Return to Video

Nazi Aggression and Appeasement

  • 0:01 - 0:03
    1930-cu ilin ikinci yarısında, getdikcə
  • 0:03 - 0:07
    aqressivləşən nasist Almaniyasını görürük.
  • 0:07 - 0:11
    1935-ci ildə isə ordularını yenidən
  • 0:11 - 0:14
    silahlandırmaq istədiklərini elan etdilər.
  • 0:14 - 0:17
    Bunun vacib olmasının səbəbi, ordularını
  • 0:17 - 0:19
    birdən-birə qurma istəyi deyildi.
  • 0:19 - 0:21
    Onlar bunu, 1933-cü ildə hakimiyyəti
  • 0:21 - 0:24
    ələ keçirən kimi etmişdilər.
  • 0:24 - 0:25
    Lakin indi öz niyyətlərini
  • 0:25 - 0:27
    əmin və hərkəsə açıq bir şəkildə
  • 0:27 - 0:30
    elan edirdilər bu da o deməkdir ki, onlar
  • 0:30 - 0:32
    Alman silahlı qüvvələrinin 100000 əsgərlə
  • 0:32 - 0:34
    məhdudlaşdığını bildirən Versal
  • 0:34 - 0:37
    müqaviləsinə əhəmiyyət vermirlər.
  • 0:37 - 0:40
    Sonra 1936-cı ilə daxil oluruq.
  • 0:40 - 0:43
    Yadınızdadırsa, Versal müqaviləsinin
  • 0:43 - 0:46
    başqa bir şərtidə Almaniyanın Reynlandı
  • 0:46 - 0:49
    işğal etməsinə icazə verilməməsi idi.
  • 0:49 - 0:51
    Gördüyünüz bu sarı rənglı ərazi Reynlanddır.
  • 0:51 - 0:55
    Bu şərt 1925-ci ildə Lokarno müqavilələri
  • 0:55 - 0:57
    ilə də, təsdiqlənmişdi və burada Almaniya
  • 0:57 - 1:00
    Reynlendı işğal etməmək üçün razılaşdı.
  • 1:00 - 1:05
    Lakin 1936-cu ildə Hitler bu şərtlərə
  • 1:05 - 1:09
    məhəl qoymayaraq, Reynlendı işğal etdi.
  • 1:09 - 1:10
    Fransa və xüsusən də Britaniya
  • 1:10 - 1:14
    bu hadisəyə görə
  • 1:14 - 1:16
    artıq narahat olmağa
  • 1:16 - 1:18
    başlamışdı. Lakin onlar ortaq
  • 1:18 - 1:20
    qərara gəldilər ki, bu, başqa bir
  • 1:20 - 1:22
    müharibənin başlanması üçün səbəb deyil.
  • 1:22 - 1:25
    Buna görə də, onlar Almaniyadan geri çəkilmədilər.
  • 1:25 - 1:30
    1938-ci ilə keçdikdə isə Almanların
  • 1:30 - 1:34
    aqresiyasının daha da artdığını görürük.
  • 1:34 - 1:41
    1938-ci ilin martında Avstriyada nasistlər
  • 1:41 - 1:45
    tərəfindən qurulmuş, Avstriyanı devirən və
  • 1:45 - 1:49
    Almanlara iki ölkəni birləşdirməyə
  • 1:49 - 1:54
    imkan verən çevriliş baş verdi.
  • 1:54 - 1:57
    Beləliklə Almanlar qansız işğal nəticəsində
  • 1:57 - 2:00
    Avstriyaya daxil oldular.
  • 2:00 - 2:03
    Artıq Avstriyada nasistlərə xalq
  • 2:03 - 2:05
    dəstəyi var idi və
  • 2:05 - 2:07
    nasist partiyası yaranmışdı.
  • 2:07 - 2:09
    Bir çox Avstryalılar arasında uzun
  • 2:09 - 2:11
    illərdir ki, Almanlarla birləşə
  • 2:11 - 2:14
    biləcək əhval-ruhiyyə var idi.
  • 2:14 - 2:15
    Çünki Avstriya Alman dilli
  • 2:15 - 2:18
    xalq idi.
  • 2:18 - 2:20
    Nəticədə mart ayında bu
  • 2:20 - 2:25
    "Əlaqə" və ya birləşmə yarandı.
  • 2:25 - 2:27
    Beləliklə, Almanlar Avstriyalılarla
  • 2:27 - 2:30
    birlikdə Versal və
  • 2:30 - 2:32
    Sen-Jermen müqavilələrinə
  • 2:32 - 2:35
    məhəl qoymadılar
  • 2:35 - 2:37
    və nəticədə
  • 2:37 - 2:39
    Almaniya ilə Avstriyanın
  • 2:39 - 2:43
    birləşməsi baş verdi.
  • 2:43 - 2:47
    1938-ci ilin sentybrna daxil olarkən,
  • 2:47 - 2:50
    Hitler və nasistlər
  • 2:50 - 2:55
    Çexoslovakiyanın almandilli əhalisini
  • 2:55 - 2:57
    Almanların nəzarəti
  • 2:57 - 3:01
    altına almaq istəyirdi.
  • 3:01 - 3:03
    Həmin bölgəni
  • 3:03 - 3:07
    çəhrayı rənglə işarələdim.
  • 3:07 - 3:09
    Bu bölgələr "Sudetlend"
  • 3:09 - 3:15
    adlanırdı.
  • 3:15 - 3:19
    Sonralar Fransa, İngiltərə və
  • 3:19 - 3:21
    İtaliya Almaniya ilə aralarında gərginlik
  • 3:21 - 3:25
    yaratmaq istəmədikləri üçün
  • 3:25 - 3:28
    Almanların İtaliya ilə
  • 3:28 - 3:30
    müttəfiq olma istəyini
  • 3:30 - 3:33
    qəbul edirlər.
  • 3:33 - 3:35
    Beləliklə, 1938-ci ilin sentyabrında
  • 3:35 - 3:39
    onlar Münhen sazişini
  • 3:39 - 3:41
    imzaladılar və Almanların Çexoslovakiya
  • 3:41 - 3:43
    Çexoslovakiya höküməti ilə
  • 3:43 - 3:44
    məsləhətləşmədən
  • 3:44 - 3:46
    Sudet ərazisini
  • 3:46 - 3:49
    ələ keçirməyinə
  • 3:49 - 3:50
    icazə verdilər.
  • 3:50 - 3:52
    Almanların Çexoslovakiya əhalisinin
  • 3:52 - 3:57
    mühüm hissəini, sənayə potensialının
  • 3:57 - 3:59
    vacib hissəsini ələ keçirməsi
  • 3:59 - 4:02
    ilə nəticədə 1939-cu ilin əvvəlinə çatırıq
  • 4:02 - 4:07
    və burada artıq
  • 4:07 - 4:09
    Çex Respublikası
  • 4:09 - 4:14
    dediyimiz bu bölgə, Almaniyanın
  • 4:14 - 4:18
    protektoratı altındadır. Buna,
  • 4:18 - 4:23
    "Bohemiya və Moraviya Protektoratı" deyilir.
  • 4:23 - 4:30
    Beləliklə, Bohemiya və Moraviya Almaniyaya daxil olur.
  • 4:30 - 4:34
    1939-cu ilə gəldikdə isə
  • 4:34 - 4:37
    əvvəlki dörd il ərzində olduğu kimi
  • 4:37 - 4:39
    bu formanın təkrarlandığını görürük.
  • 4:39 - 4:42
    Nasist Almaniyası yenidən silahlanır və
  • 4:42 - 4:46
    Versal müqaviləsinə məhəl qoymadan, Avstriya ilə
  • 4:46 - 4:48
    birlikdə Reynlandı işğal edir.
  • 4:48 - 4:51
    Beləliklə, onlar öz ərazilərini genişləndirdilər.
  • 4:51 - 4:54
    Münhen müqaviləsinə əsasən,
  • 4:54 - 4:57
    Çexoslovakiyanın almandilli ərazilərini
  • 4:57 - 4:58
    ələ keçirməyə icazə verildiyi üçün
  • 4:58 - 5:00
    onlar indiki "Çex Respublikası"
  • 5:00 - 5:01
    olaraq adlandırdığımız
  • 5:01 - 5:06
    Bohemiya və Moraviyanı ələ keçirdilər.
  • 5:06 - 5:08
    Bu, Alman təcavüzünü Avropadakı
  • 5:08 - 5:12
    güclərin qəbul etdiyi bir sistemdir,
  • 5:12 - 5:13
    xüsusən də, İngiltərə buna
  • 5:13 - 5:16
    icazə verərək, "sakitləşdirmə siyasəti"
  • 5:16 - 5:20
    işlətdi. "Sakitləşdirmə"-sözü o deməkdir ki,
  • 5:20 - 5:22
    bir şeyə qəzəblənən birinə
  • 5:22 - 5:23
    daha da qəzəblənməməsi üçün
  • 5:23 - 5:25
    istədiyi hər şeyi
  • 5:25 - 5:27
    etmək üçün
  • 5:27 - 5:30
    icazə verirsiniz.
  • 5:30 - 5:32
    Geriyə baxdıqda deyə bilərsiniz ki,
  • 5:32 - 5:34
    "Onlar Almaniyanın getdikcə daha çox
  • 5:34 - 5:36
    ərazi ələ keçirməsinə, aqressivləşməsinə
  • 5:36 - 5:38
    və özlərindən əmin olmasına icazə verdilər
  • 5:38 - 5:41
    və bu da nəticədə, ikinci Dünya Müharibəsinə yol açardı".
  • 5:41 - 5:45
    Lakin hər kəs birinci Dünya Müharibəsi
  • 5:45 - 5:47
    zamanı nələrin
  • 5:47 - 5:49
    baş verdiyini bilirdi.
  • 5:49 - 5:50
    Buna görə də, heç kim yeni bir
  • 5:50 - 5:52
    ümumavropa müharibəsini başlatmaq istəmirdi.
  • 5:52 - 5:54
    Nəticədə geriyə baxdıqda, İngilislərin
  • 5:54 - 5:58
    1937-ci ildən bəri baş naziri olan
  • 5:58 - 6:00
    Nevill Çamberlen zəif olduğunu
  • 6:00 - 6:03
    deyə bilərik və bu da,
  • 6:03 - 6:06
    1939-cu ilin
  • 6:06 - 6:11
    payızında nasistlərin Polşanı
  • 6:11 - 6:15
    işğal etməsinə səbəb oldu.
  • 6:15 - 6:19
    Bunu demək olduqca asandır,
  • 6:19 - 6:22
    lakin 1939-cu ilə baxarkən gördüyümüz şey,
  • 6:22 - 6:25
    Avropanın digər gücləri tərəfindən tutula
  • 6:25 - 6:28
    bilməyən Almaniyadır.
  • 6:28 - 6:32
    1939-cu ilin sentyabrına səbəb olan,
  • 6:32 - 6:36
    Almanlar və Sovetlərin Polşanı bölməyə
  • 6:36 - 6:40
    razı olması və Almaniyanın
  • 6:40 - 6:43
    1939-cu ilin sentyabrında Polşanı işğal
  • 6:43 - 6:46
    etməsidir.
  • 6:46 - 6:48
    Buradan o nəticəyə
  • 6:48 - 6:50
    gəlib çıxa bilirik ki, Polşanın işğalı,
  • 6:50 - 6:51
    "dəvənin belini qıran saman"
  • 6:51 - 6:53
    və müharibənin başlanğıcıdır.
  • 6:53 - 6:54
    Yəni Polşanın işğalı ikinci
  • 6:54 - 6:58
    Dünya Müharibəsinin başlanmasına səbəb oldu.
Title:
Nazi Aggression and Appeasement
Description:

more » « less
Video Language:
English
Team:
Khan Academy
Duration:
07:00

Azerbaijani subtitles

Incomplete

Revisions Compare revisions