Sonuncu videoda meyoz haqqında, hətta daha dəqiq desək I meyoz və I profaza haqqında danışmağa başladıq. I profaza barədə bir qədər çox danışmış ola bilərik, çünki burada çoxlu maraqlı şeylər baş verir. Mitozun profazasında olduğu kimi maraqlı şeylərlə rastladıq. Məsələn nüvə qılafının itməsi və ya itməyə başlaması, xromosomların spirallaşıb yoğunlaşaraq mikroskop altında görülə bilən klassik formaya keçməsi kimi maraqlı şeylər baş verir. Lakin xüsusilə I meyoz və I profazada baş verən ən nadir hadisələrdən biri xromosom krossinqoveri adlı prosesin həyata keçməsidir. Bu I meyozda həyata keçən olduqca adi bir prosesdir. Proses səliqəli şəkildə gedir, yəni homoloji cütlərin homoloji hissələri arasında krossinqover gedir və xromosomun bu hissələri eyni genləri kodlaşdırır. Onlar eyni genin müxtəlif variantlarıdırlar. Müxtəlif alellərə sahib ola bilərlər. Bir daha onu qeyd edək ki, cinsi çoxlama müxtəlifliyi artırır və bu səliqəli bir şəkildə baş verir. Gəlin meyoz , xüsusilə də, I meyoz barədə danışmağa davam edək və növbəti fazanın adını təxmin edə bilərsiniz. Bu I metafazadır. O, mitozun metafazası ilə bəzi oxşarlıqlara sahibdir. I metafazada, icazə verin hüceyrəni çəkim. Bu hüceyrə qılafıdır. Burda eyni zamanda bölünmədə böyük rol oynayan sentrosomlar var. Nüvə qılafı yox olub. Mitozun metafazasında olduğu kimi meyozun metafazasında da xromosomlar mərkəzdə bir xətt boyunca düzülməyə başlayırlar. Gəlin bunu çəkək. Burada biri duracaq. Bir xromosomda iki bacı xromatid var və xromosomda krossinqover gedir. Buranı çəhrayı rəngdə edəcəm. Tez-tez rəngləri dəyişmək bir qədər vaxtımı aparacaq. Sonra burda daha bir xromosom var. Onların əksəriyyətini ananızdan alırsınız. Bu hissədə bir balaca xromosom krossinqoveri baş verib. İcazə verin bunu çəkim. Burda atanızdan aldığınız başqa bir xromosoma rast gəlirik. İkiləşdiyi üçün onun iki bacı xromatidi var. Ananızdan aldığınız buradadır. Xromosomların arasında gedən krossinqoveri sizə göstərəcəyəm. Burda baş verməyə bilər. Bəlkə də, burada homoloji xromosom yoxdur. Deyək ki, bunlar qısadır. Gəlin sentromerləri çəkim. Sentromerləri göy rənglə çəkəcəm. Bir neçə sentromer çəkdikdən sonra onları bir-birindən itələyərək ayırmağa başlayan mikroborucuq çəkəcəm. Həmçinin, onlar kinetoxorlar vasitəsilə xromosomlara bu şəkildə birləşə bilirlər. Bunlar mikroborucuqdur. İnsanlar bu birləşmə barədə çox danışacaqlar. Onlar ətrafdakı strukturları hərəkət etdirə bilirlər. Lakin mən bunun möhtəşəm olduğunu düşünürəm. Baxın siz müxtəlif kimyəvi və termodinamiki proseslər sayəsində xromosomu hüceyrənin istənilən bir hissəsinə apara bilən çoxlu zülal sintez edirsiniz. Yəni demək istədiyim odur ki, belə zülallar cinsi çoxalmada iştirak edən qametləri də hərəkətə gətirə bilərlər. Bu möhtəşəmdir və o, milyard il davam edən təkamül prosesi nəticəsində meydana çıxıb. Lakin onun ağıla sığmaz mürəkkəbliyi hələ də, tam şəkildə dərk olunmayıb. Xromosomları hərəkətə gətirən hərəki zülallara sahibsiniz və mikroborucuqlar maraqlı yolla uzana və qısala bilir. Həqiqətən də, valehedici proseslərdir. Hər nəysə bütün bunlar I metafazada baş verir. Sonra baş verənləri təxmin edə bilərsiniz. I anafazaya keçid edirik. Bunu yazım. Mitozun anafazasında olduğu kimi burda da xromosomlar qütblərə çəkilir, lakin bir vacib fərq var ki, bunu mütləq qeyd etməliyik. Mitozda bacı xromatidlər qütblərə çəkilir. Bacı xromatidlər qütblərə çəkilir və onlardan iki qız xromosom əmələ gəlir. I anafazada isə bu belə olmur. I anafazada bacı xromatidlər yerlərində qalır. Homoloji cütlər qütblərə çəkilir. Bunu çəkim. Deməli, homoloji xromosomlar qütblərə çəkilir. İki bacı xromatid qütblərə çəkilmir. Belə ki, xromosomun biri bu tərəfə, digəri isə bu tərəfə çəkilir.