Sonuncu videoda meyoz haqqında, hətta daha dəqiq desək I meyoz və I profaza haqqında danışmağa başladıq. I profaza barədə bir qədər çox danışmış ola bilərik, çünki burada çoxlu maraqlı şeylər baş verir. Mitozun profazasında olduğu kimi nüvə membranının itməsi və ya itməyə başlaması, xromosomların spirallaşıb yoğunlaşaraq mikroskop altında görülə bilən klassik formaya keçməsi kimi maraqlı şeylər baş verir, lakin xüsusilə I meyoz və I profazada ən nadir olan xromosom krossinqoveri adlı prosesin həyata keçməsidir. Bu I meyozda həyata keçən olduqca adi bir prosesdir. Homoloji cütlərin homoloji hissələri arasında baş verən krossinqover olduqca səliqəli şəkildə baş verir, belə ki, xromosomun bu hissələri eyni genləri kodlaşdırır. Onlar eyni genin müxtəlif variantlarıdırlar. Onlar müxtəlif alellərə sahib ola bilərlər, bu isə cinsi çoxalmada olduğuna görə sadəcə müxtəlifliyi artırır və bu səliqəli bir şəkildə baş verir. Gəlin meyoz , xüsusilə də, I meyoz barədə danışmağa davam edək və növbəti fazanın adını təxmin edə bilərsiniz. Bu I metafazadır və o, mitozun metafazası ilə bəzi oxşarlıqlara sahibdir. İcazə verin, hüceyrəni çəkim, bu hüceyrə membranıdır. Burada eyni zamanda bölünmədə böyük rol oynayan sentrosomlar var. Nüvə membranı yox olub və mitozun metafazasında olduğu kimi meyozun metafazasında da xromosomlar mərkəzdə bir xətt boyunca düzülməyə başlayırlar. Gəlin bunu çəkək. Burada biri duracaq. Bir xromosomda iki bacı xromatid var və xromosomda krossinqover gedir. Buranı çəhrayı rəngdə edəcəm. Tez-tez rəngləri dəyişmək vaxtımı aparacaq. Sonra burada əksəriyyətini ananızdan aldığınız daha bir xromosom var. Bu hissədə də bir qədər xromosom krossinqoveri baş verib. İcazə verin, bunu çəkim. Burda atanızdan aldığınız başqa bir xromosoma rast gəlirik. İkiləşdiyi üçün onun iki bacı xromatidi var. Bu ananızdan aldığınızdır, burada krossinqoveri göstərməyəcəyəm, o burada baş verməyə bilər. Bəlkə də, burada homoloji replikasiya yoxdur. Deyək ki, bunlar qısadır. İndi sentromerləri çəkim. Sentromerləri göy rənglə çəkəcəm. Bir neçə sentromer çəkdikdən sonra onları bir-birindən itələyərək ayırmağa başlayan mikroborucuqlar çəkəcəm. Həmçinin, onlar kinetoxorlar vasitəsilə xromosomlara bu şəkildə birləşiblər. Bunlar mikroborucuqlardır. Siz insanların bunlar haqqında "bunlar birləşir və beləliklə onlar hərəkət edə bilirlər"- - dediyini eşidə bilərsiniz, lakin mən düşünürəm ki, bu çox möhtəşəmdir. Sizin kimyəvi və termodinamik proseslər sayəsində xromosomu hüceyrənin istənilən bir hissəsinə apara bilən və bunun nəticəsində cinsi çoxalmada iştirak edən qametlər əldə edə biləcəyimiz zülallarınız var. Bu möhtəşəmdir və o, milyard il davam edən təkamül prosesi nəticəsində meydana gəlib, lakin onun ağıla sığmaz mürəkkəbliyi hələ də tam şəkildə başa düşülməyib. Xromosomları hərəkətə hərəki zülallar var və mikroborucuqlar maraqlı şəkildə uzana və qısala bilir. Həqiqətən də heyranedici prosesdir. Hər nəysə bütün bunlar I metafazada baş verir. Sonra baş verənləri təxmin edə bilərsiniz. I anafazaya keçid edirik. Bunu yazım. Mitozun anafazasında olduğu kimi burda da xromosomlar qütblərə çəkilir, lakin bir önəmli fərq var ki, bunu mütləq qeyd etməliyik. Mitozda bacı xromatidlər qütblərə çəkilir. Bacı xromatidlər qütblərə çəkilir və onlardan iki qız xromosom əmələ gəlir. I anafazada isə bu belə olmur. I anafazada bacı xromatidlər bir yerdə qalır. Homoloji cütlər qütblərə çəkilir. Bunu çəkim. Deməli, homoloji xromosomlar qütblərə çəkilir. İki bacı xromatid isə qütblərə çəkilmir. Belə ki, xromosomun biri bu tərəfə, digəri isə bu tərəfə çəkilir. O, bir qədər ilkin materiala sahibdir ki, onu burda çəkəcəm. Digər hissəsi isə bu tərəfə doğru çəkilir. Bacardığım qədər çəkməyə çalışıram, təqribən buna bənzəyir. Rənglərin olması çox yaxşıdır, çünki belə onları izləmək daha asandır. O biri xromosom isə bu tərəfə çəkilir. Biri isə bu tərəfə çəkilir. Nəhayət, digəri o tərəfə doğru çəkilir. Sentrosomları da çəkim. Sentrosomlarım burdadır, yadda saxlayın ki, o, xromosomları dartır. Xromosomların hərəkət etdiyini və bu strukturların bir-birilərini itələdiyini demək olar. İki sentrosom hüceyrənin əks tərəflərinə getmək üçün çəkilə bilərlər, lakin onlar özləri ilə birlikdə xromosomları da gətirirlər. Bu çox maraqlı mexanizmdir, homoloji cütlər ayrılır və mikroborucuqlar tərəfindən xromosomlar hüceyrənin əks qütblərinə çəkilirlər. Onlar təsadüfi yolla ayrılırlar. Əslində çəhrayı hissə sağda, narıncı hissə isə solda və ya əksinə ola bilərdi. Bu qametlər arasında müxtəlifliyin yaranmasına səbəb olur, yəni bölünmədən sonra əmələ gələn qametlərin hamısı müxtəlif genetik informasiyaya sahib ola bilərlər. Bu I anafazadır. Bunları bir-birindən ayıradan sonra I telofazada baş verənləri təxmin edə bilərsiniz. I telofazaya baxaq. I telofazaya baxdıqda onun mitozun telofazasına oxşar olduğunu görə bilərik. Artıq sitokinez başlayır, hətta bir qədər tez başlamış ola bilər. Mitozda adətən sitokinez anafazanın başlanğıcında başlayır, ən azından siz onu görməyə başlayırsınız. Homoloji cütlər əks qütblərdə yerləşərək bir-birilərindən tamamilə ayrılırlar və açılaraq əvvəlki xromatin vəziyyətlərini alırlar. Onun üzərində bir qədər moruğu rəng görə bilərik. Bu da açılır. O, bu şəkildə açılaraq xromatin vəziyyətinə geri dönür. İcazə verin, digərlərini də çəkim. Burada biri var. O açılmağa başlayır. Burada olan da açılır. Onun üzərində bir qədər narıncı rəng var. Nüvə membranı yenidən yaranmağa başlayır. I profazadakı proseslərin əksi baş verir. I profazada nüvə membranı itmiş, xromosomlar isə yoğunlaşmışdı. Nüvə membranından xaricdə yerləşən sentrosomları çəkim. Mikroborucuqlar da həll olur. Daha sonra sitokinez baş verir. Sitokinez baş verdikdə bunlar ayrılır. Bunlar iki hüceyrəyə ayrılır. Meyozu ümumi nəzərdən keçirdikdə onun ilk fazasında hüceyrənin diploid xromosom yığımından haploid xromosom yığımına keçdiyini görürük. Lakin bu hələ bizim son məhsulumuz deyil. Haqqında danışdığımız bütün bu proseslərin hamısı I meyozda baş verir. Növbəti videoda II meyoz haqqında danışacağıq. Bunu etmək istəməmişdim. Bunların hamısı I meyozdur. Bunu başqa rənglə və qalın hərflərlə yazım. Bütün bunlar I meyozdur və hər hüceyrənin haploid xromosom yığımına sahib olduğunu görə bilərsiniz. Hər iki hüceyrədə indi haploid xromosom yığımı var. Hər iki xromosom iki bacı xromatidə malikdir və II meyozda xromosomlardakı bacı xromatidlərin mitozda olduğu kimi ayrılacağını görəcəyik. Nəticədə iki qız xromosom meydana gələcək. Bunu burada görəcəksiniz. Burada iki haploid yığım var. Burada iki xromosom, eləcə də orada da iki xromosom var. II meyozu növbəti videoda araşdıracağıq.