Sonuncu videoda, ilk olaraq plastik torbaların mənfi təsirləri haqqında danışdıq. Onlar, zibil yaradır, bəzi hallarda heyvanlara, ətraf mühitə zərər vurur. O videoda, plastik torbaların faktiki xarici xərcini hesabladıq. Bu iki sent, bir torbanın, ətraf mühitdəki zibil toplusuna təsiridir. Sonra anladıq ki, mövcud marjinal xərclərin əvəzinə, əgər bu marjinal xərc əyrisini xarici xərclərə əlavə etsək, istehsalçı üstəgəl xarici xərclər marjinal xərc əyrisini taparıq. Və sonra, əslində plastik torbaların ən uyğun qiymətini və miqdarını əldə etdik. Bununla da torbaların, ümumi xərclərinin ümumi gəlirdən çox olduğunu və mənfi artımın əslində ümumi artımı azaltmış olduğunu öyrəndik. O videoda toxunmadığımız digər mövzu, bunun, əslində necə baş verdiyidir. Əgər bunları olduğu kimi saxlasaq, və sadəcə istehsalçıların marjinal xərc əyrisi və istehlakçıların tələb əyrisi saxlasaq, bu halda, istehlakçılar supermarketdə idi, sonra tarazlıq qiyməti çatdırılacaq və burda olacaq. Çünki, baxmayaraq ki, burada, bu xərclərin olduğunu deyirik, bu xərclər bazarlara şamil edilməyəcək. Əgər bu cəmiyyətdə xeyirxah hökmdar olsaydınız, nə edərdiniz? Xarici xərcləri nəzərə almadıqda, tarazlıq kəmiyyətinin nə olacağı ilə müqayisədə, miqdarı bu nöqtəyə yaxınlaşdırmaq üçün nə edərdiniz? Burda seçimlər dəstəsi var. Sadəcə plastik torbaları qadağan edə bilərdiniz. Plastik torbaları qadağan et, onların üzərinə kvota qoy, yəni, belə deyək ki, müəyyən miqdardan çox torba istehsal edilməsin və ya plastik torbalara vergi qoya bilərsiniz. Bunlardan hansının məcmu olaraq cəmiyyətə ən çox gəlir, ən çox artım gətirəcəyi haqqında düşünək. Deyəcəyimiz bir əsas fərziyyə odur ki, bu, hər torbanın xarici xərcinin dəqiq qiymətləndirməsidir. Əgər bir xeyirxah hökmdar kimi, bəlkə də zahirən elə görünən və ya burdakı cəmiyyətin görmək istədiyi xeyirxah hökmdar kimi, sadəcə plastik torbaları qadağan etsəydiniz nə baş verərdi? Sadəcə bu bazar mövcud olmayacaq. Ola biləcək bütün bu artıqlıqlar, artıq mövcud olmayacaqdı. Belə ki, həqiqətən artıqlığı məhv edərdiniz. Deyə bilərdiniz, "Yox, plastik torbalar dəhşətlidir. Onlar gərək birbaşa qadağan edilərdi. Plastik torbaların istifadə etməyin heç bir faydası yoxdur". Ancaq bu halda, əslində, bu nöqtədə mübahisə edirsiniz. Mübahisə edərdiniz ki, "bir torba 2 sent yox, 10 sentdir." mənfi xarici təsirdir və buna görə də daha çox yuxarı meyilli əyriniz olardı, müsbət miqdar olmazdı və bəlkə də qadağa yaxşı olardı. Ancaq 2 sent xarici xərclərdirsə mənfi xarici xərclər, və əgər plastik torbaları qadağan etsəydiniz sonra əslində, bu artıqlığı cəmiyyətdən çıxaracaqsınız. Bu, yaxşı seçim kimi görünmür. Bəs kvota? Buradakı işə baxırsınız və deyirsiniz, "plastik torbaların optimal miqdarı, hər həftə üçün 1.9 milyondur. Belə ki, mən sadəcə deyirəm ki, bu, bazarın istehsal edə biləcəyi ən yüksək miqdardır". Bunu söylədiyiniz zaman, qəbul edirsiniz ki, həqiqətən bu tələb əyrisinin necə göründüyünü başa düşürsünüz. Sadəcə sadəlik üçün burada düz xətt çəkdim və düşünək ki, marjinal xərc əyrisinin necə göründüyünü həqiqətən başa düşmüsünüz. Bu pleylist boyunca, fərz etmişik ki, bunları başa düşürük, ancaq real həyatda, əyrinin marjinal dəyərinin necə göründüyünü dəqiqliklə bilmək və həmçinin marjinal fayda əyrisinin və ya tələb əyrisinin necə göründüyünü bilmək çətindir, xüsusən ona görə ki, onlar, həmişə dəyişir. Həmişə daha çox rəqib, daha az rəqib, daha çox əvəzedici məhsullar, daha çox tədqiqat və inkişaf, daha çox səmərə verənlər daha az effektiv olanlar; buna görə düzgün tarazlıq miqdarının nə olacağını bilmək çətindir. Kvota çətindir. Bizim tamamilə doğru məlumatımız yoxdur. Vergi maraqlıdır. Vergi deyir: "baxın, marjinal xərc əyrisinin həqiqətən nə olduğundan asılı olmayaraq, sadəcə iki sent yuxarı hərəkət edəcəyik". İlk dəfə vergi haqqında danışanda bunu görmüşdük. Vergi haqqında danışanda, onların çəki itkisi təqdim etdikləri haqqında danışdıq çünki əks halda sahib olacağınız qədər və ya istehlak edilməyəcək qədər çox məhsul istehsal etmirsiniz. Ancaq burda, vergi həqiqətən çəki itkisinin qarşısını alır çünki əgər sizin burdakı istehsalçı xərclərinin yuxarısında əsasən mənfi xarici təsirlərin xərcinə vergi formasında əlavə olunan 2 sent verginiz var, yaratmadığınız bütün bu mənfi artıqlıq miqdarında olmamaq üçün tarazlıq miqdarına səbəb olacaqsınız, və o sadəcə müsbət yan təsirdir, bir daha hamısı bunun doğru rəqəm olduğunu fərz edir, ancaq sizin həmçinin ölkə üçün bir qədər gəlir yaratmağınız, müsbət yan təsir olardı. Buradakı bu halda vergi haqqında yaxşısı odur ki, siz bunun kimi marjinal xərc əyrisi və ya bunun kimi dələb əyrisi haqqında heç bir şey düşünmürsünüz. Bunun düzgün rəqəm olduğunu fərz etdiyiniz müddətcə marjinal xərc əyrisi nə olursa olsun vergi həmişə dəyişəcək. O həmişə tələb əyrisinin bizə tarazlıq qiyməti və tarazlıq miqdarını verən bu bərabərlik nöqtəsinin olduğu yerdə kəsişməsi üçün onu doğru nöqtəyə keçirəcəkdir. Beləlikə əgər bu düzgün rəqəmdirsə və hər çanta üçün 2 sent vergi qoyursunuzsa hər çanta üçün 2 sent vergi sonra bu ehtimal ki ümumi artığın optimallaşdırılması mövzusunda ən yaxşı seçim olacaq.