Return to Video

Mən Kafir İdim - Təsirli Bir Xatırlatma

  • 0:02 - 0:06
    Bizlər məqsədlərimizin nə olduğunu dərk edə bilmirik.
  • 0:06 - 0:08
    Etməli olduğumuz vaciblər nələrdir?
  • 0:08 - 0:12
    Böyük bir sistemin içərisində piyadalarıq biz.
  • 0:12 - 0:16
    Sahib olduğumuz şeyin böyüklüyünü dərk edə bilmirik.
  • 0:16 - 0:20
    Müsəlman olmağın nə demək olduğunu dərk edə bilmirik.
  • 0:20 - 0:24
    İslamı din olaraq, həyat tərzi olaraq qəbul etməyin nə demək olduğunu.
  • 0:24 - 0:26
    Bütün bunlar sadəcə bu dünya üçün deyildir.
  • 0:26 - 0:31
    Əlimizdə bu həyatın fövqündə olanları da əhatə edən bir dini yaşamaq imkanı var.
  • 0:31 - 0:39
    Elə bir din ki, bizə həm məzarda həm də hesab günündə əminlik, salamatlıq əldə etməyə kömək edəcəkdir.
  • 0:39 - 0:44
    Və bu elə bir şeydir ki, Allah bunu sadəcə bir qrup insana bəxş etmişdir.
  • 0:44 - 0:46
    Çox insan bundan məhrumdur.
  • 0:52 - 0:56
    İnsanların böyük əksəriyyəti ifsad olmuşdur.
  • 0:56 - 0:59
    İnsanların böyük əksəriyyəti şirk içərisindədir.
  • 0:59 - 1:05
    İnsanların böyük əksəriyyəti küfr əməllər işləyir.
  • 1:05 - 1:08
    Lakin Allah (svt) mənə lütf etdi.
  • 1:08 - 1:10
    Mənim üçün önəmli olan da budur.
  • 1:10 - 1:14
    Qiyamət günü mənim üçün önəmli olacaq şey budur.
  • 1:14 - 1:17
    Öz nəfsim, öz nəfsim.
  • 1:17 - 1:19
    Allahın Rəsulları belə…
  • 1:19 - 1:21
    Qiyamət günü atamız Adəmin yanına gedəcəyik.
  • 1:21 - 1:24
    Hər birimizin ondan törədiyi insana.
  • 1:24 - 1:27
    Milliyətçilik, qövmçülük edib kibirlənirik.
  • 1:27 - 1:30
    Halbuki hamımız eyni atadan törəmişik.
  • 1:30 - 1:34
    Hər birimiz bir-birimizlə hansı yolla olursa olsun, bağlıyıq.
  • 1:34 - 1:37
    Ancaq şeytan hər birimizi aldatdı.
  • 1:37 - 1:39
    Hesab günü Adəmin yanına gedəcəyik.
  • 1:39 - 1:40
    Bunlar həqiqətdir.
  • 1:40 - 1:42
    Hər birimizin bildiyi həqiqətlər.
  • 1:42 - 1:44
    Həmin gün o, bizə deyəcək:
  • 1:44 - 1:49
    Mən bu dəqiqə sadəcə özümü xilas etməyin dərdindəyəm.
  • 1:49 - 1:51
    Sadəcə özümlə məşğulam.
  • 1:51 - 2:01
    Əgər Adəmin (as) durumu bu cürdürsə, Muhamməd (sas) istisna bütün peyğəmbərlərin durumu bu cürdürsə, bizlər narahat olmalıyıq.
  • 2:01 - 2:03
    Xoşbəxtəm.
  • 2:03 - 2:06
    Çünki Allah mənə İslamla lütf etdi.
  • 2:06 - 2:06
    Sizi bilmirəm.
  • 2:06 - 2:09
    Amma mən xoşbəxtəm.
  • 2:09 - 2:13
    Çox xoşbəxtəm.
  • 2:13 - 2:15
    Mən bir kafir idim.
  • 2:15 - 2:18
    SubhənAllah.
  • 2:18 - 2:19
    Anam kafirdir.
  • 2:19 - 2:26
    Və bu mənim yaşamalı olduğum ağır bir həqiqətdir.
  • 2:26 - 2:29
    Sizin insanlarınız öldüyü zaman,
  • 2:29 - 2:34
    Əlhəmdulilləh, BərakAllahu fiqhum.
  • 2:34 - 2:39
    Sizin insanlarınız öldüyü zaman onlar üçün dünyada edə bilmədiyiniz əməlləri daha sonra edə bilirsiniz.
  • 2:39 - 2:41
    Mən isə bunu edə bilmirəm.
  • 2:41 - 2:44
    Sizin insanlarınız öldüyü zaman, onlar müsəlmandırlar.
  • 2:44 - 2:46
    Ananız, atanız müsəlmandır.
  • 2:46 - 2:51
    Əgər onlar sağ ikən həcc etməmişdirsə, onlar üçün həcc edə bilirsiniz.
  • 2:51 - 2:55
    Sağ ikən kifayət qədər sədəqə verməmişdirsə, onlar üçün sədəqə verə bilirsiniz.
  • 2:55 - 2:57
    Onlar üçün nəsə edə bilirsiniz.
  • 2:57 - 3:00
    Mən isə anam üçün heç dua da edə bilmirəm.
  • 3:00 - 3:04
    Sahib olduğunuz nemətin böyüklüyünü başa düşürsünüz?
  • 3:15 - 3:19
    Hər kəs ölümü dadacaqdır.
  • 3:19 - 3:24
    İslam haqqında eşitmisiniz?
  • 3:24 - 3:27
    Bu planetdəki ən yeni, ən son din.
  • 3:27 - 3:29
    Bu din bu dünyadaki ən gözəl şeydir.
  • 3:33 - 3:36
    Bizim etməli olduğumuz tək şey sadəcə təslim olmaqdır.
  • 3:36 - 3:41
    Etməli olduğumuz tək şey təslim olmaq və bu gözəl dini yaşamaqdır.
  • 3:41 - 3:46
    Və Allah Rəsulunun (sas) yolu ilə getmək.
  • 3:46 - 3:49
    İman etdiyimiz O insanın yolu ilə.
  • 3:49 - 3:53
    Allah mənə müsəlman olmağı nəsib etdiyi üçün həqiqətən çox xoşbəxtəm.
  • 3:53 - 3:57
    Ümid edirəm ki, siz də bu nemətlə xoşbəxt olacaqsınız.
  • 3:57 - 4:00
    Allah sizə sadəcə sizin müsəlman olmağınızla lütf etməmişdir.
  • 4:00 - 4:05
    Müsəlman bir ata, müsəlman bir ana verməklə də sizə lütf etmişdir.
  • 4:05 - 4:07
    Müsəlman qohumlar, ailə.
  • 4:07 - 4:08
    Mən də istəyərdim belə olmaq.
  • 4:08 - 4:13
    Kaş ki, atam iki rükət, bir rükət namaz qıla biləydi.
  • 4:13 - 4:17
    Elə nemətlərə sahibsiniz ki, sayıb qurtara bilmərsiniz.
  • 4:17 - 4:24
    Müsəlman olmağın və müsəlman bir ailəyə sahib olmağın necə böyük nemət olduğunu dərk edə bilmərsiniz.
  • 4:24 - 4:26
    Hər kəs öz ailəsini sevir.
  • 4:26 - 4:30
    Allah qohumluq münasibətlərini kəsməyi qadağan edir.
  • 4:30 - 4:36
    Lakin mənim həyatım elədir ki, bir gün gələcək, və bu münasibətlər kəsiləcək.
  • 4:36 - 4:42
    Valideynlərim öldüyü zaman artıq onlarla heç bir bağlılığım qalmayacaq.
  • 4:42 - 4:46
    Bunun üzərində bir az düşünməyinizi istəyirəm.
  • 4:46 - 4:48
    Düşünün.
Title:
Mən Kafir İdim - Təsirli Bir Xatırlatma
Description:

more » « less
Video Language:
Azerbaijani
Duration:
05:04

Azerbaijani subtitles

Revisions