4, mənfi 1 nöqtəsini qeyd edin və həmin nöqtənin olduğu rübü təyin edin. Deməli, koordinat cütlüyündəki ilk rəqəm 4-dür, bu bizim x-koordinatımızdır. Bu bizə x-istiqamətində nə qədər getməli olduğumuzu deyir. Bu müsbət 4-dür. Mən sağa 4 vahid gedəcəm. İkinci koordinatda, şaquli istiqamətdə və ya y-istiqamətində nə qədər getdiyimiz deyilir. Bu mənfi 1-dir. Mənfi olduğundan, aşağıya gedəcəyik. Bu mənfi 1-dir deməli, 1 vahid aşağıya gedirik. Burada 4, mənfi 1 nöqtəsi var. Onu qeyd etmişəm, amma onun hansı rübdə olduğunu təyin etməliyəm. Sadəcə rübü tapmalıyıq. Bu birinci rübdür. Bu ikinci. Bu üçüncü. Bu da dördüncü rübdür. Deməli, həmin nöqtə IV rübdədir. Düşünürəm ki, IV rübü göstərə bilmək üçün Roma ədədlərini bilməlisiniz. Gəlin bir neçə belə tapşırığa baxaq. 8, mənfi 4-ü qeyd edin və hansı rübdə olduğunu təyin edin. Mənim y-koordinatım 8-dir, deməli, mən müsbət x-istiqamətində 8 vahid gedirəm. Daha sonra mənim y-koordinatım mənfi 4-dür deməli, 4 vahid aşağıya gedirəm. Bu nöqtədə birinci yox, ikinci yox, üçüncü yox, dördüncü rübdə yerləşir. Bəli, IV rübdə. Gəlin bir misal daha həll edək. Ümid edirəm ki, bu dəfə fərqli rüb gələcək. Biz mənfi 5, 5 nöqtəsini qeyd etmək istəyirik. Bu dəfə x-koordinatım mənfidir. Bu mənfi 5-dir. Onda x-istiqamətində sola gedəcəm. Deməli, mənfi 5-ə gedirik. Mənim y-koordinatım müsbətdir, deməli, 5-ə gedirəm, mənfi 5, 5. Bu birinci rübdə deyil, amma ikinci rübdədir. Əlbəttə, digərləri üçüncü və dördüncü rüblərdir. Deməli, nöqtəmiz ikinci rübdədir. Cavabı yoxlayırıq və düzdür.