Gəlin aşağıdaki çox mərhələli mexanizmlə gedən reaksiyaya baxaq. Birinci mərhələdə A üstəgəl BC reaksiyaya daxil olaraq AC üstəgəl B əmələ gətirir. İkinci mərhələdə isə AC D ilə reaksiyaya girərək A üstəgəl CD əmələ gətirir. Əgər biz reaksizyamızın iki mərhələsini toplasaq,təxmini reaksiya üçün balanslaşmış tənliyi taparıq. Beləliklə bütün reaktivləri sol və məhsulları sağ tərəfə qoyacağıq. Və biz görə bilərik ki,AC həm solda həm də sağdadır, bua görə də onu ixtisar edə bilərik. A da həmçinin sol və sağda var,onu da ixtisar edə bilərik. Ümumi tənlik BC üstəgəl D bərabərdir CD şəklində olacaqdır. Hal-hazırda görürük ki BC və D bizim reaktivlərimiz B və CD isə bu təxmini reaksiyanın məhsullarıdır Reaksiyaya nəzər salsaq A burda əvvəldə və burda sonda var. Amma A reaktiv və ya məhsul deyil A burda katalizaor olmalıdır. Əlavə olaraq AC də reaktiv və ya məhsul deyil. AC ilk mərhələdə necə alındı və mexanizmin ikinci mərhələsində necə istifadə olundu gördünüz. Yəni AC bu reaksiya üçün aralıq məhsul olmalıdır. Gəlin bu çox mərhələli reaksiya üçün enerji diaqramına baxaq. Enerji diaqramı adətən y oxunda ptensial enerjiyə və x oxunda isə reaksiya irəlliləyişinə malikdir. Beləliklə biz x oxunda irəllilədikcə reaksiya baş verir. Enerji diaqramındaki bu xətt bizim BC və D reaktivlərimizin enerji səviyyələrini bildirir. Davam edək,B və C arasındaki rabitəni göstərək Və həmçinin bizdə burda D var Bizim katalizator da həmçinin reaksiyanın başlanğıcında mövcuddur. Davam edirəm və bizim 2reaktivin yuxarısına A yazıram Enerji diaqramından görə bilərik ki bizim 2 əyrimiz var.