Gəlin aşağıdaki çox mərhələli mexanizmlə gedən reaksiyaya baxaq. Birinci mərhələdə A üstəgəl BC reaksiyaya daxil olaraq AC üstəgəl B əmələ gətirir. İkinci mərhələdə isə AC D ilə reaksiyaya girərək A üstəgəl CD əmələ gətirir. Əgər biz reaksizyamızın iki mərhələsini toplasaq,təxmini reaksiya üçün balanslaşmış tənliyi taparıq. Beləliklə bütün reaktivləri sol və məhsulları sağ tərəfə qoyacağıq. Və biz görə bilərik ki,AC həm solda həm də sağdadır, bua görə də onu ixtisar edə bilərik. A da həmçinin sol və sağda var,onu da ixtisar edə bilərik. Ümumi tənlik BC üstəgəl D bərabərdir CD şəklində olacaqdır. Hal-hazırda görürük ki BC və D bizim reaktivlərimiz B və CD isə bu təxmini reaksiyanın məhsullarıdır Reaksiyaya nəzər salsaq A burda əvvəldə və burda sonda var. Amma A reaktiv və ya məhsul deyil A burda katalizaor olmalıdır. Əlavə olaraq AC də reaktiv və ya məhsul deyil. AC ilk mərhələdə necə alındı və mexanizmin ikinci mərhələsində necə istifadə olundu gördünüz. Yəni AC bu reaksiya üçün aralıq məhsul olmalıdır. Gəlin bu çox mərhələli reaksiya üçün enerji diaqramına baxaq. Enerji diaqramı adətən y oxunda ptensial enerjiyə və x oxunda isə reaksiya irəlliləyişinə malikdir. Beləliklə biz x oxunda irəllilədikcə reaksiya baş verir. Enerji diaqramındaki bu xətt bizim BC və D reaktivlərimizin enerji səviyyələrini bildirir. Davam edək,B və C arasındaki rabitəni göstərək Və həmçinin bizdə burda D var Bizim katalizator da həmçinin reaksiyanın başlanğıcında mövcuddur. Davam edirəm və bizim 2reaktivin yuxarısına A yazıram Enerji diaqramından görə bilərik ki bizim 2 əyrimiz var. Birinci əyri mexanizmin birinci,ikinci isə iksinci mərhələsinə uyğundur. Beləliklə,birinci əyrinin zirvəsi mexanizmin birinci mərhələsi üçün keçid mərhələsidir. Biz ilk mərhələdə görə bilərik ki,A katalizatoru BC ilə toqquşur və ya BC ilə reaksiyaya girərək aralıq AC əmələ gətirir. A BC ilə toqquşmalıdır və keçid mərhələsində B və C arasındaki əlaqə qırılır,eyni zamanda, A və C arasında rabitə formalaşır. Bizdə hələ də bu əyrinin ən yüksək nöqtəsində D olacaqdır. Buraya D yazıram Bu reaksiyanın baş verməsi üçün,BC ilə toqquşma zamanı toqquşmanın aktivləşmə enerjisini aşmağa kifayət qədər kinetik enerjisi olmalıdır. Bu enerji diaqramında,aktivləşmə enerjisi reaktivlər və keçid mərhələ arsındaki fərqdir, yəni əyrinin ən yüksək nöqtəsi. Enerjidəki bu fərq,ilk mərhələ üçün aktivləşmə enerjisi göstərir,hansı ki biz bunu Ea1 adlandıracağıq. Fərz etsək ki,toqquşma aktivləşmə enerjisini aşmağa çatacaq qədər kinetik enerjiyə malikdir, bizim aralıq məhsul olan AC və B ni ala bilərik. Gəlin davam edək və A ilə C arasında yaranan rabitəni göstərək. BEləliklə,bizim 2 əyrimiz arasındaki bu çökək,aralığın enerji səviyyəsini təmsil edir. Bizim həmçinin B-miz var Buraya B yazacam. Və bizdə hələ də D var hansı ki, heç reaksiyaya daxil olmayıb. Buraya D yazıram. Artıq 2ci əyri və ya və ya mexanizmimizin 2ci mərhələsi üçün hazırıq. İkinci mərhələdə AC( aralıq məhsulu) D ilə reaksiayaya daxil olaraq, A və CD əmələ gətirir. Bu 2ci əyrinin zirvəsi,ikinci mərhələ üçün keçid mərhələsi olacaqdır. Yəni biz A və C arasındaki rabitə qırılmasını,eyni zamanda C və D arasındaki rabitənin əmələə gəlməsini göstərə bilərik. Aralıq enerjisi ilə keçid mərhələsinin enerjisi arasındaki enerji fərqi, Ea2 adlandıracağımız mexanizmin ikinci mərhələsi üçün aktivləşmə enerjisini göstərir. Əgər AC və D kifayət qədər kinetik enerji ilə toqquşsa,CD və A əldə edə bilərik. Əgər AC və D kifayət qədər enerjii ilə toqquşsa,biz CD və A ala biləcəyik.