Sonuncu videoda meyoz haqqında,
hətta daha dəqiq desək
I meyoz və I profaza haqqında
danışmağa başladıq.
I profaza barədə bir qədər
çox danışmış ola bilərik,
çünki burada çoxlu maraqlı şeylər
baş verir.
Mitozun profazasında olduğu kimi
nüvə membranının itməsi və ya
itməyə başlaması, xromosomların
spirallaşıb yoğunlaşaraq
mikroskop altında görülə
bilən klassik formaya
keçməsi kimi maraqlı şeylər
baş verir, lakin xüsusilə I meyoz və
I profazada ən nadir
olan xromosom krossinqoveri adlı
prosesin həyata keçməsidir.
Bu I meyozda həyata keçən
olduqca adi bir prosesdir.
Homoloji cütlərin homoloji
hissələri arasında baş
verən krossinqover olduqca səliqəli
şəkildə baş verir, belə ki,
xromosomun bu hissələri
eyni genləri kodlaşdırır.
Onlar eyni genin
müxtəlif variantlarıdırlar.
Onlar müxtəlif alellərə sahib ola
bilərlər, bu isə cinsi
çoxalmada olduğuna
görə sadəcə müxtəlifliyi artırır və
bu səliqəli bir şəkildə baş verir.
Gəlin meyoz , xüsusilə də,
I meyoz barədə danışmağa
davam edək və növbəti fazanın
adını təxmin edə bilərsiniz.
Bu I metafazadır və o, mitozun
metafazası ilə bəzi oxşarlıqlara sahibdir.
İcazə verin, hüceyrəni
çəkim, bu hüceyrə membranıdır.
Burada eyni zamanda bölünmədə
böyük
rol oynayan sentrosomlar var.
Nüvə membranı yox olub və mitozun
metafazasında olduğu kimi
meyozun metafazasında da
xromosomlar
mərkəzdə bir xətt boyunca
düzülməyə başlayırlar.
Gəlin bunu çəkək.
Burada biri duracaq.
Bir xromosomda iki bacı
xromatid var və
xromosomda krossinqover gedir.
Buranı çəhrayı rəngdə edəcəm.
Tez-tez
rəngləri dəyişmək
vaxtımı aparacaq.
Sonra burada əksəriyyətini ananızdan
aldığınız daha bir xromosom var.
Bu hissədə də bir
qədər xromosom krossinqoveri baş verib.
İcazə verin,
bunu çəkim.
Burda atanızdan aldığınız
başqa bir xromosoma
rast gəlirik.
İkiləşdiyi üçün onun
iki bacı xromatidi var.
Bu ananızdan
aldığınızdır, burada krossinqoveri
göstərməyəcəyəm,
o burada baş verməyə bilər.
Bəlkə də, burada homoloji
replikasiya yoxdur.
Deyək ki, bunlar qısadır.
İndi sentromerləri çəkim.
Sentromerləri göy rənglə
çəkəcəm.
Bir neçə sentromer çəkdikdən
sonra onları bir-birindən
itələyərək ayırmağa başlayan
mikroborucuqlar çəkəcəm.
Həmçinin, onlar kinetoxorlar
vasitəsilə xromosomlara
bu şəkildə birləşiblər.
Bunlar mikroborucuqlardır.
Siz insanların bunlar haqqında "bunlar
birləşir və beləliklə onlar hərəkət edə
bilirlər"-
- dediyini eşidə bilərsiniz,
lakin mən düşünürəm
ki, bu çox möhtəşəmdir. Sizin
kimyəvi və termodinamik
proseslər sayəsində xromosomu hüceyrənin
istənilən bir hissəsinə apara bilən və
bunun nəticəsində cinsi
çoxalmada iştirak edən qametlər əldə
edə biləcəyimiz zülallarınız var.
Bu möhtəşəmdir
və o, milyard il davam edən
təkamül prosesi nəticəsində
meydana gəlib, lakin onun
ağıla sığmaz mürəkkəbliyi
hələ də tam şəkildə
başa düşülməyib.
Xromosomları hərəkətə hərəki
zülallar var və mikroborucuqlar
maraqlı şəkildə
uzana və qısala bilir.
Həqiqətən də heyranedici prosesdir.
Hər nəysə bütün bunlar
I metafazada baş verir.
Sonra baş verənləri
təxmin edə bilərsiniz.
I anafazaya
keçid edirik.
Bunu yazım.
Mitozun anafazasında
olduğu kimi burda da xromosomlar
qütblərə çəkilir, lakin bir önəmli
fərq var ki, bunu mütləq
qeyd etməliyik.
Mitozda bacı xromatidlər
qütblərə çəkilir.
Bacı xromatidlər qütblərə çəkilir və
onlardan iki qız xromosom əmələ gəlir.
I anafazada isə bu belə olmur.
I anafazada bacı xromatidlər
bir yerdə qalır.
Homoloji cütlər qütblərə çəkilir.
Bunu çəkim.
Deməli, homoloji xromosomlar
qütblərə çəkilir.
İki bacı xromatid isə qütblərə çəkilmir.
Belə ki, xromosomun biri bu tərəfə,
digəri isə bu tərəfə çəkilir.
O, bir qədər ilkin materiala
sahibdir ki, onu burda çəkəcəm.
Digər hissəsi isə bu
tərəfə doğru çəkilir.
Bacardığım qədər çəkməyə
çalışıram, təqribən
buna bənzəyir.
Rənglərin olması çox yaxşıdır, çünki belə
onları izləmək daha asandır.
O biri xromosom isə bu tərəfə çəkilir.
Biri isə bu tərəfə çəkilir.
Nəhayət, digəri o tərəfə doğru çəkilir.
Sentrosomları da çəkim.
Sentrosomlarım burdadır, yadda
saxlayın ki, o,
xromosomları dartır.
Xromosomların hərəkət
etdiyini və bu strukturların
bir-birilərini itələdiyini demək olar.
İki sentrosom hüceyrənin
əks tərəflərinə getmək üçün
çəkilə bilərlər, lakin
onlar özləri ilə birlikdə
xromosomları da gətirirlər.
Bu çox maraqlı mexanizmdir,
homoloji cütlər ayrılır və
mikroborucuqlar
tərəfindən xromosomlar
hüceyrənin əks qütblərinə çəkilirlər.
Onlar təsadüfi yolla ayrılırlar.
Əslində çəhrayı hissə sağda,
narıncı hissə
isə solda və ya əksinə ola bilərdi.
Bu qametlər arasında
müxtəlifliyin yaranmasına
səbəb olur, yəni bölünmədən
sonra əmələ gələn qametlərin
hamısı müxtəlif genetik
informasiyaya sahib ola bilərlər.
Bu I anafazadır.
Bunları bir-birindən
ayıradan sonra I telofazada baş
verənləri təxmin edə bilərsiniz.
I telofazaya baxaq.
I telofazaya baxdıqda onun
mitozun telofazasına
oxşar olduğunu görə bilərik.
Artıq sitokinez başlayır,
hətta bir qədər tez başlamış ola bilər.
Mitozda adətən
sitokinez anafazanın
başlanğıcında başlayır, ən azından
siz onu görməyə
başlayırsınız.
Homoloji cütlər əks
qütblərdə yerləşərək
bir-birilərindən tamamilə
ayrılırlar və açılaraq
əvvəlki xromatin
vəziyyətlərini alırlar.
Onun üzərində bir qədər
moruğu rəng görə bilərik.
Bu da açılır.
O, bu şəkildə açılaraq
xromatin vəziyyətinə geri dönür.
İcazə verin, digərlərini də çəkim.
Burada biri var.
O açılmağa başlayır.
Burada olan da açılır.
Onun üzərində bir qədər
narıncı rəng var.
Nüvə membranı yenidən
yaranmağa başlayır.
I profazadakı proseslərin
əksi baş verir. I profazada
nüvə membranı itmiş,
xromosomlar isə yoğunlaşmışdı.
Nüvə membranından xaricdə
yerləşən sentrosomları çəkim.
Mikroborucuqlar da
həll olur.
Daha sonra sitokinez baş verir.
Sitokinez baş verdikdə bunlar ayrılır.
Bunlar iki hüceyrəyə ayrılır.
Meyozu ümumi nəzərdən
keçirdikdə onun
ilk fazasında hüceyrənin diploid xromosom
yığımından haploid
xromosom yığımına keçdiyini görürük.
Lakin bu hələ bizim son məhsulumuz deyil.
Haqqında danışdığımız bütün
bu proseslərin
hamısı I meyozda
baş verir.
Növbəti videoda II meyoz
haqqında danışacağıq.
Bunu etmək istəməmişdim.
Bunların hamısı I meyozdur.
Bunu başqa rənglə və
qalın hərflərlə yazım.
Bütün bunlar I meyozdur və
hər hüceyrənin haploid
xromosom yığımına sahib
olduğunu görə bilərsiniz.
Hər iki hüceyrədə indi
haploid xromosom yığımı var.
Hər iki xromosom iki bacı
xromatidə malikdir və II meyozda
xromosomlardakı
bacı xromatidlərin mitozda
olduğu kimi ayrılacağını
görəcəyik. Nəticədə iki
qız xromosom
meydana gələcək.
Bunu burada görəcəksiniz.
Burada iki haploid yığım var.
Burada iki xromosom, eləcə də orada
da iki xromosom var.
II meyozu növbəti videoda araşdıracağıq.