-
Bu videoda
-
2 böl 0.4 və ya
-
2 böl 4/10 misalını həll edəcəyik.
-
Videonu dayandırıb cavabı
-
özünüz tapmağa çalışın.
-
Kiçik bir kömək:
-
Ədəd oxunda ikinin harada yerləşdiyini tapın.
-
2-yə çatmaq üçün 0-dan başlayaraq
-
neçə ədəd 4/10-lük addım atmalı olduğunuzu hesablayın.
-
Bununla da 2 böl 4/10 ifadəsinin
cavabını tapmış olacaqsınız.
-
Gəlin misalı birlikdə həll edək.
-
Əvvəldə də qeyd etdiyim kimi
-
0-dan 2-yə neçə ədəd
-
4/10-lük addım atmalı olduğumuzu tapaq.
-
Ədəd oxunda bunların hər biri 1/10-dir.
-
Çünki gördüyümüz kimi 0 və 1 arasında
-
10 bərabər hissə var.
-
Gəlin 4/10-lük addımlar ataq.
-
0-dan başlayırıq.
-
1/10, 2/10, 3/10, 4/10.
-
Bu bir addım.
-
Gəlin bunu yazaq.
-
Daha sonra isə digər addımlar: 1, 2, 3, 4/10.
-
Təxmini burada dayanırıq.
-
Bu ikinci addım.
-
Buradan növbəti addımı ataq.
-
Yenə 4/10-lük bərabər addımlar atırıq.
-
Daha sonra növbəti addım.
-
1, 2, 3, 4/10.
-
Burada dayanırıq.
-
4 addım atdıq.
-
Belə görünür ki, 5-ci addımla hədəfimizə çatırıq.
-
1, 2, 3, 4/10.
-
Bəli.
-
5-ci addımla ikiyə çatırıq.
-
0-dan ikiyə getmək üçün 4/10-lük
5 addım atırıq.
-
Başqa bir üsula nəzər salaq.
-
2-ni 4/10-lük hissələrə bölsək,
-
5 bərabər 4/10-lük hissə alarıq.
-
Ya da 0-dan ikiyə getmək üçün
-
5 ədəd bərabər
-
4/10-lük addım atmalıyıq.