Videonu dayandırın və bu iki
rasional ifadəni toplamağa çalışın.
Yaxşı, məncə həll edə bildiniz.
İndi isə gəlin birlikdə işləyək.
Bunu həll etmək üçün öncə
kəsrlərin məxrəclərinin
müxtəlif olduğuna baxmalısınız.
Kəsrlərin məxrəcləri müxtəlif
olduqda onları toplamaq çətin olur.
Ortaq məxrəcə gətirmək
üçün yenidən yazmalısınız.
Ortaq məxrəcə gətirməyin ən asan yolu
iki məxrəci bir-birinə vurmaqdır.
Xüsusilə də, ortaq
vuruqları yoxdursa.
Bunların hər ikisi sadələşmiş haldadır
və ortaq vuruqları yoxdur.
Elə isə gəlin ortaq məxrəcə gətirək.
Belə ki,
bu bərabərdir
gəlin baxaq, bu bərabərdir
ortaq məxrəci yazaq.
Gəlin ortaq məxrəci
2x....
Bunu başqa rənglə yazım.
Beləliklə, biz ortaq məxrəci 2x-3
vurulsun
3x+1
və üstəgəl
hansısa bir hədd
bölünsün 2x-3
2x-3
vurulsun 3x+1.
Vurulsun 3x+1.
Belə ki, 2x-3-dən
(2x-3)(3x+1) məxrəcinə
gətirmək üçün sadəcə olaraq
məxrəci 3x+1-ə vurduq.
Əgər biz rasional ifadənin
qiymətini dəyişmək
istəmiriksə,
bunu məxrəcə
tətbiq etdikdə
surətə də tətbiq etməliyik.
Belə ki, surət 5x-dir.
Bunu mavi rənglə edəcəyəm.
Belə ki, surət 5x-dir və
onu 3x+1-ə vurmalıyıq.
Vurulsun 3x+1.
Baxın, ifadənin qiymətini dəyişmədim.
Sadəcə 3x+1-ə vurdum və böldüm.
Bu da 3x+1 sıfıra bərabər olmadığı halda
1 edir.
Elə isə gəlin bunu buraya da
tətbiq edək.
Burada məxrəc 3x+1-dir
və onu 2x-3-ə vurmuşam.
Elə isə mən surəti
yəni -4x² -nı
2x-3-ə vurmalıyam.
2x-3.
Gəlin buraya mötərizə qoyaq
ki, 4x² -nı çıxırıq kimi görünməsin.
Beləliklə, bunların hamısını surətdə
yenidən yazaq.
Surətdə
5x vurulsun 3x
15x² edir.
5x vurulsun 1, +5x edir.
Burada isə
gəlin bunu yaşıl rənglə yazaq.
Burada -4x vurulsun 2x
-8x² edir
və -4x vurulsun -3
+12x² edir.
Bunu düz etdim?
Mənfi...
Diqqətli olmalıyıq.
-4, sanki nəyisə səhv etdim.
Yenə də, videonu dayandırıb
nəyi səhv etdiyimi tapa bilərsiniz.
Belə ki, -4x² vurulsun 2x
-8x -in kubu edir.
- 8x³.
Sonra isə -4x² vurulsun -3, 12x² edir.
Beləliklə,
ümumi məxrəc,
ortaq məxrəcimiz var.
Artıq hamısını toplaya bilərik.
2x-3
vurulsun
3x+1
vurulsun 3x+1.
Gəlin baxaq bunu necə sadələşdirə bilərik?
Bu ümumilikdə bərabərdir.
Rasional ifadə olduğunu bildirmək
üçün gəlin kəsr xəttini çəkək.
Gəlin baxaq.
Ən böyük dərəcəli hədd -8x³-dur.
mənfi 8...
-8x³.
Sonra isə 15x²
və 12x² var.
Bunları toplayaq və
27x² alırıq.
İndi isə buna baxaq.
Gəlin bunu yaşıl rənglə işarə edək.
Bunu və bu ikisini həll etdik,
qaldı 5x.
Elə bunu da + 5x yazırıq
və bunların hamısı bölünsün
2x-3 vurulsun 3x+1
3x+1.
Budur, tamamladıq.
Bitdi.
Bunu daha da sadələşdirmənin
başqa asan yolu yoxdur.
Siz sadəcə surətdə x-i vuruq olaraq
ayıra bilərsiniz.
Lakin, bu məxrəclə
ixtisar olunmur.
Beləliklə, bitirdik.