Yaxşı indi, siz mənim həyatda bəlkə də
ən faydalı anlayışlardan biri olduğunu
düşündüyüm şeyi öyrəndiz,
bəlkə də onunla tanışsınız
amma əgər tanış deyilsinizsə
ümid edirəm ki, bu sizi bir gün
iflas müraciəti etməkdən
qoruyacaqdır
Hər nəysə, faiz haqqında
danışacam, sonra isə sadə
və mürəkkəb faiz
Bəs faiz nədir?
Hamımız
bu barədə eşitmişik.
Faiz dərəcələri və ya
ipotekanızın faizi
və ya da kredit kartı
ödənişim nə qədərdir?
Faiz -- elmi tərifini
bilmirəm,
Bəlkə Vikipediyada
baxmalıyam
Amma mahiyyətcə
pul icarəsidir
Beləliklə, pulu bir müddət
saxlamaq üçün
ödədiyiniz puldur.
Bəlkə də ən açıqlayıcı
tərif deyil, amma icazə ver
bu şəkildə başa salım
Deyək ki, mən səndən 100 $
borc almaq istəyirəm
Yəni indi
Və deyək ki, bundan bir il sonra
Bir il
Bu sənsən, Bu da mən
Beləcə, sən indi mənə 100 dollar verirsən
Və sonra mənim 100 dollarım olur
Bir il də keçir
100 dollarım buradadır
Və mən sənə 100 dollar geri qaytarsaydım
sən icarə pulu qazanmazdın
Sadəcə pulunu geri almış olardın
Heç bir faiz almazdın
Amma əgər desəydin ki, Sal,
Mən sənə indi 100 dollar verirəm
əgər 1 il sonra sən 110 dollar versən.
Yəni bu vəziyyətdə, 100 dolları 1 il
özümdə saxlamaq üçün
sənə nə qədər pul ödədim?
Mən 10 dollar artıq ödəyirəm, hə?
Mən 100 dollar qaytarıram və
başqa bir 10 dollar da qaytarıram.
Və əslində sənə qaytardığım əlavə
10 dollar, pulu özümdə saxlamaq
və o pulla istədiyimi edə bilmək
üçün ödədiyim haqdır ki, o pulu
saxlayıb yığa bilərəm,
investisiya edə bilərəm,
1 il ərzində istədiyimi edə bilərəm
və o 10 dollar mahiyyətcə faizdir.
və sıxlıqla hesablanma qaydası,
borc aldığım
gerçək məbləğin faizi
Və xəyali bir bankirdə və ya maliyyə
terminologiyasında borc aldığım
gerçək məbləğə sadəcə əsas deyilir.
Beləliklə, bu vəziyyətdə pul
icarəsi və ya faiz 10 dollar idi.
Mən bunu faiz olaraq etmək istəsəydim,
deyərdim ki, 100 üzərində 10, yəni
100-də 10 hansı ki, o da bərabərdir 10 %
Bəs sən deyə bilərdin, ey Sal,
sənə 100 dollar verməyə hazıram
əgər mənə 10 % ödəsən.
Beləliklə, 100 dolların 10 faizi
10 dollar idi və 1 il sonra mən sənə
100 dollar, üstəgəl 10 faizi də ödəyirəm.
eyni şəkildə
Beləliklə, istənilən miqdarda pul üçün
söylə ki, 10 % qarşılığında mənə
hər hansı bir miqdarda
borc pul verməyə hazırsan.
Yaxşı, əgər mənə 1000 dollar borc versəniz
faiz də onun 10 faizi qədər olacaq,
hansı ki, o da 100 dollardır.
Beləcə, bir il sonra mən sənə 1000 dollar,
üstəgəl 1000 dolların 10 faizi, yəni
1100 dollar borclu olardım.
Yaxşı, hər şeyin üzərinə sıfır əlavə etdim
Bu halda 100 dollar faiz olacaq, amma
hələ də 10 faiz olacaq.
İndi icazə ver, sadə faiz və
mürəkkəb faiz arasında
fərq yaradaq.
Beləliklə, mənə sadəcə bir ilə
10 faizlə borc verdiyiniz
olduqca sadə bir nümunə etdik, düzdür?
Beləliklə, deyək ki, kimsə mənim dediyim
faiz dərəcəsi və ya digər insanlara
verdikləri faiz dərəcəsinin yaxşı
10% olduğunu söylədi, ildə
10% yaxşı bir rəqəmdir.
Və deyək ki, bu adamdan
borc alacağım əsas
100 dollardır.
Belə, sənə sualım və
bəlkə fasilə istəyərsən
mənim 10 ildə nə qədər borcum
olduğunu düşündükdən sonra?
Mənim 10 ildə nə qədər borcum var?
Əslində bu barədə
düşünməyin iki yolu var
Sən deyə bilərsən ki, yaxşı,
illər sıfıra bərabərdir,
sadəcə borc pul aldım
və dərhal geri ödədim,
100 dollar olardı, düzdür?
Bunu etmirəm, ən azı bir il
saxlamağı düşünürəm.
Yəni bir il sonra, sadəcə etdiyimiz
nümunəyə əsaslanaraq, bu məbləğin
10% -ni 100 dollara əlavə edə bildim
və bundan sonra 110 dollar
borcum olacaq.
Və iki ildən sonra orijinal əsasın
daha 10% əlavə edə bilərəm,
düzdür?
Yəni hər il 10 dollar əlavə edirəm.
Beləcə, bu vəziyyətdə 120 dollar,
üçüncü ildə isə 130 dollar
borcum olardı.
Əslində, bu 100 dolları borc almaq
üçün illik icarəm 10 dollardır, düzdür?
Çünki, həmişə gerçək məbləğin
10 faizini götürürəm.
Və 10 il sonra, çünki, mən hər il
əlavə 10 dollar ödəməli olacam,
10 ildən sonra isə sənə borcum
200 dollar olacaq, düzdür?
Və o 200 dollar, 100 dollar üstəgəl
100 dollara bərabərdir, çünki,
ildə 100 dollar faiz ödədim.
Və indicə etdiyim bu anlayışa
sadə faiz deyilir.
Əsasən borc aldığınız gerçək məbləğ, faiz,
sondakı məbləği,hər il ödənilən
məbləği götürürsünüz və
hər il tədricən ödədiyiniz o məbləğ
əslində faiz dərəcəsi ilə gerçək məbləğin
hasilinə bərabərdir.
Ancaq bu barədə düşünsən,
borcundan getdikcə azalan
miqdarda pul ödəyəssən
1 il içində.
Və bəlkə sizə mürəkkəb faiz göstərsəm
bu məna verəcək
Bu ildə 10 faizi izah etməyin bir yoludur.
İzah etməyin bir başqa yolu da, yaxşı,
sıfır ildə 100 dollar borc alırsan,
ya da pulu verdilərsə,deyirsən
oh yox, yox, bunu istəmirəm
və sadəcə geri ödədin,
100 dollar borcusan.
Bir il sonra, sən əslində
110 dollar ödəyirsən, yəni
100 dollar üstəgəl 100 dolların 10 faizi
Belə, 100 dollar üstəgəl
100 dolların 10 faizi
Rəngləri dəyişməyə icazə verin
çünki bu monotondur
Yaxşı, məncə bu
sənə məna yaradar.
Sadə və mürəkkəb faizin ayrılmağa
başladığı yer budadır.
Son vəziyyətdə, gerçək
100 dolların yalnız 10 faizini
əlavə etməyi davam etdirdik.
İndi mürəkkəb faizdə, gerçək məbləğdən
10 faizi götürmürük.
İndi bu məbləğin 10 faizini alırıq.
Beləliklə, indi 110 dollar götürəcəyik.