Sonuncu videoda, biz ilk olaraq xarici təsirlər, olan plastik torbaların mənfi təsirləri haqqında fikirləşdik. O zibil yaranmasına səbəb olur, bəzi hallarda heyvanlara, ətraf mühitə zərər vurur Biz fərz edirik.. O videoda fərz etdik ki, biz plastik torbaların faktiki xarici xərcini hesablaya bildik. Bu iki sentlik çanta ətrafdakı zibil xərəyinə təsir edir. Sonra biz hesablaya bildik ki, biz bunu nəzərə alsaydıq, istehsalçıları əhatə edən mövcud marjinal xərclərin əvəzinə əgər bu marjinal xərc əyrisini xarici xərclərə əlavə etsəydik, biz istehsalçı üstəgəl xarici xərclər marjinal xərc əyrisini tapardıq və sonra əslində plastik torbaların ən uyğun qiymətini və miqdarını əldə edərdik belə ki, biz əslində çantaların ümumi xərclərinin ümumi gəlirdən çox olduğu mənfi artımı yaratmaqla əslində ümumi artımı azaltmış olmuruq. O videoda toxunmadığımız digər mövzu da bunun əslində necə baş verdiyidir. Əgər biz bunları olduğu kimi saxlasaq, və bizdə sadəcə istehsalçıların marjinal xərc əyrisi qrafiki var idi və istehsalçıların tələb əyrisi qrafiki var bu halda, istehlakçılar supermarket idi, sonra tarazlıq qiyməti endirilərək burda olacaq çünki baxmayaraq ki, biz burdakı bu xərclərin olduğunu deyirik, amma bu xərc bazarlara şamil edilməyəcək. Əgər siz bu cəmiyyətdə xeyirxah imperatorsunuzsa, nə edərdiniz? siz xarici xərcləri şamil etməyəndə bu nöqtəyə ola biləcək bərabərlik miqdarından daha yaxın miqdar əldə etmək üçün nə edirsiniz? Burda seçimlər dəstəsi var. Siz sadəcə plastik torbaları qadağan edə bilərdiniz... Plastik torbaları qadağan et plastik torbalar üzərinə kvota qoya bilərdiniz, kvota qoya bilərdiniz, belə deyək ki, torba müəyyən miqdardan çox istehsal edilə bolməzdi, və ya siz plastik torbalara vergi qoya bilərdiniz, və ya plastik torbalara vergi qoya bilərdiniz. Bunlardan hansının məcmu olaraq cəmiyyətə ən çox gəlir, ən çox artım gətirəcəyi haqqında düşünək. Bizim deyəcəyimiz bir əsas fərziyyə odur ki, bu hər çantanın xarici xərcinin dəqiq qiymətləndirməsidir. Əgər siz bu xeyirxah imperator kimi bəlkə də zahirən elə görünən və ya burdakı cəmiyyətin görmək istədiyi xeyirxah imperator kimi sadəcə plastik torbaları qadağan etsəydiniz nə baş verərdi? Bəli, sonra bu bazar sadəcə mövcud olmayacaqdır