Gəlin aşağıdaki çox mərhələli
mexanizmlə gedən reaksiyaya baxaq.
Birinci mərhələdə A üstəgəl BC reaksiyaya
daxil olaraq AC üstəgəl B əmələ gətirir.
İkinci mərhələdə isə AC D ilə reaksiyaya
girərək A üstəgəl CD əmələ gətirir.
Əgər biz reaksizyamızın iki mərhələsini
toplasaq,təxmini reaksiya üçün
balanslaşmış tənliyi taparıq.
Beləliklə bütün reaktivləri sol və
məhsulları sağ tərəfə
qoyacağıq.
Və biz görə bilərik ki,AC həm solda
həm də sağdadır,
bua görə də onu ixtisar edə bilərik.
A da həmçinin sol və sağda
var,onu da ixtisar edə bilərik.
Ümumi tənlik BC üstəgəl D bərabərdir
CD şəklində olacaqdır.
Hal-hazırda görürük ki BC və D bizim
reaktivlərimiz B və CD isə
bu təxmini reaksiyanın məhsullarıdır
Reaksiyaya nəzər salsaq A burda əvvəldə
və burda sonda var.
Amma A reaktiv və ya məhsul deyil
A burda katalizaor olmalıdır.
Əlavə olaraq AC də reaktiv və ya məhsul
deyil.
AC ilk mərhələdə necə alındı və
mexanizmin ikinci mərhələsində
necə istifadə olundu gördünüz.
Yəni AC bu reaksiya üçün aralıq məhsul
olmalıdır.
Gəlin bu çox mərhələli reaksiya üçün
enerji diaqramına baxaq.
Enerji diaqramı adətən y oxunda
ptensial enerjiyə və
x oxunda isə reaksiya
irəlliləyişinə malikdir.
Beləliklə biz x oxunda irəllilədikcə
reaksiya baş verir.
Enerji diaqramındaki bu xətt bizim
BC və D reaktivlərimizin
enerji səviyyələrini bildirir.
Davam edək,B və C arasındaki rabitəni
göstərək
Və həmçinin bizdə burda D var
Bizim katalizator da həmçinin
reaksiyanın başlanğıcında mövcuddur.
Davam edirəm və bizim 2reaktivin
yuxarısına A yazıram
Enerji diaqramından görə bilərik ki
bizim 2 əyrimiz var.
Birinci əyri mexanizmin birinci,ikinci isə
iksinci mərhələsinə uyğundur.