Return to Video

Hər kəsin dünyaya çatdıracağı hekayəsi var

  • 0:00 - 0:03
    Bu gecə sevdiyiniz birini,
  • 0:03 - 0:08
    dostunuz yaxud yad adamı sizinlə
  • 0:08 - 0:10
    müsahibəyə dəvət etməyin həmin insanın və
  • 0:10 - 0:15
    sizin həyatınızda necə önəmli anlara
  • 0:15 - 0:17
    səbəb ola biləcəyini sübut edəcəyəm.
  • 0:17 - 0:21
    22 yaşımda radio hekayələr yazarkən
  • 0:21 - 0:23
    özümə sənət tapmaq şansım oldu.
  • 0:23 - 0:26
    Təxminən eyni vaxtda çox-çox yaxın
  • 0:26 - 0:31
    olduğum atamın gey olduğunu öyrəndim.
  • 0:31 - 0:33
    Həddən artıq təəccüblənmişdim.
  • 0:33 - 0:35
    Çox bir-birinə bağlı ailə idik və
  • 0:35 - 0:38
    mən yerlə-yeksan olmuşdum.
  • 0:38 - 0:40
    Ürəksiz etdiyimiz söhbətlərin birində atam
  • 0:40 - 0:43
    Stounvol qiyamından danışdı.
  • 0:43 - 0:46
    Bildirdi ki, 1969-cu ildə bir qrup gənc
  • 0:46 - 0:49
    qaradərili və latın geylər Menxettendəki
  • 0:49 - 0:53
    Stounvol Inn adlı gey barında
  • 0:53 - 0:55
    polislə vuruşdu, bu gey
  • 0:55 - 0:58
    hüquqları hərəkatının ilk qığılcımı oldu.
  • 0:58 - 1:01
    Hekayə məndə maraq oyatdı.
  • 1:01 - 1:06
    Səs yazan cihazı götürüb
    araşdırmağı qərara aldım.
  • 1:06 - 1:10
    Gənc nümayişçi Maykl Şirkerin
  • 1:10 - 1:12
    köməyi ilə o gecə orada olmuş
  • 1:12 - 1:16
    hər kəsi axtarıb tapdıq.
  • 1:16 - 1:18
    Müsahibələri qeydə alarkən mikrofon
  • 1:18 - 1:20
    mənə əvvəllər getmədiyim yerlərə getməyə
  • 1:20 - 1:23
    və danışmadığım insanlarla
  • 1:23 - 1:27
    ünsiyyətə imkan yaratdı.
  • 1:27 - 1:29
    Əvvəllər tanımadığım mükəmməl,
  • 1:29 - 1:33
    sərt və cəsur insanlarla
  • 1:33 - 1:35
    görüşmək şərəfini yaşadım.
  • 1:35 - 1:37
    Ilk dəfə idi ki, Stounvol hekayəsi
  • 1:37 - 1:39
    milli auditoriyaya çatdırıldı.
  • 1:39 - 1:41
    Proqramı atama həsr etdim, bu atamla
  • 1:41 - 1:47
    münasibətimizi və mənim həyatımı dəyişdi.
  • 1:48 - 1:52
    Növbəti 15 ildə mediada
    az bilinən insanlar
  • 1:52 - 1:56
    eşidilsin deyə radio
    sənədli filmləri hazırladım.
  • 1:56 - 1:57
    Bu adi müsahibə fəaliyyətinin
  • 1:57 - 2:00
    başda özünü önəmsiz hiss edənlər olmaqla,
  • 2:00 - 2:02
    insanlar üçün necə dəyərli
  • 2:02 - 2:06
    olduğunu təkrarən gördüm.
  • 2:06 - 2:08
    Mikrofona danışdığı zaman insanların
  • 2:08 - 2:11
    həqiqətən necə dik durduğuna şahid oldum.
  • 2:11 - 2:15
    1998-ci ildə Menxettendəki sonuncu
  • 2:15 - 2:18
    otel haqda sənədli film hazırladım.
  • 2:18 - 2:20
    Insanlar illərlə bu ucuz otellərdə
    yaşamalı olurdular.
  • 2:20 - 2:23
    Onlar həbsxana hücrəsi boyda,
    bir otaqda digərinə
  • 2:23 - 2:24

    tullanmasınlar deyə
  • 2:24 - 2:27
    hin məftili olan kabinlərdə yaşadılar.
  • 2:27 - 2:31
    Fotoqraf Harvey Vənq ilə birlikdə
    həmin insanlar haqda kitab yazdım.
  • 2:31 - 2:35
    Yadımdadır, əlimdə kitabın
    ilkin versiyası o otelə gedib
  • 2:35 - 2:38
    bir oğlana öz səhifəsini göstərmişdim.
  • 2:38 - 2:40
    O, bir müddət sakitcə gözünü zillədi,
  • 2:40 - 2:43
    sonra kitabı əlimdən aldı və uzun,
  • 2:43 - 2:46
    darısqal dəhliz boyunca
  • 2:46 - 2:48
    qaçaraq "Mən mövcudam"
  • 2:48 - 2:52
    deyə qışqırdı.
  • 2:52 - 2:57
    (Alqışlar)
  • 2:57 - 3:01
    "Mövcudam" ifadəsi StoriKorps
    üçün çağırışa çevrildi,
  • 3:01 - 3:04
    bu çılğın fikir məndə çoxdan var idi.
  • 3:04 - 3:06
    Ideya filmi işə aparmaq və
  • 3:06 - 3:08
    ona qarşı maraq oyandırmaq idi.
  • 3:08 - 3:11
    Ənənəvi olaraq,
  • 3:11 - 3:15
    sənədli film yayımı incəsənət,
  • 3:15 - 3:19
    əyləncə yaxud təhsil fəaliyyəti üçün
  • 3:19 - 3:20
    müsahibə almaq haqda idi,
  • 3:20 - 3:23
    ancaq mənim məqsədim bir çox
  • 3:23 - 3:26
    insana eşidilmək imkanı
  • 3:26 - 3:29
    vermək üçün intervyu etmək idi.
  • 3:29 - 3:32
    11 il bundan öncə Qrand
    Mərkəzi Terminalında
  • 3:32 - 3:36
    bir şəxsin başqa birindən
    həyatı haqqında müsahibə
  • 3:36 - 3:40
    almaqla onu şərəfləndirsin
    deyə köşk tikdik.
  • 3:40 - 3:43
    Köşkə gəlirsiniz və işçilər
    sizi içəri yönəldir.
  • 3:43 - 3:46
    Tutaq ki, babanızın qarşısında
    bir saata yaxın
  • 3:46 - 3:49
    əyləşir, onu dinləyir və danışırsınız.
  • 3:49 - 3:53
    Çoxları düşünür ki, əgər
    bu son söhbətimiz
  • 3:53 - 3:56
    olsa idi, bu qədər önəm
    kəsb edən birindən
  • 3:56 - 3:58
    nə soruşardım, ona nə deyərdim.
  • 3:58 - 4:01
    Seansın sonunda müsahibənin
    bir nüsxəsi ilə çıxırsınız,
  • 4:01 - 4:04
    digər nüsxə Konqres Kitabxanasındakı
  • 4:04 - 4:06
    Amerika Xalq Həyatı Mərkəzinə gedir.
  • 4:06 - 4:10
    Beləliklə, nəvə-kötücələriniz
    bir gün babanızın
  • 4:10 - 4:12
    öz səsindən hekayəsini dinləyəcəklər.
  • 4:14 - 4:17
    Beləliklə, biz bu köşkü sizlər
  • 4:17 - 4:20
    digərləri ilə bu çox məhrəm
  • 4:20 - 4:21
    söhbəti edin deyə açdıq.
  • 4:21 - 4:26
    Davam edəcəyindən əmin deyildim,
    amma lap əvvəldən uğurlu oldu.
  • 4:26 - 4:29
    Təşəbbüs böyük hörmətlə
    qarşılandı və içəridə
  • 4:29 - 4:32
    mükəmməl söhbətlər oldu.
  • 4:32 - 4:35
    Mərkəzi Qrand Budkasında baş tutmuş
  • 4:35 - 4:39
    bir müsahibədən hissəni
    sizlə bölüşmək istəyirəm.
  • 4:39 - 4:43
    12 yaşlı Coşua Littman anası
    Saradan müsahibə alır.
  • 4:43 - 4:45
    Coş Asperqer sindromuna tutulub.
  • 4:45 - 4:49
    Belə uşaqlar həddən artıq
    ağıllı olurlar, lakin
  • 4:49 - 4:51
    sosial çətinlikləri olur.
  • 4:51 - 4:52
    Adətən vəsvəsələri olur.
  • 4:52 - 4:55
    Onunku heyvanlarla bağlıdır.
  • 4:55 - 4:57
    Budur, o 9 il bundan öncə
  • 4:57 - 5:00
    anasından müsahibə alır.
  • 5:00 - 5:03
    Coş Littman: 10 ballıq sistemdə, səncə,
  • 5:03 - 5:06
    həyatın heyvanlarsız başqa cür olardımı?
  • 5:06 - 5:09
    Sara Littman: Məncə, cavab 8 olardı.
  • 5:09 - 5:11
    Çünki onlar həyata çox zövq qatır.
  • 5:11 - 5:14
    CL: Səncə, həyatın onlar
    olmadan başqa necə olardı?
  • 5:14 - 5:17
    SL:Məsələn, tarakanlar, ilanlar
    olmadan yaşaya bilərdim.
  • 5:17 - 5:20
    CL: Əslində, ilanlar zəhərli
    deyil və narahat etmirsə,
  • 5:20 - 5:21
    problem deyil.
  • 5:21 - 5:23
    SL: Hə, sadəcə onları
    çox da xoşlamıram
  • 5:23 - 5:25
    CL:Tarakan sadəcə nifrət
    etməyi sevdiyimiz həşəratdı.
  • 5:25 - 5:27
    SL: Bəli, haqlısan.
  • 5:27 - 5:30
    CL: Düşünmüsən birdən valideyn
    olmağın öhdəsindən gələ bilmədin?
  • 5:30 - 5:33
    SL: Yadıma gəlir, sən körpə
    olanda sancın vardı deyə
  • 5:33 - 5:35
    ancaq ağlayardın.
  • 5:35 - 5:38
    CL: O nədir elə?
    SL: Yəni, sənin mədən
  • 5:38 - 5:41
    çox ağrıyır və sən
    qışqırırsan, hardasa 4 saat.
  • 5:41 - 5:43
    CL: Emidən belə daha ucadan?
  • 5:43 - 5:46
    SL: Çox ucadan qışqırırdın,
    amma Emininki zil idi.
  • 5:46 - 5:49
    CL: Mənə elə gəlir hamı
    Emini daha çox xoşlayır,
  • 5:49 - 5:52
    elə bil o balaca mükəmməl mələkdir.
  • 5:52 - 5:56
    SL: Səni başa düşürəm, bu sənin
  • 5:56 - 5:58
    Asperqer sindromuna
    görə deyil. Sadəcə Emi
  • 5:58 - 6:01
    daha dostcasınadır,
    sənin üçünsə dost olmaq
  • 6:01 - 6:04
    daha çətindir. Lakin səni tanımağa
  • 6:04 - 6:08
    vaxt ayıranlar səni çox sevir.
  • 6:08 - 6:10
    CL: Ben, Erik ya da Karlos kimi?
    SL: Hə --
  • 6:10 - 6:15
    CL: Deməli, mənim dostlarım daha
    yaxşıdır, amma azdır? (Gülüş)
  • 6:15 - 6:17
    SL: Keyfiyyəti mühakimə etməzdim, amma --
  • 6:17 - 6:21
    CL: Demək istəyirəm, Emi
    Klaudianı əvvəl çox istədi,
  • 6:21 - 6:23
    sonra nifrət etdi,
    sonra yenə təkrar.
  • 6:23 - 6:25
    SL: Emi qızdır
    deyə elədir, əzizim.
  • 6:25 - 6:28
    Əsas odur ki, az olsa da,
  • 6:28 - 6:30
    çox yaxşı dostların var.
  • 6:30 - 6:34
    CL: Mən doğulanda sən
  • 6:34 - 6:37
    istədiyin övlad oldummu?
  • 6:37 - 6:40
    SL: Sən mənim gözləntilərimi
    ötmüsən, əzizim.
  • 6:40 - 6:45
    Çünki sən təxəyyülə sahibsən.
    Mənim valideyn kimi
  • 6:45 - 6:49
    yetişməyimə kömək etmisən,
    çünki düşünürsən --
  • 6:49 - 6:51
    Əslində səni mən valideyn etdim.
  • 6:51 - 6:54
    SL: Sən məni valideyn etmisən.
    Maraqlı yanaşmadır (Gülüş)
  • 6:54 - 6:56
    Çünki həm də
    sən valideynlik haqda
  • 6:56 - 6:59
    kitablarda deyildiyindən
    fərqli düşünürsən.
  • 6:59 - 7:03
    Mən səninlə birlikdə
    həqiqətən "qutudan kənar"
  • 7:03 - 7:07
    düşünməli oluram. Buna görə
    daha yaradıcı olmuşam.
  • 7:07 - 7:09
    Və sənə həmişə
    minnətdar olacam.
  • 7:09 - 7:11
    CL: Emi doğulanda bu sənə kömək etdi?
  • 7:11 - 7:16
    SL: Bəli, amma sən mənim
    üçün həddən artıq özəlsən,
  • 7:16 - 7:19
    mənim oğlum olduğun üçün çox şanslıyam.
  • 7:19 - 7:26
    (Alqış)
  • 7:27 - 7:29
    Deyvid Aysey: Bu hekayə radioda
  • 7:29 - 7:31
    yayıldıqdan sonra
    Coşa necə əla övlad
  • 7:31 - 7:33
    olduğu yazılan yüzlərlə məktub gəldi.
  • 7:33 - 7:36
    Anası Coş məktəbdən
    narazı olduğu vaxt birlikdə
  • 7:36 - 7:40
    oxusunlar deyə onları
    kitab halında yığdı.
  • 7:40 - 7:42
    Həmin iki qəhrəman hazırda bizimlədir:
  • 7:42 - 7:43
    Sara və onun əlaçı
  • 7:43 - 7:48
    tələbə oğlu Coş
  • 7:48 - 7:52
    (Alqışlar)
  • 7:52 - 7:56
    Çoxları StoriKorps hekayələri
  • 7:56 - 7:58
    dinləyərkən ağlamaqdan danışır.
  • 7:58 - 7:59
    Bu kədərdən irəli gəlmir.
  • 7:59 - 8:02
    Məncə bu, nəyin həqiqət, nəyin reklam
  • 8:02 - 8:04
    olduğunu demək çətin olduğu bir zamanda
  • 8:04 - 8:07
    gerçək və saf sözlər eşitdikləri üçündür.
  • 8:07 - 8:10
    Bu TV-nin yalanından uzaqdır.
  • 8:10 - 8:12
    Heç kim StoriKorpsa varlanmaq,
  • 8:12 - 8:14
    məşhurlaşmaq üçün gəlmir.
  • 8:14 - 8:17
    Bu sadəcə olaraq
    səxavət və sevgidən gəlir.
  • 8:17 - 8:19
    Onların çoxu mehribanlıq, cəsarət, ədəb
  • 8:19 - 8:24
    və ləyaqətlə həyatından
    danışan adi insanlardır.
  • 8:24 - 8:26
    Belə hekayə dinlədiyiniz zaman özünüzü
  • 8:26 - 8:31
    müqəddəs məkanda hiss edə bilərsiniz.
  • 8:31 - 8:33
    Qrand Mərkəzi Terminalındakı bu eksperiment alındı
  • 8:33 - 8:36
    və ölkədə bunu genişləndirdik.
  • 8:36 - 8:39
    Bu gün bütün 50 ştatdan
  • 8:39 - 8:42
    yüz mindən çox insanın StoriKorps
  • 8:42 - 8:44
    müsahibələri qeydə alınıb.
  • 8:44 - 8:49
    O, insan səslərinin
    ən böyük kolleksiyasıdır.
  • 8:49 - 8:55
    (Alqışlar)
  • 8:55 - 8:57
    Müsahibə üçün gələnlərə
    yardım etməsi üçün
  • 8:57 - 9:00
    yüzlərlə insanı işə
    aldıq və təlim keçdik.
  • 9:00 - 9:02
    Bir çoxu ölkələri gəzərək
  • 9:02 - 9:06
    StoriKorpsda 1 yaxud 2 il xidmət edir.
  • 9:06 - 9:08
    Buna şahid olmaq deyirlər,
  • 9:08 - 9:09
    ancaq həmin işçilərdən
  • 9:09 - 9:13
    soruşsanız, öyrəndikləri əsas şey
  • 9:13 - 9:16
    odur ki, bəşər övladı
  • 9:16 - 9:19
    əsasən xoş niyyətli olur.
  • 9:19 - 9:22
    StoriKorpsun ilk illəri
    üçün düşünə bilərdiniz ki,
  • 9:22 - 9:25
    bəzi seçim qərəzləri baş verib,
  • 9:25 - 9:28
    lakin varlı, kasıb hər yaşdan müxtəlif
  • 9:28 - 9:29
    siyasi yanaşmaya sahib insanla
  • 9:29 - 9:33
    ölkə boyunca 80 ayrı dildə olan minlərlə
  • 9:33 - 9:36
    müsahibə gerçəkləşdikdən sonra
  • 9:37 - 9:41
    bu şəxslərin həqiqətən
    nəsə bildiyinə əmin olursunuz.
  • 9:41 - 9:45
    Mən də bu müsahibələrdən
    çox şey öyrənmişəm:
  • 9:45 - 9:48
    şeiriyyat, hikmət və dinləməyə
  • 9:48 - 9:51
    vaxt ayırdığımız zaman hər kəsin
  • 9:51 - 9:54
    sözlərində duya biləcəyimiz incəlik.
  • 9:54 - 9:57
    Elə bu intervyuda da Bruklindən
  • 9:57 - 10:00
    məmur Deni Perasa xanımı Ənnini ona qarşı
  • 10:00 - 10:05
    sevgisindən danışmaq
    üçün StoriKorpsa gətirir.
  • 10:07 - 10:09
    (Audio)Deni Perasa:Görürsən,
    həmişə "Səni sevirəm"
  • 10:09 - 10:11
    dedikdə özümü günahkar hiss edirəm.
  • 10:11 - 10:14
    Və bunu tez-tez deyərək
    sənə xatırladıram ki,
  • 10:14 - 10:17
    nə qədər kök olsam da, sözlərim səmimidir.
  • 10:17 - 10:21
    Elə bil köhnə qırıq radioda
    gözəl mahnı eşidirsən
  • 10:21 - 10:23
    və radionu evdə saxlamağın
    alicənablığını göstərir.
  • 10:23 - 10:26
    Ənni Perasa: Mətbəx stolunun üstündə
  • 10:26 - 10:28
    qeyd olmasa,
    nəsə çatışmır.
  • 10:28 - 10:30
    Hər səhər mənə sevgi məktubu yazırsan.
  • 10:30 - 10:32
    DP: Tək səbəb o ola bilər ki,
  • 10:32 - 10:34
    lənətə gəlmiş qələmi tapmayım.
  • 10:34 - 10:35
    AP: Şəhzadəmə:
  • 10:35 - 10:37
    Bu gün güclü yağış yağır.
  • 10:37 - 10:39
    Sənə səhər 11:20-də zəng vuracam.
  • 10:39 - 10:41
    DP: Romantik bir hava proqnozudur.
  • 10:41 - 10:44
    AP: Və mən səni sevirəm.
    Sevirəm. Sevirəm.
  • 10:44 - 10:47
    DP: Kişinin xoşbəxt evliliyi olanda
  • 10:47 - 10:49
    işdə, yaxud günün geri qalanında nə
  • 10:49 - 10:51
    baş verdiyinin önəmi yoxdur. Ev
  • 10:51 - 10:53
    sığınacaqdır, onu qucaqlayanda
    səni pilləkəndən atıb
  • 10:53 - 10:57
    "Əllərini çək" deməyəcəyindən
    əmin olmaqdır.
  • 10:57 - 10:59
    Evli olmaq rəngli televizora
    sahib olmaq kimidir.
  • 10:59 - 11:01
    Heç vaxt ağ-qaraya qayıtmaq istəməzsən.
  • 11:01 - 11:05
    (Gülüş)
  • 11:05 - 11:07
    DI: Deni 1 m yarımlıq boyu, çəp gözləri,
  • 11:07 - 11:10
    qırıq dişi ilə balaca barmağında
  • 11:10 - 11:14
    Hollivudun bütün aparıcı kişilərindən
  • 11:14 - 11:17
    daha çox romantikaya sahib idi.
  • 11:17 - 11:19
    Daha nə öyrənmişəm?
  • 11:19 - 11:22
    Insan ruhu təsəvvürolunmaz
  • 11:22 - 11:24
    bir əfv qabiliyyətinə malik imiş.
  • 11:24 - 11:28
    Dözüm və güc barədə öyrənmişəm.
  • 11:28 - 11:31
    Oşi Israel və Meri Consonla
    müsahibədəki kimi.
  • 11:31 - 11:36
    Oşi yeniyetmə vaxtı Merinin tək oğlu
  • 11:36 - 11:38
    Laramiun Bördü dava əsnasında öldürmüşdü.
  • 11:38 - 11:41
    Illər sonra Meri övladını həyatından
  • 11:41 - 11:44
    məhrum edənin kim olduğunu
  • 11:44 - 11:46
    öyrənmək üçün həbsxanaya getdi.
  • 11:46 - 11:49
    Onlar getdikcə dostlaşdılar,
  • 11:49 - 11:52
    Oşi islah evindən azad edildikdə
  • 11:52 - 11:55
    Merinin qonşuluğuna köçdü.
  • 11:55 - 11:59
    Bu onların söhbətindən
  • 11:59 - 12:01
    qısa bir fraqmentdir.
  • 12:02 - 12:05
    (Video) Meri Conson: Doğma
    oğlum artıq burada deyil.
  • 12:05 - 12:09
    Onun məzuniyyətini görmədim və
    indi sən universitetə gedirsən.
  • 12:09 - 12:12
    Sənin məzuniyyətini görə biləcəm.
  • 12:12 - 12:15
    Onun toyunu görmədim.
  • 12:15 - 12:19
    Ümid edirəm bir gün sənin
    evləndiyini görəcəm.
  • 12:19 - 12:21
    Oşi Israel: Bunları deməyin və həyatımda
  • 12:21 - 12:25
    bu mövqedə olmağın motivasiya verir.
  • 12:25 - 12:30
    Doğru yolda olduğuma inandırır.
  • 12:30 - 12:32
    Sənə hiss etdirdiyim ağrıya rəğmən
  • 12:32 - 12:35
    hələ də mənə inanmağın
  • 12:35 - 12:37
    valehedicidir.
  • 12:37 - 12:43
    MC: Bilirəm, hekayəmizi
    bir-birimizlə bölüşmək,
  • 12:43 - 12:46
    hətta indi bir-birimizə
    baxmaq belə asan deyil.
  • 12:46 - 12:52
    Elə bildiyim üçün bunu
    bacarmağına heyranam.
  • 12:52 - 12:57
    OI: Sizi sevirəm, xanım.
    MC: Mən də səni, oğul.
  • 13:00 - 13:06
    (Alqış)
  • 13:06 - 13:12
    DI: Dəfələrlə insanların
    cəsarətini, yaxşılığını
  • 13:12 - 13:17
    və tarix oxunun ədalətə tərəf
    əyilmədiyini xatırlamışam.
  • 13:17 - 13:21
    Çikaqoda Harold Aykes evlərində
    doğulan Aleksis Martinezin hekayəsi kimi.
  • 13:21 - 13:24
    Müsahibədə o qızı Lesliyə
    cavan oğlan olaraq
  • 13:24 - 13:27
    quldur dəstəsinə qoşulduğunu,
  • 13:27 - 13:29
    sonra isə həmişə arzusunda olduğu
  • 13:29 - 13:34
    qadın olmaq xəyalına qovuşduğunu danışıb.
  • 13:34 - 13:36
    Bu Aleksis və qızı Leslidir.
  • 13:36 - 13:39
    (Audio) Aleksis Martinez:
  • 13:39 - 13:42
    Həyatda ən böyük qorxum
  • 13:42 - 13:45
    nəvələrimdən
  • 13:45 - 13:48
    uzaqlaşdırılmaq olub. Amma
  • 13:48 - 13:49
    sən və ərin belə etmədiniz.
  • 13:49 - 13:52
    Bunun bəhrələrindən biri nəvələrimlə
    münasibətimdir. Belə ki,
  • 13:52 - 13:56
    bəzən hətta dalaşırlar ki,
    mən qadınam yoxsa kişi.
  • 13:56 - 13:58
    Lesli Martinez: Amma bundan
    danışmaqda sərbəstdirlər.
  • 13:58 - 14:01
    AM: Əlbəttə, amma
    bu mənə möcüzə kimi gəlir.
  • 14:01 - 14:05
    LM: Üzr istəməli,
    ya da gizlənməli deyilsən.
  • 14:05 - 14:09
    Əlaqəni kəsməyəcəyik. Və sənə
  • 14:09 - 14:12
    həmişə demək istəmişəm ki, sevilirsən.
  • 14:12 - 14:15
    AM: Indi hər gün yaşadığımı hiss edirəm.
  • 14:15 - 14:20
    Küçələrdə qadın kimi gəzir,
    özümlə yola gedirəm.
  • 14:20 - 14:22
    Təbii ki, səsim daha
    yumşaq olsaydı, yaxşı olardı,
  • 14:22 - 14:28
    amma sevgi ilə yeriyirəm.
  • 14:32 - 14:35
    DI: Mən də sevgi ilə yeriyirəm.
  • 14:35 - 14:38
    StoriKorps haqda sizə bir sirr verəcəm.
  • 14:38 - 14:41
    O, cəsarət tələb edir.
  • 14:41 - 14:44
    Mənəviyyatınıza ünvanlanır.
  • 14:44 - 14:48
    Iştirakçılar bilir ki,o öldükdən sonra
    səsyazmaya qulaq asanlar olacaq.
  • 14:48 - 14:50
    Ira Byok adlı ölümcül xəstələrə baxan
  • 14:50 - 14:53
    həkim ölüm ayağındakıların müsahibələrini
  • 14:53 - 14:54
    qeydə alarkən bizimlə olub.
  • 14:54 - 14:57
    O, insanların özləri yaxud yaxınlarının
  • 14:57 - 15:01
    ölümündən öncə demək
    istədiyi 4 ifadə haqqında
  • 15:01 - 15:04
    "Ən önəmli 4 şey" kitabını yazıb:
  • 15:04 - 15:06
    Çox sağ ol, Səni sevirəm,
  • 15:06 - 15:10
    Bağışla məni, Səni əfv edirəm.
  • 15:10 - 15:13
    Onlar bir-birimizə deyəcəyimiz
    ən təsirli sözlərdir
  • 15:13 - 15:17
    və StoriKorps köşkündə tez-tez deyilir.
  • 15:17 - 15:20
    Bu qayğısına qaldığınız biriylə
    sağollaşmaq imkanı kimidir:
  • 15:20 - 15:23
    nə peşmançılıq, nə başqa söz qalmayıb.
  • 15:23 - 15:26
    Çətindir, o anda cəsur olmalısan.
  • 15:26 - 15:30
    Elə buna görə həyatdayıq, düzdürmü?
  • 15:31 - 15:34
    Və TED mükafatı.
  • 15:34 - 15:37
    TED, Kris və TED mükafatı
    haqda bir neçə ay öncə
  • 15:37 - 15:41
    eşidəndə çox təəccübləndim.
  • 15:41 - 15:44
    Məndən 50-dən az sözlə bəşəriyyət üçün
  • 15:44 - 15:46
    bir arzuyla gəlməyimi istədilər.
  • 15:46 - 15:49
    Bu barədə düşündüm və
    həmin 50 sözü yazdım.
  • 15:49 - 15:53
    Bir müddət sonra Kris zəng edib
    "Bu işin dalınca düş" dedi.
  • 15:53 - 15:56
    Arzum: StoriKorps
  • 15:56 - 15:59
    sayəsində öyrəndiklərimizi
  • 15:59 - 16:02
    dünyaya çatdırmaqda
  • 16:02 - 16:05
    bizə kömək edəsiniz ki,
  • 16:05 - 16:09
    hər yerdə hər kəs birindən belə anlamlı
  • 16:09 - 16:14
    bir müsahibə alsın və
    hekayə arxivə çevrilsin.
  • 16:14 - 16:18
    Onu necə edəcəksiniz? Bununla.
  • 16:18 - 16:22
    Dünyamız tezliklə hər kəsin
  • 16:22 - 16:24
    buna sahib olacağı dövrə keçir.
  • 16:24 - 16:28
    O, 11 il bundan öncə StoriKorpsa
    başlayanda təsəvvürümə
  • 16:28 - 16:30
    gəlməyən qədər çox gücə malikdir.
  • 16:30 - 16:31
    Əsas komponentləri:
  • 16:31 - 16:34
    mikrofonu var,
  • 16:34 - 16:36
    təlimat verir və
  • 16:36 - 16:39
    audio fayllar göndərir.
  • 16:39 - 16:42
    Arzunun ilk hissəsi artıq fəaliyyətdədir.
  • 16:42 - 16:43
    Keçən bir neçə ayda komanda
  • 16:43 - 16:46
    applikasiya üçün
  • 16:46 - 16:50
    qızğın iş rejimində olub.
  • 16:50 - 16:55
    Məqsəd StoriKorps istənilən şəxs
    tərəfindən hər an hər yerdə-
  • 16:55 - 16:59
    köşkdən kənarda da istifadə edilsin.
    Unutmayın, StoriKorps həmişə 2 nəfər və
  • 16:59 - 17:03
    yardımçıdan ibarət olub.
    Müsahibə həmişəlik qorunur.
  • 17:03 - 17:05
    Elə bu an onun ictimai beta
  • 17:05 - 17:09
    versiyasını bazara çıxarırıq.
  • 17:09 - 17:12
    Applikasiya
  • 17:12 - 17:14
    prosesi göstərən,
  • 17:14 - 17:16
    gözəl StoriKorps müsahibəsi
  • 17:16 - 17:18
    üçün lazımi təlimatlar verən
  • 17:18 - 17:21
    rəqəmsal yönəldicidir.
  • 17:21 - 17:26
    Və onu Konqres Kitabxanamızdakı
    arxivimizə qoya bilərsiniz.
  • 17:26 - 17:29
    Texnologiya işin asan tərəfidir.
  • 17:29 - 17:32
    Əsas məsələ sizdən asılıdır:
  • 17:32 - 17:35
    ondan Amerika və dünya boyunca necə
  • 17:35 - 17:38
    yararlana biləcəyimizi tapmaq.
  • 17:38 - 17:41
    Beləliklə, 1 ilə minlərlə müsahibə yerinə,
  • 17:41 - 17:44
    on yaxud yüz minlərlə
  • 17:44 - 17:46
    və daha çox müsahibə almaq
  • 17:46 - 17:48
    potensialımız olar.
  • 17:49 - 17:53
    Təsəvvür edin, ABŞ tarixi
    keçən hər şagird
  • 17:53 - 17:57
    milli ev tapşırığı kimi Şükranlıq bayramı
  • 17:57 - 18:00
    haqda böyüyündən müsahibə alır.
  • 18:00 - 18:03
    Tək həftədə bütün Amerika nəsillərinin
  • 18:03 - 18:08
    həyatı və təcrübəsi qeydə alınır.
  • 18:08 - 18:14
    (Alqış)
  • 18:16 - 18:19
    Ya da konfliktin qarşı tərəfindən
  • 18:19 - 18:23
    analar münaqişə haqda
  • 18:23 - 18:25
    danışmayıb özlərindən bəhs etsə,
  • 18:25 - 18:29
    güvən körpüsü qurular.
  • 18:29 - 18:32
    Ya da 75-ci ad günündə
  • 18:32 - 18:35
    StoriKorps müsahibəsi ilə
  • 18:35 - 18:37
    şərəfləndirilmək ənənəyə çevrilsin.
  • 18:37 - 18:39
    Cəmiyyətdən aplikasiyayla
    silahlanan şəxslər
  • 18:39 - 18:44
    qocalar evi, xəstəxana, evsizlərin
    sığınacağı, hətta həbsxanalarda
  • 18:44 - 18:48
    ən az səsi eşidilən insanları
    onunla şərəfləndirsin.
  • 18:48 - 18:51
    Kim olduqları, öyrəndikləri,
  • 18:51 - 18:53
    necə xatırlanmaq istədikləri
    haqda danışsınlar.
  • 18:53 - 18:59
    (Alqış)
  • 19:01 - 19:04
    10 il əvvəl psixiatr və
    məşhur gey nümayişçi
  • 19:04 - 19:09
    atamdan StoriKorps müsahibəsi aldım.
  • 19:09 - 19:12
    Bu o müsahibədən şəklimizdir.
  • 19:12 - 19:16
    Bir neçə il öncəyə kimi bu
    səsyazma haqda düşünmürdüm.
  • 19:16 - 19:19
    O vaxta kimi ki sapsağlam,
  • 19:19 - 19:21
    həftədə 40 saat xəstəyə baxan atama
  • 19:21 - 19:24
    xərçəng diaqnozu qoyuldu.
  • 19:24 - 19:27
    Bir neçə gün sonra
    qəfil dünyasını dəyişdi.
  • 19:27 - 19:30
    Bu 2012-ci il 28 iyun- Stounvol
  • 19:30 - 19:34
    qiyamının ildönümündə baş verdi.
  • 19:34 - 19:37
    Müsahibəni ilk dəfə
    o dünyasını dəyişən gün
  • 19:37 - 19:39
    səhər saat 3-də dinlədim.
  • 19:39 - 19:41
    Evdə balaca uşaqlarım var və bilirəm ki,
  • 19:41 - 19:45
    onların həyatımda çox əhəmiyyətli olmuş
  • 19:45 - 19:49
    bu böyük insanı tanımağı üçün
    tək vasitə bu seansdır.
  • 19:49 - 19:53
    StoriKorpsun gücünə bundan
    daha çox inana bilməzdim.
  • 19:53 - 19:55
    O gün müsahibələrin önəmini tam
  • 19:55 - 20:00
    və duyğusal olaraq anladım.
  • 20:00 - 20:02
    Hər gün insanlar mənə deyir:
  • 20:02 - 20:06
    "Kaş atamı, ya nənəmi,
    qardaşımı intervyu edərdim.
  • 20:06 - 20:08
    Çox uzun müddət gözlədim."
  • 20:08 - 20:10
    Daha heç kim gözləməli deyil.
  • 20:10 - 20:12
    Çoxumuzun ünsiyyətinin keçici
  • 20:12 - 20:16
    və nəticəsiz vaxtında davamlı,
  • 20:16 - 20:18
    vacib danışıqların rəqəmsal
  • 20:18 - 20:23
    arxivi üçün öz töhfənizi verin.
  • 20:23 - 20:25
    Övladlarımız üçün hədiyyə,
  • 20:25 - 20:29
    özümüz üçün vəsiyyət olsun.
  • 20:29 - 20:33
    Ümid edirəm, bu arzunu
    reallaşdıracaqsınız.
  • 20:33 - 20:38
    Ailə üzvünüz, dostunuz hətta
    yad adamdan müsahibə alın.
  • 20:38 - 20:44
    Bəşər kamilliyinin
  • 20:44 - 20:46
    arxivini birlikdə yaradaq.
  • 20:46 - 20:50
    Bəlkə daha çox öyrənməyi,
    daha az qışqırmağı öyrəndik.
  • 20:50 - 20:54
    Bu söhbətlər nəyin önəm
    kəsb etdiyini xatırladacaq.
  • 20:54 - 20:57
    Bəlkə elə bu bizə
  • 20:57 - 21:00
    hər bir həyatın eyni dərəcədə
  • 21:00 - 21:04
    əhəmiyyət kəsb etdiyi
  • 21:04 - 21:07
    gerçəyini xatırlatdı.
  • 21:07 - 21:09
    Çox sağ olun.
  • 21:09 - 21:11
    (Alqış).
  • 21:11 - 21:15
    Sağ olun. Təşəkkürlər.
  • 21:15 - 21:17
    (Alqış)
  • 21:17 - 21:20
    Sağ olun.
  • 21:20 - 21:25
    (Alqışlar)
Title:
Hər kəsin dünyaya çatdıracağı hekayəsi var
Speaker:
Deyv Aysey
Description:

Deyv Aysey 2003-cü ildə Nyu York Qrand Mərkəzi Terminalda ilk StoriKorps köşkünü açdı. İstəyi isə insanların dəyər verdiyi şəxsin hekayəsinə sakit məkanda dinləməsinə şərait yaratmaqdır. O zamandan bəri StoriKorps insan səslərinin tək kolleksiyasını təkmilləşdirib. Onun TED Mükafatı arzusu insan hikmətinin rəqəmsal arxivini genişləndirməkdir. Onun StoriKorpsu qloballaşdırmaq xəyalına qulaq asın və görün StoriKorps applikasiyasının köməyilə birindən müsahibə alıb bu işə necə töhfə verə bilərsiniz.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
21:38

Azerbaijani subtitles

Revisions