4, mənfi 1 nöqtəsini qeyd edin və
həmin nöqtənin olduğu rübü təyin edin.
Deməli, koordinat cütlüyündəki ilk
rəqəm 4,
bu bizim x-koordinatımızdır.
Bu bizə x-istiqamətində nə qədər getməli
olduğumuzu deyir.
Bu müsbət 4-dür.
Mən sağa 4 gedəcəm.
İkinci koordinatda,
şaquli istiqamətdə və ya
y-istiqamətində nə qədər getdiyimiz deyilir.
Bu mənfi 1-dir.
Mənfi olduğundan, aşağı gedəcəyik.
Bu mənfi 1-dir deməli, 1 vahid aşağı gedirik.
Burada 4, mənfi 1 nöqtəsi var.
Onu qeyd etmişəm, amma
onun hansı rübdə olduğunu təyin etməliyəm.
Bu sadəcə onu adlandırmaqdır.
Bu birinci rübdür.
Bu ikinci.
Bu üçüncü.
Bu da dördüncü rübdür.
Deməli nöqtə IV rübdədir.
Düşünürəm ki, IV rübü göstərə bilmək üçün
Roma ədədlərini bilməlisiniz.
Gəlin bir neçə belə tapşırığa baxaq.
8, mənfi 4-ü qeyd edin və
hansı rübdə olduğunu təyin edin.
Deməli, mənim y-koordinatım sadəcə
8-dir deməli, mən
müsbət x-istiqamətində 8 vahid gedirəm.
Daha sonra mənim y-koordinatım mənfi 4-dür
deməli, 4 vahid aşağı gedirəm.
Bu nöqtədə birinci yox,
ikinci yox, üçüncü yox, dördüncü
rübdə yerləşir.
Bəli, IV rübdə.
Gəlin birini də edək.
Ümid edirəm ki, bu dəfə fərqli
rüb gələcək.
Biz mənfi 5, 5 nöqtəsini qeyd etmək istəyirik.
Bu dəfə x-koordinatım mənfidir.
Bu mənfi 5-dir.
Onda x-istiqamətində sola gedəcəm.
Deməli, mənfi 5-ə gedirik.
Mənim y-koordinatım müsbətdir,
deməli, 5-ə gedirəm, mənfi 5, 5.
Bu birinci rübdə deyil,
amma ikinci rübdədir.
Əlbəttə, digərləri üçüncü və dördüncü rüblərdir.
Deməli, nöqtəmiz ikinci rübdədir.
Cavabı yoxlayırıq və düzdür.