Bu videoda 4 tərəfli
fiqurlar haqqında danışacağıq.
Riyaziyyatda 4 tərəfli fiqur
dördbucaqlı adlanır.
Dördbucaqlı.
Əgər bir sözün içində dörd varsa,
böyük ehtimal
həmin söz 4-lə əlaqəlidir.
Dördbucaqlı 4 tərəfi olan fiqurdur.
Deməli, bu dördbucaqlıdır,
bu, dördbucaqlıdır,
bu, dördbucaqlıdır.
Hər birinin 4 tərəfi var.
Bu, dördbucaqlıdır.
Hətta bu da dördbucaqlıdır.
Qoy daha
qəribə edim.
Bəs nə dördbucaqlı deyil?
Üçbucaq dördbucaqlı deyil, çünki
onun 3 tərəfi var.
1, 2, 3.
Gəlin, bunun üstündən xətt çəkək.
Beşbucaqlının 5 tərəfi var. Buna görə
o da dördbucaqlı deyil.
1, 2, 3, 4, 5 tərəfi var.
Dairənin heç
bir tərəfi yoxdur.
Buna görə o da dördbucaqlı deyil.
6, 7 və ya 100 tərəfi olan
heç bir fiqur dördbucaqlı deyil.
Dördbucaqlının nə olduğunu öyrəndik.
İndi gəlin müxtəlif növ
dördbucaqlılar haqqında danışaq.
Dördbucaqlının növlərindən
biri paraleloqramdır.
Sonra öyrənəcəyik ki,
paraleloqram tərəfləri bir-birinə
paralel olan dördbucaqlıdır.
Paralel tərəflər eyni istiqamətdə
gedən tərəflərə deyilir.
Necə yəni?
Bu,
Bu,
paraleloqramdır.
Niyə?
Çünki bu tərəf bu tərəfə paraleldir
və onlar eyni istiqamətdədir.
Bura ox çəksəm
görərsiniz ki,
onlar eyni
istiqamətə gedirlər.
Bu iki eyni istiqamətdə
gedən tərəflər paraleldir.
Bu iki,
bu iki tərəflər də
bir-biri ilə paraleldir.
Deməli, bu paraleloqramdır.
Başqa növ paraleloqramlar da var.
Hətta hamımızın tanıdığı
Hətta hamımızın tanıdığı
kvadrat da paraleloqramdır.
Gələcəkdə kvadratın niyə
xüsusi paraleloqram olduğunu öyrənəcəyik.
Kvadrat paraleloqramdır, çünki
bu tərəf
bu tərəflə,
bu tərəf isə bu tərəflə,
bunu sarı rəng ilə edim,
bu tərəflə paraleldir.
Bəs nə paraleloqram deyil?
Belə bir fiqur,
belə bir fiqur
paraleloqram deyil.
Deyə bilərsiniz ki, axı
iki qarşı tərəf paraleldir.
Deyə bilərsiz "Bu buna paraleldir".
Amma sonra görə bilərsiz ki,
bu buna paralel deyil.
Paralel olmayan tərəflərin hər birini
uzatsaq hansısa bir yerdə
kəsişəcəklər.
Lakin, bunlar
heç vaxt bir-biri
ilə kəsişmir.
Buna görə də bu fiqur
paraleloqram deyil.
Bu fiqurun iki tərəfi bir-birinə
paralel olsa da digər iki tərəfi
bir-birinə paralel deyil.
Paralel olmayan fiqurlara başqa
nümunə kimi bunu göstərə bilərik.
Çünki heç bir qarşı tərəf
bir-biri ilə paralel deyil.
Paraleloqramın qarşı
tərəfləri paralel olmalıdır.
İndi gəlin, 4 tərəfli
fiqurlar və ya dördbucaqlıların
digər növlərinə baxaq.
Növbəti növ dördbucaqlı rombdur.
Romb paraleloqramın bir növüdur.
Lakin, rombun digər paraleloqramlardan
fərqləndirən xüsusiyyəti
hər bir tərəfinin
bərabər olmasıdır.
Məsələn, bu
çəkdiyim fiqur
paraleloqramdır, amma romb deyil.
Bu fiqur paraleloqramdır çünki
qarşı tərəflər bir-birinə paraleldir.
Bunları uzatsaq, bir-biri ilə kəsişməzlər.
Bu iki qarşı tərəf də paraleldir.
Deməli, bu fiqur paraleloqramdır.
Lakin, o romb deyil.
Çünki mavi tərəflər
sarı tərəflərdən uzundur.
Buna görə də bu romb deyil.
Romb belə olmalıdır.
Romb belə olmalıdır.
Qarşı tərəflər paraleldir
və bütün tərəflər bir-birinə bərabərdir.
Fikirləşə bilərsiniz ki,
" Bəlkə kvadrat da rombdur?".
Bu barədə bir az düşünün.
Kvadrat rombdur?
Kvadratın bütün tərəfləri
bərabər, qarşı tərəfləri paraleldir?
Bayaq dedik ki, kvadratın qarşı
tərəfləri paraleldir.
Kvadrat buna görə paraleloqramdır.
Onun bütün tərəfləri bərabər olduğu
üçün kvadrat həm də rombdur.
Rombu
kvadratın sıxılmış
forması kimi də
görə bilərsiniz.
Kvadrat
çox sürətli qaçsa
məncə o romba oxşayar.
İndi gəlin düzbucaqlı haqqında danışaq.
Yəqin ki, düzbucaqlı görmüsünüz,
amma gəlin bir az
düzbucaqlının nə olduğunu düşünək.
Düzbucaqlı da paraleloqramın
xüsusi növüdür.
Bu, düzbucaqlıdır.
Niyə?
Bu fiqur dəqiq paraleloqramdır.
Bu tərəf və bu tərəf paraleldir.
Çünki onlar heç vaxt kəsişmir.
Bu tərəf və bu tərəf də paraleldir,çünki
bunların hər ikisini sonsuza
kimi uzatsaq da
bir-biri ilə kəsişməyəcəklər.
Bəs düzbucaqlını xüsusi edən nədir?
Əgər bu da
paraleldirsə, niyə
bu fiqur düzbucaqlı adlanır?
Bu, düzbucaqlının
künclərinə görə belə adlana bilər.
Düzbucaqlının tərəfləri
kvadratın küncləri kimidir.
Buna düz bucaq deyilir.
Bu düz bucaq adlanır.
Düzbucaqlını xüsusi edən budur.
Düzbucaqlı bütün bucaqları
düz olan paraleloqramdır.
Düz bucağı göstərmək üçün
bura kvadrat qoya bilərik.
Məsələn, bu fiqur
düzbucaqlı deyil.
Niyə?
Çünki bura kvadrat qoya bilmərik.
Bura kvadrat qoysaq
o burdakı kimi tam oturmur.
Kvadrat bura tam oturmur.
Bu paraleloqramdır, amma düzbucaqlı deyil.
Düzbucaqlı bütün bucaqları
düz olan paraleloqramdır.
Bəs kvadrat?
Kvadrat düzbucaqlıdır?
Gəlin, çəkək.
Fikirləşək.
Kvadratın qarşı tərəfləri bərabərdir.
Buna görə dedik ki, o paraleoqramdır.
Həm də kvadratın
bütün bucaqları düzdür.
Buna görə düz bucağı göstərmək üçün
bucağa kvadrat çəkirik.
Bucaqlar
düzdür.
Buna görə kvadrat düzbucaqlıdır.
Kvadrat bütün kateqoriyalara
uyğun gəldiyi üçün
ən maraqlı dördbucaqlıdır.
Kvadrat həm kvadratdır,
həm
bucaqları düz
olan
rombdur.
Bu, kvadrat deyil, amma
bu, kvadratdır.
Lakin, bunların hər ikisi rombdur.
Kvadrat həm də düzbucaqlıdır.
Kvadrat bütün bucaqları
düz bucaq olan paraleoqramdır.
Kvadrat həm də paraleloqramdır.
Və bizim haqqında danışdığımız
hər bir fiqur dördbucaqlıdır.