Yaxşı indi, siz mənim həyatda bəlkə də ən faydalı anlayışlardan biri olduğunu düşündüyüm şeyi öyrəndiniz, bəlkə də onunla tanışsınız, amma əgər tanış deyilsinizsə, ümid edirəm ki, bu, sizi bir gün iflas müraciəti etməkdən qoruyacaqdır. Hər nəysə, faiz haqqında danışacam, sonra isə sadə və mürəkkəb faiz Bəs faiz nədir? Hamımız bu barədə eşitmişik. Faiz dərəcələri və ya ipotekanızın faizi və ya da kredit kartı ödənişim nə qədərdir? Faiz -- elmi tərifini bilmirəm, bəlkə vikipediyada baxmalıyam, amma mahiyyətcə pul icarəsidir. Beləliklə, pulu bir müddət saxlamaq üçün ödədiyiniz puldur. Bəlkə də ən açıqlayıcı tərif deyil, amma bu şəkildə başa salım. Deyək ki, mən sizdən 100 manat borc almaq istəyirəm. Hal-hazırda. Və deyək ki, bundan bir il sonra. Bir il. Bu sizsiz, bu da mən. Beləcə, indi mənə 100 manat verirsiniz. Və mənim 100 manatım olur, bir il keçir, 100 manatım buradadır. Və mən sizə 100 manat geri qaytarsaydım, siz icarə pulu qazanmazdınız. Sadəcə pulunuzu geri almış olardınız. Heç bir faiz almazdınız. Əgər mən sizə indi 100 manat versəm, qarşılığında siz də 1 il sonra 110 manat verməlisiniz. Yəni bu vəziyyətdə, 100 manatı 1 il özümdə saxlamaq üçün sizə nə qədər pul ödəməliyəm? 10 manat artıq ödəyirəm, düzdür? Mən 100 manatı və artıq 10 manatı da qaytarıram. Və əslində sizə qaytardığım əlavə 10 manat, pulu özümdə saxlamaq və o pulla istədiyimi edə bilmək üçün ödədiyim haqdır ki, o pulu saxlayıb yığa bilərəm, investisiya edə bilərəm, 1 il ərzində istədiyimi edə bilərəm və o 10 manat mahiyyətcə faizdir. Və hesablanma qaydası, borc aldığım başlanğıc məbləğin faizidir. Və xəyali bir bankirdə və ya maliyyə terminologiyasında borc aldığım baslanğıc məbləğə əsas deyilir. Beləliklə, bu vəziyyətdə pul icarəsi və ya faiz 10 manatdır. Mən bunu faiz olaraq etmək istəsəydim, 10 böl 100, yəni 100-də 10 deyə bilərdim, hansı ki, o da 10%-ə bərabərdir. Siz deyə bilərdiniz ki, əgər mənə artıq 10% də ödəsəniz, sizə indi 100 manat verməyə hazıram. Beləliklə, 100 manatın 10 faizi 10 manatdır və 1 il sonra mən sizə 100 manat üstəgəl 10%-i də ödəyirəm. Eyni şəkildə Beləliklə, istənilən miqdar pul üçün 10% qarşılığında mənə hər hansı bir miqdarda borc pul verməyə hazırsınız. Yaxşı, əgər mənə 1000 manat borc versəniz faiz yenə 10%-i qədər olacaq, hansı ki, o da 100 manatdır. Beləcə, bir il sonra mən sizə 1000 manat, üstəgəl 1000 manatın 10 faizi, yəni 1100 manat borclu olardım. Yaxşı, hər ədədə əlavə sıfır yazdım. Bu halda 100 manat faiz olacaq, amma hələ də faiz dərəcəsi 10 faizdir. İndi isə sadə faiz və mürəkkəb faiz arasında fərqi izah edək. Beləliklə, mənə sadəcə bir ilə 10 faizlə borc verdiyiniz olduqca sadə bir nümunə etdik, düzdür? Beləliklə, deyək ki, kimsə mənim dediyim faiz dərəcəsi və ya digər insanlara verdikləri faiz dərəcəsinin 10% olduğunu söylədi, ildə 10% yaxşı bir göstəricidir. Və deyək ki, bu şəxsdən borc alacağım əsas 100 manatdır. Belə, sizə sualım budur və bəlkə fasilə verək, mənim 10 ildə nə qədər borcum olacaq? Mənim 10 ildə nə qədər borcum var? Əslində bu barədə düşünməyin iki yolu var. Deyə bilərsiniz ki, yaxşı, illər sıfıra bərabərdir, sadəcə borc pul aldım və dərhal geri ödədim, 100 dollar olardı, düzdür? Bunu etmirəm, ən azı bir il saxlamağı düşünürəm. Yəni bir il sonra, sadəcə etdiyimiz nümunəyə əsaslanaraq, bu məbləğin 10% -ni 100 manata əlavə etdim və bundan sonra 110 manat borcum olacaq. Və iki ildən sonra başlanğıc əsasa daha 10% əlavə edə bilərəm, düzdür? Yəni hər il 10 manat əlavə edirəm. Beləcə, bu vəziyyətdə 120 manat, üçüncü ildə isə 130 manat borcum olardı. Əslində, bu 100 manatı borc almaq üçün üçün illik icarəm 10 manatdır, düzdür? Çünki, həmişə başlanğıc məbləğin 10 faizini hesablayıram. Və 10 il sonra, çünki, mən hər il əlavə 10 manat ödəməliyəm, 10 ildən sonra isə sizə borcum 200 manat olacaq. Düzdür? Və 200 manat, 100 manat üstəgəl 100 manata bərabərdir, çünki, ildə 10 manat faiz ödədim. Və indicə etdiyimiz bu anlayışa sadə faiz deyilir. Əsasən borc aldığınız başlanğıc məbləğ, faiz, sondakı məbləği,hər il ödənilən məbləği götürürsünüz və hər il tədricən ödədiyiniz o məbləğ əslində faiz dərəcəsi ilə başlanğıc məbləğin hasilinə bərabərdir. Ancaq bu barədə düşünsəniz, 1 il ərzində borcunuzdan getdikcə azalan miqdarda pul ödəyirsiniz. Sizə mürəkkəb faizi göstərsəm, bu sizə düzgün gələcək. Bu, ildə 10 faizi izah etməyin yoludur. İzah etməyin bir başqa yolu da, əvvəlcə 100 manat borc alırsınız, ya da pulu verdilərsə, əgər bunu istəmirsinizsə, 100 manat borcunuzu sadəcə geri ödəyirsiniz. Bir il sonra, əslində 110 manat ödəyirsiniz, yəni 100 manat üstəgəl 100 manatın 10 faizi. Belə, 100 manat üstəgəl 100 manatın 10 faizi. Rəngləri dəyişək, çünki bu monotondur Yaxşı, məncə bu sizə mənalı gələr. Sadə və mürəkkəb faizin fərqli olduğu məqam burdadır. Son halda, başlanğıc 100 manatın yalnız 10 faizini əlavə etməyi davam etdirdik. İndi mürəkkəb faizdə, başlanğıc məbləğin 10%-ni hesablamırıq. İndi bu məbləğin 10 faizini hesablayırıq. Beləliklə, indi 110 manat götürəcəyik. Demək olar ki, onu yeni əsasımız kimi görə bilərsiniz. Bu, bir ildə nə qədər təklif etsək, sonra bunu qaytarırıq. Beləliklə, indi 110 manat üstəgəl 110-un 10 faizi qədər borcumuz olacaq. Siz 110-u həqiqətən bölüşdürə bilərsiniz, və bu, 110 vur 110-a bərabərdir. Əslində, 110 vur 1.1 Əslində, bu şəkildə yenidən yaza bilərəm. 100 vur 1.1 kvadratı kimi yaza bilərdim, və bu 121 manata bərabərdir. Və ikinci ildən sonra, mənim yeni əsasım bu 121 manatdır, bu, mənim yeni əsasımdır. İndi isə üçüncü ili hesablayaq, yəni bu, ikinci ildir. Daha çox yer alıram, bu, ikinci ildir. Və indi üçüncü ildə, ikinci ilin sonunda borclu olduğum 121 manat üstəgəl il ərzində borclanacağım pulun 10 faizi, 121 manatdır. Beləliklə, burada mötərizə ilə yazaq, 1 vur 121 üstəgəl 0.1 vur 121-in cəmi, bu da 1.1 vur 121 ilə eynidir. Və ya başqa bir yol isə əsas ilə 1.1-in kubunun hasilini hesablamaqdır. Və əgər bunu davam etdirsəniz, hansı ki mən bunu tövsiyyə edirəm, bu sizə düz gələcək, 10 il sonunda - biz borclu olacıyıq - kimdən borc aldığımızı unutdum, 100 manat vur 1.1 üstü 10. Bu neçəyə bərabərdir? Elektron cədvəldən istifadə edək. Təsadüfi bir xana seçək. 100 vur 1.1 üstü 10. Beləcə, 259 dollar və bir az xırda pul. Yəni, çox incə bir fərq kimi görünə bilər, amma sonda çox böyük bir fərq yaradır. Mürəkkəb faizdən istifadə edərək 10 il ərzində 10% ilə hesabladıqda 259 manat borcum var. Sadə faizdən istifadə etdikdə isə yalnız 200 manat borcum var. Bu 59 manat artım, mürəkkəb faizin bizə nə qədər baha olduğunu başa salır. Vaxtım bitir, növbəti videoda bir neçə nümunə həll edəcəyəm, sadəcə mürəkkəb faizin necə olacağını, eksponentlərin necə işlədiyini və nəyin fərqi olduğunu dərindən öyrənəcəksiniz. Növbəti videoyadək.