Sonuncu videoda meyoz haqqında,
hətta daha dəqiq desək
I meyoz və I profaza haqqında
danışmağa başladıq.
I profaza barədə bir qədər
çox danışmış ola bilərik,
çünki burada çoxlu maraqlı şeylər
baş verir.
Mitozun profazasında olduğu
kimi maraqlı şeylərlə rastladıq.
Məsələn nüvə qılafının itməsi və ya
itməyə başlaması, xromosomların
spirallaşıb yoğunlaşaraq
mikroskop altında görülə
bilən klassik formaya
keçməsi kimi maraqlı şeylər
baş verir.
Lakin xüsusilə I meyoz və
I profazada baş verən ən nadir
hadisələrdən biri xromosom
krossinqoveri adlı
prosesin həyata keçməsidir.
Bu I meyozda həyata keçən
olduqca adi bir prosesdir.
Proses səliqəli şəkildə gedir,
yəni homoloji cütlərin
homoloji hissələri arasında
krossinqover gedir və
xromosomun bu hissələri
eyni genləri kodlaşdırır.
Onlar eyni genin
müxtəlif variantlarıdırlar.
Müxtəlif alellərə sahib ola bilərlər.
Bir daha onu qeyd edək ki,
cinsi çoxlama müxtəlifliyi artırır və
bu səliqəli bir şəkildə baş verir.
Gəlin meyoz , xüsusilə də,
I meyoz barədə danışmağa
davam edək və növbəti fazanın
adını təxmin edə bilərsiniz.
Bu I metafazadır. O, mitozun
metafazası ilə bəzi oxşarlıqlara sahibdir.
I metafazada, icazə verin hüceyrəni
çəkim. Bu hüceyrə qılafıdır.
Burda eyni zamanda bölünmədə
böyük
rol oynayan sentrosomlar var.
Nüvə qılafı yox olub. Mitozun
metafazasında olduğu kimi
meyozun metafazasında da
xromosomlar
mərkəzdə bir xətt boyunca
düzülməyə başlayırlar.
Gəlin bunu çəkək.
Burada biri duracaq.
Bir xromosomda iki bacı
xromatid var və
xromosomda krossinqover gedir.
Buranı çəhrayı rəngdə edəcəm.