YouTube

Got a YouTube account?

New: enable viewer-created translations and captions on your YouTube channel!

Azerbaijani subtitles

← Dean Ornish deyir ki sizin genləriniz taleyiniz deyil

Dean Ornish sağlam həyat tərzinin insana genetik səviyyədə necə təsir edə biləcəyini göstərən araştırmasını bölüşür. O deyir ki, daha sağlam yaşayanda, yaxşı yeyəndə, idman edəndə və sevəndə sizin beyin hüceyrələriniz artır.

Get Embed Code
54 Languages

Subtitles translated from English Showing Revision 1 created 08/19/2011 by Retired user.

  1. Craig Venterin incəliklə göstərdiyi kimi,

  2. genlərimizi dəyişmənin bir yolu yenilərini yaratmaqdır.
  3. Digər yol isə həyat tərzimizi dəyişməkdir.
  4. Və biz bu dəyişikliklərin nə qədər güclü və dinamik ola biləcəyini öyrənirik,
  5. hətta siz bu dəyişikliklərin təsirini hiss etmək üçün çox gözləməli də olmayacaqsınız.
  6. Nə vaxt ki sağlam yeyirsiniz, stressi idarə edirsiniz, idman edirsiniz və daha çox sevirsiniz,
  7. sizin beyniniz daha çox qan axını və oksigenlə təmin olunur.
  8. Lakin daha vacibi, beyniniz ölçülə biləcək qədər böyüyür.
  9. Bir neçə il bundan əvvəl imkansız olaraq düşündüyümüz şeylər
  10. artıq ölçülə bilinir.
  11. Bu Robin Williams tərəfindən
  12. bizdən bir neçə il əvvəl tapılmışdı.
  13. Beləliklə, beyninizin yeni hüceyrələri yaratmağı üçün

  14. bir neçə şey edə bilərsiniz.
  15. Mənim ən sevdiklərim, şokolad və çay, qaragilə,
  16. az miqdarda spirtli içki, stressi idarə etmə
  17. və marijuanada tapılan kanabanoidlərdir.
  18. Mən yalnız elçiyəm.
  19. (Gülüş)
  20. Harada qalmışdıq?
  21. (Gülüş)
  22. Bəzi şeylər isə vəziyyəti daha da pisləşdirə bilər,
  23. beyin hüceyrələrinizi itirməyimizə gətirib çıxara bilər.
  24. Həmişə eşitdiklərimiz, yağlı piy və şəkər,
  25. nikotin, opiatlar, kokain, həddindən artıq spirtli içki və xronik stress.
  26. Siz həyat tərzinizi dəyişəndə sizin dərinizdə qan dövranı artır

  27. və siz daha gec qocalırsınız və dəriniz daha az qırışır.
  28. Ürəyiniz də daha çox qan dövranı əldə edir.
  29. Biz göstərmişik ki siz hətta ürək xəstəliklərini də müalicə edə bilərsiniz.
  30. Yuxarıda, solda gördüyünüz bu tutulmuş qan damarları
  31. yalnız bir ildən sonra ciddi dərəcədə genişlənir.
  32. Və aşağıda, solda kardioloji PET göstərilir,
  33. mavi qan dövranının olmadığını göstərir.
  34. Bir il sonra - narıncı və ağ maksimum qan dövranıdır.
  35. Biz göstərə bilmişik ki bu dəyişiklikləri etməklə siz prostat xərşəngi
  36. və döş xərçənginin qarşısını ala və
  37. əks istiqamətdə inkişaf əldə edə bilərsiniz.
  38. Biz müşahidə etdik ki, labaratoriya şəraitində şişlərin inkişafı
  39. bu dəyişiklikləri edən qrupda 70 %
  40. etməyən qrupda isə 9 % dayandırılmışdır.
  41. Bu fərq çox əhəmiyyətli idi.

  42. Hətta sizin cinsi orqanlarınızda da qan dövranı artır,
  43. və sizin cinsi gücünüz də artır.
  44. Siqaret çəkməyə qarşı ən effektiv reklamlardan biri
  45. Sağlamıq Xidməti Departamenti tərəfindən
  46. göstərilmişdir ki, qan damarlarını sixan nikotin
  47. ürək ağrısı və ya ürək döyüntüsünə səbəb olar bilər,
  48. amma o həm də impotentliyə gətirib çixara bilər.
  49. Siqaret çəkən kişilərin yarısı impotentdir.
  50. Bu necə də cazibədardır.
  51. Biz bu yaxınlarda yeni bir tədqiqat çap edəcəyik

  52. bu tədqiqata əsasən prostat xərçəngində genlərin ifadə olmunmasını dəyişmək mümkündür.
  53. Bu hərarət xəritəsi adlanır
  54. və sağ tərəfdə olan müxtəlif rənglər müxtəlif genlərdir.
  55. Və biz müşahidə etdik ki 500-dən çox gen müsbət olaraq dəyişdi
  56. və xəstəliyin qarşısını alan yaxşı genləri işə salaraq
  57. xəstəlik yaradan genləri fəaliyyətdən saldı.
  58. Və düşünürəm ki, bu müşahidələr çox əhəmiyyətlidir

  59. bir çox insana yeni ümid və seçimlər təqdim edir.
  60. Navigenix, DNA Direct və 23andMe kimi şirkətlər
  61. sizə genetik profilinizi verməklə həm də
  62. bəzi insanlara bu barədə "Mən bu haqda nəsə edə bilərəm mi?" hissini verir
  63. Beləliklə, genlərimiz bizim taleyimiz deyil və əgər bu dəyişiklikləri etsək -
  64. onlar meyillilikdir, lakin normalda etdiyimizdən
  65. daha böyük dəyişikliklər etsək
  66. genlərimizin necə ifadə olunduğunu dəyişə bilərik.
  67. Təşəkkürlər.
  68. (Alqış)