Sonuncu videoda meyoz haqqında,
hətta daha dəqiq desək
I meyoz və I profaza haqqında
danışmağa başladıq.
I profaza barədə bir qədər
çox danışmış ola bilərik,
çünki burada çoxlu maraqlı şeylər
baş verir.
Mitozun profazasında olduğu
kimi maraqlı şeylərlə rastladıq.
Məsələn nüvə qılafının itməsi və ya
itməyə başlaması, xromosomların
spirallaşıb yoğunlaşaraq
mikroskop altında görülə
bilən klassik formaya
keçməsi kimi maraqlı şeylər
baş verir.
Lakin xüsusilə I meyoz və
I profazada baş verən ən nadir
hadisələrdən biri xromosom
krossinqoveri adlı
prosesin həyata keçməsidir.
Bu I meyozda həyata keçən
olduqca adi bir prosesdir.
Proses səliqəli şəkildə gedir,
yəni homoloji cütlərin
homoloji hissələri arasında
krossinqover gedir və
xromosomun bu hissələri
eyni genləri kodlaşdırır.
Onlar eyni genin
müxtəlif variantlarıdırlar.
Müxtəlif alellərə sahib ola bilərlər.
Bir daha onu qeyd edək ki,
cinsi çoxlama müxtəlifliyi artırır və
bu səliqəli bir şəkildə baş verir.
Gəlin meyoz , xüsusilə də,
I meyoz barədə danışmağa
davam edək və növbəti fazanın
adını təxmin edə bilərsiniz.
Bu I metafazadır. O, mitozun
metafazası ilə bəzi oxşarlıqlara sahibdir.
I metafazada, icazə verin hüceyrəni
çəkim. Bu hüceyrə qılafıdır.
Burda eyni zamanda bölünmədə
böyük
rol oynayan sentrosomlar var.
Nüvə qılafı yox olub. Mitozun
metafazasında olduğu kimi
meyozun metafazasında da
xromosomlar
mərkəzdə bir xətt boyunca
düzülməyə başlayırlar.
Gəlin bunu çəkək.
Burada biri duracaq.
Bir xromosomda iki bacı
xromatid var və
xromosomda krossinqover gedir.
Buranı çəhrayı rəngdə edəcəm.
Tez-tez rəngləri dəyişmək
bir qədər vaxtımı aparacaq.
Sonra burda daha bir
xromosom var. Onların
əksəriyyətini ananızdan
alırsınız.
Bu hissədə bir balaca
xromosom krossinqoveri baş verib.
İcazə verin
bunu çəkim.
Burda atanızdan aldığınız
başqa bir xromosoma
rast gəlirik.
İkiləşdiyi üçün onun
iki bacı xromatidi var.
Ananızdan aldığınız buradadır.
Xromosomların arasında gedən
krossinqoveri sizə göstərəcəyəm.
Burda baş verməyə bilər.
Bəlkə də, burada homoloji
xromosom yoxdur.
Deyək ki, bunlar qısadır.
Gəlin sentromerləri çəkim.
Sentromerləri göy rənglə
çəkəcəm.
Bir neçə sentromer çəkdikdən
sonra onları bir-birindən
itələyərək ayırmağa başlayan
mikroborucuq çəkəcəm.
Həmçinin, onlar kinetoxorlar
vasitəsilə xromosomlara
bu şəkildə birləşə bilirlər.
Bunlar mikroborucuqdur.
İnsanlar bu birləşmə barədə
çox danışacaqlar. Onlar ətrafdakı
strukturları hərəkət etdirə bilirlər.
Lakin mən bunun möhtəşəm
olduğunu düşünürəm.
Baxın siz müxtəlif kimyəvi və
termodinamiki proseslər
sayəsində xromosomu hüceyrənin
istənilən bir hissəsinə
apara bilən çoxlu zülal
sintez edirsiniz.
Yəni demək istədiyim odur ki,
belə zülallar cinsi çoxalmada
iştirak edən
qametləri də hərəkətə gətirə bilərlər.
Bu möhtəşəmdir
və o, milyard il davam edən
təkamül prosesi nəticəsində
meydana çıxıb. Lakin onun
ağıla sığmaz mürəkkəbliyi
hələ də, tam şəkildə
dərk olunmayıb.
Xromosomları hərəkətə
gətirən hərəki zülallara
sahibsiniz və mikroborucuqlar
maraqlı yolla
uzana və qısala bilir.
Həqiqətən də, valehedici proseslərdir.
Hər nəysə bütün bunlar
I metafazada baş verir.
Sonra baş verənləri
təxmin edə bilərsiniz.