Bu video bucaqların ölçülməsi haqqındadır.
Çünki mən bu videonu hazırlayanda
bu mövzuda heç bir video yox idi.
Məncə bu kifayət qədər faydalı olacaq.
Bu, keçən yay bizim məktəbdə işləyən
Ömər Rizvan tərəfindən hazırlanıb.
2011-ci ilin yayı.
Bu videoda bucaqları ölçəcəyik.
Bu videoda bucaqları ölçmək üçün
istifadə etdiyimiz transportiri
o hazırlayıb.
Burada istifadə olunan transportir
real həyatda bucaqları ölçmək üçün
istifadə etdiyimiz transportirin
eynisidir.
Transportirin mərkəzi iki xəttin
kəsişməsinin təpə nöqtəsinə qoyulur.
Bunu bucağın təpə nöqtəsi
adlandıra bilərik.
Daha sonra ölçməyə başlaya bilərik.
Bu hissə 0 dərəcədir.
Tərəflərdən biri budur.
Transportiri buradakı düz xəttin
üzərinə çevirməliyik.
Gəlin çevirək.
Bir qədər də
çevirək.
Bu çox oldu.
İndi düzgün görünür.
Belə ölçdüyümüz zaman,
təəssüf ki, burada qələmdən
istifadə edə bilmirəm,
buradakı bucağa nəzər salsaq,
digər xəttin 130 dərəcədə
olduğunu görərik.
Deməli, ölçməli olduğumuz
bucağın ölçüsü 130 dərəcədir.
130 dərəcə.
Cavabı yoxlayaq.
Cavab doğrudur.
Doğru olmasa, çox utandırıcı olardı.
Növbəti suala baxaq.
Bir neçə nümunəyə nəzər salacağıq.
Burada da transportirin mərkəzini
buradakı təpə nöqtəsinə qoymalıyıq.
Transportirdəki 0 dərəcə
bucağın tərəflərindən birinin
üzərində olmalıdır.
Gəlin bunu biraz çevirək.
Bu transportir həqiqətən də
çox yaxşı alınıb.
Gəlin baxaq.
Yenə çevirək.
Bu çox oldu.
İndi isə doğrudur.
İndi bucağın digər tərəfinə
nəzər salsaq, onun
40 dərəcədə olduğunu görərik.
Cavabı yoxlayaq. Doğrudur.
Daha bir misal.
Çox maraqlıdır.
Gəlin transportiri buraya yerləşdirək.
Bunu həmişə eyni üsulla etməyə
məcbur deyilsiniz.
Onu əvvəlcə çevirib daha sonra
0-ı yerləşdirə bilərik.
Burada əsəs atmalı olduğumuz addım
transportirdəki 0 dərəcəni bucağın
tərəflərindən birinin
üzərinə yerləşdirməliyik.
Gəlin çevirək.
Belə etsəniz, həmişə eyni
sıranı izləməli olmazsınız.
Məncə transportirin mərkəzi
təpə nöqtəsi üzərində olanda onu çevirmək
daha asan olar.
Bunu bir qədər də çevirməliyik.
Bu xətt 0 dərəcədir.
Bucağın digər tərəfinə
nəzər salsaq, onun
150 dərəcədə olduğunu görərik.
Fikir verdinizsə, dərəcə artdıqca
bucaq daha çox açılır.
Buradakı bucaq 150 dərəcədir.
150 dərəcə.
Daha bir misala baxaq.
İndi isə etməməli olduğunuz şeyi göstərim.
Mərkəzi buraya
yerləşdirə bilərsiniz.
Daha sonra isə
0 dərəcəni bu tərəf üzərinə yerləşdirməyi
düşünə bilərsiniz.
Ancaq belə etsəniz, transportir
bucaq üzərində olmayacaq.
Odur ki, onu ölçə bilməyəcəksiniz.
Burada ölçəcəyiniz bucaq xaricdəki
bucaq olacaq. O da həmçinin bir bucaqdır,
ancaq məsələdə soruşulan bucaq deyil.
Buradakı kiçik qövs
hansı bucağın soruşulduğunu göstərir.
Belə ki, transportirdə bu qövs göstərilməlidir.
Odur ki, gəlin transportiri bir qədər çevirək.
Bu çox oldu.
Bu tərəf 0 dərəcədədir.
Digəri isə 60 dərəcə.
60 dərəcə. Cavab doğrudur.
Ümid edirəm ki, başa düşdünüz.
Maraqlı idi.