Videonu dayandırın və bu iki rasional ifadəni toplamağa çalışın. Yaxşı, məncə həll edə bildiniz. İndi isə gəlin birlikdə işləyək. Bunu həll etmək üçün öncə kəsrlərin məxrəclərinin müxtəlif olduğuna baxmalısınız. Kəsrlərin məxrəcləri müxtəlif olduqda onları toplamaq çətin olur. Ortaq məxrəcə gətirmək üçün yenidən yazmalısınız. Ortaq məxrəcə gətirməyin ən asan yolu iki məxrəci bir-birinə vurmaqdır. Xüsusilə də, ortaq vuruqları yoxdursa. Bunların hər ikisi sadələşmiş haldadır və ortaq vuruqları yoxdur. Elə isə gəlin ortaq məxrəcə gətirək. Belə ki, bu bərabərdir gəlin baxaq, bu bərabərdir ortaq məxrəci yazaq. Gəlin ortaq məxrəci 2x.... Bunu başqa rənglə yazım. Beləliklə, biz ortaq məxrəci 2x-3 vurulsun 3x+1 və üstəgəl hansısa bir hədd bölünsün 2x-3 2x-3 vurulsun 3x+1. Vurulsun 3x+1. Belə ki, 2x-3-dən (2x-3)(3x+1) məxrəcinə gətirmək üçün sadəcə olaraq məxrəci 3x+1-ə vurduq. Əgər biz rasional ifadənin qiymətini dəyişmək istəmiriksə, bunu məxrəcə tətbiq etdikdə surətə də tətbiq etməliyik. Belə ki, surət 5x-dir. Bunu mavi rənglə edəcəyəm. Belə ki, surət 5x-dir və onu 3x+1-ə vurmalıyıq. Vurulsun 3x+1. Baxın, ifadənin qiymətini dəyişmədim. Sadəcə 3x+1-ə vurdum və böldüm. Bu da 3x+1 sıfıra bərabər olmadığı halda 1 edir. Elə isə gəlin bunu buraya da tətbiq edək. Burada məxrəc 3x+1-dir və onu 2x-3-ə vurmuşam. Elə isə mən surəti yəni -4x² -nı 2x-3-ə vurmalıyam. 2x-3. Gəlin buraya mötərizə qoyaq ki, 4x² -nı çıxırıq kimi görünməsin. Beləliklə, bunların hamısını surətdə yenidən yazaq. Surətdə 5x vurulsun 3x 15x² edir. 5x vurulsun 1, +5x edir. Burada isə gəlin bunu yaşıl rənglə yazaq. Burada -4x vurulsun 2x -8x² edir və -4x vurulsun -3 +12x² edir. Bunu düz etdim? Mənfi... Diqqətli olmalıyıq. -4, sanki nəyisə səhv etdim. Yenə də, videonu dayandırıb nəyi səhv etdiyimi tapa bilərsiniz. Belə ki, -4x² vurulsun 2x -8x -in kubu edir. - 8x³. Sonra isə -4x² vurulsun -3, 12x² edir. Beləliklə, ümumi məxrəc, ortaq məxrəcimiz var. Artıq hamısını toplaya bilərik. 2x-3 vurulsun 3x+1 vurulsun 3x+1. Gəlin baxaq bunu necə sadələşdirə bilərik? Bu ümumilikdə bərabərdir. Rasional ifadə olduğunu bildirmək üçün gəlin kəsr xəttini çəkək. Gəlin baxaq. Ən böyük dərəcəli hədd -8x³-dur. mənfi 8... -8x³. Sonra isə 15x² və 12x² var. Bunları toplayaq və 27x² alırıq. İndi isə buna baxaq. Gəlin bunu yaşıl rənglə işarə edək. Bunu və bu ikisini həll etdik, qaldı 5x. Elə bunu da + 5x yazırıq və bunların hamısı bölünsün 2x-3 vurulsun 3x+1 3x+1. Budur, tamamladıq. Bitdi. Bunu daha da sadələşdirmənin başqa asan yolu yoxdur. Siz sadəcə surətdə x-i vuruq olaraq ayıra bilərsiniz. Lakin, bu məxrəclə ixtisar olunmur. Beləliklə, bitirdik.