Return to Video

Arianna Huffington: Uğur qazanmaq istəyirsiniz? Onda daha çox yatın.

  • 0:00 - 0:02
    Mənim böyük ideyam
  • 0:02 - 0:04
    içimizdə gizli milyonlarla
  • 0:04 - 0:06
    böyük ideyanı
  • 0:06 - 0:09
    aşkar edəcək
  • 0:09 - 0:12
    kiçik bir ideyadır.
  • 0:12 - 0:14
    Mənim bu kiçik ideyam
  • 0:14 - 0:16
    yatmaqdır.
  • 0:16 - 0:18
    (Gülüş)
  • 0:18 - 0:22
    (Alqış)
  • 0:22 - 0:25
    Burada A qrupuna aid olan qadınlardır.
  • 0:26 - 0:28
    Yuxusuz qalan
  • 0:28 - 0:31
    qadınlardır.
  • 0:31 - 0:33
    Mən də yuxunun dəyərini
  • 0:33 - 0:35
    çətinliklə başa düşdüm.
  • 0:35 - 0:37
    2 il yarım bundan əvvəl,
  • 0:37 - 0:39
    yorğunluqdan huşumu itirdim.
  • 0:39 - 0:42
    Başım stola dəydi, üz sümüyüm sındı,
  • 0:42 - 0:45
    sağ gözümə 5 tikiş vuruldu.
  • 0:45 - 0:47
    Yuxunun dəyərini bu vaxt
  • 0:47 - 0:50
    anlamağa başladım.
  • 0:50 - 0:52
    Həmin dövrdə
  • 0:52 - 0:54
    araşdırdım,
  • 0:54 - 0:56
    həkimlər, alimlərlə danışdım,
  • 0:56 - 0:58
    nəticə olaraq onu deyə
  • 0:58 - 1:01
    bilərəm ki, daha məhsuldar olmağın,
  • 1:01 - 1:03
    xoşbəxt olmağın tək yolu
  • 1:03 - 1:06
    normal yatmaqdır.
  • 1:06 - 1:11
    (Alqış)
  • 1:11 - 1:14
    Bu çevrilişə biz
  • 1:14 - 1:17
    qadınlar başçılıq edəcəyik.
  • 1:18 - 1:21
    Sözün əsl mənasında ən çox yatan biz olacağıq.
  • 1:21 - 1:23
    (Gülüş)
  • 1:23 - 1:28
    (Alqış)
  • 1:28 - 1:30
    Çünki çox təəssüf ki,
  • 1:30 - 1:32
    az yatmaq
  • 1:32 - 1:35
    kişilərə görə igidlik hesab olunur.
  • 1:36 - 1:38
    Bu yaxınlarda bir kişiylə nahar edərkən,
  • 1:38 - 1:40
    öncəki gecə 4-cə saat yatdığı haqda
  • 1:40 - 1:42
    danışmağa başladı.
  • 1:42 - 1:45
    Ürəyimdən keçdi deyim ki,--
  • 1:45 - 1:47
    təbii ki demədim-- " Bilirsən ki,
  • 1:47 - 1:49
    yuxun 5 saat olsa idi
  • 1:49 - 1:52
    indiki nahar daha maraqlı olardı?"
  • 1:52 - 1:55
    (Gülüş)
  • 1:55 - 1:57
    Kişilərin çoxu daha az
  • 1:57 - 1:59
    yuxu yatırlar.
  • 1:59 - 2:02
    Xüsusilə burada, Vaşinqtonda, kimisə səhər yeməyinə dəvət etmək
  • 2:02 - 2:04
    istəsən və " Saat 8 necədir?" soruşsan,
  • 2:04 - 2:06
    böyük ehtimal " 8 çox gecdi,
  • 2:06 - 2:08
    amma heç nə olmaz, bir az tennis oynayar,
  • 2:08 - 2:11
    bir neçə yerə zəng edər sonra səninlə görüşərəm" deyəcəklər.
  • 2:11 - 2:13
    Fikirləşirlər ki, həddən artıq
  • 2:13 - 2:16
    məşğul və məhsuldardılar,
  • 2:16 - 2:19
    ancaq məncə elə deyillər,
  • 2:19 - 2:21
    çünki hal-hazırda iqtisadi,
  • 2:21 - 2:23
    siyasi, və ticarət sahəsində
  • 2:23 - 2:26
    çox pis qərarlar qəbul edən
  • 2:26 - 2:29
    liderlər kifayət qədərdir.
  • 2:29 - 2:31
    Yüksək İQyə sahib olmaq
  • 2:31 - 2:34
    yaxşı lider olmaq deyil,
  • 2:34 - 2:36
    yaxşı lider olmaq
  • 2:36 - 2:38
    aysberqi Titanikə toxunmazdan
  • 2:38 - 2:41
    əvvəl görməkdir.
  • 2:41 - 2:44
    Titaniklərimizi əzən aysberqlər
  • 2:44 - 2:46
    kifayət qədərdir.
  • 2:46 - 2:48
    Məncə Lehman Brothers (Böhrandan müflis olan böyük investisiya bankı)
  • 2:48 - 2:50
    Lehman Qardaş və Bacıları
  • 2:50 - 2:52
    olsaydılar
  • 2:52 - 2:54
    hələ də sağ olardılar.
  • 2:54 - 2:57
    (Alqış)
  • 2:57 - 2:59
    Qardaşlar 7gün 24 saat məşğulkən
  • 2:59 - 3:02
    7 saat yarım ya da 8 saat yuxu yatmış
  • 3:02 - 3:05
    bacıları aysberqi görərdi,
  • 3:05 - 3:09
    nəyə səbəb olacağını anlaya
  • 3:09 - 3:11
    bilərdi
  • 3:11 - 3:13
    bəlkə də.
  • 3:13 - 3:15
    Çoxsaylı böhranlarla
  • 3:15 - 3:17
    üzləşdiyimiz bir dövrdə,
  • 3:17 - 3:20
    yaşadığımız yerdən asılı olmayaraq
  • 3:20 - 3:23
    özümüz üçün faydalı olan,
  • 3:23 - 3:26
    həyatımıza sevinc, effektivlik
  • 3:26 - 3:28
    qatan hərşey
  • 3:28 - 3:31
    bütün dünya üçün
  • 3:31 - 3:34
    ən yaxşısıdır.
  • 3:34 - 3:37
    Bir daha təkid edirəm ki,
  • 3:37 - 3:39
    içinizdəki böyük ideyaları
  • 3:39 - 3:41
    görə bilmək üçün
  • 3:41 - 3:43
    qapayın gözlərinizi,
  • 3:43 - 3:46
    cihazları söndürün, yuxunun gücünü kəşf edin.
  • 3:46 - 3:48
    Çox sağ olun.
  • 3:48 - 3:50
    (Alqış)
Title:
Arianna Huffington: Uğur qazanmaq istəyirsiniz? Onda daha çox yatın.
Speaker:
Arianna Huffington
Description:

Arianna Huffington öz qısa söhbətində böyük fikirlərə yol aça biləcək kiçik fikrini izləyicilərlə paylaşır: Rahat gecə yuxusunun gücü haqqında danışır. Öz qısa yuxumuzla öyünməkdənsə gözümüzü qapayıb böyük rəsmi görməyimizi məsləhət görür: Normal yatmaqla daha məhsuldar və xoşbəxt ola bilərik, və daha ağıllı qərarlar qəbul edə bilərik.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
03:50
Gulchin Taghiyeva added a translation

Azerbaijani subtitles

Revisions