Sonuncu videoda meyoz haqqında, hətta daha dəqiq desək I meyoz və I profaza haqqında danışmağa başladıq. I profaza barədə bir qədər çox danışmış ola bilərik, çünki burada çoxlu maraqlı şeylər baş verir. Mitozun profazasında olduğu kimi nüvə qılafının itməsi və ya itməyə başlaması, xromosomların spirallaşıb yoğunlaşaraq mikroskop altında görülə bilən klassik formaya keçməsi kimi maraqlı şeylər baş verir, lakin xüsusilə I meyoz və I profazada ən nadir olan xromosom krossinqoveri adlı prosesin həyata keçməsidir. Bu I meyozda həyata keçən olduqca adi bir prosesdir. Proses olduqca səliqəli şəkildə gedir, homoloji cütlərin homoloji hissələri arasında krossinqover baş verir və xromosomun bu hissələri eyni genləri kodlaşdırır. Onlar eyni genin müxtəlif variantlarıdırlar. Müxtəlif alellərə sahib ola bilərlər. Bir daha onu qeyd edək ki, cinsi çoxlama müxtəlifliyi artırır və bu səliqəli bir şəkildə baş verir. Gəlin meyoz , xüsusilə də, I meyoz barədə danışmağa davam edək və növbəti fazanın adını təxmin edə bilərsiniz. Bu I metafazadır. O, mitozun metafazası ilə bəzi oxşarlıqlara sahibdir. I metafazada, icazə verin hüceyrəni çəkim. Bu hüceyrə qılafıdır. Burda eyni zamanda bölünmədə böyük rol oynayan sentrosomlar var. Nüvə qılafı yox olub. Mitozun metafazasında olduğu kimi meyozun metafazasında da xromosomlar mərkəzdə bir xətt boyunca düzülməyə başlayırlar. Gəlin bunu çəkək. Burada biri duracaq. Bir xromosomda iki bacı xromatid var və xromosomda krossinqover gedir. Buranı çəhrayı rəngdə edəcəm. Tez-tez rəngləri dəyişmək bir qədər vaxtımı aparacaq. Sonra burda daha bir xromosom var. Onların əksəriyyətini ananızdan alırsınız. Bu hissədə bir balaca xromosom krossinqoveri baş verib. İcazə verin bunu çəkim. Burda atanızdan aldığınız başqa bir xromosoma rast gəlirik. İkiləşdiyi üçün onun iki bacı xromatidi var. Ananızdan aldığınız buradadır. Xromosomların arasında gedən krossinqoveri sizə göstərəcəyəm. Burda baş verməyə bilər. Bəlkə də, burada homoloji xromosom yoxdur. Deyək ki, bunlar qısadır. Gəlin sentromerləri çəkim. Sentromerləri göy rənglə çəkəcəm. Bir neçə sentromer çəkdikdən sonra onları bir-birindən itələyərək ayırmağa başlayan mikroborucuq çəkəcəm. Həmçinin, onlar kinetoxorlar vasitəsilə xromosomlara bu şəkildə birləşə bilirlər. Bunlar mikroborucuqdur. İnsanlar bu birləşmə barədə çox danışacaqlar. Onlar ətrafdakı strukturları hərəkət etdirə bilirlər. Lakin mən bunun möhtəşəm olduğunu düşünürəm. Baxın siz müxtəlif kimyəvi və termodinamiki proseslər sayəsində xromosomu hüceyrənin istənilən bir hissəsinə apara bilən çoxlu zülal sintez edirsiniz. Yəni demək istədiyim odur ki, belə zülallar cinsi çoxalmada iştirak edən qametləri də hərəkətə gətirə bilərlər. Bu möhtəşəmdir və o, milyard il davam edən təkamül prosesi nəticəsində meydana çıxıb. Lakin onun ağıla sığmaz mürəkkəbliyi hələ də, tam şəkildə dərk olunmayıb. Xromosomları hərəkətə gətirən hərəki zülallara sahibsiniz və mikroborucuqlar maraqlı yolla uzana və qısala bilir. Həqiqətən də, valehedici proseslərdir. Hər nəysə bütün bunlar I metafazada baş verir. Sonra baş verənləri təxmin edə bilərsiniz. I anafazaya keçid edirik. Bunu yazım. Mitozun anafazasında olduğu kimi burda da xromosomlar qütblərə çəkilir, lakin bir vacib fərq var ki, bunu mütləq qeyd etməliyik. Mitozda bacı xromatidlər qütblərə çəkilir. Bacı xromatidlər qütblərə çəkilir və onlardan iki qız xromosom əmələ gəlir. I anafazada isə bu belə olmur. I anafazada bacı xromatidlər yerlərində qalır. Homoloji cütlər qütblərə çəkilir. Bunu çəkim. Deməli, homoloji xromosomlar qütblərə çəkilir. İki bacı xromatid qütblərə çəkilmir. Belə ki, xromosomun biri bu tərəfə, digəri isə bu tərəfə çəkilir. O, bir qədər orijinal materiala sahibdir ki, onu burda çəkəcəm. Digər hissəsi isə bu tərəfə doğru dartılır. Rənglərlə bacardığım kimi çəkəcəm və təqribən buna bənzəyir. Əslində belə xromosomlar rəng dəyişdikləri üçün onları saymaq daha asanddır. O biri xromosom isə bu tərəfə dartılır. Biri bu tərəfə çəkiləcək. Nəhayət, digəri bu tərəfə doğru çəkilər. İcazə verin sentrosomları çəkim. Sentrosomlarım burdadır, yadda saxlayın, o, xromosomları dartır. Xromosomları hərəkət etdiyini və bu strukturların əks tərəflərə dartıldığını deyə bilərik. İki sentrosom hüceyrənin əks tərəflərinə getmək üçün dartılmış ola bilərlər, lakin onlar özləri ilə birlikdə xromosomları da gətirirlər. Bu çox maraqlı mexanizmdir, Homoloji cütlər ayrılır və mikroborucuqlar tərəfindən xromosomlar hüceyrənin əks qütblərinə çəkilirlər. Onlar təsadüfi yolla ayrılırlar. Əslində çəhrayı hissə sağda, narıncı hissə isə sol tərəfdə və ya əksinə ola bilərdi. Bir daha qeyd etmək istəyərdim ki, bu qametlər arasında müxtəlifliyin yaranmasına səbəb olur, yəni bölünmədən sonra əmələ gələn qametlərin hamısı müxtəlif genetik informasiyaya sahib ola bilərlər. Bu I anafazadır. Bunu bir-birindən dartıb ayırdıqdan sonra I telofazada baş verəcəkləri təxmin edə bilərsiniz. I telofazaya baxaq. I telofazaya baxdıqda onun mitozun telofazasına oxşar olduğunu görə bilərik. Artıq sitokinez başlayır, hətta bir qədər tez başlamış ola bilər. Mitozda adətən sitokinez anafazanın başlanğıcında başlayır. Sitokinez başladıqdan sonra bunları görə bilərik. Homoloji cütlər əks qütblərdə yerləşərək bir-birilərindən tamamilə ayrılırlar. Artıq onlar açılaraq əvvəlki xromatin vəziyyətlərini alırlar. Onun üzərində bir qədər moruğu rəng görə bilərik. Bu da açılacaq. O, bu şəkildə açılaraq xromatin vəziyyətinə geri dönəcək. İcazə verin digərlərini də çəkim. Burada biri var. O, açılmağa başlayır. Burada olan da açılır. Onun üzərində bir qədər narıncı rəng var. Nüvə qılafı yenidən yaranmağa başlayır. Bəzi hissələrdə I profazadakı proseslərin əksi baş verir. I profazada nüvə qılafı itmiş, xromosomlar isə yoğunlaşmışdı. Nüvə qılafından xaricdə yerləşən sentrosomları çəkim. Mikroborucuqlar da həll olur. Daha sonra sitokinez baş verir. Sitokinez baş verdikdə bunlar ayrılır. Bunlar iki hüceyrəyə ayrılır. Meyozu ümumi nəzərdən keçirdikdə onun ilk fazasında hüceyrənin diploid xromosom yığımından haploid xromosom yığımına keçdiyini görürük. Lakin bu hələ bizim son məhsulumuz deyil. Haqqında danışdığımız bütün bu birləşmələrin hamısı I meyozda baş verir. Növbəti videoda II meyoza keçəcəyik. Bunu etmək istəməmişdim. Bunların hamısı I meyozdur. İcazə verin bunu başqa rənglə qalın hərflərlə yazım. Bütün bunlar I meyozdur və hər hüceyrənin haploid xromosom yığımına sahib olduğunu görə bilərsiniz. Hər iki xromosomda haploid xromosom yığımı var. Hər iki xromosom iki bacı xromatidə malikdir və II meyozda xromosomlardakı bacı xromatidlərin mitozda olduğu kimi ayrılacağını görəcəyik. Nəticədə iki qız xromosom meydana gələcək. Bunu burda görəcəksiniz. Burada iki haploid yığım var. Burada və orada iki xromosom var. II meyozu növbəti videoda araşdıracağıq.