-
Bu gün biz enantiomerləri bir-birindən
necə ayıra biləcəyimizdən
-
danışacağıq.
-
Enantiomerlər sizin sol və sağ
əlləriniz kimidir.
-
Onlar bir-birinin güzgü əksidirlər,
-
lakin demək olar ki, eynidirlər.
-
Xatırlayın ki, biz sağ və solu
daha çox əllər üçün istifadə edirik,
-
alimlər bir kiral mərkəzi olduqda
-
enantiomerləri təyin etmək üçün
-
S və R hərflərindən istifadə edirlər.
-
Buna baxmayaraq çoxsaylı
kiral mərkəzi olduqda
-
enantiomerləri təyin etməyin
başqa yolları da var.
-
Lakin bu gün bununla
məşğul olmayacağıq,
-
çünki bu çox daha mürəkkəbdir.
-
Burada enantiomerlər qrupumuz var.
-
Bu talidomidin S quruluşudur
-
və sağdakı da R quruluşudur.
-
İki fərqli quruluşun olmasının
nə əhəmiyyəti var?
-
Siz fərqin kiral mərkəzində olduğunu
aydın görə bilərsiniz,
-
qruplardan biri şəkilə doğru
-
digəri isə şəkildən bizə doğru yönəlib.
-
Və sadəcə konformasiyadakı
bu sadə dəyişikliyə görə
-
S növü analar tərəfindən istifadə
olunduqda dəhşətli anadangəlmə qüsurlarına
-
gətirib çıxarır.
-
Buna görə də dərman şirkətləri
-
dərmanlarının tərkibinin
yalnız bir xüsusi enantiomerdən
-
ibarət olduğuna əmin olmaq üçün
çalışırlar.
-
Biz bu ikisini necə ayıra bilərik?
-
İstifadə edə biləcəyiniz bir metod
kiral sütun
-
xromatoqrafiyasıdır.
-
Kiral olan stasionar fazaya
ehtiyacınız var, bu o deməkdir ki,
-
arzu olunan enantiomerin
-
yalnız R və ya S konformasiyasına
-
birləşə bilər.
-
Kiral stasionar faza necə olur ki,
enantiomerin
-
yalnız birinə birləşir?
-
Sizin sağ və sol əliniz kimi
iki enantiomerin şəkli.
-
Əgər sizin sağ əliniz başqa adamın
sağ əlini sıxmağa
-
çalışırsa, bu normal görünür,
ikisi bir-birinə uyğun gəlir.
-
Lakin əgər sağ əliniz
sol əlinizi sıxmağa çalışırsa,
-
onlar düzgün görünmürlər.
-
Bu, kiral stasionar faza və
-
səhv enantiomer ilə baş vermiş
eyni şeydir.
-
Növbəti edəcəyiniz şey
enantiomerlərin qarışığını doldurmaqdır.
-
Siz yuxarı hissədə qarışığınızın
bəzi növ bəndi
-
olduğunu görə bilərsiniz.
-
Bu rasemikdir, yəni onun
-
50/50 enantiomer qarışığı var.
-
Bunu burada sarı rənglə görürsünüz.
-
Əgər daha yaxından baxsaq,
-
buraya bir az S və
bir az R konformasiyanın
-
əlavə olunduğunu görərsiniz.
-
Və bu, stasionar faza boyunca
hərəkət edir,
-
siyirtməni açdıqda R enantiomerin
-
stasionar fazaya
-
möhkəm birləşdiyini görəcəksiniz,
-
o, sürətlə hərəkət etməyəcək.
-
Lakin S enantiomerlə
o, yarışa bilər,
-
çünki o, həqiqətən,
-
stasionar faza ilə
qarşılıqlı əlaqədə olmur
-
və mobil faza ilə əlaqədə olmağa
üstünlük verir.
-
Kolbada bütün S enantiomerləri topladıqda
-
sütunda qalanların hamısı
-
R enantiomerdir, bu da
kiral stasionar fazaya
-
olduqca sıx bağlıdır.
-
Bu sütununuza növbəti olaraq
-
çoxlu həlledici tökdükdə
-
R enantiomeri çıxara bilərsiniz.
-
Bu, sütunu aşağı itələdikcə
-
R enantiomeri özü ilə aparacaq,
-
bu da sizə kolbada R enantiomer verəcək.
-
Orada etdiyiniz uğurlu kiral ayrılmasıdır.
-
Eyni prinsip, həmçinin qaz
xromotoqrafiyasına da tətbiq oluna bilər.
-
Gəlin qaz xromotoqrafiyasının
necə işlədiyini sürətlə nəzərdən keçirək.
-
Siz nümunənizi buraya daxil edirsiniz,
qaz keçir və daha sonra
-
o, stasionar və mobil fazadan
ibarət olan
-
bunun içinə daxil olur
-
və detektora gedir.
-
Əgər bunu böyütsək və
-
uzun boru kimi çəksək,
-
bu dəfə stasionar faza
-
S enantiomerə cəzb olunsa,
-
siz S enantiomerin yan tərəflərə
birləşdiyini görəcəksiniz,
-
stasionar fazaya birləşir.
-
R enantiomer isə mobil faza boyunca
yarışır.
-
Əslində enantiomerləri ayırmağın
-
bir neçə yolu var,
-
lakin onlar çox daha mürəkkəbdir.
-
Bunlar edə biləcəyiniz
ümumi yollardan sadəcə ikisidir.
-
Və onların ikisi də
-
sütun xromotoqrafiyasını
bərk stasionar faza ilə etsəniz və ya
-
qaz xromotoqrafiyası maye
stasionar faza olsa da
-
xatırlamalı olduğunuz vacib şey
stasionar fazanızın
-
kiral olmalı olduğu və
istədiyiniz enantiomerə birləşməyidir.