Bu videoda 4 tərəfli fiqurlar haqqında danışacağıq. Riyaziyyatda 4 tərəfli fiqur dördbucaqlı adlanır. Dördbucaqlı. Əgər bir sözün içində dörd varsa, böyük ehtimal həmin söz 4-lə əlaqəlidir. Dördbucaqlı 4 tərəfi olan fiqurdur. Deməli, bu dördbucaqlıdır, bu, dördbucaqlıdır, bu, dördbucaqlıdır. Hər birinin 4 tərəfi var. Bu, dördbucaqlıdır. Hətta bu da dördbucaqlıdır. Qoy daha qəribə edim. Bəs nə dördbucaqlı deyil? Üçbucaq dördbucaqlı deyil, çünki onun 3 tərəfi var. 1, 2, 3. Gəlin, bunun üstündən xətt çəkək. Beşbucaqlının 5 tərəfi var. Buna görə o da dördbucaqlı deyil. 1, 2, 3, 4, 5 tərəfi var. Dairənin heç bir tərəfi yoxdur. Buna görə o da dördbucaqlı deyil. 6, 7 və ya 100 tərəfi olan heç bir fiqur dördbucaqlı deyil. Dördbucaqlının nə olduğunu öyrəndik. İndi gəlin müxtəlif növ dördbucaqlılar haqqında danışaq. Dördbucaqlının növlərindən biri paraleloqramdır. Sonra öyrənəcəyik ki, paraleloqram tərəfləri bir-birinə paralel olan dördbucaqlıdır. Paralel tərəflər eyni istiqamətdə gedən tərəflərə deyilir. Necə yəni? Bu, Bu, paraleloqramdır. Niyə? Çünki bu tərəf bu tərəfə paraleldir və onlar eyni istiqamətdədir. Bura ox çəksəm görərsiniz ki, onlar eyni istiqamətə gedirlər. Bu iki eyni istiqamətdə gedən tərəflər paraleldir. Bu iki, bu iki tərəflər də bir-biri ilə paraleldir. Deməli, bu paraleloqramdır. Başqa növ paraleloqramlar da var. Hətta hamımızın tanıdığı Hətta hamımızın tanıdığı kvadrat da paraleloqramdır. Gələcəkdə kvadratın niyə xüsusi paraleloqram olduğunu öyrənəcəyik. Kvadrat paraleloqramdır, çünki bu tərəf bu tərəflə, bu tərəf isə bu tərəflə, bunu sarı rəng ilə edim, bu tərəflə paraleldir. Bəs nə paraleloqram deyil? Belə bir fiqur, belə bir fiqur paraleloqram deyil. Deyə bilərsiniz ki, axı iki qarşı tərəf paraleldir. Deyə bilərsiz "Bu buna paraleldir". Amma sonra görə bilərsiz ki, bu buna paralel deyil. Paralel olmayan tərəflərin hər birini uzatsaq hansısa bir yerdə kəsişəcəklər. Lakin, bunlar heç vaxt bir-biri ilə kəsişmir. Buna görə də bu fiqur paraleloqram deyil. Bu fiqurun iki tərəfi bir-birinə paralel olsa da digər iki tərəfi bir-birinə paralel deyil. Paralel olmayan fiqurlara başqa nümunə kimi bunu göstərə bilərik. Çünki heç bir qarşı tərəf bir-biri ilə paralel deyil. Paraleloqramın qarşı tərəfləri paralel olmalıdır. İndi gəlin, 4 tərəfli fiqurlar və ya dördbucaqlıların digər növlərinə baxaq. Növbəti növ dördbucaqlı rombdur. Romb paraleloqramın bir növüdur. Lakin, rombun digər paraleloqramlardan fərqləndirən xüsusiyyəti hər bir tərəfinin bərabər olmasıdır. Məsələn, bu çəkdiyim fiqur paraleloqramdır, amma romb deyil. Bu fiqur paraleloqramdır çünki qarşı tərəflər bir-birinə paraleldir. Bunları uzatsaq, bir-biri ilə kəsişməzlər. Bu iki qarşı tərəf də paraleldir. Deməli, bu fiqur paraleloqramdır. Lakin, o romb deyil. Çünki mavi tərəflər sarı tərəflərdən uzundur. Buna görə də bu romb deyil. Romb belə olmalıdır. Romb belə olmalıdır. Qarşı tərəflər paraleldir və bütün tərəflər bir-birinə bərabərdir. Fikirləşə bilərsiniz ki, " Bəlkə kvadrat da rombdur?". Bu barədə bir az düşünün. Kvadrat rombdur? Kvadratın bütün tərəfləri bərabər, qarşı tərəfləri paraleldir? Bayaq dedik ki, kvadratın qarşı tərəfləri paraleldir. Kvadrat buna görə paraleloqramdır. Onun bütün tərəfləri bərabər olduğu üçün kvadrat həm də rombdur. Rombu kvadratın sıxılmış forması kimi də görə bilərsiniz. Kvadrat çox sürətli qaçsa məncə o romba oxşayar. İndi gəlin düzbucaqlı haqqında danışaq. Yəqin ki, düzbucaqlı görmüsünüz, amma gəlin bir az düzbucaqlının nə olduğunu düşünək. Düzbucaqlı da paraleloqramın xüsusi növüdür. Bu, düzbucaqlıdır. Niyə? Bu fiqur dəqiq paraleloqramdır. Bu tərəf və bu tərəf paraleldir. Çünki onlar heç vaxt kəsişmir. Bu tərəf və bu tərəf də paraleldir,çünki bunların hər ikisini sonsuza kimi uzatsaq da bir-biri ilə kəsişməyəcəklər. Bəs düzbucaqlını xüsusi edən nədir? Əgər bu da paraleldirsə, niyə bu fiqur düzbucaqlı adlanır? Bu, düzbucaqlının künclərinə görə belə adlana bilər. Düzbucaqlının tərəfləri kvadratın küncləri kimidir. Buna düz bucaq deyilir. Bu düz bucaq adlanır. Düzbucaqlını xüsusi edən budur. Düzbucaqlı bütün bucaqları düz olan paraleloqramdır. Düz bucağı göstərmək üçün bura kvadrat qoya bilərik. Məsələn, bu fiqur düzbucaqlı deyil. Niyə? Çünki bura kvadrat qoya bilmərik. Bura kvadrat qoysaq o burdakı kimi tam oturmur. Kvadrat bura tam oturmur. Bu paraleloqramdır, amma düzbucaqlı deyil. Düzbucaqlı bütün bucaqları düz olan paraleloqramdır. Bəs kvadrat? Kvadrat düzbucaqlıdır? Gəlin, çəkək. Fikirləşək. Kvadratın qarşı tərəfləri bərabərdir. Buna görə dedik ki, o paraleoqramdır. Həm də kvadratın bütün bucaqları düzdür. Buna görə düz bucağı göstərmək üçün bucağa kvadrat çəkirik. Bucaqlar düzdür. Buna görə kvadrat düzbucaqlıdır. Kvadrat bütün kateqoriyalara uyğun gəldiyi üçün ən maraqlı dördbucaqlıdır. Kvadrat həm kvadratdır, həm bucaqları düz olan rombdur. Bu, kvadrat deyil, amma bu, kvadratdır. Lakin, bunların hər ikisi rombdur. Kvadrat həm də düzbucaqlıdır. Kvadrat bütün bucaqları düz bucaq olan paraleoqramdır. Kvadrat həm də paraleloqramdır. Və bizim haqqında danışdığımız hər bir fiqur dördbucaqlıdır.