Sonuncu videoda meyoz haqqında, hətta daha dəqiq desək I meyoz və I profaza haqqında danışmağa başladıq. I profaza barədə bir qədər çox danışmış ola bilərik, çünki burada çoxlu maraqlı şeylər baş verir. Mitozun profazasında olduğu kimi maraqlı şeylərlə rastladıq. Məsələn nüvə qılafının itməsi və ya itməyə başlaması, xromosomların spirallaşıb yoğunlaşaraq mikroskop altında görülə bilən klassik formaya keçməsi kimi maraqlı şeylər baş verir. Lakin xüsusilə I meyoz və I profazada baş verən ən nadir hadisələrdən biri xromosom krossinqoveri adlı prosesin həyata keçməsidir. Bu I meyozda həyata keçən olduqca adi bir prosesdir. Proses səliqəli şəkildə gedir, yəni homoloji cütlərin homoloji hissələri arasında krossinqover gedir və xromosomun bu hissələri eyni genləri kodlaşdırır. Onlar eyni genin müxtəlif variantlarıdırlar. Müxtəlif alellərə sahib ola bilərlər. Bir daha onu qeyd edək ki, cinsi çoxlama müxtəlifliyi artırır və bu səliqəli bir şəkildə baş verir. Gəlin meyoz , xüsusilə də, I meyoz barədə danışmağa davam edək və növbəti fazanın adını təxmin edə bilərsiniz. Bu I metafazadır. O, mitozun metafazası ilə bəzi oxşarlıqlara sahibdir. I metafazada, icazə verin hüceyrəni çəkim. Bu hüceyrə qılafıdır. Burda eyni zamanda bölünmədə böyük rol oynayan sentrosomlar var. Nüvə qılafı yox olub. Mitozun metafazasında olduğu kimi meyozun metafazasında da xromosomlar mərkəzdə bir xətt boyunca düzülməyə başlayırlar. Gəlin bunu çəkək. Burada biri duracaq. Bir xromosomda iki bacı xromatid var və xromosomda krossinqover gedir. Buranı çəhrayı rəngdə edəcəm.