Hərəkət edən hissəciyin mövqeyi s(t) ilə verilib, o, 3-də 2 t-nin kubu çıxılsın 6t-nin kvadratı, üstəgəl 10t, t 0-dan böyük bərabərdir və saniyə ilə ifadə edilib. Hissəcik ilk 6 saniyədə sola və sağa hərəkət edir. t 0-dan böyük bərabər və 6-dan kiçik bərabər olduqda hissəciyin getdiyi ümumi yol nəyə bərabərdir? Gəlin ümumi yol dedikdə nəyi nəzərdə tutduğuna baxaq. Buradan başlasam, 3 xana sağa və 4 xana sola hərəkət etsəm, burada sola getdiyimizə görə mənfi 4 olur, ümumi yol 7 olar. 3 xana sağa və 4 xana sola. Hətta bu hissə mənfi 1 olur. Yəni yerdəyişməsi mənfi 1 olur. Başladığım yerdən 1 xana soldayam. Ümumi yol isə 7-dir. Bunu aydınlaşdırdıq. İndi videonu dayandırın və suala cavab verməyə çalışın. İlk 6 saniyədə hissəciyin getdiyi ümumi yol nə qədərdir? Bunu həll etməyin ən asan yolu hissəciyin nə vaxt sağa və nə vaxt sola getdiyini tapmaqdır. Vektorial sürət müsbət olanda sağa gedir, mənfi olduqda isə hissəcik sola doğru gedir. Beləliklə, sadəcə vektorial sürətin nə vaxt müsbət və mənfi olduğuna fikir verməliyik. Bunu tapmaq üçün gəlin vektorial sürətin funksiyasının qrafikini çəkək. Burada funksiya müsbətdir. Vektorial sürət yerdəyişmənin zamana görə törəməsinə bərabərdir. 3-də 2 t-nin kubunun törəməsi 2t kvadratına bərabər olacaq. Daha sonra çıxılsın 12t, üstəgəl 10. Gəlin qrafiki çəkməyə çalışaq Bu, qolları yuxarı yönəlmiş parabola olacaq. Funksiya kvadratikdir. 2-ci yerdə duran, yəni t kvadratının əmsalı müsbətdir, buna görə də qrafik qolları yuxarı yönəlmiş parabola olacaq. Belə olacaq.