Yaxşı indi, siz mənim həyatda bəlkə də
ən faydalı anlayışlardan biri olduğunu
düşündüyüm şeyi öyrəndiniz,
bəlkə də onunla tanışsınız,
amma əgər tanış deyilsinizsə,
ümid edirəm ki, bu, sizi bir gün
iflas müraciəti etməkdən
qoruyacaqdır.
Hər nəysə, faiz haqqında
danışacam, sonra isə sadə
və mürəkkəb faiz
Bəs faiz nədir?
Hamımız bu barədə eşitmişik.
Faiz dərəcələri və ya
ipotekanızın faizi
və ya da kredit kartı
ödənişim nə qədərdir?
Faiz -- elmi tərifini
bilmirəm,
bəlkə vikipediyada
baxmalıyam,
amma mahiyyətcə
pul icarəsidir.
Beləliklə, pulu bir müddət
saxlamaq üçün
ödədiyiniz puldur.
Bəlkə də ən açıqlayıcı
tərif deyil, amma
bu şəkildə başa salım.
Deyək ki, mən sizdən 100 manat
borc almaq istəyirəm.
Hal-hazırda.
Və deyək ki, bundan bir il sonra.
Bir il.
Bu sizsiz, bu da mən.
Beləcə, indi mənə 100 manat verirsiniz.
Və mənim 100 manatım olur,
bir il keçir,
100 manatım buradadır.
Və mən sizə 100 manat geri qaytarsaydım,
siz icarə pulu qazanmazdınız.
Sadəcə pulunuzu geri almış olardınız.
Heç bir faiz almazdınız.
Əgər mən sizə indi 100 manat versəm,
qarşılığında siz də 1 il
sonra 110 manat verməlisiniz.
Yəni bu vəziyyətdə, 100 manatı 1 il
özümdə saxlamaq üçün
sizə nə qədər pul ödəməliyəm?
10 manat artıq
ödəyirəm, düzdür?
Mən 100 manatı və
artıq 10 manatı da qaytarıram.
Və əslində sizə qaytardığım əlavə
10 manat, pulu özümdə saxlamaq
və o pulla istədiyimi edə bilmək
üçün ödədiyim haqdır ki, o pulu
saxlayıb yığa bilərəm,
investisiya edə bilərəm,
1 il ərzində istədiyimi edə bilərəm
və o 10 manat mahiyyətcə faizdir.
Və hesablanma qaydası,
borc aldığım
başlanğıc məbləğin faizidir.
Və xəyali bir bankirdə və ya maliyyə
terminologiyasında borc aldığım
baslanğıc məbləğə əsas deyilir.
Beləliklə, bu vəziyyətdə pul
icarəsi və ya faiz 10 manatdır.
Mən bunu faiz olaraq etmək istəsəydim,
10 böl 100, yəni
100-də 10 deyə bilərdim,
hansı ki, o da 10%-ə bərabərdir.
Siz deyə bilərdiniz ki,
əgər mənə artıq 10% də ödəsəniz,
sizə indi 100 manat verməyə hazıram.
Beləliklə, 100 manatın 10 faizi
10 manatdır və 1 il sonra mən sizə
100 manat üstəgəl 10%-i də ödəyirəm.
Eyni şəkildə
Beləliklə, istənilən miqdar pul üçün
10% qarşılığında mənə
hər hansı bir miqdarda
borc pul verməyə hazırsınız.
Yaxşı, əgər mənə 1000 manat borc versəniz
faiz yenə 10%-i qədər olacaq,
hansı ki, o da 100 manatdır.
Beləcə, bir il sonra mən sizə 1000 manat,
üstəgəl 1000 manatın 10 faizi, yəni
1100 manat borclu olardım.
Yaxşı, hər ədədə əlavə sıfır yazdım.
Bu halda 100 manat faiz olacaq, amma
hələ də faiz dərəcəsi 10 faizdir.
İndi isə sadə faiz və
mürəkkəb faiz arasında
fərqi izah edək.
Beləliklə, mənə sadəcə bir ilə
10 faizlə borc verdiyiniz
olduqca sadə bir nümunə etdik, düzdür?
Beləliklə, deyək ki, kimsə mənim dediyim
faiz dərəcəsi və ya digər insanlara
verdikləri faiz dərəcəsinin
10% olduğunu söylədi, ildə
10% yaxşı bir göstəricidir.
Və deyək ki, bu şəxsdən
borc alacağım əsas
100 manatdır.
Belə, sizə sualım budur və
bəlkə fasilə verək,
mənim 10 ildə nə qədər borcum
olacaq?
Mənim 10 ildə nə qədər borcum var?
Əslində bu barədə
düşünməyin iki yolu var.
Deyə bilərsiniz ki, yaxşı,
illər sıfıra bərabərdir,
sadəcə borc pul aldım
və dərhal geri ödədim,
100 dollar olardı, düzdür?
Bunu etmirəm, ən azı bir il
saxlamağı düşünürəm.
Yəni bir il sonra, sadəcə etdiyimiz
nümunəyə əsaslanaraq, bu məbləğin
10% -ni 100 manata əlavə etdim
və bundan sonra 110 manat
borcum olacaq.
Və iki ildən sonra başlanğıc əsasa
daha 10% əlavə edə bilərəm,
düzdür?
Yəni hər il 10 manat əlavə edirəm.
Beləcə, bu vəziyyətdə 120 manat,
üçüncü ildə isə 130 manat
borcum olardı.
Əslində, bu 100 manatı borc almaq üçün
üçün illik icarəm 10 manatdır, düzdür?
Çünki, həmişə başlanğıc məbləğin
10 faizini hesablayıram.
Və 10 il sonra, çünki, mən hər il
əlavə 10 manat ödəməliyəm,
10 ildən sonra isə sizə borcum
200 manat olacaq.
Düzdür?
Və 200 manat, 100 manat üstəgəl
100 manata bərabərdir, çünki,
ildə 10 manat faiz ödədim.
Və indicə etdiyimiz bu anlayışa
sadə faiz deyilir.
Əsasən borc aldığınız başlanğıc məbləğ, faiz,
sondakı məbləği,hər il ödənilən
məbləği götürürsünüz və
hər il tədricən ödədiyiniz o məbləğ
əslində faiz dərəcəsi ilə başlanğıc məbləğin
hasilinə bərabərdir.
Ancaq bu barədə düşünsəniz,
1 il ərzində borcunuzdan getdikcə azalan
miqdarda pul ödəyirsiniz.
Sizə mürəkkəb faizi göstərsəm, bu
sizə düzgün gələcək.
Bu, ildə 10 faizi izah etməyin yoludur.
İzah etməyin bir başqa yolu da,
əvvəlcə 100 manat borc alırsınız,
ya da pulu verdilərsə,
əgər bunu istəmirsinizsə,
100 manat borcunuzu
sadəcə geri ödəyirsiniz.
Bir il sonra, əslində
110 manat ödəyirsiniz, yəni
100 manat üstəgəl 100 manatın 10 faizi.
Belə, 100 manat üstəgəl
100 manatın 10 faizi.
Rəngləri dəyişək,
çünki bu monotondur
Yaxşı, məncə bu
sizə mənalı gələr.
Sadə və mürəkkəb faizin fərqli olduğu
məqam burdadır.
Son halda, başlanğıc
100 manatın yalnız 10 faizini
əlavə etməyi davam etdirdik.
İndi mürəkkəb faizdə, başlanğıc məbləğin
10%-ni hesablamırıq.
İndi bu məbləğin 10 faizini hesablayırıq.
Beləliklə, indi 110 manat götürəcəyik.
Demək olar ki, onu yeni əsasımız
kimi görə bilərsiniz.
Bu, bir ildə nə qədər təklif etsək,
sonra bunu qaytarırıq.
Beləliklə, indi 110 manat üstəgəl
110-un 10 faizi qədər borcumuz olacaq.
Siz 110-u həqiqətən bölüşdürə bilərsiniz,
və bu, 110 vur 110-a bərabərdir.
Əslində, 110 vur 1.1
Əslində, bu şəkildə yenidən yaza bilərəm.
100 vur 1.1 kvadratı kimi yaza bilərdim,
və bu 121 manata bərabərdir.
Və ikinci ildən sonra, mənim
yeni əsasım bu 121 manatdır,
bu, mənim yeni əsasımdır.
İndi isə üçüncü ili hesablayaq,
yəni bu, ikinci ildir.
Daha çox yer alıram,
bu, ikinci ildir.
Və indi üçüncü ildə, ikinci ilin sonunda
borclu olduğum 121 manat üstəgəl
il ərzində borclanacağım pulun 10 faizi,
121 manatdır.
Beləliklə, burada
mötərizə ilə yazaq,
1 vur 121 üstəgəl
0.1 vur 121-in cəmi,
bu da 1.1 vur 121 ilə eynidir.
Və ya başqa bir yol isə
əsas ilə 1.1-in kubunun
hasilini hesablamaqdır.
Və əgər bunu davam etdirsəniz, hansı ki
mən bunu tövsiyyə edirəm,
bu sizə düz gələcək,
10 il sonunda - biz borclu olacıyıq -
kimdən borc aldığımızı
unutdum, 100 manat
vur 1.1 üstü 10.
Bu neçəyə bərabərdir?
Elektron cədvəldən istifadə edək.
Təsadüfi bir xana seçək.
100 vur 1.1 üstü 10.
Beləcə, 259 dollar və bir az xırda pul.
Yəni, çox incə bir fərq kimi
görünə bilər, amma sonda
çox böyük bir fərq yaradır.
Mürəkkəb faizdən istifadə edərək
10 il ərzində 10% ilə hesabladıqda
259 manat borcum var.
Sadə faizdən istifadə etdikdə isə
yalnız 200 manat borcum var.
Bu 59 manat artım, mürəkkəb faizin
bizə nə qədər baha olduğunu
başa salır.
Vaxtım bitir, növbəti videoda
bir neçə nümunə
həll edəcəyəm, sadəcə mürəkkəb faizin
necə olacağını, eksponentlərin
necə işlədiyini və nəyin
fərqi olduğunu dərindən öyrənəcəksiniz.
Növbəti videoyadək.