Bu videoda biz sizə Qədim Misir haqqında məlumat verəcəyik, hansı ki, coğrafi baxımdan Afrikanın şimal-şərqindəki müasir Misir dövlətinə olduqca uyğun gəlir. Qədim Misir və müasir Misirin ortaq cəhətlərindən biri Nil çayıdır. Burada mavi rənglə qeyd edilən hissə. Nil çayı dünyanın ən böyük çaylarından biridir. Ən uzun çay kimi Amazon çayına rəqibdir və Nil çayının qolunun mənsəbi bu şəklin cənubundan başlayır və su şimala doğru axır, nəticədə Nil çayı Aralıq dənizinə axır. ... ... ... ..., ... ... .. ... ... ... ... ... Nil çayı Afrikanın şərqindən başlayaraq, Aralıq dənizinə tökülür, çünki, şimala doğru axıntı olduğundan, çayın cənub hissələri yuxarı istiqamətlidir və onlar Yuxarı Nil çayı adlanır. .... Yuxarı Nil Aşağı Nilin cənub hissəsidir. ... ... ... ... Nil çayının bu qədər vacib olmağının səbəbi onun yararlı su mənbəyi olmağıdır. Daşqın baş verdikdə çay ətrafındakı torpaqlar əkinçilik üçün əlverişli hala gəlir. Neolit dövründə kənd təsərrüfatının inkişaf etdiyi yerlərdən biri də Nil Vadisi idi. Eradan 6000 və ya 8000 il əvvəl Nil çayı ətrafındakı ərazidə insanların yaşadığı məlumdur. ... Kənd təsərrüfatı üçün əlverişli ərazi olmağı daha yüksək əhali sıxlığının yaranmasına imkan verdi. Bu isə öz növbəsində digər sahələrin inkişafına və daha mürəkkəb cəmiyyətlərin formalaşmasına şərait yaratdı. Ən böyük sivilizasiyalardan bəzilərinin ilk olaraq burada formalaşması təsadüfi deyil. Nil çayının hekayəsi və ya Misirin tarixi bir-biri ilə sıx bağlıdır. Misir bu ölkənin çox hissəsini əhatə etsə də, əhalinin çoxu kənd təsərrüfatına əlverişli olduğundan çayın sahilində məskunlaşmışdı. Nil çayı qədim misirlilər üçün çox vacib idi. Onların bütün təqvimi, fəsilləri Nil çayı əsasında təyin edilirdi. Misirdə "daşqınlar" adlanan mövsüm var idi. Bu zaman çay daşır və torpağı münbit hala gətirirdi. Böyümə adlı bir mövsüm var idi. Həmin müddətdə yetişdirilən məhsullar böyüməyə başlayırdı. Daha sonra məhsul yığımı mövsümü gəlirdi. Bu ərazidə min illərdir insanlar yaşayır. Misir haqqında danışarkən eradan əvvəl 3100, 3150-ci illərdə mövcud olmuş Misir mədəniyyətindən bəhs etmiş oluruq. Zaman cədvəlində buna nəzər salaq. Həmin dövrü zaman cədvəlində burada göstərə bilərik. Bu dövrün qədim Misir mədəniyyətinin başlanğıcı hesab edilməsinin səbəbi odur ki, həmin dövrdə Yuxarı və Aşağı Misir ilk dəfə olaraq birləşdirildi. Menesin hökmdarlığı altında vahid bir dövlət yaradıldı. ... ... O, Yuxarı və Aşağı Misiri birləşdirdi və vahid bir dövlətin əsasını qoydu. Həmin dövlət min illər boyu mövcudluğunu qoruyub saxlaya bildi. ... Qədim Misir mədəniyyəti üç krallığa bölündü. Köhnə krallıq eradan əvvəl 27-ci əsrdən eradan əvvəl 17-ci əsrə qədər mövcud ola bildi. Digər krallıqlar isə Orta və Yeni krallıqlar adlandırılır. ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .... Qədim Misir hökmdarları firon adlandırılırdı. Lakin Yeni krallıq mövcud olana qədər "firon" sözündən istifadə edilmirdi. Lakin bu videoda mən Misir hökmdarlarından firon kimi bəhs edəcəm. .... Köhnə krallıq müasir dövrdə də qədim Misir dedikdə, ağla ilk gələn tikililər olan piramidalar ilə məşhur idi. Bunlar həmin piramidaların bəziləridir. Burada müasir Qahirə şəhəri yaxınlığında yerləşən böyük Qiza piramidasını görürsünüz. Firon Sneferu və Xufunun hakimiyyəti dövründə, təxminən eradan əvvəl 26-cı əsrdə inşa edilmiş Sfinksi görürsünüz. Bunlarən necə inşa edildiyi hələ də müəmmalıdır. Bəziləri bunların Misirdəki qullar tərəfindən inşa edildiyinə inanır. Bəzilər isə bu tikililərin kəndlilər tərəfindən mövsümdən kənar vaxtlarda vergi əvəzinə inşa edildiyini iddia edir. Onlar bütün məhsullarını yetiştirib, məhsul yığımını həyata keçirdikdən sonra bu tikililərin inşasında iştirak edirdi. ... ... ... ... Bu tikililərin inşasında yüz minlərlə insanın iştirak etdiyi iddia edilir. 4500 əvvəl inşa edilmiş bu piramidalar hələ də bəşəriyyətin yaratdığı ən heyrətamiz tikililər hesab edilir. Misirlilər yazıdan istifadə etdiyi üçün onlar haqqında çoxlu məlumat əldə etmək mümkün olmuşdur. Onlar heroqliflərdən istifadə edirdi. ... ... Bir müddət onların mənasını aydınlaşdırmaq mümkün olmamışdı. Bu məqbərələr üzərindəki yazıların mənası aydınlaşdırıldıqdan sonra, bu tikililərin, xüsusui ilə də piramidaların hökmdarlar üçün nəzərdə tutulduğunu müəyyənləşdirdik. Buna əsasən orada təbəqələşmiş cəmiyyət olduğunu deyə bilərik. Yüksək vəzifədə olanların məqbərələri digərlərinə nəzərən daha yaxşı idi. 1799-cu ildə kəşf edilmiş Rozetta Daşına qədər orada baş verənlər haqqında dəqiq məlumat yox idi. Bu daşın çox dəyərli olmağının səbəbi eyni mətnin üç fərqli dildə yazılmağıdır. Həmin daş üzərində qədim Misir heroqlifləri, Misirdə çox istifadə edilən demotik dili və ən əsası yunan dilində yazılar mövcuddur. Tarixçilər həmin daş üzərində yazılanların tərcüməsi olduğuna görə onu asanlıqla oxuya bilmişdilər. Misirin ilk sivilizasiyaların birləşdiyi yer hesab edilmə səbəblərindən biri də budur. Heroqliflər ilk yazı növlərindən biridir. .... .... Dediyimiz kimi Misir 3 krallığa bölünmüşdü. Misirin orta dövründə orta krallıqda Hiksoslar hakimiyyətdə idi, onlar Sami xalqı hesab edilirdi. Onların dili də ərəb, ivrit, arami dilləri kimi Sami dili ailəsinə mənsub idi. Daha sonra mövcud olan yeni krallıq dövrü qədim Misirin ən yaxşı dövrü hesab edilir. Onların texnologiya və hərbi sahədəki inkişafı bu dövrə təsadüf edir. Həmin dövrdə Misirdə diqqətəlayiq bir neçə firon olmuşdur. Onlardan biri Amenhotepdir. O, əvvəlcə IV Amenhotep kimi tanınırdı, daha sonra Misir tanrılarından biri olan Aton tanrısının şərəfinə özünü Exnaton adlandırdı. Onun adını dəyişməsi Misirlilər çoxallahlı dinə mənsub idi. Onlardan bəziləri burada göstərilmişdir. Bu, Osirisdir. Osiris axirət dünyasının hökmdarı, dirçəlmə və münbitlik tanrısı hesab edilirdi. Amon tanrısı külək və bərəkət, məhsuldarlıq tanrısı idi. O, yunan tanrısı Zevslə bərabər mahiyyətli tanrı hesab edilirdi. Horus səma tanrısı hesab edilirdi. Dediyimiz kimi qədim Misirdə bir çox tanrıya ibadət edirdilər. Lakin IV Amenhotep və ya Exanaton hakimiyyətə gəldikdə çoxallahlılığı bəyənmədiyini, politesitə dininə inanmadığını və sadəcə bir tanrıya ibadət etmək istədiyini bildirdi. O, istəklərini tez zamanda həyata keçirdi və qədim Misirdə günəş tanrısı hesab edilən Aton tanrısına ibadət etməyə başladı, onun şərəfinə adını dəyişib, özünü Exanaton adlandırdı. Bununla da o, digər tanrıların varlığından qurtulmağa və onlara daha az ibadət edilməsinə nail oldu. Bunun diqqət çəkən məqam olmasının səbəbi odur ki, bu cəhd qədim Misir sivilizasiyasında monitizmə, yəni təktanrıçılığa keçidin ilk cəhdi hesab edilir. O, həmçinin öz yoldaşı Nefertitiyə ölkənin idarəetmə işlərində böyük səlahiyyətlər verməyi ilə tanınırdı. Firon Exnatonun vəfatından sonra hakimiyyətə onun oğlu Tutanhamon gəlir. Onun məşhur olma səbəblərindən biri Tutanhamonun qəbrinin yaxşı vəziyyətdə tapılması idi, deməli, o, böyük nüfuzlu hökmdar idi. Onu uşaq firon da adlandırırdılar. Gənc yaşında hakimiyyətə gəlir, 18 yaşında vəfat edir. Qədim Misirdəki bütün fironlar arasında ən görkəmli firon hesab edilən hökmdar, Tutanhamondan sonra hakimiyyətə gələn II Ramzesdir. Eradan əvvəl 13-cü əsrin çox hissəsində hakimiyyətdə olan II Ramzesin hakimiyyət dövrü Misirin çiçəklənmə dövrü hesab edilir. Həmçinin onun hakimiyyəti dövründə Kadeş döyüşü baş vermişdi. Qədim Misirin döyüş taktikaları haqqında ilk dəfə geniş məlumat aldığımız bu döyüş Het imperiyası ilə e.ə 1274-cü ildə baş vermişdir. Bu, Kadeş döyüşündən çox sonra çəkilmiş şəkildir. Həmin döyüş nəticəsində II Ramzes Kadeşi işğal edə bilməsə də, bu döyüş əsasında o dövrün hərbi taktikaları, strategiyaları haqqında bir çox məlumat əldə edə bildik. Tarixçilər bu döyüşün ən böyük at arabalı döyüşü olduğunu hesab edir. Bu, o dövr üçün əhəmiyyətli bir hadisə idi. ... ... ... Eradan əvvəl ikinci minilliyin sonlarında Misir parçalanır. Yuxarı Nil ərazisi Nubiya nəzarətinə keçir. Nubiyalılar burada məskunlaşmışdı. Onlar qısa müəddət hakimiyyətdə qaldılar. Mesopotamiya sivilizasiyalarından hesab edilən Assuriyalılar da qısa müddət hökmranlıq etdilər. Sonda fars hökmdarı, böyük Osirisin oğlu Kambiz Misiri ələ keçiri və Makedoniyalı İsgəndərin fəthinə qədər Misir Əhəmənilər dövlətinin nəzarəti altında qalır. Makedoniyalı İsgəndərin vəfatından sonra Misirin nəzarəti onun generallarından birinə, Ptolemeylər sülaləsinə keçir. Misir bir müddət əcnəbilər tərəfindən idarə edilsə də, daha sonra Misirin nəzarəti məşhur Kleopatraya keçir. Misir fironu olsa da, əslində onun yunan olduğu hesab edilirdi. Yuli Sezarın köməyi ilə Misirə qayıtmış və Mark Antoni ilə evlənmişdir. Kleopatranın vəfatından sonra Misir Romanın bir hissəsinə çevrilir. Gördüyünüz kimi uzun bir dövrü əhatə edən və tarixin ən əhəmiyyətli, ən məşhur sivilizasiyalarından biri haqqında danışdıq. Onun məşur fironları, yəni hökmdarları haqqında məlumat əldə etdik. Qədim dünyanın bir neçə şəhərinə nəzər saldıq. Məsələn, Fiv şəhəri, yeni və orta krallıq dövründə paytaxt şəhər hesab edilirdi, Memfis də həmçinin qədim Misirin ən məşhur şəhərlərindəndir. O, köhnə krallığın paytaxtı idi. Qədim Misir haqqında çoxlu məlumat əldə etdik.