Gəlin aşağıdaki çox mərhələli
mexanizmlə gedən reaksiyaya baxaq.
Birinci mərhələdə A üstəgəl BC reaksiyaya
daxil olaraq AC üstəgəl B əmələ gətirir.
İkinci mərhələdə isə AC D ilə reaksiyaya
girərək A üstəgəl CD əmələ gətirir.
Əgər biz reaksizyamızın iki mərhələsini
toplasaq,təxmini reaksiya üçün
balanslaşmış tənliyi taparıq.
Beləliklə bütün reaktivləri sol və
məhsulları sağ tərəfə
qoyacağıq.
Və biz görə bilərik ki,AC həm solda
həm də sağdadır,
bua görə də onu ixtisar edə bilərik.
A da həmçinin sol və sağda
var,onu da ixtisar edə bilərik.
Ümumi tənlik BC üstəgəl D bərabərdir
CD şəklində olacaqdır.
Hal-hazırda görürük ki BC və D bizim
reaktivlərimiz B və CD isə
bu təxmini reaksiyanın məhsullarıdır
Reaksiyaya nəzər salsaq A burda əvvəldə
və burda sonda var.
Amma A reaktiv və ya məhsul deyil
A burda katalizaor olmalıdır.
Əlavə olaraq AC də reaktiv və ya məhsul
deyil.
AC ilk mərhələdə necə alındı və
mexanizmin ikinci mərhələsində
necə istifadə olundu gördünüz.
Yəni AC bu reaksiya üçün aralıq məhsul
olmalıdır.
Gəlin bu çox mərhələli reaksiya üçün
enerji diaqramına baxaq.
Enerji diaqramı adətən y oxunda
ptensial enerjiyə və
x oxunda isə reaksiya
irəlliləyişinə malikdir.
Beləliklə biz x oxunda irəllilədikcə
reaksiya baş verir.
Enerji diaqramındaki bu xətt bizim
BC və D reaktivlərimizin
enerji səviyyələrini bildirir.
Davam edək,B və C arasındaki rabitəni
göstərək
Və həmçinin bizdə burda D var
Bizim katalizator da həmçinin
reaksiyanın başlanğıcında mövcuddur.
Davam edirəm və bizim 2reaktivin
yuxarısına A yazıram
Enerji diaqramından görə bilərik ki
bizim 2 əyrimiz var.
Birinci əyri mexanizmin birinci,ikinci isə
iksinci mərhələsinə
uyğundur.
Beləliklə,birinci əyrinin zirvəsi
mexanizmin
birinci mərhələsi üçün keçid mərhələsidir.
Biz ilk mərhələdə görə bilərik ki,A
katalizatoru BC ilə toqquşur və ya BC ilə
reaksiyaya girərək aralıq AC
əmələ gətirir.
A BC ilə toqquşmalıdır və keçid
mərhələsində B və C
arasındaki əlaqə qırılır,eyni zamanda,
A və C arasında rabitə formalaşır.
Bizdə hələ də bu əyrinin ən yüksək
nöqtəsində D olacaqdır.
Buraya D yazıram
Bu reaksiyanın baş verməsi üçün,BC ilə
toqquşma zamanı toqquşmanın aktivləşmə
enerjisini aşmağa kifayət qədər kinetik
enerjisi olmalıdır.
Bu enerji diaqramında,aktivləşmə enerjisi
reaktivlər və
keçid mərhələ arsındaki fərqdir,
yəni əyrinin ən yüksək nöqtəsi.
Enerjidəki bu fərq,ilk mərhələ üçün
aktivləşmə enerjisi göstərir,hansı ki
biz bunu Ea1 adlandıracağıq.
Fərz etsək ki,toqquşma aktivləşmə
enerjisini aşmağa çatacaq
qədər kinetik enerjiyə malikdir,
bizim aralıq məhsul olan AC və B ni
ala bilərik.
Gəlin davam edək və A ilə C arasında
yaranan rabitəni göstərək.
BEləliklə,bizim 2 əyrimiz arasındaki bu
çökək,aralığın enerji səviyyəsini
təmsil edir.
Bizim həmçinin B-miz var
Buraya B yazacam.
Və bizdə hələ də D var hansı ki,
heç reaksiyaya daxil olmayıb.
Buraya D yazıram.
Artıq 2ci əyri və ya
və ya mexanizmimizin 2ci mərhələsi üçün
hazırıq.
İkinci mərhələdə AC( aralıq məhsulu) D ilə
reaksiayaya daxil olaraq,
A və CD əmələ gətirir.
Bu 2ci əyrinin zirvəsi,ikinci mərhələ
üçün keçid mərhələsi olacaqdır.
Yəni biz A və C arasındaki rabitə
qırılmasını,eyni zamanda C və D
arasındaki rabitənin əmələə gəlməsini
göstərə bilərik.
Aralıq enerjisi ilə keçid mərhələsinin
enerjisi arasındaki enerji fərqi,
Ea2 adlandıracağımız mexanizmin
ikinci mərhələsi üçün
aktivləşmə enerjisini göstərir.
Əgər AC və D kifayət qədər kinetik enerji
ilə toqquşsa,CD və A əldə edə bilərik.
Əgər AC və D kifayət qədər enerjii ilə
toqquşsa,biz CD və A ala biləcəyik.
Burada sonda olan bu xətt bizim
məhsullarımızın enerji səviyyələrini
müəyyən edir.
CD bizim məhsullardan biridir buna
görə də onu bura yazacam.
Xatılayaq ki, B də bizim digər məhsuldur
hansı ki mexanizmin ikinci mərhələsindən
almışdıq.
Davam edək və buraya B üstəgəl CD yazaq.
Həmçinin katalizatorumuzu yenidən
götürürük və buraya A yazırıq.
GƏlin 1ci aktivləmə enerjisi Ea1 ilə 2ci
aktivləşmə enerjisi Ea2 ni
müqayisə edək.
Enerji diaqramına baxaraq,görə bilərik ki,
Ea1,
Ea2 dən daha böyük aktivləşmə enerjisinə
malikdir.
Davam edək və Ea1 böyükdür Ea2
yazaq.
Aktivləmə enerjisi nə qədər kiçik olarsa,
reaksiya bir o qədər sürətli olur və
2ci mərhələ
daha kiçik aktivləşmə enerjisinə
malik olduğu üçün
ikisindən də sürətlidir.
Birinci mərhələ daha böyük aktivləşmə
enerjisinə malik olduğu
üçün ikinci ilə müqayisədə
daha yavaş gedir.
Birinci mərhələ yavaş olduğu üçün,
dərəcəni müəyyən edən
birinci mərhələdir.
Nəhayət gəlin reaksiyamız üçün
enejidəki ümumi
dəyişikliyi tapaq.
Enerjidəki ümumi fərqi tapmaq üçün Delta E
yazırıq,hansı ki bu
final çıxılsınba.lanğıc deməkdir.
Yəni bu məhsulun enerjisi çıxılsın
reaktivlərin enerjisidir.
Beləliklə, məhsulların enerji səviyyəsi
buraya,sonra
başlanğıc reaktivlərin
enerji
levelini buraya
yazırıq.
Gəlin bu xətti buraya uzadım
beləliklə biz ikisini də
daha yaxşı müqayisə edə bilərik.
Bu iki xətt arasındaki enerji fərqi
grafikdəki Delta E ni
bildirir.
Biz daha böyük rəqəmdən daha kiçik
bir ədədi çıxmış oluruq
və beləliklə DElta E
bu təxmini reaksiya
üçün
müsbət olur.
Və Delta E müsbət olduğu üçün biz
bilirik ki,bu reaksiya Endotermik
reaksiyadır.