Üzr istəyirəm. Dünən septum əməliyatı olmuşam ona görə səsim yaxşı deyil. Bu gün ion mövzusu haqqında danışacayıq. İonlar haqqında danışmamışdan öncə element haqqında danışaq. Məsələn deyək ki, karbon elementim var 1 karbon atomumuz var. Bu karbon atomu haqqında nə deyə bilərik? Karbon atomunun tərifindən bilik ki 6 protonu var. Bu bizim 6 protonumuz. Əgər neytral karbon atomudursa, eyni miqdarda elektronu olacaq. Bu da bizim 6 elektronumuz. Və atomudu neytral edən də budur. 6 müsbət yük və 6 mənfi yük. İndi karbon üçün o qədər səciyyəvi olmasa da, karbon ionuna sahib ola bilərsiniz. Atomun ion olmasının səbəbi, eyni sayda proton və elektronun olmamasıdır. Məsələn: 6 proton və 5 elektronunuz var. 6 protonumuz var və yadda saxlıyın, elementi müəyyən edən onun protonlarıdır. Deməli, elementimiz karbondur, amma indi mənfi yükdən bir dənə çox müsbət yükümüz var. Deməli bu karbonnun üzərinə də 1 müsbət yük olacaq və ya bu cür də yaza bilərsiniz. Bu karbona, karbon atomu kimi baxırsınız. Bu karbona isə artıq karbon ionu deyirsiniz, çünki artıq yükü var. Fərqli sayda proton və elektronu var. Bəs əskinə olsa necə olar? 5 proton və 6 elektronumuz olsa. Bu nə olacaq? Yaddan çıxartmayın elementi müəyyən edən onun proton sayıdır. indi hansı elementin beş protona sahib olduğuna baxaq. Bor. Deməli elementimiz bordur. Neytral borun 5 proton və 5 elektronu var. Amma burda 1ılavə elektronu var, yəni mənfi bir yükü var. Bu cür yaza bilərsiniz, 1 mənfi. Ya da sadəcə deyə bilərsiniz ki, mənfi yükü var. Burdakı bor ionudur. Əgər proton və elektron arasında qeyri-balans varsa, artıq onu atom yox ion adlandırırsınız. Gəlin bununla bağlı bir suala baxaq. Sualda deyir ki, Platin atomunun kütləsi 195-dir. Gəlin periodik cədvəldə platini tapaq. Gördüyünüz kimi platin düz burda yerləşir. Platinin atom kütləsi 195-dir. 195, cədvəldəki atom kütləsinə olduqca yaxın rəqəmdir. və 74 elektronu var. Neçə proton və neytronu var və yükü neçədir? Yaxşı, gəlin bu barədə bir az düşünək. Platinə baxaq. Bilirik ki, platinin 78 protonu var. 78 proton. Məsələdə deyilir ki, 74 elektronu var. 74 elektron. Görürük ki, protonun sayı elektrondan 4 dənə çoxdur. Yəni müsbət 4 yükü olacaq. Mənfi yükdən 4 dənə çox müsbət yük var. Beləcə platin plus 4 yük yaza bilərsiniz. Bu müsbət platin ionudur. Müsbət ionun ümumi adı kationdur. Bu müsbət iondur. Yuxarıda dediyimiz bor ionu isə mənfi iondur, yəni aniondur. Bunu sadəcə terminləri öyrənmək üçün edirik. Amma hələ sualı tam cavablamamışıq. Deyilir ki, platinin atom kütləsi 195-dir və 74 elektronu var. Neçə proton, neytronu var və yükü neçədir? Yükünü tapdıq. Proton sayını da bilirik. Platinin 78 protonu var. Bəs neçə neytronu var? Proton və neytron cəmi atom kütləsnini verir yəni bərabər olacaq 195-ə. Deməli 78 proton üstəgəl n (neytron) bərabərdir 195. Hər iki tərəfdən 78 çıxanda nə alınır? Neytron sayı bərabərdir... 70 çıxsam, 125 alacam, bir də 8 çıxsam, 117 alacam. 117 neytron və bitirdik. Ana fikrimiz odur ki, proton və elektron sayı bərabər olan atomu neytral adlandırırıq. Ancaq neytral olmadığımız anda, ya çox elektrona, ya da çox protona olarsa bu atom və ya molekulu ion adlandıracağıq. Daha dəqiq desək, müsbət ion kation mənfi ion isə anion adlanır.