Bu videoda biz sizə Qədim Misir
haqqında məlumat verəcəyik,
hansı ki, coğrafi baxımdan
Afrikanın şimal-şərqindəki müasir
Misir dövlətinə olduqca uyğun gəlir.
Qədim Misir və müasir Misirin ortaq cəhətlərindən biri
Nil çayıdır.
Burada mavi rənglə qeyd edilən hissə.
Nil çayı dünyanın ən böyük çaylarından biridir.
Ən uzun çay kimi Amazon çayına rəqibdir
və Nil çayının qolunun mənsəbi
bu şəklin cənubundan başlayır
və su şimala doğru axır,
nəticədə Nil çayı Aralıq dənizinə axır.
...
...
...
...,
...
...
..
...
...
...
...
...
Nil çayı
Afrikanın şərqindən başlayaraq, Aralıq dənizinə tökülür,
çünki, şimala doğru axıntı olduğundan,
çayın cənub hissələri yuxarı istiqamətlidir
və onlar Yuxarı Nil çayı adlanır.
....
Yuxarı Nil Aşağı Nilin
cənub hissəsidir.
...
...
...
...
Nil çayının bu qədər
vacib olmağının səbəbi
onun yararlı su mənbəyi olmağıdır.
Daşqın baş verdikdə çay ətrafındakı torpaqlar
əkinçilik üçün əlverişli hala gəlir.
Neolit dövründə kənd təsərrüfatının
inkişaf etdiyi yerlərdən biri də
Nil Vadisi idi.
Eradan 6000 və ya 8000 il əvvəl
Nil çayı ətrafındakı ərazidə
insanların yaşadığı məlumdur.
...
Kənd təsərrüfatı üçün əlverişli ərazi olmağı
daha yüksək əhali sıxlığının yaranmasına imkan verdi.
Bu isə öz növbəsində digər sahələrin
inkişafına və daha mürəkkəb
cəmiyyətlərin formalaşmasına şərait yaratdı.
Ən böyük sivilizasiyalardan bəzilərinin
ilk olaraq burada formalaşması təsadüfi deyil.
Nil çayının hekayəsi və ya Misirin tarixi
bir-biri ilə sıx bağlıdır.
Misir bu ölkənin çox hissəsini əhatə etsə də,
əhalinin çoxu kənd
təsərrüfatına əlverişli olduğundan
çayın sahilində məskunlaşmışdı.
Nil çayı qədim misirlilər üçün çox vacib idi.
Onların bütün təqvimi, fəsilləri
Nil çayı əsasında təyin edilirdi.
Misirdə "daşqınlar" adlanan mövsüm var idi.
Bu zaman çay daşır və torpağı münbit
hala gətirirdi.
Böyümə adlı bir mövsüm var idi.
Həmin müddətdə yetişdirilən məhsullar
böyüməyə başlayırdı.
Daha sonra məhsul yığımı mövsümü gəlirdi.
Bu ərazidə min illərdir insanlar yaşayır.
Misir haqqında danışarkən
eradan əvvəl 3100, 3150-ci illərdə
mövcud olmuş
Misir mədəniyyətindən bəhs etmiş oluruq.
Zaman cədvəlində buna nəzər salaq.
Həmin dövrü zaman cədvəlində burada
göstərə bilərik.
Bu dövrün qədim Misir mədəniyyətinin
başlanğıcı hesab edilməsinin səbəbi
odur ki,
həmin dövrdə
Yuxarı və Aşağı Misir ilk dəfə olaraq birləşdirildi.
Menesin hökmdarlığı altında vahid
bir dövlət yaradıldı.
...
...
O, Yuxarı və Aşağı Misiri birləşdirdi və
vahid bir dövlətin əsasını qoydu.
Həmin dövlət min illər boyu
mövcudluğunu qoruyub saxlaya bildi.
...
Qədim Misir mədəniyyəti
üç krallığa bölündü.
Köhnə krallıq eradan əvvəl
27-ci əsrdən eradan əvvəl
17-ci əsrə qədər mövcud ola bildi.
Digər krallıqlar isə
Orta və Yeni krallıqlar adlandırılır.
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
....
Qədim Misir hökmdarları firon adlandırılırdı.
Lakin Yeni krallıq mövcud olana qədər
"firon" sözündən istifadə edilmirdi.
Lakin bu videoda mən Misir hökmdarlarından
firon kimi bəhs edəcəm.
....
Köhnə krallıq müasir dövrdə də
qədim Misir dedikdə, ağla ilk gələn tikililər olan
piramidalar ilə məşhur idi.
Bunlar həmin piramidaların bəziləridir.
Burada müasir Qahirə şəhəri yaxınlığında yerləşən
böyük Qiza piramidasını görürsünüz.
Firon Sneferu və Xufunun hakimiyyəti dövründə,
təxminən eradan əvvəl 26-cı əsrdə inşa edilmiş
Sfinksi görürsünüz.
Bunlarən necə inşa edildiyi hələ də
müəmmalıdır.
Bəziləri bunların
Misirdəki qullar tərəfindən inşa edildiyinə inanır.
Bəzilər isə bu tikililərin
kəndlilər tərəfindən mövsümdən kənar
vaxtlarda vergi əvəzinə inşa edildiyini iddia edir.
Onlar bütün məhsullarını yetiştirib,
məhsul yığımını həyata keçirdikdən sonra
bu tikililərin inşasında iştirak edirdi.
...
...
...
...
Bu tikililərin inşasında
yüz minlərlə insanın iştirak etdiyi iddia edilir.
4500 əvvəl inşa edilmiş bu piramidalar
hələ də bəşəriyyətin yaratdığı
ən heyrətamiz tikililər
hesab edilir.
Misirlilər yazıdan istifadə etdiyi üçün
onlar haqqında çoxlu məlumat əldə etmək
mümkün olmuşdur.
Onlar heroqliflərdən istifadə edirdi.
...
...
Bir müddət onların mənasını aydınlaşdırmaq
mümkün olmamışdı.
Bu məqbərələr üzərindəki yazıların mənası
aydınlaşdırıldıqdan sonra, bu tikililərin,
xüsusui ilə də piramidaların
hökmdarlar üçün nəzərdə tutulduğunu
müəyyənləşdirdik.
Buna əsasən orada təbəqələşmiş
cəmiyyət olduğunu deyə bilərik.
Yüksək vəzifədə olanların məqbərələri
digərlərinə nəzərən daha yaxşı idi.
1799-cu ildə kəşf edilmiş Rozetta Daşına qədər
orada baş verənlər haqqında
dəqiq məlumat yox idi.
Bu daşın çox dəyərli olmağının səbəbi
eyni mətnin
üç fərqli dildə yazılmağıdır.
Həmin daş üzərində
qədim Misir heroqlifləri,
Misirdə çox istifadə edilən demotik dili və
ən əsası yunan dilində
yazılar mövcuddur.
Tarixçilər həmin daş üzərində
yazılanların tərcüməsi olduğuna görə
onu asanlıqla oxuya bilmişdilər.
Misirin ilk sivilizasiyaların birləşdiyi yer
hesab edilmə səbəblərindən biri də budur.
Heroqliflər ilk yazı növlərindən biridir.
....
....
Dediyimiz kimi Misir 3 krallığa bölünmüşdü.
Misirin orta dövründə
orta krallıqda
Hiksoslar hakimiyyətdə idi,
onlar Sami xalqı hesab edilirdi.
Onların dili də
ərəb, ivrit, arami dilləri kimi
Sami dili ailəsinə mənsub idi.
Daha sonra mövcud olan
yeni krallıq dövrü qədim Misirin
ən yaxşı dövrü hesab edilir.
Onların texnologiya və hərbi sahədəki
inkişafı bu dövrə təsadüf edir.
Həmin dövrdə Misirdə diqqətəlayiq
bir neçə firon olmuşdur.
Onlardan biri Amenhotepdir.
O, əvvəlcə IV Amenhotep kimi
tanınırdı,
daha sonra Misir tanrılarından biri olan
Aton tanrısının şərəfinə
özünü Exnaton adlandırdı.
Onun adını dəyişməsi
Misirlilər çoxallahlı dinə
mənsub idi.
Onlardan bəziləri burada göstərilmişdir.
Bu, Osirisdir.
Osiris axirət dünyasının hökmdarı,
dirçəlmə və münbitlik tanrısı hesab edilirdi.
Amon tanrısı külək və bərəkət,
məhsuldarlıq tanrısı idi.
O, yunan tanrısı Zevslə bərabər mahiyyətli
tanrı hesab edilirdi.
Horus səma tanrısı hesab edilirdi.
Dediyimiz kimi qədim Misirdə
bir çox tanrıya ibadət edirdilər.
Lakin IV Amenhotep və ya
Exanaton hakimiyyətə gəldikdə
çoxallahlılığı bəyənmədiyini,
politesitə dininə inanmadığını və
sadəcə bir tanrıya ibadət etmək istədiyini
bildirdi.
O, istəklərini tez zamanda həyata keçirdi və
qədim Misirdə günəş tanrısı
hesab edilən Aton tanrısına
ibadət etməyə başladı, onun şərəfinə
adını dəyişib, özünü Exanaton
adlandırdı.
Bununla da o, digər tanrıların varlığından
qurtulmağa və
onlara daha az ibadət edilməsinə
nail oldu.
Bunun diqqət çəkən məqam olmasının səbəbi odur ki,
bu cəhd qədim Misir sivilizasiyasında
monitizmə, yəni təktanrıçılığa keçidin
ilk cəhdi hesab edilir.
O, həmçinin öz yoldaşı
Nefertitiyə
ölkənin idarəetmə işlərində
böyük səlahiyyətlər verməyi ilə
tanınırdı.
Firon Exnatonun vəfatından sonra
hakimiyyətə onun oğlu Tutanhamon gəlir.
Onun məşhur olma səbəblərindən biri
Tutanhamonun qəbrinin
yaxşı vəziyyətdə tapılması idi, deməli, o,
böyük nüfuzlu hökmdar idi.
Onu uşaq firon da adlandırırdılar.
Gənc yaşında hakimiyyətə gəlir,
18 yaşında vəfat edir.
Qədim Misirdəki bütün fironlar arasında
ən görkəmli firon
hesab edilən hökmdar,
Tutanhamondan sonra hakimiyyətə gələn
II Ramzesdir.
Eradan əvvəl 13-cü əsrin çox hissəsində
hakimiyyətdə olan II Ramzesin
hakimiyyət dövrü Misirin
çiçəklənmə dövrü hesab edilir.
Həmçinin onun hakimiyyəti dövründə
Kadeş döyüşü baş vermişdi.
Qədim Misirin döyüş taktikaları haqqında
ilk dəfə geniş məlumat aldığımız bu döyüş
Het imperiyası ilə
e.ə 1274-cü ildə baş vermişdir.
Bu, Kadeş döyüşündən çox sonra
çəkilmiş şəkildir.
Həmin döyüş nəticəsində
II Ramzes
Kadeşi işğal edə bilməsə də,
bu döyüş əsasında
o dövrün hərbi taktikaları,
strategiyaları haqqında bir çox
məlumat əldə edə bildik.
Tarixçilər bu döyüşün ən böyük
at arabalı döyüşü olduğunu
hesab edir.
Bu, o dövr üçün əhəmiyyətli bir hadisə idi.
...
...
...
Eradan əvvəl ikinci minilliyin sonlarında
Misir parçalanır.
Yuxarı Nil ərazisi Nubiya nəzarətinə keçir.
Nubiyalılar burada məskunlaşmışdı.
Onlar qısa müəddət hakimiyyətdə qaldılar.
Mesopotamiya sivilizasiyalarından hesab edilən
Assuriyalılar da qısa müddət hökmranlıq etdilər.
Sonda fars hökmdarı, böyük Osirisin oğlu
Kambiz Misiri ələ keçiri və
Makedoniyalı İsgəndərin fəthinə qədər
Misir Əhəmənilər dövlətinin
nəzarəti altında qalır.
Makedoniyalı İsgəndərin
vəfatından sonra
Misirin nəzarəti onun generallarından
birinə, Ptolemeylər sülaləsinə keçir.
Misir bir müddət
əcnəbilər tərəfindən idarə edilsə də,
daha sonra Misirin nəzarəti
məşhur Kleopatraya keçir.
Misir fironu olsa da,
əslində onun yunan olduğu hesab edilirdi.
Yuli Sezarın köməyi ilə Misirə qayıtmış
və Mark Antoni ilə evlənmişdir.
Kleopatranın vəfatından sonra Misir
Romanın bir hissəsinə çevrilir.
Gördüyünüz kimi uzun bir dövrü
əhatə edən və
tarixin ən əhəmiyyətli, ən məşhur
sivilizasiyalarından biri haqqında
danışdıq.
Onun məşur fironları, yəni hökmdarları haqqında
məlumat əldə etdik.
Qədim dünyanın bir neçə şəhərinə nəzər saldıq.
Məsələn, Fiv şəhəri,
yeni və orta krallıq dövründə paytaxt şəhər
hesab edilirdi,
Memfis də həmçinin qədim Misirin
ən məşhur şəhərlərindəndir.
O, köhnə krallığın paytaxtı idi.
Qədim Misir haqqında çoxlu məlumat əldə etdik.