu həmən, bu dəqiqə çəkib alar.
-
Çünki ruhlarımızın tək sahibi Odur.
-
Hər gün yatırıq və ölürük.
-
Çünki yuxu kiçik ölümdür.
-
Səhər yuxudan durarkən zikr edərik: Həmd olsun ruhumuzu geri qaytaran Allaha.
-
Allah (svt) buyurur:
-
İbrətlər...
-
Bəli, Rəbbimiz buyurur:
-
Və söylədiyiniz kimi
-
sözünüzdə doğrusunuzsa,
-
sadiqsinizsə, həyatınıza belə hakimsinizsə,
-
gözlərinizə belə hakimsinizsə,
-
Allahdan, mülkün sahibindən asılı deyilsinizsə,
-
Yatmayın.
-
Gözlərinizə hakim olun.
-
Ölümünüzə hakim olun.
-
Ola bilərsiniz?
-
Əsla.
-
Hal hazırda biz onun icazəsi ilə yaşayırıq.
-
Bizə yaşamaq üçün icazə verən Odur.
-
Bu məxluq, bu insan, əgər mülkün sahibi olan, sonsuz güc sahibi olan Allaha bağlansa, bu zaman o özü bir möcüzəyə çevrilər.
-
Onun ruhu ən böyük həzzi yaşamağa başlayar, və ölümsüzlüyə və sonsuzluğa qovuşar.
-
Onun ruhu Məlik olan, Muqtədir olan Allahın yanındaki izzətli qulların ruhları ilə birlikdə olar.
-
Ölümsüz olar, heç vaxt ölməz. Sonsuza qədər Allaha yaxın olanlardan olar.
-
Hansı ki o Allah sonsuz səxavət sahibi və bütün gözəllikləri yaradandır.
-
Bütün xoşbəxtlik xəzinələri onun yanındadır.
-
Necə böyük bir şərəf,
-
Necə böyük bir əzəmətdir bu?
-
Hansı arzu və istək bu şərəfi əldə etmək arzusundan daha böyük, daha dəyərli ola bilər?
-
Ona görə də həqiqi sevilməyə layiq olan həqiqi şükr edilməyə layiq olandır.
-
Bizi yedirən Odur.
-
Bizi içirən Odur.
-
Bizi qoruyan, hifz edən Odur.
-
Ən gözəl adlarını bizə öyrədən Odur.
-
Nə üçün?
-
Ona sevək deyə.
-
Ona bağlanaq deyə.
-
Üstümüzdəki materialist düşüncə örtüklərini özümüzdən uzaq edək deyə.
-
Həqiqi gözəlliyi görək deyə.
-
Ətrafımızda olan Allahın nemətlərinə bir nəzər salın.
-
Minnətdar baxışlarla baxın ki, daima bu nemətləri xatırlaya biləsiniz.
-
Bu nemətlərin həqiqətini qəlbinizdə daima canlı tuta biləsiniz.
-
Allahın səxavətinə nəzər yetirə biləsiniz.
-
Həqiqətə baxa biləsiniz.
-
Yetər artıq bu dünyadaki məşğuliyyətlər,
-
Materialist düşüncələr,
-
Allahdan uzaq bir həyat yaşamaq.
-
Vallahi, bu dünyanın arxası ilə qaçıb Allahdan uzaq qalan qul, həqiqi miskin bir quldur.
-
Elə bir miskin ki, o həqiqi gözəllikləri görməkdən məhrum olmuşdur.
-
Ölümsüzlükdən məhrum olmuşdur.
-
Və Uca Allahın nurundan məhrum olmuşdur.
-
Ya Allah!
-
Şahid ol ki səni sevirəm.
-
Ya Rəbbi!
-
Bizi səni sevən qullarınla birlikdə yaz.
-
Əmin...