Sonuncu videoda meyoz haqqında,
hətta daha dəqiq desək
I meyoz və I profaza haqqında
danışmağa başladıq.
I profaza barədə bir qədər
çox danışmış ola bilərik,
çünki burada çoxlu maraqlı şeylər
baş verir.
Mitozun profazasında olduğu kimi
nüvə qılafının itməsi və ya
itməyə başlaması, xromosomların
spirallaşıb yoğunlaşaraq
mikroskop altında görülə
bilən klassik formaya
keçməsi kimi maraqlı şeylər
baş verir, lakin xüsusilə I meyoz və
I profazada ən nadir
olan xromosom krossinqoveri adlı
prosesin həyata keçməsidir.
Bu I meyozda həyata keçən
olduqca adi bir prosesdir.
Homoloji cütlərin homoloji
hissələri arasında baş
verən krossinqover olduqca səliqəli
şəkildə baş verir, belə ki,
xromosomun bu hissələri
eyni genləri kodlaşdırır.
Onlar eyni genin
müxtəlif variantlarıdırlar.
Onlar müxtəlif alellərə sahib ola
bilərlər, bu isə cinsi
çoxalmada olduğuna
görə sadəcə müxtəlifliyi artırır və
bu səliqəli bir şəkildə baş verir.
Gəlin meyoz , xüsusilə də,
I meyoz barədə danışmağa
davam edək və növbəti fazanın
adını təxmin edə bilərsiniz.
Bu I metafazadır və o, mitozun
metafazası ilə bəzi oxşarlıqlara sahibdir.
İcazə verin hüceyrəni
çəkim, bu hüceyrə membranıdır.
Burada eyni zamanda bölünmədə
böyük
rol oynayan sentrosomlar var.
Nüvə qılafı yox olub və mitozun
metafazasında olduğu kimi
meyozun metafazasında da
xromosomlar
mərkəzdə bir xətt boyunca
düzülməyə başlayırlar.
Gəlin bunu çəkək.
Burada biri duracaq.
Bir xromosomda iki qız
xromotid var və
xromosomda krossinqover gedir.
Buranı çəhrayı rəngdə edəcəm.
Tez-tez rəngləri dəyişmək
bir qədər vaxtımı aparacaq.
Sonra burada əksəriyyətini ananızdan
aldığınız daha bir xromosom var.
Bu hissədə də bir
qədər xromosom krossinqoveri baş verib.
İcazə verin
bunu çəkim.
Burda atanızdan aldığınız
başqa bir xromosoma
rast gəlirik.
İkiləşdiyi üçün onun
iki qız xromotidi var.
Bu ananızdan
aldığınızdır, burada krossinqoveri
göstərməyəcəyəm,
o burada baş verməyə bilər.
Bəlkə də, burada homoloji
xromosom yoxdur.
Deyək ki, bunlar qısadır.
Gəlin sentromerləri çəkim.
Sentromerləri göy rənglə
çəkəcəm.
Bir neçə sentromer çəkdikdən
sonra onları bir-birindən
itələyərək ayırmağa başlayan
mikroborucuq çəkəcəm.
Həmçinin, onlar kinetoxorlar
vasitəsilə xromosomlara
bu şəkildə birləşə bilirlər.
Bunlar mikroborucuqdur.
İnsanlar bu birləşmə barədə
çox danışacaqlar. Onlar ətrafdakı
strukturları hərəkət etdirə bilirlər.
Lakin mən bunun möhtəşəm
olduğunu düşünürəm.
Baxın siz müxtəlif kimyəvi və
termodinamiki proseslər
sayəsində xromosomu hüceyrənin
istənilən bir hissəsinə
apara bilən çoxlu zülal
sintez edirsiniz.
Yəni demək istədiyim odur ki,
belə zülallar cinsi çoxalmada
iştirak edən
qametləri də hərəkətə gətirə bilərlər.
Bu möhtəşəmdir
və o, milyard il davam edən
təkamül prosesi nəticəsində
meydana çıxıb. Lakin onun
ağıla sığmaz mürəkkəbliyi
hələ də, tam şəkildə
dərk olunmayıb.
Xromosomları hərəkətə
gətirən hərəki zülallara
sahibsiniz və mikroborucuqlar
maraqlı yolla
uzana və qısala bilir.
Həqiqətən də, valehedici proseslərdir.
Hər nəysə bütün bunlar
I metafazada baş verir.
Sonra baş verənləri
təxmin edə bilərsiniz.
I anafazaya
keçid edirik.
Bunu yazım.
Mitozun anafazasında
olduğu kimi burda da xromosomlar
qütblərə çəkilir, lakin bir
vacib
fərq var ki, bunu mütləq
qeyd etməliyik.
Mitozda bacı xromatidlər
qütblərə çəkilir.
Bacı xromatidlər qütblərə çəkilir və
onlardan iki qız xromosom əmələ gəlir.
I anafazada isə bu belə olmur.
I anafazada bacı xromatidlər
yerlərində qalır.
Homoloji cütlər qütblərə çəkilir.
Bunu çəkim.
Deməli, homoloji xromosomlar
qütblərə çəkilir.
İki bacı xromatid qütblərə çəkilmir.
Belə ki, xromosomun biri bu tərəfə,
digəri isə bu tərəfə çəkilir.
O, bir qədər orijinal materiala
sahibdir ki, onu burda çəkəcəm.
Digər hissəsi isə bu
tərəfə doğru dartılır.
Rənglərlə bacardığım kimi çəkəcəm
və təqribən buna bənzəyir.
Əslində belə xromosomlar
rəng dəyişdikləri üçün
onları saymaq daha asanddır.
O biri xromosom isə bu tərəfə dartılır.
Biri bu tərəfə çəkiləcək.
Nəhayət, digəri bu tərəfə doğru çəkilər.
İcazə verin sentrosomları çəkim.
Sentrosomlarım burdadır,
yadda saxlayın, o, xromosomları
dartır. Xromosomları hərəkət
etdiyini və bu strukturların
əks tərəflərə dartıldığını deyə bilərik.
İki sentrosom hüceyrənin
əks tərəflərinə getmək üçün
dartılmış ola bilərlər, lakin
onlar özləri ilə birlikdə
xromosomları da gətirirlər.
Bu çox maraqlı mexanizmdir,
Homoloji cütlər ayrılır və
mikroborucuqlar
tərəfindən xromosomlar
hüceyrənin əks qütblərinə çəkilirlər.
Onlar təsadüfi yolla ayrılırlar.
Əslində çəhrayı hissə sağda,
narıncı hissə isə sol tərəfdə
və ya əksinə ola bilərdi.
Bir daha qeyd etmək
istəyərdim ki, bu qametlər
arasında müxtəlifliyin yaranmasına
səbəb olur, yəni bölünmədən
sonra əmələ gələn qametlərin
hamısı müxtəlif genetik
informasiyaya sahib ola bilərlər.
Bu I anafazadır.
Bunu bir-birindən dartıb
ayırdıqdan sonra I telofazada
baş verəcəkləri təxmin edə bilərsiniz.
I telofazaya baxaq.
I telofazaya baxdıqda onun
mitozun telofazasına
oxşar olduğunu görə bilərik.
Artıq sitokinez başlayır,
hətta bir qədər tez başlamış
ola bilər. Mitozda adətən
sitokinez anafazanın
başlanğıcında başlayır.
Sitokinez başladıqdan sonra
bunları görə bilərik.
Homoloji cütlər əks
qütblərdə yerləşərək
bir-birilərindən tamamilə
ayrılırlar. Artıq onlar açılaraq
əvvəlki xromatin
vəziyyətlərini alırlar.
Onun üzərində bir qədər
moruğu rəng görə bilərik.
Bu da açılacaq.
O, bu şəkildə açılaraq
xromatin vəziyyətinə geri dönəcək.
İcazə verin digərlərini də çəkim.
Burada biri var.
O, açılmağa başlayır.
Burada olan da açılır.
Onun üzərində bir qədər
narıncı rəng var.
Nüvə qılafı yenidən
yaranmağa başlayır.
Bəzi hissələrdə I profazadakı
proseslərin əksi baş verir.
I profazada nüvə qılafı itmiş,
xromosomlar isə yoğunlaşmışdı.
Nüvə qılafından xaricdə
yerləşən sentrosomları çəkim.
Mikroborucuqlar da
həll olur.
Daha sonra sitokinez baş verir.
Sitokinez baş verdikdə bunlar ayrılır.
Bunlar iki hüceyrəyə ayrılır.
Meyozu ümumi nəzərdən
keçirdikdə onun ilk fazasında
hüceyrənin diploid xromosom
yığımından haploid
xromosom yığımına keçdiyini görürük.
Lakin bu hələ bizim son məhsulumuz deyil.
Haqqında danışdığımız bütün
bu birləşmələrin
hamısı I meyozda
baş verir.
Növbəti videoda II meyoza keçəcəyik.
Bunu etmək istəməmişdim.
Bunların hamısı I meyozdur.
İcazə verin bunu başqa
rənglə qalın hərflərlə yazım.
Bütün bunlar I meyozdur və
hər hüceyrənin haploid
xromosom yığımına sahib
olduğunu görə bilərsiniz.
Hər iki xromosomda
haploid xromosom yığımı var.
Hər iki xromosom iki bacı xromatidə
malikdir və II meyozda
xromosomlardakı
bacı xromatidlərin mitozda
olduğu kimi ayrılacağını
görəcəyik. Nəticədə iki
qız xromosom
meydana gələcək.
Bunu burda görəcəksiniz.
Burada iki haploid yığım var.
Burada və orada
iki xromosom var.
II meyozu növbəti videoda araşdıracağıq.