Sonuncu videoda, ilk olaraq ətrafda plastik torbaların olmasının mənfi təsirləri haqqında danışdıq. Onlar, zibil yaradır, bəzi hallarda heyvanlara, ətraf mühitə zərər vurur. O videoda, plastik torbaların faktiki xarici xərcini hesabladıq. Bu iki sent, bir torbanın, ətraf mühitdəki zibil toplusuna təsiridir. Sonra anladıq ki, mövcud marjinal xərclərin əvəzinə, əgər bu marjinal xərc əyrisini xarici xərclərə əlavə etsək, istehsalçı üstəgəl xarici xərclər marjinal xərc əyrisini taparıq. Və sonra, əslində plastik torbaların ən uyğun qiymətini və miqdarını əldə etdik. Bununla da torbaların ümumi xərclərinin, ümumi gəlirdən çox olduğunu və mənfi artımın, əslində ümumi artımı azaltmış olduğunu öyrəndik. O videoda toxunmadığımız digər mövzu, bunun əslində necə baş verdiyidir. Əgər bunları, olduğu kimi saxlasaq və sadəcə istehsalçıların marjinal xərc əyrisi və istehlakçıların tələb əyrisini saxlasaq, bu halda, istehlakçılar, supermarketlər idi, onda çatılacaq tarazlıq qiyməti burda olacaq. Çünki, baxmayaraq ki, burada, bu xərclərin olduğunu deyirik, bu xərclər, bazarlara şamil edilməyəcək. Bəs, əgər bu cəmiyyətdə, xeyirxah hökmdar olsaydınız, nə edərdiniz? Xarici xərcləri nəzərə almadıqda, tarazlıq miqdarının nə olacağı ilə müqayisədə, miqdarı bu nöqtəyə yaxınlaşdırmaq üçün nə edərdiniz? Burada seçimlər toplusu var. Plastik torbaları qadağan edə bilərsiniz. Plastik torbaları qadağan et, onlara kvota qoy, yəni, belə deyək, müəyyən miqdardan çox torba istehsal edilməsin və ya plastik torbalara vergi qoyulsun. Bunlardan hansının məcmu olaraq cəmiyyətə ən çox gəlir, ən çox artım gətirəcəyi haqqında düşünək. Deyəcəyimiz bir əsas fərziyyə də hər torbanın xarici xərcinin dəqiq qiymətləndirməsidir. Bir xeyirxah hökmdar kimi, bəlkə, zahirən elə görünən ya da burdakı cəmiyyətin görmək istədiyi xeyirxah hökmdar kimi, sadəcə plastik torbaları qadağan etsəydiniz nə baş verərdi? Onda bu bazar, sadəcə mövcud olmayacaq. Ola biləcək bütün bu artıqlıqlar, artıq mövcud olmayacaq. Həqiqətən də artıqlığı yox edərdiniz. Deyə bilərsiniz, "Yox, plastik torbalar çox pisdir. Gərək onlar, birbaşa qadağan edilərdi. Plastik torbaların istifadə etməyin heç bir faydası yoxdur". Ancaq bu halda, əslində, məhz bu nöqtədə mübahisə edirsiniz. Mübahisə edirsiniz ki, "bir torba 2 sent yox, 10 sentdir", mənfi xarici təsirdir və buna görə də daha çox yuxarı meyilli əyriniz olardı, müsbət miqdar olmazdı və bəlkə də qadağa yaxşı olardı. Ancaq 2 sent xarici xərclərdirsə, mənfi xarici xərclərdirsə, və əgər plastik torbaları qadağan etsəydiniz sonra əslində, bu artıqlığı cəmiyyətdən çıxaracaqdınız. Bu, yaxşı seçim kimi görünmür. Bəs kvota? Buradakı işə baxırsınız və deyirsiniz, "plastik torbaların optimal miqdarı, hər həftə üçün 1.9 milyondur. Belə ki, mən sadəcə deyirəm ki, bu, bazarın istehsal edə biləcəyi ən yüksək miqdardır". Bunu söylədiyiniz zaman, bu tələb əyrisinin nəyə bənzədiyini başa düşdüyünüzü qəbul edirsiniz. Sadəcə sadəlik üçün burada düz xətt çəkdim və düşünək ki, marjinal xərc əyrisinin necə göründüyünü həqiqətən başa düşmüşsünüz. Bu pleylist boyunca, fərz etmişik ki, bunları başa düşürük, ancaq real həyatda, əyrinin marjinal dəyərinin necə göründüyünü dəqiqliklə bilmək və həmçinin marjinal fayda əyrisinin və ya tələb əyrisinin necə göründüyünü bilmək çətindir, ona görə ki, onlar, həmişə dəyişir. Həmişə daha çox rəqib, daha az rəqib, daha çox əvəzedici məhsullar, daha çox tədqiqat və inkişaf, daha çox səmərə verənlər daha az effektiv olanlar olur, buna görə, düzgün tarazlıq miqdarının nə olacağını bilmək çətindir. Kvota çətindir. Tamamilə doğru məlumatımız olmur. Vergi isə maraqlıdır. Vergi deyir: "baxın, marjinal xərc əyrisinin nə olduğundan asılı olmayaraq, sadəcə iki sent yuxarı hərəkət edəcəyik". İlk dəfə vergi haqqında danışanda bunu görmüşdük. Vergi haqqında danışanda, geriqayıtmayan itki haqqında danışdıq, çünki əks halda, sahib olacağınız qədər və ya istehlak edilməyəcək qədər çox məhsul istehsal etmirsiniz. Ancaq burada, vergi, geriqayıtmaz itkisinin qarşısını ala bilər. Çünki, 2 sentlik vergi, mənfi xarici təsirin xərcini, vergi şəklində, istehsalçının xərcinin üzərinə, əlavə etməklə, tarazlıq miqdarının, mənfi artıqlığın yaranmadığı miqdar olmasına səbəb olur. Bu, sadəcə müsbət yan təsirdir. Bir daha qeyd edim, fərz edirik ki, bu, doğru rəqəmdir, amma sizin, həmçinin ölkə üçün bir qədər gəlir yaratmağınız da müsbət yan təsir olardı. Bu halda vergi haqqında yaxşısı odur ki, bunun kimi marjinal xərc əyrisi və ya bunun kimi tələb əyrisi haqqında heç nə düşünmürsünüz. Bunun düzgün rəqəm olduğunu fərz etdiyiniz müddətcə, marjinal xərc əyrisi nə olursa olsun, vergi həmişə dəyişəcək. Onu, həmişə, tələb əyrisinin, bizə tarazlıq qiyməti və tarazlıq miqdarını verən bu bərabərlik nöqtəsinin olduğu yerdə kəsişməsi üçün onu doğru nöqtəyə keçirəcəkdir. Beləlikə, əgər bu düzgün rəqəmdirsə və hər torba üçün, 2 sent vergi qoyursunuzsa, sonra bu, ehtimal ki, ümumi artıqlığın optimallaşdırılması üçün ən yaxşı seçim olacaq.