Üzr istəyirəm.
Dünən septum əməliyatı olmuşam ona görə
səsim yaxşı deyil.
Bu gün ion mövzusu
haqqında danışacayıq.
İonlar haqqında danışmamışdan öncə
element haqqında danışaq.
Məsələn deyək ki, karbon elementim var
1 karbon atomumuz var.
Bu karbon atomu haqqında nə deyə bilərik?
Karbon atomunun tərifindən bilik ki
6 protonu var.
Bu bizim 6 protonumuz.
Əgər neytral karbon atomudursa,
eyni miqdarda elektronu olacaq.
Bu da bizim 6 elektronumuz.
Və atomudu neytral edən də budur.
6 müsbət yük
və 6 mənfi yük.
İndi karbon üçün o qədər səciyyəvi
olmasa da,
karbon ionuna sahib ola bilərsiniz.
Atomun ion olmasının səbəbi, eyni sayda
proton və elektronun olmamasıdır.
Məsələn: 6 proton
və 5 elektronunuz var.
6 protonumuz var və
yadda saxlıyın, elementi müəyyən edən
onun protonlarıdır.
Deməli, elementimiz karbondur,
amma indi mənfi yükdən bir dənə çox
müsbət yükümüz var.
Deməli bu karbonnun üzərinə də
1 müsbət yük
olacaq və ya bu cür də yaza bilərsiniz.
Bu karbona, karbon atomu kimi baxırsınız.
Bu karbona isə artıq karbon
ionu deyirsiniz,
çünki artıq yükü var.
Fərqli sayda proton və elektronu var.
Bəs əskinə olsa necə olar?
5 proton və
6 elektronumuz olsa.
Bu nə olacaq?
Yaddan çıxartmayın elementi müəyyən
edən onun proton sayıdır.
indi hansı elementin beş protona
sahib olduğuna baxaq.
Bor.
Deməli elementimiz bordur.
Neytral borun 5 proton və 5 elektronu var.
Amma burda əlavə 1 elektronu var,
yəni mənfi bir yükü var.
Bu cür yaza bilərsiniz, 1 mənfi.
Ya da deyə bilərsiniz ki, mənfi yükü var.
Burdakı bor ionudur.
Protonlarla elektronlar arasında
qeyri-balans əmələ gəldikdə artıq onu
atom yox ion adlandırırsınız.
Gəlin bununla bağlı bir suala baxaq.
Sualda deyir ki...
Sualda... sualda deyilir ki...
Platin atomunun atom yükü 195-dir.
Gəlin periodik cədvəlimizdə platinə baxaq.
Gördüyünüz kimi platin düz burda yerləşir.
Platin atomunun atom kütləsi 195-dir.
195, oradakı atom kütləsinə
olduqca yaxın görünür.
74 elektronu var.
74 elektron.
Neçə proton və neytronu var
və yükü neçədir?
Yaxşı, gəlin bu barədə bir az düşünək.
Platinə baxırıq.
Bilirik ki, platinin 78 protonu var.
78 protonu var.
Məsələdə deyilir ki, 74 elektronu var.
74 elektron.
Görürük ki, protonun sayı elektrondan
4 dənə çoxdur.
Yəni müsbət 4 yükü olacaq.
Mənfi yükdən 4 dənə çox
müsbət yük var.
Beləcə platin plus 4 yük yaza bilərsiniz.
Bu platin ionudur, pozitiv platin ionudur.
Müsbət bir iondan bəhs etdiyimiz ümumi
termin kationdur.
Bu pozitiv iondur.
Yuxarıda dediyimiz bor ionu
neqativ iondur, yəni aniondur.
Bu sadəcə özümüzü bəzi terminologiyaya
öyrətmək üçündür.
Amma hələ sualı tam cavablamamışıq.
Deyilir ki, platinin atom kütləsi 195-dir
və 74 elektronu var.
Neçə proton və neytronu var
və yükü neçədir?
Yükünü tapdıq.
Proton sayını da bilirik.
Platinin 78 protonu var.
Bəs neçə neytronu var?
Proton və neytron cəmi
atom yükünü verir.
195-ə bərabər olacaq.
Deməli 78 proton üstəgəl N (neytron)
195-ə bərabərdir.
Hər iki tərəfdən 78 çıxanda nə alınır?
Neytron sayı bərabərdir...
70 çıxsam, 125 alacam,
çıxılsın 8 117 neytron.
117 neytron və bitdi.
Böyük fikir budur ki, proton və neytron sayı
bərabər olanda atom deyirik,
onda neytral olur.
Ancaq neytral olmadığımız anda
ya daha çox elektrona, ya da daha çox protona sahibik,
bu bir atom və ya bir molekul üçün doğrudur,
onda buna ion deyəcəyik.
Daha dəqiq desək,
müsbət ion kation
mənfi ion isə anion adlanır.